Çoxmillətli Sovetlər ölkəsinin musiqi sənəti dünya şöhrəti qazanmışdır. Lenin partiyasının rəhbərlik etdiyi qalib sosializm ölkəsində qayğı ilə əhatə olunmuş sənət adamları öz istedad və qabiliyyətlərini göstərmək üçün hər cür imkana malikdirlər.
Sovet dövləti yaradıcı ziyalıların əməyi üçün son dərəcə əlverişli şərait yaratmışdır. O, görkəmli elm və incəsənət xadimlərinin xidmətlərini yüksək qiymətlən-dirir, onlara fəxri adlar, ordenlər verir, həmin adamları hər vasitə ilə yaradıçılığa həvəsləndirir... Hər il ən qiymətli sənət əsərlərinə və elmi işlərə Dövlət mükafatları verilir. Sovet hökuməti istedadları həvəsləndirmək üçün heç bir vasitə əsirgəmir. Gənc yaradıcı kadrlar yetişdirilməsinə qayğı göstərilir.
Sənət adamlarını ən qabaqcıl nəzəriyyə — marksizm-leninizm nəzəriyyəsi ilə silahlandıran Lenin partiyası onların ideya tərbiyəsinə daim qayğı göstərir. Sosializ-min böyük ideyaları, xalqların dostluğu və qardaşlığı-ideyaları yüksək vətənpərvərlik hissi və həqiqi ilhamla dolu olan əsil yaradıcılıq üçün ruh yüksəkliyi yaradır.
Sovet incəsənətinin ən parlaq və qüvvətli cəhətlərindən biri onun çoxmillətli olmasıdır. SSRİ-nin bütün xalqlarının məzmunca sosialist incəsənəti eyni zamanda parlaq milli xüsusiyyətlərə malikdir; bu xüsusiyyətlər xalqların tarixi ənənələrindən, mədəniyyətindən və məişət tərzindən irəli gəlir. Sovet incəsənəti ideyalarının son dərəcə zənginliyi, janr müxtəlifliyi, boyalarınık parlaqlığı, həyata dərin nikbin münasibəti ilə fərqlənir.
Bu sahədə əldə edilmiş nailiyyətlərin bütün əzəmətini Sovet Azərbaycanı musiqi mədəniyyətinin inkişafı timsalında görmək olar. Geniş məlum olan faktlardan ancaq bir neçəsini xatırlatmaq kifayətdir. İnqilabdan qabaq Azərbaycanda musiqi tədrisi məktəbləri yox idi. Opera teatrı yenicə yaranmaqda idi, Bakının özündə belə iri musiqi ansamblı yox idi. Xorla oxumaq qətiyyən tətbiq edilmirdi. Həmin illərin tarixi bizə kompozisiya texnikası ilə tanış olmuş və musiqi təhsili görmüş cəmi iki-üç azərbaycanlı vermişdir. Sovet hakimiyyəti illərində Azərbaycanda bütün respublika üzrə musiqi məktəblərinin geniş şəbəkəsi, konservatoriya, onillik musiqi məktəbi yaradılmışdır. Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakıda və Kirovabaddakı filarmoniyalar, Dövlət simfonik orkestri, onlarca müxtəlif musiqi kollektivi, Azərbaycan mahnı, rəqs və xor ansamblı — bunların hamısı partiyanın və Sovet hökumətinin qayğısı sayəsində meydana gəlmiş və inkişaf etmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası göstərdi ki, Azərbaycan musiqisi və hər şeydən əvvəl onun milli operası dünya şöhrəti qazanmışdır.
Böyük Vətən müharibəsi günlərində sovet incəsənəti xalqı mənəvi cəhətdən səfərbərliyə alan qüdrətli vasitəyə çevrilmişdir. Azərbaycan musiqisi də yeni, dərin və-tənpərvər əsərlərlə zənginləşmişdir. Ölkəni bürüyən yüksək vətənpərvərlik hissi öz parlaq ifadəsini Azərbaycan bəstəkarlarının yaradıcılığında tapmışdır. Sovet xalqının ölkəyə vətənpərvər xidməti və misilsiz qəhrəmanlığı mövzusu bəstəkarlarımızın müharibə günlərində yaratdıqları vokal və instrumental əsərlərin əsas mövzusu olmuşdur. Azərbaycan musiqi sənətinin yaradıcılıq nailiyyətləri 1944-cü il dekabrın axırında Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasında parlaq nümayiş etdirilmişdir.
