Həsən
xan— |
Heç mənası yoxdur yalan, yalan, yalan sözlərin,
Aparın, çıxarın bunun gözlərin!
Tez olun aparın, qoymayın qala!..
|
|
|
Həmzə
bəy vəHəsən xan— |
Döyməsən,
söyməsən, malın almasan,
Dara çəkdirməsən, dama salmasan,
Rəiyyət bir daha xanı dinləməz,
Malımın, çanımın sahibi deməz.
Sakitlik istəsən əz rəiyyəti,
Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti...
|
|
|
Nigar—
|
Şərir Həsən xan, zalım Həsən
xan
Cəllada verdi fərman:
Fağır, günahsız, dilsiz, ağızsız
Alını etsin
qurban.
Kor etdilər yazıq Alını,
Dağıtdılar bütün malını.
Qəlbim yanır, odlanır
Mənim bu ahü nalədən,
Gələr bir gün, gələr bir gün
Bu məzlum xalq verər cəza
Bu məlun, zülmkar xanlara,
Bu eşq odundan yaralıyam mən,
Gözümdə Rövşən, sözümdə
Rövşən,
Rövşən, Rövşən, Rövşən.
Rövşəndir dünyada məni yaşadan,
Rövşən məni sevir, mən də Rövşəni!..
Rövşən məni sevir, mən də Rövşəni.
Sevmirəm, sevmirəm varı, dövləti.
Ölsəm də saxlaram məhəbbəti.
Rövşəni minlərcə cana vermərəm,
Min bəyə, paşaya, xana vermərəm.
Sevirəm, sevirəm, sevirəm,
Sevirəm, sevirəm səni, əzizim Rövşən,
Sevirəm səni mən, səni mən,
Səni mən candan artıq sevirəm, Rövşən,
Rövşən!
Bu eşq odundan yaralıyam mən, Rövşən!
Sevdim səni, Rövşən!
Rövşən gəlib çıxmadı,
Gözləməkdən yoruldum.
Ah, gəlirlər, gəlirlər,
Gəlir igid Rövşənim.
Hanı bəs Rövşən? |
|
|
Rövşən
— |
(pərdə dalından) — Səni gördüm,
hey!.. |
|
|
Xor
— |
Rövşəndir, Rövşən, Rövşən! |
|
|
Rövşən
— |
Səni
gördüm, aşiq oldum,
Dərdə saldın canımı.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə nazlar...
Can alan yar tökdü nahaq qanımı.
Gözəlim gəl, halımı sor, rəhm
elə.
Nazlı yarım, gülüzarım, işvəkarım,
hey...
Nədir əmrin, tacidarım, sərvərim?..
Ah, Nigarım! Sevgili, nazlı dilbərim,
sevgilim,
Sevgilim, ayrı düşdüm səndən,
gəl görüm. |
|
|
Nigar—
|
Şərir
Həsən xan, zalım Həsən xan
Cəllada verdi fərman,
Dilsiz, ağızsız, fağır, günahsız
Alını etsin qurban.
Kor etdilər yazıq Alını. |
|
|
Xor
— |
Yazıq Alı! |
|
|
Nigar—
|
Dağıtdılar
bütün malını. |
|
|
Xor
— |
Yazıq
Alı! |
|
|
Nigar—
|
Nə vaxtadək zalımın zülmü görməz
intiqam?! |
|
|
Rövşən
— |
Ax,
intiqam, ax, intiqam!.. |
|
|
Nigar
və xor — |
Gərək
bu gün edək qiyam,
Alaq o xandan intiqam! |
|
|
Nigar
və Rövşən — |
Ax,
intiqam, ax, intiqam!.. |
|
|
Xor
— |
Gərək
bu gün edək qiyam,
Alaq o xandan intiqam! |
|
|
Rövşən
— |
Ax, intiqam, ax, intiqam!.. |
|
|
A
l ı — |
Rövşən, Rövşən!.. |
|
|
H
a m ı — |
Alaq
o xandan intiqam!.. |
|
|
Nigar
və Rövşən — |
Yazıq
atam!.. |
|
|
Rövşən
— |
Sənin
qanın yerdə qalmaz! |
|
|
Xor
— |
Yazıq Alı kor, bədbəxt oldu,
Bədbəxt oldu, bədbəxt!
|
|
|
Rövşən
— |
Görünür
taxsırın varimiş əlbət. |
|
|
A
l ı — |
Ortada
yox idi heç bir məqsədim,
Mən xana bir xidmət etmək istədim.
Nə qədər cins at var seçdim, saxladım,
Vallahi, yoxumdu heç bir məqsədim.
Ha, ha, ha... (ağlayır). |
|
|
Xor
— |
Nə
qədər qulluq eyləsən,
Yolunda canından keçsən,
Yenə də axırda səndən
Razı qalmaz əsla nə bəy, nə xan,
Nə paşa, nə tacir, nə əyan. |
|
|
A
l ı — |
Oldun
sən kor oğlu, |
|
(2
dəfə) |
|
Kor
oğlu, kor oğlu, kor oğlu, kor oğlu!..
|
|
|
Rövşən
— |
Təngə gəldik, yox tavan,
Əzdi bizi vəhşi xan.
Görmədik bir yaxşı gün
Hərgiz, məhv edildik büsbütün,
Bəy, xan, paşa, mülkədar,
Yansın, batsın hər nə var.
Qalxsın üsyan şöləsi,
Rədd olsun vəhşi bəy, xan!
Mən daima düşmənəm
Xanlara, düşmən, düşmən.
Hər tərəfdən qanlar axsın
Sel kimi, sel kimi, sel kimi, sel!..
Üsyan etmək, üsyan etmək, məhv eyləmək,
Xanı məhv eyləmək, onu məhv eyləmək!
Yoxsul xalqa nicat verəcək
Bir əlac var isə—üsyan, üsyan!.. |
|
|
Xor
— |
Hər
bir yerdən—dağdan, daşdan,
Ormanlardan, insandan
Qalxsın üsyan, qalxsın üsyan!
Hər ölkədən, hər yandan!
Qoy rədd olsun, qoy məhv olsun
Bəylər, xanlar, zalımlar.
Qoy məhv olsun, qoy məhv olsuv
Qəddar, xain qatillər! |
|
|
Rövşən
— |
Dağlar, daşlar, dağdaşlar arasına
Səngərlər çəkmək,
Ordan saldırmaq, qırmaq, yıxmaq,
Qırmaq, yıxmaq, xanları məhv eləmək! |
|
|
Xor
— |
Məhv
olsun, məhv olsun xanlar! |
|
|
Rövşən
və Nigar — |
Üsyan,
üsyan!..
Üsyandan başqa yox çarə,
Üsyandan, başqa yox çarə, çarə!..
|
|
|
H
a mı— |
Üsyan,
üsyan!.. |
|
|
Rövşən
və Nigar — |
Üsyandır
son çarə! |
|
|
Rövşən— |
Mənimlə
gedən gəlsin, gedək dağlara.
Qalarsan burda, Nigarım,
Olarsan mənə burda lazım.
Xanın əməllərindən
Məni xəbərdar edərsən,
Səni tezliklə xilas edərəm mən.
Sevgilimsən. .
Mənimlə gedən gəlsin, gedək. |
|
|
Xor
— |
Qoy
rədd olsun, qoy məhv olsun,
Xanlar, bəylər, zalımlar!
Qoy məhv olsun, qoy tərk olsun
Qəddar, xain qatillər!
Qatillər, zalım xainlər!...
Rövşən, gedək! |
|
|
|
|
|
|
|
PƏRDƏ |
|
|
|