Birinci carçı — |
Ya əyuhənnas! Ya əyuhənnas! Bu gün
meydanda kəsilir üç baş! |
|
|
İkinci
carçı — |
Ya
əyuhənnas! Ya əyuhənnas!
Bu gün meydanda kəsilir üç baş!
|
|
|
Üçünçü çarçı— |
Ya əyuhənnas! Ya əyuhənnas!
Bu gün meydanda kəsilir üç baş! |
|
|
Xor— |
Gündə-gündə baş kəsilməz,
Xanlar qandan doymaq bilməz!
Rədd olsun, batsın zalım xan!
Rədd olsun bəy, rədd olsun xan!
Rədd olsun bəy, rədd olsun xan! |
|
|
Əyanlar — |
Olsa xain xana hər kəs
Ya ölüm var, ya da məhbəs.
Məhv edilsinlər. |
|
|
Xor— |
Gündə bir baş, gündə bir qan,
Qatil insan, zalım insanlar.
Rəiyyət təngə gəldi,
Məhv edildi, talan edildi. |
|
|
Əyanlar
— |
Olsa
xain xana hər kəs
— Ya ölüm var, ya da məhbəs.
Bir də sizdən çıxmasın səs,
Oğru bidinlər!
|
|
|
Xor— |
Gündə bir baş, gündə bir qan,
Qatil insan, vəhşi insan.
Bu rəiyyət təngə gəldi,
Məhv edildi, talan edildi. |
|
|
Əyanlar
— |
Gətirin o məlunları,
Vurulsun boyunları!
Qəzəbdir tutan onları, cəzalansınlar!
|
|
|
Xor— |
Gəl rəhm et, ey xan, bu cavanlara, Rəhm et
bunlara, öldürmə!
Gəl rəhm et, ey xan, sən rəhm eylə,
Gəl rəhm et bunlara, öldürmə! |
|
(2
dəfə) |
Əyanlar
— |
Etsə
hər kəs xana üsyan,
Məhv edilsin, vəssalam! |
|
|
Xor— |
Bir gün olsun kütlə coşsun,
Sizdən alsın intiqam. |
|
|
Ehsan
paşa— |
Bu gündən bircə insan
Xana qarşı etsə üsyan,
Ya ölüm var, ya da zindan!
Əfv edilməz xain insan!
Verməriz biz bir də fürsət
Çıxsın üsyanlar,
Xəyanətpərvər insanlar,
Bu yolsuz, oğru nadanlar,
Bu cahil, bu qudurğanlar,
Kəsilsin, məhv olunsunlar!
Xəyanət çıxsa bir kəsdən,
Əlindən, ya dilindən,
Məhv edilsin, məhv edilsin, məhv edilsinlər!
|
|
|
Əyanlar
— |
Etsə
hər kəs xana üsyan,
Məhv edilsin, vəssalam!
Xor Bir gün olsun, kütlə coşsun,
Sizdən alsın intiqam. |
|
|
İbrahim
xan— |
Bu
gündən bircə insan
Xana qarşı etsə üsyan,
Ya ölüm var, ya da zindan!
Əfv edilməz xain insan!
Verməriz biz bir də fürsət
Çıxsın üsyanlar,
Xəyanətpərvər insanlar,
Bu yolsuz, oğru nadanlar,
Bu cahil, bu qudurğanlar,
Kəsilsin, məhv olunsunlar!
Xəyanət çıxsa bir kəsdən,
Əlindən, ya dilindən,
Məhv edilsin, məhv edilsin, məhv edilsinlər!
|
|
|
Əyanlar
— |
Olsa xain xana hər kəs —
Ya ölüm var, ya da məhbəs, məhv edilsinlər!
|
|
|
Xor— |
Gündə bir baş, gündə bir qan! |
|
|
Həsən
xan — |
Etməsinlər bir də üsyan! |
|
|
Xor— |
Bu
rəiyyət təngə gəldi,
Məhv edildi, talan oldu.
Zalım, zalım, qatil. xanlar,
Vəhşi xanlar, qanlı xanlar! |
|
|
Həsən
xan — |
Sənə mən əmr edirəm, İbrahim
xan,
Bu saatda gərək boşalsın meydan!
Gedib camaatı qovun hər nə var,
Düzəltsin qoşunlar poladdan hasar!
Divani-ədalət qurulsun bu gün!
Boynu vurulsun xainlərin bu gün!
Əvvəlcə Nigarın başı kəsilsin,
Xanın ədalətin aləm bilsin! |
|
|
Xor— |
Zalım,
zalım, zalım, qatil xanlar, Vəhşi xanlar,
qanlı xanlar! |
|
|
İbrahim xan |
Cəllad başı, tez ol, hökmü et icra,
Ən əvvəl bu işi Nigardan başla! |
|
|
Qızlar
xoru — |
Ax... yazıq, bədbəxt Nigar!
Nigar, Nigar, Nigar!
Onu apardılar başını kəsməyə! |
|
|
Koroğlu
— |
Hey,
hey |
|
|
Xor— |
Afərin!
Afərin!
Öldür, öldür, öldür, öldür,
Qoy düşmən ölsün, qoy düşmən
ölsün!
Ölsün, ölsün, ölsün, ölsün,
ölsün! |
|
|
Xor— |
Zəfər bizimdir, Nigarı etdin xilas! |
|
|
Koroğlu
— |
Sevimlim,
sevgilim, ayrı düşdün məndən,
Ax, Nigarım, gülüzarım,
Qanlı düşmən eylədi qəsd,
İntiqamın alsın səndən,
Uçmuşam quş kimi, özümü yetirdim.
|
|
|
Nigar
— |
Bu
xalqı sən eylədin azad, azad,
Xalqa sən olmusan ən əziz qəhrəman,
qəhrəman!
|
|
|
Koroğlu
— |
Məni
yaşatdı, məni böyütdü
Bu qəhrəman xalqım mənim! Yaşa!..
(Rəqs). |
|
|
Xor
— |
Nə
şənli, şənli bayram,
Nə şənli əyyam, yaşa, yaşa!..
Koroğlu qəhrəman, qəhrəman!.. |
|
|
|
Son |
|
|
|
|
|
|
|
|
|