Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı



LIBRETTO  


İKİNCİ PƏRDƏ


Həsən xan— Bu inqilab törədəni Asardım mən öz əlim ilən. Ehsan paşa ilə barışmaq gərək, İttifaqa girib, çalışmaq gərək.
   
Polad— Ehsan paşa gəlir, yarı yoldadır.    
Həsən xan— Tədarük görün, tez qabağa çıxın.
Mina ibriqlərə şərab doldurun,
Mina ibriqlərə şərab doldurun,
Şərab, şərab, şərab, şərab, şərab, şərab!..
Payəndaz döşəyin o gələn yola,
Bəzənsin qadınlar, salsın qol-qola,
Geysin rəqqasələr təzə paltarın,
Paşaya göstərin ölkənin varın.
Bütün adamları çağır, ver xəbər,
Onu aldadalım bəlkə bir təhər.
   
  Doğrudur, düşmənik, neyləyim fəqət,
İndi sülhə girmək eyni məsləhət,
Eyni məsləhət, eyni məsləhət.
Gərək axır qoyam bu üsyanlara,
Hər gün bir müsibət doğur xanlara.
       (2 dəfə)
  Mina ibriqlərə şərab doldurun,
Mina ibriqlərə şərab doldurun,
şərab doldurun, Şərab doldurun,
şərab, şərab, şərab, Şərab, şərab, şərab!..
Payəndaz döşəyin o gələn yola,
Bəzənsin qadınlar, salsın qol-qola,
Geysin rəqqasələr təzə paltarın,
Paşaya göstərin ölkənin varın.
   
Polad — Ehsan paşa gəlir, əmriniz nədir?    
Həsən xan— Böyük ehtiramla qonağı gətir.    
Xor — Bizə xoş gəldin, paşa!
Dünya durduqca yaşa!
Uzun illər sür dövran,
Belə sür dövran.
Səfa gəldin sən bizim ölkəyə,
Sür belə bir dövran.
   
Həsən xan— Çox səfa gəlmisən,
Ehsan paşa həzrəti,
Mən təqdir edərəm böylə hörməti.
   
Ehsan paşa — Məhrəbalar sənə, məhəbbətli xan,
Məhəbbət sənə bəslərəm hər zaman
   
Həsən xan— Bizim dostluğumuz olduqca saf.    
Ehsan paşa — Olduqca saf.    
Həsən xan— Yoxdur aramızda heç bir ixtilaf.    
Ehsan paşa — Heç bir ixtilaf.
Olmasın yerindən bir-iki kəndim.
   
Həsən xan— Rəiyyət dinc olsun.    
Ehsan paşa — Bu sözü bəyəndim.    
Həsən xan— Bu sözü bəyəndim.    
Həsən xan və Ehsan p a ş a— Bu sözü bəyəndim.
Onu aldadalım bəlkə bir təhər.
Doğrudur, düşmənik, neyləyim fəqət,
İndi sülhə girmək eyni məsləhət,
Eyni məsləhət, eyni məsləhət.
   
Həsən xan— İçək badəni bu şərəflərə.    
Xor — İçək badəni bu şərəflərə.    
Həsən xan— Gəlsin rəqqasələr,
Gəlsin rəqqasələr, çalsın, oynasın.
   
  R ə q s    
Həsən xan— Əmr edin, təlxək gəlsin,
Bizi güldürsün, ha, ha, ha, ha!..
(Qoşunlar içəri daxil olurlar.)
   
X o r —
(qoşunlar)
Xan cənabları, xan cənabları!
Koroğlu, Koroğlu, Koroğlu.
Vergi yığdıq kəndlilərdən,
Getdi aldı Koroğlu,
Vurdu, döydü, yıxdı, əzdi,
Zərbə çaldı Koroğlu.
Dörd beşillik vergiləri
Güclə, zorla döydük, aldıq,
Cəza verdik, dama saldıq,
Başlar yardıq, nə var aldıq:
Çox qızıllar, çox gümüşlər,
Çox çəvahir talan oldu,
Viran oldu, bada getdi,
Bada getdi, bada getdi,
Hər nə vardı,
Xandan ötrü hədyə, sovqat bada getdi,
Həmlə etdi, zərbə çaldı,
Qoşunlara Koroğlu,
Əzdi, tökdü, yaman günə
Saldı bizi Koroğlu.
Qırdı bizi, lüt eylədi,
Yamanca şil-küt eylədi,
Bir əlac edin bu dərdə,
Qalmışıq belə, əlac edin,
Əlac edin, əlac edin,
Əlac edin, əlac edin!
   
Həsən xan— Daha bəsdir!    
Təlxək — Kimdir məni çağıran?    
Həsən xan— Koroğlu! Kor oğlunun çıxışları qəti tədbir istər,    
Ehsan paşa — Koroğlunun çıxışları qəti tədbir istər.    
Həsən xan və Ehsan paşa — Əlac, əlac!..    
Həsən xan — Çıxın gedin, çıxın gedin,
Qalsın bəylər, əyanlar.
Məsələ olduqca çətin məsələ,
Ölkəni quldur, qaçaq almış ələ,
Koroğludur başçıları onların,
Qorxusu yox xandan o məlunların.
Yığmışdır başına quldurdan, oğrudan;
Qorxunc bir təhlükə olmuşdur doğrudan.
Tezliklə biz gərək, bir çarə eyləyək.
Koroğlunu öldürmək, məhv etdirmək!..
   
Ehsan paşa — Göndərək Koroğlunu tutmaq üçün min nəfər.
O məlunu tutub gətirsin, müxtəsər.
   
Birinci əyan — Lazım olmaz min nəfər,
Beş yüz kifayət edər. ,
Məncə beş yüz olsa da,
Bəs min nəfərə, bəs.
   
İkinci əyan— Burda müşkül bir iş yox,
Gərək Koroğlunu məhv edək.
   
Təlxək —
(gülür)
Ha, ha, ha!..    
Həsən xan — Təlxək!    
Ehsan paşa — Ehtiyatla iş görmək gərək,
Güclü qoşun göndərək.
Koroğlunu məhv etmək, öldurmək.
   



 
   © Musigi Dunyasi, 2005