Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı



LIBRETTO  


DÖRDÜNCÜ PƏRDƏ


Xanəndə qız— Saqi, bənure-badə bərəfruz cami-ma        (2 dəfə)
  Mutrüb, be qu kie, kare-cahan şod bəkami-ma        (2 dəfə)
  Bəkami-ma... aman ey... aman ey...    
Qızlar x or u— Yarım ey... yarım ey...

   
Xanəndə qız— Aman ey... aman, aman, bəkami-ma, bəkami-ma.    
Qızlar xoru— Əhsən qara saçlara, qara qaşlara,
Qara gözlərə, qara xallara.
Məcnun kimi yar məni saldı çöllərə,
   
  Saldı dillərə, yaman hallara, yaman hallara.        (2 dəfə)
Xanəndə qız— Ma dər piyalə əksi-ruxi-yari didəyim,
Ey bixəbər ziləzzəti-şurib-müdami-ma.
Aman ey, aman ey, aman ey...
Yarım ey, yarım ey, aman ey, aman...
Müdami-ma, müdami-ma.
   
Qızlar xoru— Əhsən qara saçlara, qara qaşlara,
Qara gözlərə, qara xallara.
Məcnun kimi yar məni saldı çöllərə,
Saldı dillərə, yaman hallara, yaman hallara.

Rəqs.
   
Qızlar xoru— Gözəl xanım, sən mənim canım, naz eyləmə.
Bizimlə sən bir şirin söhbət-saz elə,
Kərəm qıl gəl, lütfünü bizdən az eləmə,
Sən bir gülsən, gəl xəzanimi yaz elə,
Naz elə, bala, saz elə, bala, yaz elə, bala, hey!.

Rəqs.
(Koroğlunun çıxışı).
   
Həsən xan— Bu kimdir, nəçidir?    
Ehsan paşa— Aşığa bənzəyir.    
Həsən xan— İzinsiz girdin sən tez içəri,
Səlam vermədin nədən ötəri?
   
Koroğlu — Səlam verdim, səlamım almadılar, Səlam kəssin bəyi də, ya xanı da.    
Həsən xan— Aşıqsansa əgər, hünərini göstər.    
Koroğlu — Göstərim, izin verin.
Çünki oldun dəyirmançı,
Çağır Gəlsin dən, Koroğlu.
Balam hey!..
Səni gördüm, aşiq oldum,
Dərdə saldın canımı.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə-nazlar...
Can alan yar tökdü nahaq qanımı,
Nədir əmrin, tacidarım, sərvərim?..
Nazlı yarım, gülüzarım, işvəkarım, hey...
Nədir əmrin, qəddi rəna dilbərim!
Gecə-gündüz ayrılıqdan
Yandım hicran dərdinə.
Səni görsəm, nazlı yarım,
Gedər əldən ixtiyarım.
Səni görsəm, gülüzarım,
İftixarım, nazlı dilbərim, hey...
Gərək aşiq yar yolunda
Qalmasın can dərdinə.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə nazlar...
Can alan yar tökdü nahaq qanımı.
Nədir əmrin, tacidarım, sərvərim?
Nazlı yarım, gülüzarım, işvəkarım,
hey...
Nədir əmrin, qəddi rəna dilbərim?..
Kecə-gündüz hey!..
Gecə-gündüz ayrılıqdan yandım hicran oduna.
Gecə-gündüz ayrılıqdan yandım hicran oduna.
Səni görsəm, nazlı yarım,
Gedər əldən ixtiyarım.
Səni görsəm, gülüzarım, İftixarım, nazlı dilbərim, hey...
Gərək aşiq yar yolunda
Qalmasın can dərdinə.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə nazlar...
Can alan yar tökdü nahaq qanımı,
Nədir əmrin, tacidarım, sərvərim?
Nazlı yarım, gülüzarım, işvəkarım,. hey...
Nədir əmrin, qəddi rəna dilbərim?..
   
Hamı — Afərin!    
Həsən xan— Aşıq olmağına aşıqdır.    
Ehsan paşa— Aşıq olmağına aşıqdır.    
Xor— Gözəlləmə söylə!    
Koroğlu — Koroğlunun Qıratını gözəllərəm mən çox (kənara) Görüm Qırat burdadır, ya yox!    
Həsən xan— Koroğlunu tanıyırsan?    
Koroğlu — Tanıyıram!    
Həsən xan— Qıratını tanıyırsan?    
Koroğlu — Tanıyıram!    
Həsən xan— Sən indi ki, tanıyırsan,
Bir gözəlləmə söylə, söylə!
   
Koroğlu — Eşitsin xanlar, paşalar,
Eşitsin bəylər, ağalar,
Eşitsin xanlar, paşalar,
Eşitsin bəylər, ağalar,
Eşitsin arif atalar,
   
  Eşitsin şənin Qıratın        (2 dəfə)
  Eşitsin şənin        (2 dəfə)
  Eşitsin şənin Qıratın.
Qanadlı quşdur, at deyil,
Bir ildırımdır elə bil.
Yeri, yatağı, oynağı
   
  Çənlibeldir Qıratın. Çənlibeldir,        (2 dəfə)
  Çənlibeldir Qıratın.    
Həsən xan— Aşıq, tərifini etdiyin Qırat,
Koroğludan bizə edilib sovqat.
Neçə gündür ki, at tolamda yatır,
Yeyir, içir və şıllaq atır, ha, ha, ha.
   
Koroğlu — Ola bilməz bu iş, sən aldanmısan,
Ayrı düşməz Qırat çün Koroğludan.
   
Həsən xan— Polad, Qıratı get çıxar toladan,
Onda görək, kimdir adam aldadan?
Aldatmış olsa məni Həmzə,
Bəlkə, doğratdıraram onu tikə-tikə.
   
Ehsan paşa— Aşıq, bir şikəstə!    
Koroğlu — Oxuram, baş üstə, baş üstə!
                        Çalır.
Nazlı yarım, vəslə çatdım,
Keçdi hicran günləri.
Aşiqəm mən, kuyi-dilbər,
Vəsli-canan istərəm.
   
  Vəsli-canan, dərdi-hicran,        (2 dəfə)
  Zülfü reyhan, qəlbi viran,
Dil pərişan günləri.
Bir qanadsız bülbüləm mən,
Dərdə düşmüş sünbüləm.
Aşiqəm mən, kuyi-dilbər,
Vəsli-canan istərəm,
Vəsli-canan, vəsli-canan,
Dərdi-hicran, vəsli canan,
Zülfü reyhan, qəlbi viran,
Dil pərişan günləri.
   



 
   © Musigi Dunyasi, 2005