Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

 

Azərbaycan xalqının mədəniyyəti və incəsənəti olduqca qədim bir tarixə malikdir. Azərbaycan şerinin və musiqisinin dahi simaları Nizami, Nəsimi, Füzuli, Əbdülqədir Marağı, Səfiəddin ibn-Mömin-əl-Urməvi və başqaları bütün dünyada tanınmış məşhur şəxsiyyətlərdir. Qədim zamanlardan bəri Azərbaycanın incə rübaisi, şerləri, müğənnilərimizin məftunedici gözəl nəğmələri Qafqazda, Orta Asiyada və Yaxın şərq ölkələrində böyük şöhrət qazanmışdır.

Lakin mədəniyyətimizin və incəsənətimizin əsil inkişaf mərhələsi bizim dövrə, yəni sosialist inqilabının tarixi qələbələr qazandığı dövrə təsadüf edir. Lenin milli siyasətini həyata keçirən yeni deövlət quruluşu formaca milli, məzmunca sosialist incəsənətimizin inkişafı üçün olduqca gözəl şərait yaratmışdır. Sovet dövləti milli inçəsənətimizin inkişafı üçün lazım olan hər bir vəsaiti buraxır, incəsənət adamlarının əməyinə yüksək qiymət verir, hər bir yaradıcılıq təşəbbüsünü böyük maraqla qarşılayır.

Lenin partiyası incəsənət xadimlərinin məfkurəvi tərbiyəsinə böyük diqqət və qayğı ilə yanaşır, onları dünyanın ən qabaqcıl nəzəriyyəsi olan marksizm-leninizm nəzəriyyəsi ilə silahlandırır. Sovet dövlətinin, bolşeviklər partiyasının qayğısı nəticəsində Azərbaycanın milli incəsənəti 25 il ərzində böyük müvəffəqiyyətlərə nail olmuşdur. 25 ildə Azərbaycanda musiqi məktəbləri, istedadlı bəstəkar Asəf Zeynallı adına Dövlət konservatoriyası, onun nəzdində 10 illik musiqi məktəbi, Bakı və Kirovabadda filarmoniya, Azərbaycanın böyük filosofu, mütəfəkkiri və dramaturqu Mirzə Fətəli Axundov adına Dövlət Opera və balet teatrı, görkəmli satirik Cəlil Məmmədquluzadə adına Musiqili komediya teatrı, Dövlət simfonik orkestri, Azərbaycan mahnı və rəqs ansamblı, Azərbaycan xalq çalğı alətləri orkestri və sairə təşkil edilmişdir.

Azərbaycan xalqı ölkədə Sovet hakimiyyəti qurulmasının 25 illiyini böyük tarixi günlərdə qeyd edir. Sosialist inqilabının qələbəsindən sonra bizim milli mədəniyyət və incəsənətimiz misilsiz dərəcədə inkişaf etmişdir.

35—40 il bundan əvvəlki arzularımız bu gün həqnqətə çevrilmişdir. Milli mədəniyyət və incəsənətimizin inkişafı nəticəsində bizdə bacarıqlı sənətkar artistlər, rejissorlar, rəssamlar və bəstəkarlar yetişmişdir. Bu adamlar dövlətin və partiyanın qayğısı ilə incəsənətimizin tərəqqisi üçün böyük ruh yüksəkliyi ilə çalışırlar. Xalqlar dostluğu və qardaşlığı ailəsində yaşayan incəsənət adamları öz yaradıcılıq qüdrətlərini dərin vətənpərvərlik hissindən, həmin həyatdan alıb müxtəlif janrlarda gözəl əsərlər yaradırlar. 25 il ərzində incəsənətimiz konkret olaraq nə kimi müvəffəqiyyətlər əldə etmişdir?

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası Azərbaycan musiqisinin, xüsusilə Azərbaycan operasının geniş yaradıcılıq yoluna çıxdığını göstərdi. Dekada günlərində incəsənətimizin ən yaxşı nümunələri, Sovet hakimiyyəti dövründə yaranmış «Koroğlu», «Nərgiz» və «Şah Sənəm» operaları nümayiş etdirildi.

