|
|
|
İlk gözəl nəğmə və rəqs
melodiyalarının yaradıcısı xalq özüdür.
Bizə bu gün nümunə olan xalq nəğmələri
əsrlərdən bəri işlənə-işlənə
yaradılmış və yalnız bizim zəmanəmizdə
həqiqi bədii formalar almışdır.
Bəstəkarlar öz əsərlərini yaradarkən,
unutmamalıdırlar ki, bizim yaradıcılığımızı
xalq qiymətləndirir. Çunki xalq yalnız
yaradıcı, yalnız bəstəkar deyildir;
xalq eyni zamanda misilsiz tənqidçi və musiqi
əsərlərinin ən yaxşı «istehlakçısıdır»,
xalq musiqi əsərlərinə diqqətlə
yanaşır, yaxşını pisdən seçir.
|
Üzeyir
Hacıbəyov |
|
|
|
|