|
AZƏRBAYCAN
İNCƏSƏNƏTİ DEKADASI QARŞISINDA |
Aşıqlar Azərbaycanda incəsənətin
yeni, sosialist mündərəcəsini ən tez
duyub mənimsəyən və bunu öz gözəl,
orijinal mahnılarında ustalıqla əks etdirən
musiqiçilər olmuşlar.
Aşıqlar kütlə tərəfindən
ən çox sevilən əsil xalq müğənniləridir.
Onlar həyatın yeni, inqilabi məzmununu böyük
həvəslə mənimsəyir, ona xalq üçün
doğma olan bədii forma verirlər.
İnqilabdan əvvəlki burjua və xırda
burjua cəmiyyətinin musiqi-estetik zövqünü
ən'ənəvi musiqinin «müasir biliciləri»,
dinləyicilərdə nəş'ə və riqqət
oyatmağı bacaran müğənnilər—sazandalar
oxşamışdır. Sazandalar «bədəvi»
kəndlilər hesab edilən aşıqları
şəhərlərdən və iri kəndlərdən
sıxışdırıb çıxarmışdı.
Aşıqlar ancaq xəlvəti, ucqar kəndlərdə
çıxış edə bilərdilər. Aşıq
sənəti ölməkdə idi.
Lakin belə olmadı. Azərbaycanda qızğın
sinfi mübarizə bolşeviklər partiyasının,
fəhlə sinfinin qələbəsi ilə nəticələndi.
Azərbaycan Sovet respublikası oldu. Aşıq azad
nəfəs ala bildi. Ona diqqət və qayğı
ilə yanaşıldığını görüb
ruhlandı və öz sənətini yeni həvəslə
inkişaf etdirməyə başladı.
1926-cı ildə2
Azərbaycanda aşıqların birinci qurultayı
çağırıldı. Aşıqları çoxdan
unudan və onların sənəti haqqında təsəvvürləri
olmayan adamlar aşıq mahnılarının təravətinə,
forma və məzmun gözəlliyinə valeh oldular.
Azərbaycanın paytaxtında aşıqlar son
dərəcə böyük müvəffəqiyyət
qazandılar. O gündən e'tibarən onların
fəaliyyət dairəsi olduqca genişləndi.
Aşıqlar Azərbaycan sosialist respublikasının
bütün şəhərlərinin əziz qonağına
çevrildi.
Ölkənin böyük qələbələrindən
ruhlanan, zəmanəmizin bütün ictimai-siyasi
hadisələrinə həssas yanaşan aşıqlar
yeniliklərə fəal münasibət bəsləyir,
hər bir hadisəni, hər bir qələbəmizi
ilhamla tərənnüm edirlər. Azərbaycan
aşıqlarının repertuarında Leninə,
proletar inqilabına, kolxoz quruculuğuna, qütb
uçuşlarına, Ali Sovetə seçkilərə,
staxanovçulara, beynəlxalq hadisələrə
həsr olunmuş çoxlu mahnılar vardır.
Azərbaycan bəstəkarlarının əsərlərinə
aşıqların böyük tə'siri olmuşdur.
Məıim yazdığım «Koroğlu» operası
əsasən aşıq sənəti əsasında
qurulmuşdur. Mirzə, Əsəd, Avak, Məmməd
kimi aşıqlar xalq arasında böyük şöhrət
qazanmışlar.
İnqilab illərində Azərbaycanın bütün
musiqi mədəniyyəti inkişaf etmişdir.
Çarizm və müsavatçılar dövründə
bütün Azərbaycanda yalnız bir musiqi məktəbi
(Bakıda) var idi. Yüzlərlə şagird içərisində
cəmi 3—4 azərbaycanlı tapmaq olardı. İndi
respublikamızda konservatoriya və altı musiqi məktəbi
vardır; həmin məktəblərdə minlərlə
Azərbaycanlı təhsil alır.
Musiqi məktəblərimizin hamısında not
sistemi və muğamat üzrə xalq çağlı
alətləri şö'bəsi vardır. Millətçi
«musiqişünaslar» sübut etməyə çalışırdılar
ki, xalq çalğı alətlərini not üzrə
çalmaq və xalq mahnılarını mövcud
not sisteminə salmaq mümkün deyildir; lakin bizdə
musiqi təhsili görmuş tarzənlər, kamança,
balaban və s. çalanlar yetişmişdir. Bakıda
gənc dirijor S. Rüstəmovun rəhbərliyi
altında həmin musiqiçilərdən ibarət
xalq çalqı alətləri orkestri yaradılmışdır.
