|
SSRİ
xalq artisti Üzeyir Hacıbəyovla müsahibə.
|
Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasının
əsas vəzifəsi müharibə günlərində
yazılmış əsərləri göstərməkdir.
Azərbaycan bəstəkarlarının müharibə
dövründə yazdıqları bütün simfoniyalarda
dərin vətənpərvərlik hissi ifadə
olunmuşdur.
Kiçik formalı musiqi əsərləri — marşlar
və yürüş mahnıları da geniş
yayılmışdır. Bu əsərlər SSRİ
xalqlarının şərəfinə və azadlığına
qəsd edən həyasız düşməni aman
vermədən məhv etmək kimi mübariz çağırış
ruhunda yazılmışdır.
Vətən müharibəsi dövründə Azərbaycanda
hərbi musiqinin «cəngi» adlı yeni forması
meydana çıxmışdır. Marş formasında
olan bu musiqi başlıca olaraq xalq orkestrləri
üçün yazılır, həm də burada
qədim Azərbaycan musiqi alətlərinin, xüsusən
zurnanın iştirakı vacibdir.
Müharibə illərində lirik əsərlər
də yaradılmışdır; bunların əksəriyyəti
məşhur Azərbaycan şairi Nizaminin şerlərinə
yazılmışdır.
Simfoniya yazan gənc bəstəkarlarımızdan
Qara Qarayevi, Soltan Hacıbəyovu, Cövdət Hacıyevi
qeyd etmək lazımdır.
Bu bəstəkarların əsərləri Azərbaycanda
SSR İttifaqı xalqlarının vətənpərvərlik
hissini, qələbəyə inamını parlaq
ifadə etməyi baçaran istedadlı bəstəkar
kadrlarının yetişdiyini göstərir.
Bəstəkarlarla yanaşı, oxuyanların ustalığı
da diqqəti cəlb edir.
SSRİ xalq artistləri Bülbül Məmmədovu,
Ş. Məmmədovanı, Azərbaycan SSR xalq artisti
Hacıbababəyovu, habelə operanın gənc
artistləri Bünyatzadəni, Ağalarovu, Rəhi-movanı,
xanəndələrdən Azərbaycan SSR xalq artisti
Həqiqət Rzayevanı, Sara Qədimovanı, D.
Şuşinskayanı, Azərbaycan SSR xalq artisti
Xan Şuşinskini və başqalarını göstərmək
lazımdır.
Azərbaycan musiqisindən ibarət konsertlərdə
90 nəfərlik simfonik orkestr, 60 nəfərlik
xalq çalğı alətləri orkestri, 80 nəfərlik
xor, mahnı və rəqs ansamblı, 20 nəfərlik
sazçı qızlar ansamblı və Azərbaycan
Dövlət Konservatoriyasının bir qrup pianoçusu
çıxış edəcəkdir.
Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasının
keçirilməsi bədii əhəmiyyətindən
başqa, çox böyük siyasi əhəmiyyətə
də malikdir. Bu dekada Zaqafqaziya xalqlarının
dostluğunu daha da möhkəmləndirəcək,
musiqi ya-radıcılığında sənətkarlığı
və ideyalılığı yüksəltməyə
kömək edəcəkdir.
1. Məlum olduğu kimi, 1944-cü il dekabrın
17-dən 27-dək Tbilisidə Zaqafqaziya respublikalarının
sovet musiqi dekadası keçirilmişdir. Dekadanın
gedişi dövri mətbuatda geniş işıqlandırılmışdır.
Musahibə ilk dəfə «Zarya Vostoka» qəzetinin
1944-cü il 19 dekabr tarixli nömrəsində, sonralar
isə həmçinin «Muzıka Sovetskoqo Azerbaydcana
v dni Oteçestvennoy voynı» məcmuəsində
(Bakı, 1945-ci il) dərc olunmuşdur. Rus dilindən
tərcümədir.