Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

 Ömür salnaməsi


 

ÜZEYIR HACIBƏYOVUN HƏYAT VƏ YARADICILIQ SALNAMƏSI  
   

 

5 (18) sentyabr

 1885

Əbdülhüseyn bəy Şirinbəyim xanım Hacıbəyovların ailəsində Üzeyir Hacıbəyov anadan olmuşdur.

 

1897

Şuşada Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M. Füzulinin «Leyli və Məcnun» poeması əsasında göstərilmiş «Məcnun Leylinin məzarı üstundə» adlı musiqili səhnəcikdə H. xor dəstəsində iştirak etmişdir.

 

1899

— H. Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirmişdir.

Avqust

— H. Qori müəllimlər seminariyasına qəbul olunmuşdur.

 

 Iyun

1904

— H. Qori müəllimlər seminariyasını bitirib, ibtidai məktəb müəllimi diplomu almışdır.

 

1904—1905

— H. Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir.

 

1905

— H. Bakı şəhərinə köçmüşdür. Ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur.

17 dekabr 

—Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur. 

 

1905—1907

— Bakı şəhəri yaxınlığındakı Bibiheybət kənd məktəbində ana dili, rus dili, riyaziyyat, çoğrafiya və musiqi müəllimi olmuşdur.  

 

1907

«Leyli və Məcnun» operası üzərində işə başlamışdır.
— H.-un tərtib etdiyi «Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti» Orucov qardaşlarının mətbəəsində çapdan çıxmışdır. — «Hesab məsələləri» kitabını yazmışdır.  

12 yanvar

— Professional Azərb. musiqisinin əsasını qoymuş «Leyli və Məcnun» operasının ilk tamaşası olmuşdur. Üzeyir bəy «İrşad» qəzeti redaksiyasında jurnalistlik fəaliyyətini davam etdirmişdir.
— H. «Səadət» müsəlman xeyriyyə cəmiyyətinin açdığı eyniadlı məktəbdə rus dili, hesab və təbiiyyat fənlərindən dərs demişdir.  

3 iyul

— H. «Tərəqqi» qəzeti ilə əməkdaşlıq etmişdir. 1909 il iyunun 28-də Əhməd bəy Ağaoğlu xaricə getdikdən sonra həmin ilin oktyabrınadək (qəzet çar hökuməti tərəfindən bağlananadək) H. qəzetin redaktoru olmuşdur. 

30 noyabr

1909

— Bakıda «Şeyx Sən'an» operasının ilk tamaşası olmuşdur.  

20 dekabr

— H. Məleykə xanım Terequlova ilə evlənmişdir. 

25 dekabr

— H. Bakıda çıxan «Həqiqət» qəzetinin naşiri və baş redaktoru olmuş, 121 sayınadək qəzetə rəhbərlik etmişdir.

 

24 may

1910

— Bakıda «Ər və arvad» musiqili komediyasının ilk tamaşası olmuşdur.  

30 may

— «Həqiqət» qəzetinin redaktoru vəzifəsindən imtina etmişdir. 

12 noyabr

— Bakıda «Rüstəm və Söhrab» operasının ilk tamaşası olmuşdur. 

25 aprel

1911

— Bakıda «O olmasın, bu olsun» musiqili komediyasının ilk tamaşası olmuşdur. 

10 mart

1912

— Bakıda «Şah Abbas və Xurşid Banu» operasının ilk tamaşası olmuşdur.  

18 may

— Bakıda «Əsli və Kərəm» operasının ilk tamaşası olmuşdur.

Sentyabr

— H. musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən H. Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır.  

Avqust

— H. Peterburq şəhərinə gedərək, Peterburq konservatoriyasına daxil olmağa hazırlaşmışdır.
— H. «Arşın mal alan» musiqili komediyası üzərində işləmişdir.

25 oktyabr

— Bakıda «Arşın mal alan» musiqili komediyasının ilk tamaşası olmuşdur. 

4 yanvar

 

1914

— H. Peterburq konservatoriyasına qəbul olunmuşdur.  

İyun

— H. təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır. «Harun və Leyla» operası uzərində işləmişdir.  

 

1915

— «Harun və Leyla» operasının librettosu nəşr olunmuşdur.

18 sentyabr

— H. «Yeni iqbal» qəzetinin redaktoru vəzifəsində işə başlamışdır. 

11 oktyabr

— H.«Yeni iqbal» qəzetinin sahibi və baş redaktorudur.  

19 fevral

 

1916

— H. «Yeni iqbal» qəzetindən uzaqlaşmışdır.  

İyun—sentyabr

 

1918

— H. Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt ş.-lərinə qastrol səfərinə rəhbərlik etmişdir.  

oktyabr

— H. Bakıda «Azərbaycan» qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. 

16 yanvar

 

1919

— H. «Azərbaycan» qəzetinin redaktoru vəzifəsinə tə'yin olunmuş və 1920 il aprelin 28-dək bu vəzifədə fəaliyyət göstərmişdir.  

 

 

1920

— H. musiqi akademiyası və xalq konservatoriyası açmağın və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında xalq maarif komissarına mə'ruzə təqdim etmişdir.
— Qadınlar klubu (sonralar Ə. Bayramov ad. klub) nəzdin-də xalq çalğı alətləri ork.-ni təşkil etmişdir.  

20 oktyabr

ADK-da Şərq musiqisi şöbəsi təşkil etmək haqqında Xalq Maarif Komissarlığına mə'ruzə təqdim etmişdir. 