Aprelin 5-də Moskvada açılacaq Azərbaycan
incəsənəti dekadası zamanı paytaxt tamaşaçıları
həmin orkestrla tanış ola biləcəkdir;
orkestr «Arşın mal alan» musiqili komediyasını
ifa edəcəkdir.
İ. İoannesyanın rəhbərlik etdiyi xalq
çalğı alətləri orkestri də dekadada
iştirak etmək üçün Moskvaya gəlmişdir.
Bu orkestr dekadanın son konsertində çıxış
edəcəkdir. Onun proqramına bir sıra müstəqil
nömrələr daxildir. Bundan əlavə, orkestr
ayrı-ayrı rəqs nömrələrini də
müşayiət edəcəkdir.
Azərbaycanda Dövlət xorunun yaradılması
və xor sənətinin inkişafı respublikanın
sovet musiqi mədəniyyətinin böyük nailiyyətidir.
Dövlət xorunun 100-dən artıq iştirakçısı
vardır, bunların əksəriyyəti Azərbaycanlı
qadınlardır. Bu, böyük siyasi və mədəni
əhəmiyyəti olan bir faktdır. Xorun repertuarına
qədim xalq və müasir sovet mahnıları
daxildir.
Musiqi həyatımızda digər mühüm
hadisə ilk azərbaycanlı balerina Qəmər
Almaszadənin rəhbərliyi altında xalq rəqsləri
ansamblının yaradılmasıdır. Ansamblın
42 nəfəri birləşdirən bütün
hey'əti dekadada iştirak edəcəkdir.
Musiqi folkloru sahəsində aparılan elmi iş
İncəsənət İdarəsi yanındakı
musiqi kabinetində mərkəzləşdirilmişdir,
həmin işə respublikanın əməkdar
artisti, ordenli Bülbül başçılıq
edir. Hazırda musiqi kabineti mahnı materiallarını
toplamaqla məşğuldur. Artıq toplanmış
materialların mümkün qədər tez çap
olunması üçün hər vasitədən
istifadə etmək lazımdır. Xüsusən
aşıq mahnıları geniş nəşr olunmalıdır.
Hazırda Azərbaycan sovet operalarının yaradılmasında
böyük müvəffəqiyyətlər əldə
edilmişdir. Azərbaycanın sovetləşməsindən
sonra üç böyük opera yaradılmışdır:
respublikanın xalq artisti Qlierin «Şahsənəm»
operası, əməkdar iıcəsənət
xadimi, mərhum M. Maqomayevin «Nərgiz» operası
və mənim yazdığım «Koroğlu» operası.
Dekada zamanı paytaxtın tamaşaçıları
həmin operaların məziyyətləri və
qüsurları haqqında fikir söyləmək
imkanına malik olacaqlar. Lakin bir şey aydındır
ki, köhnə Azərbaycan operalarından fərqli
olaraq, bu operaların ifadə formasında milli məhdudiyyət
yoxdur. Mövzu etibarilə Azərbaycan operaları
olan bu əsərlər hər bir tamaşaçı
tərəfindən aydın başa düşülür.
Lenin milli siyasəti xalqların formaca milli və
məzmunca sosialist mədəniyyətinin çiçəklənməsi
üçün hər cür şərait yaratmışdır.
Azərbaycan incəsənəti işçilərinin
Moskvaya gəlişi SSRİ xalqları arasında
sıx dostluğun yeni nümayişidir. Biz buraya
öz nailiyyətlərimizi Sovet İttifaqının
paytaxtına, partiya və hökumətimizin rəhbərlərinə
göstərmək üçün gəlmişik.
Şübhə etmirik ki, dekada Azərbaycan musiqi
mədəniyyətinin daha artıq tərəqqi
etməsinə kömək edəcəkdir.
1.Məqalə «Pravda» qəzetinin 1938-ci il 1 aprel
tarixli nxmrəsində dərc olunmuşdur. Rus dilindən
tərcumədir.
2. Burada səhv getmişdir. Azərbaycan aşıqlarının
birinci qurultayı 1928-ci il mayın 5—7-də olmuşdur.