Xor— |
Çənlibel ölkəm, hər yeri möhkəm,
möhkəm.
Quş keçə bilməz bu səngərlərin
üstündən,
Qəsd edə bilməz bu yerlərə heç
bir düşmən.
Qəhrəmanlar yurdu Çənlibel,
Basılmaz bir ordu Çənlibel.
Məskən saldıq Çənlibeldə, hey...
Əlbir olduq Çənlibeldə, Çənli-çənli,
Çənlibeldə,
Çənlibeldə hey...
Koroğlu vurdu, yıxdı, qırdı,
Tökdü xan-paşaları;
Azad etdi yoxsulları,
Qurtardı dərddən, qurtardı qəmdən,
Dərddən, qəmdən, zalım xanların
zülmündən,
Zalım xanların zülmündən, hey!..
Çənlibel ölkəm, hər yeri möhkəm,
möhkəm,
Quş ötə bilməz bu səngərlərin
üstündən,
Qəsd edə bilməz bu yerlərə heç
bir düşmən.
Qəhrəmanlar yurdu Çənlibel,
Basılmaz bir ordu Çənlibel, Çənlibel,
Çənlibel...
Məskən saldıq Çənlibeldə, hey...
Düşmən vurduq Çənlibeldə, hey...
Əlbir olduq
Çənlibeldə, Çənlibeldə, Çənlibel
hey:..
Koroğlu vurdu, yıxdı, qırdı,
Tökdü xan-paşaları,
Azad etdi yoxsulları,
Qurtardı dərddən, qurtardı qəmdən,
Dərddən, qəmdən, zalım xanların
zülmündən,
Zalım xanların zülmündən, hey!..
|
|
|
Koroğlu— |
Darmadağın
eyləmişəm xanın qoşunlarını,
Ölkəsini dağıtmışam, almışam
canlarını,
Talan edib qoymamışam daş üstündə
daşını,
Həsən xanlar ala bilməz Koroğlunun başını.
Mərd igidlər nərə çəksin davada...
|
|
|
Xor— |
Hey!.. hey!.. |
|
|
Koroğlu— |
Şikar etsin tərlan kimi havada,
Dövran etsin misri qılınc davada,
Bağırsaq cəmdəyə dolanmaq gərək.
|
|
|
Xor— |
Hey!.. hey!.. |
|
(2
dəfə) |
Koroğlu— |
Dövran etsin misri qılınc davada,
Bağırsaq cəmdəyə dolanmaq gərək.
Koroğludur içən düşmən qanını,
Nərəsindən davalarda tanını.
Qırın vəzirlərin, tutun xanını,
Leş-leş üstə bir-bir qalanmaq gərək.
Qırın vəzirlərin, tutun xanını,
Leş-leş üstə bir-bir qalanmaq gərək. |
|
|
Xor— |
Koroğlusan,
mərd oğlusan,
|
|
(2
dəfə) |
|
Sənsən
məzlum xalqın dostu,
Xanların qatil düşmanı,
Çox sağ ol. |
|
|
Koroğlu— |
Xanlarından zülm görmüş ermənilər,
gürcülər,
Başlayıb üsyana; bizlərdən gəlib
yardım dilər.
Ermənilər, gürcülər, kürdlər—bu
miskin kəndlilər.
Mən gətirdim bu camaat yoldaş olsun sizlərə,
Xan cəfasından qaçanlar qoy qoşulsun bizlərə.
Əlbir olsunlar bu yoxsullar bizimlə bir kərə,
Müttəfiq qüvvətlə zərbə
endirmək düşmənlərə,
Qan içən düşmənlərə, məhv
edən düşmənlərə,
Zülm edən düşmənlərə
|
|
|
Xor— |
Hər kəs olsa yoxsuldan,
Qaçmış olsa bəy-xandan,
Gəlsin, hər nə məzlum var,
Gəlsin, Çənlibeldə yeri var.
Gəlsin, hər nə məzlum var, Gəlsin.
Çənlibeldə yeri var, hey!.. |
|
|
Koroğlu— |
Çənlibeldə
zülm olmaz,
Burda xan-bəy yaşamaz.
Azad olmaq istəyən Gəlsin,
Rahat olmaq istəyən Gəlsin.
Azad olmaq istəyən Gəlsin.
Rahat olmaq istəyən gəlsin. |
|
|
H
a m ı — |
Burda
hər kəs qardaşdır,
Bir-birilə yoldaşdır.
Böylə bir söz verdik, Əhdi-peyman etdik;
Mülkədara qarşı, zülmkara qarşı,
Hiyləgərə qarşı saldırmaq, məhv
etdirmək.