Dekadada Azərbaycan musiqisindən ibarət konsertlər ölkənin ən görkəmli musiqi xadimləri və qardaş respublikaların geniş ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Gənc Azərbaycan bəstəkarlarının öz əsərləri ilə çıxış etməsi ən əlamətdar hadisələrdən biri hesab olunmalıdır. Onların hamısı yeni, sovet musiqi məktəbinin yetişdirməsidir. Yuxarıda qeyd etdiyimiz kimi, inqilabdan əvvəl Azərbaycanda müasir orkestr musiqisi bir-iki bəstəkarın adı ilə bağlı idisə, dekadada Azərbaycanı istedadlı müəlliflərin böyük bir dəstəsi təmsil etmişdir.
Azərbaycan dekadaya əliboş gəlməmişdi. Sovet Azərbaycanının bəstəkarları təkcə Vətən müharibəsi illərində 400-dən çox böyük və kiçik formalı əsər yaratmışlar, bun-ların içərisində 25-dən artıq simfonik əsər vardır. Müharibə illərində yaradılmış ən yaxşı simfonik əsərlərdən 8-i dekadada ifa olunmaq üçün seçilmişdir. Dekadada Sovet Azərbaycanının gənc bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Fikrət Əmirov, Elza Mailyan, Niyazi, Əşrəf Abbasov və sosialist Vətənimizin azadlığı və istiqlaliyyəti uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş bəstəkar Məmməd İsrafilzadənin simfonik əsərləri dinlənilmişdir.
Dekadadan sonra yaradıcılıq konfransında Azərbaycan bəstəkarlarının yeni simfonik əsərləri haqqında fikir söyləyən görkəmli musiqi xadimlərinin hamısı təsdiq etmişdir ki, Sovet Azərbaycanının simfonik musiqisi öz bədii inkişafında irəliyə doğru çox böyük bir addım atmışdır.
Qeyd etmək lazımdır ki, gənc bəstəkarlarımız mürəkkəb orkestrovka yazısı texnikasını olduqça əsaslı mənimsəmişlər. Onlar simfoniya formasına yiyələnmək sahəsində də ciddi müvəffəqiyyətlər əldə etmişlər. Həmin bəstəkarların əsərlərində mövzunu əlaqələndirmək, təzad təşkil edən hissələri daxilən birləşdirmək bacarığı hiss olunur. Bütün bunlar gənc bəstəkarların həmahəngliyə və bütövlüyə nail olmasına, sxematizmdən qaçmasına kömək edir. Dinlənilmiş simfonik əsərlərin bir çoxu möhkəm harmonik əlaqə və ardıcıllıq olmayan sərbəst polifoniyaya yaxın ən yeni harmonik prinsiplərə əsaslanır, bu isə musiqi dilinin orijinallığına və ifadə sərbəstliyinə kömək edir.
Gənc Azərbaycan bəstəkarlarının simfonik əsərləri ideya məzmununun zənginliyi ilə də fərqlənir. Onların hamısı Vətən müharibəsinin qəhrəmanlıq nümunələrinə, şanlı Qızıl Orduya, Sovet Azərbaycanının fədakar döyüşçülərinə həsr edilmişdir.
Simfonik orkestrin konsertlərində Azərbaycan dirijorları Əşrəf Həsənov, Əfrasiyab Bədəlbəyli və Niyazi böyük müvəffəqiyyət qazanmışlar. Bəstəkar Soltan Hacıbəyov öz simfoniyasına dirijorluq etmişdir.
