Xor— |
Yaxşı, yaxşı, bağla qolların.
Möhkəm örtün qaçmaq yolların.
Hər nə var silahını alın,
Xəncərinin gordasın salın.
Alın onun bütün malın.
Yanında beş nəfər qalın |
|
|
Həsən
xan— |
Axtarırdım
səni göydə, yerdə düşdün
əlimə.
Əmr edərəm doğrasınlar səni
dilim-dilimə.
Səfil rəiyyət, rəzil kəndli,
Yox eylərəm sizi, qırram,
Bu kimi xain əgər min olsa,
Minin də boynunu vurram. |
|
|
|
Koroğlu,
Koroğlu, Koroğlu,
Ha, ha, ha; ha... |
|
(2
dəfə) |
|
Onu
sən bil ki, mən məmləkətin xanıyam,
Mənə kəc baxsa gər, kəndlinin düşmanıyam.
Verə bilməz mənim keyfimə heç bir
məlal,
Nə Koroğlu, nə Koroğlu, nə şil
oğlu, nə lal.
Axtarırdım səni göydə, yerdə
düşdün əlimə,
Əmr edərəm doğrasınlar səni
dilim-dilimə. |
|
|
Əyanlar— |
Afərin, Həmzə bəy!
Sözlərin doğru çıxdı, afərin!
Rədd olar, məhv olar, bir kərə
Başımızdan bu bəla. |
|
|
Həsən
xan— |
Nigarı verdim sənə mən,
Həmzə, Nigar sənindir, al,
Halal malındır.
Nigar közəldir, ədası qəmzə,
Nigar sənindir,
Al, o yar sənindir. |
|
|
Hamı— |
Nigar gözəldir, ədası qəmzə,
Nigar sənindir, al,
Nigar sənindir, al.
Sevgili, nazlı dilbərim,
Gəlsin Nigar, tez Gəlsin Nigar,
Tez gəlsin Nigar. |
|
|
Nigar— |
Ax... bu nə müsibət! |
|
|
Koroğlu— |
Elədin
xəyanət! |
|
|
Həsən
xan— |
Nigar, Həmzə bəyin göstərdiyi şanlı
rəşadət,
Bizi şad eylədi, verdi sənə fəxri
səadət. |
|
|
Təlxək—
(daxil olur) |
Nay, nay, nay!..
Mən demədim bəsdir ona bir nəfər?!
Getsə kifayətdir Ömər ya Səfər;
Mən deyən oldu yenə də müxtəsər,
Bəxtəvərəm, bəxtəvərəm,
bəxtəvər.
İstədilər göndərələr üstünə
on min pələng,
Mənsə dedim bəsdir ona getsə keçəl
Həmzə bəy. |
|
|
Fərraş— |
Xan
sağ olsun!
Mahaldan gətirdilər bir nəfər,
Bizlərdən Koroğluya aparırmış
xəbərlər. |
|
|
Həsən
xan— |
Kim
göndərirmiş onu? |
|
|
Fərraş— |
Əsla deməz, gizlədir,
Nə qədri versən əzab,
Ölsə də dinmir, demir. |
|
|
Nigar
— |
Ah!.. |
|
|
Həsən
xan— |
Səni
kim göndərib, de görüm, alçaq?! |
|
|
Eyvaz— |
Vurun, öldürün, demərəm ancaq. |
|
|
Həsən
xan— |
Cəlladı çağırın. |
|
|
Nigar
— |
Qoyun mən deyim,
Kimin göndərdiyin sizə söyləyim.
|
|
|
Həsən
xan— |
Kim
imiş göndərən? |
|
|
Nigar
— |
Göndərən mənəm.
Bunu anlayın, mən sizə düşmənəm! |
|
|
Hamı
— |
Belə
bəs, belə bəs, belə, belə!. |
|
|
Nigar
— |
Bir
görün, mən sizə nə deyəcəyəm
hələ.
Bir yığın zülmkar, bir yığın
cəllad,
|
|
|
|
Təsir
etməz sizə bu qədər fəryad, |
|
(2
dəfə) |
|
Sərxoş
etmiş sizi zülmün nəşəsi. |
|
|
|
Narahat
eyləməz məzlum naləsi. |
|
(2
dəfə) |
|
Bir
gün gələcəkdir intiqam günü,
Kəsəcək zalimin başının üstünü.
Bu gün əzilənlər əzər sizləri,
Xan zülmündən qurtararlar bizləri,
Qurtararlar bizləri! |
|
|
Əyanlar — |
Rədd edilsin, məhv edilsin, öldürülsün
xainə,
Qoy cəza görsün, xəyanət eyləmişdir
xaninə! |
|
|
Həmzə
— |
Ax! Qəlbimdəki məhəbbət
Döndü, oldu bir nifrət ol xainə! |
|
|
Əyanlar
— |
Ay
tutun, qoymayın! |
|
(5
dəfə) |
Həsən
xan— |
Ay
tutun, qoymayın, tez Koroğlunu,
Tez tutun, qoymayın, öldürün onu! |
|
|
Xor
— |
Ay
tutun, qoymayın! |
|
(5
dəfə) |
|
Ay
tutun, qoymayın, tez Koroğlunu,
Tez tutun, qoymayın, öldürün onu! |
|
|
İbrahim
xan— |
Xan
sağ olsun!
Polad verdi Qıratı,
Mindirib Koroğlunu, tez qaçırtdı. |
|
|
Həsən
xan— |
Bu
üç xainin də gəsilsin başı!
|
|
|
Hamı
— |
Cəzaya verilsin qohumu, qardaşı! |
|
|
Nigar,
Polad, Eyvaz— |
Koroğlu
sağ olsun!.. |
|
|
|
|
|
|
|
PƏRDƏ |
|
|
|