Bir neçə il bundan əvvəl Romen Rollan demişdir; «Sovet İttifaqında yaşayan bütün millətlərin xalq yaradıcılığının canlı və dərin mənbəyindən qidalanan incəsənəti qarşısında böyük bir dövr açılır»
Həmin dövrün şəfəqləri sökülməyə başlamışdır. Xalqlarımızın həmrəy yaradıçılığı, ən yaxşı bəstəkarlarımızın gərgin əməyi sayəsində sovet klassik operala-rının sayı artır, yeni sosialist incəsənəti yaradılır.
Yeni sovet musiqi mədəniyyəti məzmunca beynəlmiləl, formaca millidir. Xalq tərəfindən sevilən bütün görkəmli sənət əsərləri parlaq milli koloritə malikdir. Əsil incəsənətin gücü bundadır Azərbaycanda və Ermənistanda qəlbə yatan rus mahnılarını sevir və hər yanda oxuyurlar,. Moskvanın Böyük teatrında gözəl ğürcü operasını sevə-sevə öyrənirlər, Ukrayna müğənniləri qırğız bəstəkarlarının mahnılarını oxuyur, Qazaxıstan çöllərində isə Ukrayna nəğmələri səslənir.
İndi sovet operasının yolları haqqında diskussiya keçirilməsi ilə əlaqədar olaraq, mübahisəsiz görünən bu həqiqətləri xatırlamaq yerinə düşər. Sevindiriçi bir haldır ki, sovet opera sənətinin inkişafı məsələlərinə son vaxtlar çox böyük fikir verilir. Lakin təəssüf ki, sovet operası haqqındakı məqalə və mülahizələrin heç də hamısı öz ideya-yaradıcılıq səviyyəsinə, eləcə də toxunulan məsələlərin dairəsinə görə qənaətləndirici deyildir.
Hər şeydən əvvəl belə bir hal çox təəccüb doğurur ki, bəzi tənqidçilər bütövlükdə sovet opera sənəti haqqında mübahisə edərkən ancaq Moskva və Leninqrad bəstəkarlarının yazdıqları bir neçə operadan götürdükləri misallara əsaslanırlar. Adətən həmin tənqidçilər yalnız şəxsən tanıdıqları bəstəkarların əsərləri haqqında fikir söyləyirlər.
İncəsənət məsələlərini Ümumittifaq miqyasında işıqlandırmalı olan «Sovetskoye iskusstvo» qəzeti əslində ancaq paytaxtın musiqi həyatını (həm də qeyri-inandırıcı və natamam) əks etdirir. Qəzetin əməkdaşları, mən deyərdim ki, Ümumittifaq miqyasında fikir söyləməyi hələ öyrənməmişlər, onların fəaliyyət dairəsi əsasən rayon miqyasından geniş deyildir, yaradıcılıq dünyagörüşü məhdud, məlumatları bəsitdir.
«Sovetskoye iskusstvo» qəzetinin sovet operası məsələlərinə dair demək olar ki, bütün yazıları Dzercinskinin, Çişkonun, Celobinskinin... əsərlərinə aiddir. Guya sovet klassik operasının yaradılması üzərində işləyən bəstəkarlar ancaq bunlardan ibarətdir!
Bəstəkar V. Muradelinin bu yaxınlarda «Sovetskoye iskusstvo» qəzetində dərc olunmuş məqaləsi (görünür, bu məqalə redaksiyanın nöqteyi-nəzərini tamamilə əks etdirir), də Dzerjinskinin, Çişkonun, Jelobinskinin operalarından bəhs edir. V. Muradeli yaradıcılığa yenicə başlayan gənc bəstəkara yaraşmayan bir qətiyyətlə həmin bəstəkarların əsərlərinə «qiymət» (əsasən «qeyri-kafi») vermiş, müttəfiq respublikalarda yaradılmış operalar haqqında isə bir kəlmə belə danışmamışdır.
«Sovetskoye iskusstvo» qəzeti milli operanın inkişafına dair prinsipial yaradıcılıq məsələlərinin üstündən daim sükutla keçir (milli operaları ancaq dekada günlərində yada salır). Qəzet, ətraflı materiala malik olmasına baxmayaraq, ilk Azərbaycan operasının ənənəvi yubileyini qeyd etməyi özünə layiq bilməmişdir.