Dirijorlarımızın hər birinin öz ifaçılıq üslubu vardır. Əməkdar incəsənət xadimi Əşrəf Həsənov öz diqqətini partiturada cəmləşdirməklə yanaşı, həm də orkestri bacarıqla idarə edir, bəstəkarın fikrini izləyir və bütün nüansları qabarıq surətdə nəzərə çarpdırır. Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəyli orkestrin dərin emosionallığına və ahəngdarlığına nail olur. Onun dirijorluq jesti öz yüngüllüyü və təbiiliyi ilə fərqlənir. Əməkdar incəsənət xadimi Niyazi bir dirijor kimi müstəsna musiqi yaddaşı, traktovkasının cəsarətliliyi və inamlılığı, böyük temperamenti ilə diqqəti cəlb edir.
Simfonik konsertlərlə yanaşı verilən kamera musiqisi konsertlərində on üç Azərbaycan bəstəkarının, o cümlədən yeddi qadın bəstəkarın 27 əsəri dinlənilmişdir. Vokal əsərləri içərisində Azərbaycan solo ifasının yeni forması — «qəzəl» xüsusilə diqqəti cəlb etmişdir.
«Qəzəl» — şərq poeziyası formalarından biri olub,. lirik məzmun daşımalıdır. «Qəzəllər» Azərbaycan poözi-yasında son dərəcə geniş yayılmışdır. Çox vaxt «qəzəllə-rin» mətnindən Azərbaycan ladlarında vokal imnrovizasiyası üçün istifadə olunur. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi yubileyinin bayram edilməsinə hazırlıq günlərində Azərbaycan bəstəkarları onun məşhur qəzəllərinə musiqi yazmışlar. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq musiqili qəzəllərin artıq improvizasiya şəklində deyil, inkişaf etmiş melodiya şəklində olan, müvafiq ladlarda yazılan və Avropa romansları janrına yaxınlaşan yeni bir forması meydana kəlmişdir. Konsertlərdə ifa olunan «Sənsiz», «Sevğili canan» və başqa qəzəllərin çap edilmiş nüsxələri dekadanın konsertlərində olmuş tamaşaçılar tərəfindən böyük həvəslə alınmışdır..
Bəstəkarlardan Şəfiqə Axundova, Ağabacı Rzayeva, Ədilə hüseynzadə, Hacı Xanməmmədov, Süleyman Ələsgərov və Fikrət Əmirovun böyük müvəffəqiyyətlə ifa olunan vokal əsərləri Azərbaycan ladlarına əsaslanmış və xalq musiqisi ruhunda yazılmışdır. Lakin bu əsərlər el mahnılarından daha artıq inkişaf etmiş melodiyaları və iki, yaxud üç hissəli forma əmələ gətirən təzadlı (lad cəhətdən) hissələri ilə fərqlənir. Həmin əsərlərin milli intonasiyalılığı onlara xüsusi orijinallıq və parlaq musiqi çalarlığı vermişdir. Bəstəkar Olqa Nikolskayanın rus yürüş mahnıları canrında yazdığı «Qisas alacağıq» əsəri də həmin keyfiyyətləri ilə fərqlənir.
Azərbaycan bəstəkarlarının Vətən müharibəsi günlərində yazdıqları bütün əsərlər kimi, vokal əsərləri də dərin vətənpərvərlik hissi ilə dolu, ruhlandırıcı və dinamik əsərlərdir. Bu əsərləri fərqləndirən xüsusiyyətlər onların parlaq milli koloritə, səmimi və aydın melodiyaya malik olmasıdır. Məhz buna görə də həmin əsərlər xalq arasında, Qızıl Ordunun rəşadətli döyüşçüləri arasında haqlı olaraq şöhrət qazanmışdır.
Dekadada ifa olunmuş fortepiano əsərləri içərisində gənc bəstəkarlar Elmira Nəzirova və Lidiya Adamenkonun yazdığı «Prelüdlər»i qeyd etmək lazımdır. Müəlliflər texniki çətinlikləri müvəffəqiyyətlə aradan qaldıraraq öz əsərlərini özləri (6 və 4 prelüd) ifa etmişlər. Gənc pianoçular F. Quliyeva (Qara Qarayevin fortepiano üçün sonatinasını ifa etmişdir) və A. Zülfüqarovanın (V. Apresovun fortepiano üçün uyğunlaşdırdığı «Yaxşı yol» və «Cəngi» əsərlərini ifa etmişdir) ifaçılıq məharətini .də qeyd etmək lazımdır.