Koroğlu
Hey... saldırmaq, məhv etdirmək. |
|
|
Xor— |
Cümlə mülkədarı, cümlə
zülmkarı,
Cümlə hiyləkarı məhv etdirmək.
|
|
|
Həmzə
bəy— |
Yandım,
allah
|
|
(2
dəfə) |
|
Ver
bir içim su... |
|
|
Xor— |
Kimdir
bu, kimdir bu? |
|
|
Həmzə
bəy— |
Mən
yazığam, siz mənə rəhm edin,
Mən fağıram, siz mənə rəhm edin.
Bir kəsim yox, siz mənə rəhm edin.
Mənə gəlin rəhm edin, rəhm edin...
|
|
|
Xor— |
Rədd ol get! |
|
|
Həmzə
bəy— |
Yazığam. |
|
|
Xor— |
Rədd ol get! |
|
|
Həmzə
bəy— |
Yazığam. |
|
|
Xor— |
Hiyləgər,
rəzil adam, rədd ol get! |
|
|
Həmzə
bəy— |
Yazığam |
|
|
Xor— |
Rədd
ol get! |
|
|
Həmzə
bəy— |
Yazığam. |
|
|
Xor—
|
Bədsifət, səfil adam. |
|
|
Həmzə
bəy— |
Mən
yazığam, rəhm edin siz mənə,
Gəlin mənə rəhm edin bir kərə.
Mən fağıram rəhm... |
|
|
Koroğlu— |
Dayan!
Kimsən, nəçisən, sənətin nədir?
Bura belə gəlməkdə məqsədin
nədir? |
|
|
Həmzə
bəy— |
Sənətim
atlara baxmaqdır,
Bu yolda çox mahirəm.
Xanların zülmündən qaçmışam,
Sənə, sənə mailəm. |
|
|
Koroğlu— |
Aparın
bunu tövləyə,
İş görsün orada fəraqət;
Hər gün, hər gecə Qıratı
Bəslətsin, eyləsin rahət. |
|
|
Xor— |
Rövşən, sən əbəs yerə eylədin
bunu qəbul,
Səndən çıxmayan bir iş, ehtiyatsız
bir üsul...
Bəlkə xan tərəfindən gəlmiş
olsun bu füzul.
Cəsus olsaydı əgər, verərdi xəbər
Nigar,
Bunda olsaydı xətər, Nigar eylərdi xəbər,
Gözləyir o yar məni, gözləyir Nigar
məni,
Düşdü yadıma Nigar, getdi əldən
ixtiyar.
Sən çək orda min cəfa,
Biz görək burda səfa, ax...
Gəl, Nigar!..
Sevdim səni mən, ey Nigarım,
Rəna gözəlim, şən baharım.
Sevdim səni, canan!
Lakin zülmükar xan,
Xalqın qatil düşməni Əsir etmişdir
səni.
Ondan müşküldür ayrı düşmək,
Lakin çətindir bu görüşmək.
Oldum bu yolda mən
Öz-özümə düşmən,
Ayrı düşdüm səndən,
Mən ayrı düşdüm səndən,
hey...
Səndən mən, hey...
Səndən mən, hey... səndən mən!.
Dönmərəm bu yoldan,
Xof etmərəm xandan,
Məqsəddən keçmərəm, ölərəm,
Keçərəm canımdan.
Ölsün düşmən, bu üsyandan
Qurtarmasın yaxasın.
Dağılsın, kor olsun kainat,
Onda nə zövq var, nə həyat.
Bu aləm sevgilər, məhəbbət
Yaratsın, yaratsın, hey!..
Sevdim səni mən, ey Nigarım,
Rəna gözəlim, şən baharım.
Sevdim səni, yarım,
Sənsən mənim canım.
Olmaz özgə sevgilim səndən,
Ayrı səndən, ayrı səndən,
Ayrı düşdüm, Nigar!.. |
|
|
Xor—
(baslar) |
Gəlsin
düdükçülər,
Çıxsın oyunçular,
Şadlıq edək bu gün, həm çənlibelçilər.
(Rəqs)
|
|
|
Xor— |
Əhdimiz üstə durduq,
Burda biz qardaş olduq.
Xanlara qarşı üsyan
Tədbirini biz qurduq, qurduq, qurduq. |
|
|
Həmzə
b ə y— |
Qırat mənimdir,
Yansın Koroğlu, həm Nigar
Mənimdir, yansın Koroğlu, ha, ha, ha. |
|
|
Xor— |
Qırat oğurlandı, Qırat oğurlandı.
Alçaq, xain insan.
Qırat oğurlanmış, yırtıcı
bir heyvan,
Yırtıcı, qanmaz heyvan, heç çıxmaz
yaddan,
Apardı səni insafsız düşman, hey...
amansız
düşman!
Qırat, Qırat, Qırat!.. |
|
|
|
|
|
|
|
PƏRDƏ |
|
|
|