«Sovetskoye iskusstvo» qəzetinin yeritdiyi bu xətt formaça milli, məzmunça sosialist sovet inçəsənətinin inkişafı məsələlərinə dair partiyanın göstərişlərinə, cəmiyyətə ziddir.
Sovet İttifaqının bütün qardaş respublkalarında— Ukraynada (Lyaetoşinski, Meytus, Tis, Rıbalçenko və b.), Belorusiyada (Boqatıryov, Tikotski və b.), Ermənistanda (Aro Stepanyan və b.), Qazaxıstanda (Brusilovski və b.), Qırğızıstanda (Vlasov, Fere və Maldıbayev) sovet operasının gözəl nümunələri yaradılır. Milli operaların bir çoxu partiya və hökumət rəhbərləri tərəfindən yüksək qiymətləndirilmiş, sovet tamaşaçılarının hörmətini qazanmışdır.
Milli respublikalarda yaşayan bəstəkarların opera yaradıcılığının diqqətlə və dərindən eyrənilməsi, bunun nəticəsi olaraq yaradıcılıq təcrübəsinin mübadiləsi sovet opera üslubunun inkişafında çox böyük rol oynamalıdır.
Heç olmazsa, əsas məsələyə—ladlar məsələsinə toxunaq. Sovet operası haqqında mübahisələrdə minor və macor barəsində çox danışırlar. Hər bir xalqın musiqi sənəti lad təfəkkürünün son dərəcə zəngin və rənkarənk olması ilə fərqlənir. Dzərbaycan xalq mahnıları və instrumental əsərləri öz intonasiya-lad koloriti sayəsində çox böyük emosiya—bədii təsir gücünə maltikdir.
Azərbaycanda, Özbəkistanda, Tacikistanda Türxmənistanda müxtəlif xalq ladlarından geniş istifadə olunma-sı musiqi dilini son dərəcə zənginləşdirir. Unutmaq olmaz ki, bəstəkar ancaq öz fikirlərini doğma musiqi dilində ifadə etdikdə xalqa yaxın olar?
Dinləyicilər—fəhlələr, kolxozçular və ziyalılar bəstəkarlarımız qarşısına yüksək tələblər qoyurlar.
Həyat, milyonlarla dinləyici sovet incəsənətindən yüksək bədii keyfiyyət, əsil sənətkarlıq tələb edir. Biz yeni incəsənət yaradırıq, bu incəsənət mükəmməl olmalı, mövzu aktuallığı, gənc milli sənətkarların hələ «yetişməməsi» məsələlərində heç bir «güzəştə» yol verilməməlidir. SSovet sənətkarı öz dinləyicilərinin mədəni inkişafından geri qalmamaq üçün gərgin və inadla işləməlidir sovet sənətkarı xalqdan öyrənməli, xalq musiqi yaradıcılığının tükənməz sərvətindən istifadə etməlidir.
Musiqi dilini zənginləşdirmək, yeni bədii ifadə vasitələryi tapmaq zəruridir.
Simfonik orkestrə xalq çalğı alətlərini cəsarətlə daxil etmək lazımdır. Bu, şübhəsiz ki, opera orkestrinin səs palitrasını zənginləşdirər, ona təravət verər.
Bizim xalq yardıçılığı, olimpiadalarımız və festivallarımız orijinal milli ifaçılıq üslubuna malik çoxlu xalq müğənnisi aşkara çıxarmışdır. Onların sənətkarlığını diqqətlə öyrənmək lazımdır. Sovet operası üçün İtaliya vokal məktəbini saxlamaq, xalq müğənnilərinin vokal üslubunun öyrənilməsinə əsaslanan yeni məktəb yaratmaq məsələsi vaxtında həll edilməlidir.
Bütün bu məsələləri sovet musiqi tənqidi ciddi müzakirə və həll etməlidir. Sovet operasının yaradılması ilə əlaqədar olan məsələlər olduqca mürəkkəb və müxtəlifdir.
Həmin məsələlərə mühafizəkar, müçərrəd göstərişlər nöqteyi-nəzərindən deyil, yüksələn, yeniliyə can atan gənc sovet incəsənəti mövqeyindən yanaşmaq lazımdır.
1. Məqalə «Sovetskaya muzıka» jurnalının
1939-cu il 5-ci nömrəsində dərc olunmuşdur.
Burada cüzi ixtisarla verilir. Rus dilindən tərcumədir.