Azərbaycan bəstəkarlarının xalq çalğı alətləri orkestri, xor, sazçı qızlar ansamblı və xanəndələr üçün əsərləri dekada zamanı hamını valeh etmişdir.
Xalq orkestri üçün yazılmış əsərlər içərisinə hərbi musiqinin yeni forması olan «Cəngi»ni xüsusilə qeyd etmək lazımdır. Hələ əfsanəvi Koroğlunun dövründə milli çalğı aləti olan zurnanın əzəmətli səsi və təbillərin gurultusu əskərlərdə mübariz ruh oyatmış, onları döyüş igidliklərinə və düşmən üzərində qələbəyə çağırmışdır. «Cəngi» çalınarkən zurna əsas rol oynayır, bu da musiqiyə mübariz xarakter verir.
Müharibə «Cəngi» ilə yanaşı «Qəhrəmanı» və «Müxəmməs» kimi əsərlərin də meydana gəlməsinə səbəb olmuşdur. Bunlar aşıq üslubunda yazılmış mahnılar olub, Qızıl Ordunun gücünü və qüdrətini, sovet xalqının qəhrəmanlığını və mərdliyini tərənnüm edir,
Azərbaycanın üçüncü konsertinin proqramına klassik musiqinin (muğamlar) və xalq musiqisinin nümunələri daxil idi. Bunlar, milli melodiyalarımızın bütün gözəllik və cazibədarlığını dinləyicilərə çatdırmışdır.
Həmin konsert Azərbaycan musiqisində xalq yaradıcıdığının nə qədər dərin kök saldığını bir daha aydın surətdə göstərdi.
Dekada təkcə «Azərbaycan musiqisi yaradıcılarının» nailiyyətlərini deyil, həm də bizdə ifaçılıq məharətinin xeyli artdığını nümayiş etdirdi. Bunu SSRİ xalq artisti Bülbül Məmmədov, Azərbaycan SSR xalq artistləri Qurban Pirimov, Hacıbababəyov, Həqiqət Rzayeva, Xan Şuşinski və başqa görkəmli səhnə ustalarının çıxışları göstərdi. İstedadlı vokalçılarımızdan respublikanın əməkdar artisti Yaqub Rzayev, B. Mustafayev, A. Bünyatzadə, İ. Ağalarov, solistlərdən Sara Qədimova, Zəhra Rəhimova, Şövkət Ələkbərova, habelə bir çox başqa qabiliyyətli ifaçı— müğənnilərimiz, oynayanlarımız, çalanlarımız da müvəffəqiyyət qazanmışlar. Gözəl kollektivlərimizin — Dövlət simfonik orkestrinin, Əməkdar incəsənət xadimi bəstəkar Səid Rustamovun bədii rəhbəri olduğu xalq çalğı alətləri orkestrinin, Əməkdar incəsənət xadimi Qılman Salahovun rəhbərlik etdiyi mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət filarmoniyası xorunun, sazçı qızlar ansamblının, oynayanlar və çalğıçılar dəstəsinin çıxışı qanuni iftixar hissi doğurdu. Qısa bir müddət içərisində bu cür möhkəm və bədii cəhətdən mükəmməl kollektivlərin yaranması ancaq incəsənətin bütün xalq tərəfindən sevildiyi və dövlət tərəfindən keniş müdafiə olunduğu bir yerdə mümkündür.