«Nərgiz» operası musiqi tariximizdə ilk inqilabi əsərdir. Əsərin baş qəhrəmanları Əliyar, Nərgiz və başqalarının simasında 1920-ci ilin aprelində əks-inqilabçı müsavat hökumətinə qarşı xalq üsyanının qəhrəmanlıq dastanı musiqi və səhnə sənətimizdə əks olunmuşdur. Bəstəkar Qlierin «Şah Sənəm» operası da milli səhnəmizda görkəmli bir hadisə kimi qarşılanmışdır.

Dekada müsamirələrində Moskva tamaşaçılarının qarşısında Azərbaycan xoru, xalq çalğı alətləri orkestri, rəqs ansamblı, aşıqlar, xanəndələr, oynayanlar və çalandar çıxış etdilər. Azərbaycan incəsənəti dekadasında qazaşdlan nailiyyətlərin hamısı Sovet hakimiyyəti dövründə əldə edilmişdir. Dekadada göstərilən hər bir sənət nümunəsi yeni sovet mədəniyyətimizin məhsuludur. Ongünlük Moskva çıxışları Azərbaycan musiqi sənətinin qalibiyyət şənliyi idi. Bu qalibiyyətə paytaxtın ictimaiyyəti, dəvlət və partiya rəhbərləri yüksək qiymət verdi.

«Pravda» qəzetinin 1938-ci il 18 aprel tarixli baş məqaləsində deyilirdi: «M. F. Axundov adına Azərbaycan Dövlət opera və teatrının verdiyi dörd tamaşa, aprelin 15-də SSRİ Böyük teatrında olan son böyük müsamirə Azərbaycan incəsənətinin nə qədər böyük yaradıcılıq yüksəlişinə çatdığını göstərdi Bizi ürəkdən heyran edən «Koroğlu», «Nərgiz», «Şap Sənəm» operaları, «Arşın mal alan» musiqili komediyası Azərbaycan musiqi mədəniyyətinin və səhnə ustalarının səviyyəsinin nə qədər yüksək olduğunu, yaradıçılığının nə qədər zəngin və nə qədər müxtəlif olduğunu göstərdi».

Azərbaycan incəsənətinin və musiqisinin görkəmli nailiyyətlərinə görə dekada iştirakçılarının əksəriyyəti SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə orden və medallarla mükafatlandırıldı.

M. F. Axundov adına Azərbaycan Dövlət opera və balet teatrı isə Lenin ordeni ilə təltif edildi.

Dekadadan sonra opera teatrının repertuarı yeni opera və baletlə zənginləşdi. Bu yeni yaranmış əsərlər içərisində əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletini, əməkdar incəsənət xadimi Niyazinin «Xosrov və Şirin» operasını, gənc bəstəkarlardan Qara Qarayev və C. Hacıyevin Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə həsr olunmuş «Vətən» operasını göstərmək olar. Bunlarla bərabər «Lakme» operasından sonra 1941-ci il mövsümündə birinci dəfə olaraq, Azərbaycan artistlərinin qüvvəsi ilə bəstəkar Tiqranyanın «Anuş», Rossininin «Sevilya bərbəri» və bu ilin mövsümündə Bizenin «Karmen» operaları Azərbaycan dilində ta-maşaya qoyuldu. Bunlar göstərdi ki, Azərbaycan xalqı öz doğma musiqisini, milli sənətini sevdiyi kimi, bəşəriyyət tarixində gözəl sənət nümunələri olan əsərləri də eyni məhəbbətlə sevir.

Azərbaycan incəsənətinin musiqili komediya sahəsində də müvəffəqiyyətləri çoxdur. Sovet hakimiyyəti dövründə respublikanın gənc bəstəkarları böyük müvəffəqiyyət qazanan gözəl musiqili komediya əsərləri yaratmışlar. Bu əsərlər içərisində Səid Rüstəmovun «Beş manatlıq gəlin», Məşədibəyovun «Toy kimindir», S. Hacıbəyovun «Qızıl gül», Fikrət Əmirovun «Ürək çalanlar» musiqili komediyalarını göstərmək olar.