 

 

1921

— Xalq Maarif Komissarlığı incəsənət şöbəsində musiqib.lməsinin mudiri vəzifəsinə tə'yin olunmuşdur  

25 may

— ADK-nı yenidən qurmaq barədə xalq maarif komissarına mə'ruzə təqdim etmişdir. Həmin mə'ruzə ADK-nın yaradılması üçün proqram kimi təsdiq edilmişdir.

12 dekabr

— ADK-da zərb alətləri sinfi açmağın zəruriliyi haqqında təşəbbüs qaldırmışdır.  

 

 

1922—1924

—H. özünün təşəbbüsü ilə tə'sis olunmuş Azərbaycn Dövlət Türk Musiqi Məktəbinə rəhbərlik etmişdir.
—Azərb. Dövlət Dram Teatrının repertuar komissiyasına cəlb olunmuşdur.

 

1925

—H. Bakı Zəhmətkeş Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
—H.-un rəhbərliyi altında Azərb. Dövlət Türk Musiqi Texnikumu tələbələrinin gücü ilə «Arşın mal alan» musiqili komediyası tamaşaya qoyulmuşdur.  

 

 

1926

— Azərbaycan Dövlət Türk Musiqi Texnikumu ADK ilə birləşdirilmişdir.
— H. konservatoriyanın prorektoru tə'yin olunmuşdur. H. konservatoriya nəzdində çoxsəsli tələbə xorunun təşkilinə təşəbbüs göstərmişdir. di.  

 

 

1927

— H.-un və M. Maqomayevin ümumi redaktorluğu ilə «Azərbaycan türk el nəğmələri» məcmuəsi nəşr olunmuşdur. Məcmuənin tərtibçiləri Ü.Hacıbəyov, M. Maqomayev və Z. Hacıbəyovi

6 may

 

1928

— H. Azərbaycan aşıqlarının birinci qurultayında «Aşıq sənəti» mövzusunda mə'ruzə etmişdir.  

 

— H. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə tə'yin olunmuş və 1929 ilədək bu vəzifədə çalışmışdır. 

 

 

1930—1938

— ADK-da Azərb. xalq musiqisi şö'bəsinin müəllimi və müdiri olmuşdur.

 

 

1931

— H. birinci notlu Azərb. xalq çalğı alətləri orkestrini təşkil etmişdir.

 

 

1932—1936

— H. «Koroğlu» operası üzərində işləmişdir.

 

 

1934

— H. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilmişdir.
— ADK-da «Ali məktəbdə tar və kamançanın perspektivləri» mövzusunda mə'ruzə etmişdir.

 

 

1935

— H. «Azərbaycan SSR əməkdar incəsənət xadimi» fəxri adına layiq görülmüşdür.

 

 

1936

— H. Azərbaycan Dövlət xorunu təşkil etmişdir.  

30 aprel

 

1937

— Bakıda «Koroğlu» operasının ilk tamaşası olmuşdur. H. «Azərbaycan SSR xalq artisti» fəxri adına layiq görülmüşdür.  

Dekabr

— H. birinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir. 

 

 

1938

— H. Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak etmişdir.
— H. «SSRİ xalq artisti» fəxri adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur.
— H. Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilmişdir.

 

 

1939

—H. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə tə'yin edilmişdir.
—SSRİ Bəstəkarlar İttifaqının birinci qurultayının təşkilat komitəsinin üzvü seçilmişdir.

 

 

1940

— P. İ. Çaykovski ad. Moskva konservatoriyasında «Azərbaycan xalq musiqisinin əsasları» mövzusunda mə'ruzə etmişdir.
— H. professor adı almışdır.

 

 

1941

— H. «Koroğlu» operasına görə Stalin mükafatına layiq görülmüşdür.
— H. ikinçi çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.

Iyun

— H. orduya bədii xidmət sahəsində respublikada hamilik işlərinin rəhbəri tə'yin olunmuşdur. 

 

 

1942

— Muğam və xalq mahnılarının ifası məsələsinə dair mü şavirədə çıxış etmişdir. — «Koroğlu» operası AOBT-nda rus dilində tamaşaya qoyulmuşdur.

 

 

1944

— SSRİ EA-nın Azərb. filialının incəsənət bölməsinin rəhbəri tə'yin olunmuşdur. — Gənc ifaçıların resp. müsabiqəsinin münsiflər hey'ətinə sədrlik etmişdir.  

Dekabr

— H. Tbilisi şəhərində keçirilmiş Zaqafqaziya respubli- kaları musiqi ongünlüyünün təşkilatçılarından biri, Azərb. nümayəndə hey'ətinin bədii rəhbəri olmuşdur.
Azərb. Dövlət Simf. Ork.-nə H.-un adı verilmişdir.  

 

 

1945

— H.-un «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyası nəşr olunmuşdur.
— H. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
— H. «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif edilmişdir.  

Sentyabr

— H.-un anadan olmasının 60 illik yubileyi keçirilmişdir.
— H. Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru tə'yin olunmuşdur.  

Dekabr

— Musiqi ifaçılarının Ümumittifaq müsabiqəsinin münsiflər hey'ətinin üzvü seçilmişdir.

 

 

1946

— H. «Arşın mal alan» kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür.

23 noyabr

 

1948

— Üzeyir Hacıbəyov vəfat etmişdir.  


 
   © Musigi Dunyasi, 2005