Dekadadan sonra keçirilən yaradıcılıq konfransında Zaqafqaziya respublikaları musiqinin daha da inkişaf etdirilməsinə dair mühüm, prinsipial məsələlərə toxunul-muşdur. Çıxış edənlər milli bəstəkarların gözəl nailiyyətlərinə heyran olduqlarını bildirməklə yanaşı onların yaradıcılığındakı bəzi nöqsanları da göstərmişlər. Bu, hər şeydən əvvəl, simfonik əsərlərə aiddir. Milli intonasiyaya gözucu baxan bəstəkarlar haqlı olaraq tənqid edilmişlər, çünki onların əsərləri məhz buna görə zəifdir.
Milli intonasiya problemini necə başa düşməli? Bəzi bəstəkarlar güman edirlər ki, əgər onlar təsadüfdən-təsadüfə «artırılmış sekundaya» əl atsalar, bununla «milli intonasiya»ya nail olarlar. Bu «artırılmış sekundaya» həm Qərb, həm də rus «oriyentalistlərinin» əsərlərində rast gəlirik. Lakin unutmaq lazım deyil ki, həmin bəstəkarlar qətiyyən əsil Azərbaycan musiqisi yaratmaq niyyətində olmamışlar. Səthi stilizasiya musiqi əsərinə əsil milli intonasiya verməməklə bərabər, həm də əsəri gerçəklikdən, səmimilikdən və ümumiyyətlə estetik və bədii dəyərdən məhrum edir.
Mənim fikrimcə, bu vəzifə tamamilə başqa cür həll olunur. Hər bir xalq öz bəstəkarından tələb edir ki, o, öz əsərlərini nə qədər mürəkkəb olursa-olsun, xalqa yaxın və doğma olan musiqi dilində bəstələməlidir. Bunun üçün bəstəkardan həmin dili mükəmməl bilməsi tələb olunur. Milli incəsənətin yüksək nümunələrini yaratmaq üçün bəstəkar nəinki musiqi yaradıcılığının nəzəri əsaslarını bilməli və kompozisiya texnikasına mükəmməl yiyələnməli, həm də xalq musiqisinin xarakterik xüsusiyyətlərinə və qanunlarına dərindən bələd olmalıdır. Bu sahədə artıq mühüm addımlar atılmışdır. Hələ 1943-cü ildə Azərbaycan K(b)P MK-nın təklifi ilə Asəf Zeynallı adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisinin nəzəri əsaslarını öyrənən şöbə yaradılmışdır. Həmin şöbənin işi artıq müsbət nəticələr vermişdir, onun müstəqil fakültəyə çevrilmək perspektivi vardır.
Dekada yaradıcı kadrlarımız üçün gözəl məktəb oldu, bəstəkarlarımızın müvəffəqiyyət və qüsurlarını göstərdi, onları yeni yaradıcılıq nailiyyətlərinə ruhlandırdı. Bununla yanaşı, dekada bəstəkarlarımıza öz yaradıcılıqlarına tənqidi yanaşmağa, qüvvətli və zəif cəhətlərini görməyə, gələcəkdə düzgün yol tutmağa kömək etdi.
Azərbaycan musiqisindən ibarət konsertlərin yaxşı təşkili, tərtibi və bədii bitkinliyi böyük hazırlıq işinin aparılması nəticəsidir. Bu böyük və ciddi iş Azərbaycan musiqisinin inkişafına və dekada iştirakçılarının çıxışının təşkilinə Azərbaycan Kommunist partiyası və hökumətinin müstəsna köməyi və qayğısı sayəsində müvəf-fəqiyyətlə başa çatdırılmışdır.
Ucsuz-bucaqsız qüdrətli Vətənimizə məhəbbət, partiyanın rəhbərliyi altında Vətənin əldə etdiyi qələbələr üçün iftixar hissi Azərbaycan bəstəkarlarından ötrü elə bir qüdrətli ilham mənbəyidir ki, onun köməyi ilə bəstəkarlarımız sovet xalqının böyük mübarizəsini və tarixi nailiyyətlərini öz əsərlərində layiqincə əks etdirəcəklər.
1. Müqəddimə «Muzıka Sovetskoqo Azerbaydjana
v dni Oteçestvennoy voynı» məcmuəsində
dərc olunmuşdur. Rus dilindən tərcümədir.