Azərbaycan incəsənəti qarşısında Vətən müharibəsi günlərində daha böyük və şərəfli vəzifələr durdu. Bu illərdə incəsənət əhalini ruhlandırmaq üçün ən yaxşı va-sitələrdən biri oldu. İncəsənət öz siyasi və məfkurəvi dolğunluğu ilə sovet adamını alman işğalçılarına qarşı mübarizə üçün səfərbəredici bir qüvvəyə çevrildi. Qüdrətli ölkəmizin bütün xalqlarında olan yüksək vətənpərvərlik hissi incəsənətdə öz aydın təzahürünü tapdı. Cəbhədə və arxada vətənə xidmət edən sovet adamlarının misilsiz qəhrəmanlığı incəsənət üçün yeni mövzu oldu.

Vətən müharabəsi illərində sovet xalqıiın mənəvi qüvvəti də yüksəlmişdir.

Müharibənin gedişində hitlerçilər yalnız hərbi cəhətdən deyil, mənəvzi-siyasi çəhətdən də məğlubiyyətə düçar olmuşlar. Ölkəmizdə bütün irq və millətlərii möhkəmlənən bərabərliyk məfkurəsi hitlerçilərin yırtıcı millətçilik və irqi nifrət məfkurəsinə tam qələbə çalmışdır.

1944-cü ilin dekabrında Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi dekadası Azərbaycan musiqi sənətinin müharibə dövründəki nailiyyətlərini nümayiş etdirdi. Bəstəkarların müxtəlif janrlarda musiqi yaradıcılıqı: şən nəğmələr, yürüş marşları, «cəngi», nikbinliklə dolu ahəngdar «qəzəllər» dekadada yüksək qiymət aldı..

Azərbaycan musiqisindəki görkəmli müvəffəqiyyətlərdən ən başlıcası simfonik əsərlərin yaranmasıdır. Müharibə dövründə yazılmış 25 simfonik əsərdən dekadada 8-i ifa olundu. Bu simfonik əsərlər və onların ifası göstərdi ki, Azərbaycanda müharibə dövründə yaranmış simfonik musiqi öz bədii inkişafında irəliyə doğru böyük bir ad-dım atmışdır. Bu əsərlərin müəllifləri sovet məktəbinin yetişdirmələridir. Onlar bu işin öhdəsindən müvəffəqiyyətlə gələ bilmişlər. Gənc bəstəkarlardan Qara Qarayev, C. Hacıyev, S. Hacıbəyov, Ə. Abbasov, F. Əmirov, Niyazi, Elza Mailyan və başqalarının simfonik əsərləri öz zəngin məfkurəvi mündərəcələri ilə seçilir.

Gənc bəstəkarlarımızın mahnı əsərləri də milli əlamətlərə malik olması səmimiyyəti, aydın ahəngi və şənliyi etibarilə təqdirə layiqdir. Mahnı əsərləri yazan bəstəkarlarımızın içərisində Azərbaycanlı qadınlar da vardır. Bunlardan Ağabacı Rzayeva, Şəfiqə Axundova, Ədilə Hüseynzadə, Elmirə Nəzirova, Elza Mailyan, H. Nəcəfovanı göstərmək olar. Azərbaycan bəstəkarlarının müharibə dövründə yazdıqları mahnılar da, başqa əsərlər kimi, vətənpərvərlik hissi ilə doludur. Buna görə də bu mahnılar xalq içərisində, cəbhədə Qızıl Ordunun qəhrəman döyüşçüləri arasında böyük rəğbət və məhəbbət qazanmışdır. İncəsənət işçilərindən düzəldilmiş briqadalar dəfələrlə cəbhəyə getmişdir. Azərbaycan bəstəkarları tərəfindən yazılmış mahnıların geniş surətdə yayılmasının əsas səbəblərindən biri də onun xəlqiliyidir. Bu mahnılar sadə, aydın və tez anlaşılan musiqi əsərləridir. Bu mahnılarda xalq yaradıcılığının, folklor musiqisinin müsbət və yaxşı cəhətlərini görürük. Bunlarda Azərbaycan oğulla-rının qəhrəmanlığı, xalqlar dostluğu, Qızıl Ordunun gücü və qüdrəti səslənir, mərdlik, igidlik, vətənə sədaqət kimi nəcib hisslər əks olunur. Müharibə dövründə mahnılar böyük tirajla nəşr olunaraq, vətən müharibəsi cəbhələrinə, hərbi hissələrə göndərilmişdir. Bu mahnılar bizim döyüşçülərimizi qəhrəmanlığa ruhlandıran yaxşı bədii əsərlərdir. Sovet hakimiyyəti dövründə xanəndələrin, aşıqların, ayrı-ayrı xalq mahnıları ifaçılarının simasında xalq musiqisi də inkişaf etmişdir. Xalq musiqisinin ən yaxşı ifaçıları aşıqlardır. Onlar doğru olaraq, ilk musiqi sənətkarları hesab olunur. Aşıqlar kimi heç kəs inqilabi mündərəçəni xalq yaradıcılığında ifadə etmir.

İnqilabdan əvvəl burjua və xırda burcua təbəqələri öz nəşə və zevqlərini «sazanda»ların incə, ənənəvi mahnılarından alırdılar. Aşıqlar isə «kobud» kəndlilər sayılaraq, şəhərlərdə və böyük yaşayış yerlərində «sazandalar» tərəfindən sıxışdırılmışdı. Aşıqlar yalnız ucqar kəndlərdə və yaylaqlarda çıxış edə bilərdilər.

Aşıq sənəti də yalnız Sovet hakimiyyəti dövründə dirçəlməyə və inkişaf etməyə başladı. 1926-çı ildə Bakı-da Birinci aşıqlar qurultayı çağrıldı. Aşıq yaradıcılığının mahiyyətini başa düşməyən və onu çoxdan unutmuş olan adamlar aşıqların rəngarənk və müxtəlif formalı gözəl nəğmələri qarşısında məğlub oldular. O gündən sonra aşıqların çıxışları genişləndi. Azərbaycanın hər tərəfindən aşıq dəstələri gəldi və dekada zamanı Moskvada iştirak etdi, dekada iştirakçıları ilə birgə Kremldə qəbul olundu. Aşıqların yaradıcılığında inqilabın böyük rəhbəri V. İ. Lenin, kolxoz quruluşu, sosialist sənayesi, Sovet Konstitusiyası, Ali Sovetə seçkilər haqqında mahnılar, vətən qəhrəmanları haqqında dastanlar vardır.

Azərbaycan aşıqlarından ordenli aşıq Əsəd, ordenli aşıq Avak, aşıq Mirzə, aşıq Məmməd və başqaları xalq arasında böyük məhəbbət qazanmışlar. Aşıq ansamblı da musiqi həyatımızda mühüm müvəffəqiyyətlərdən biridir.

Sosialist inqilabının qələbəsi ilə yenidən həyata qayıdan aşıqlar onlara olan qayğını hiss edib böyük yaradıcılıq həvəsi ilə doğma sənətlərinin inkişafı üçün işə başladılar. Yüksək bədii sənət yalnız o zaman ümumxalq malı ola bilər ki, bu sənətinin gözəl və ən istedadlı ifaçıları olsun. İstedadlı ifaçılar olmadan milli sənətin təmtəraqlı inkişafı da ola bilməz. Azərbaycanda Sovet hakimiyyəti devründə milli incəsənətimizin ustaları yaranmışdır. Bunlardan SSRİ xalq artistləri Bülbül Məmmədov, Şövkət Məmmədova, Azərbaycan SSR xalq artistləri H. A. Hacıbababəyov, Həqiqət Rzayeva, Qurban Pirimov, Xan Şuşinski, əməkdar artistlərdən Bünyadzadə, Mustafayev, Ağalarov, gənclərdən Sara Qədimova, Zəhra Rəhimova, Şövkət Ələkbərova, Fatma Mehrəliyeva və başqalarını göstərmək olar.

Sovet incəsənətinin əsil gücü onun formaca milli və məzmunca sosialist olmasındadır. Musiqi əsərlərinin əsasında xəlqilik mühüm yer tutur. İncəsənət xadimlərimizin qüdrətli vətənimizə məhəbbəti tükənməzdir.

SSRİ xalqlarının incəsənəti ilə bərabər Azərbaycan incəsənəti də partiyamızın müdrik rəhbərliyi ilə tarixdə misli görünməmiş bir şəkildə inkişaf etməkdədir.

 

 


1. Məqalə «Vətən uğrunda» jurnalının 1945-ci il 2—3-cü nömrəsində çap olunmuşdur.


 

 

 
   © Musigi Dunyasi, 2005