Lenin partiyasının rəhbərliyi və qayğısı sayəsində ölkəmizdə xalq təsərrüfatımızın bütün sahələri ilə yanaşı olaraq formaca milli, məzmunca sosialist mədəniyyətimiz də coşğun surətdə inkişaf edir.
Revolyusiyadan əvvəl istismarçı siniflərin
zülmü altında inləyən Azərbaycan
xalqı indi Sovet Konstitusiyasının qalib bayrağı
altında gülür, danışır, oxuyur və
oynayır. Azərbaycanın xoşbəxt gəncləri
zülmün, istismarın nə olduğunu bilmir.
Lakin bütün bunlar öz-özlüyündə
əmələ gəlməmişdir. Bu gözəl
həyatın yaradılması uğrunda amansız
vuruşmalar olmuş və qanlar tökülmüşdür.
Bu gözəl və xoşbəxt həyat L.enin
partiyasının rəhbərliyi ilə, xalqın
tarix boyu unutmayacağı qəhrəman oğulları
tərəfindən qazanılmışdır.
Partiyamızla və bütün xalqımızla çiyin-çiyinə ən çətin və ən məsuliyyətli vəzifələrin öhdəsindən igidcəsinə-gələn sovet gəncləri elm və mədəniyyət sahəsində böyük xariqələr göstərirlər. Ən böyük qələbələrin və ən yüksək rekordların çoxu sovet gənclərinin adına yazılmışdır.
Azərbaycan gəncləri də bütün sovet
gənclərinin bir hissəsi olmaq etibarilə bu
qələbə və rekordların çoxuna şərikdir.
Təkcə mədəniyyətimizdən danışmış
olsaq, cəsarətlə deyə bilərik ki, Azərbaycan
mədəniyyətinin, Azərbaycan incəsənətinin
fövqəladə nümunələrini gənclər
göstərirlər. Keçən il Moskvada keçirilmiş
Azərbaycan incəsənəti dekadasında onlar
öz qüvvə, bacarıq və istedadları-nı
bir daha bütün dünya qarşısında
nümayiş etdirdilər..
Səhnələrimizdə və ekranlarımızda çıxış edən incəsənət ustalarının çoxu Oktyabr və Aprel yaşıdlı gənclərdir. Hər dəfə çıxış edən bu gənclər özlərinin diqqətəşayan yaradıcılığı ilə hamını valeh edirlər.
Azərbaycan folkloru, Azərbaycan xalq yaradıcılığı incəsənətimizdə görkəmli yer tutur. İyun ayının 17-dən 22-nə kimi keçirilmiş Ümumazərbaycan xalq musiqi yara-dıcılığı olimpiadası bir daha göstərdi ki, Azərbaycanda xalq yaradıcılığı, Azərbaycan xalqının istedadlı adamları coşğun surətdə inkişaf edir və yüksək kulturaya yiyələnirlər.
Azərbaycanın xoşbəxt gəncləri öz
istedadları və bacarıqları ilə olimpiadada
hamının nəzərini cəlb etdilər. Onlar
say etibarilə də yaşlılardan çox idilər.
Olimpiadada iştirak edənlərin demək olar ki,
75 faizdən çoxu gənclərdən ibarət
idi. Olimpiadada iştirak edən gənclər heç
bir xüsusi rəhbərlik, heç bir xüsusi
məsləhət almadan xalq yaradıcılığının
müxtəlif formalarını gözəl ustalıqla
nümayiş etdirdilər. Bu, gənclərin incəsənətə
olan böyük həvəs və marağını
göstərir.
Olimpiadada iştirak edən 1100 nəfərin 214 nəfəri ən yaxşı nümunə köstərdiklərinə görə mükafatlandırılmışlar. Bütün mükafat alanların demək olar ki, 70 fai-zini gənclər təşkil edir.
Avqust ayının 1-də açılacaq Ümumittifaq Kənd Təsərrüfatı sərgisində iştirak etmək üçün cürinin müəyyən etdiyi 200 nəfərin 65 faizini də gənclər təşkil edir.
5 gün davam etmiş olimpiadada tamaşaçıların
nəzərini cəlb edən: Ordubaddan kəlmiş
oxuyan Fəraməz Həsənov, Naxçıvandan
kəlmiş balaca aşıqlar ansamblı, Şuşalı
şair Nüsrət Muxtarov, Tağlı (Qarabağ)
zurnaçısı Behbud Çiçiyanın yetişdirdiyi
gənc zurnaçılar, hil rayonundan gəlmiş
oynayanlar, oxuyanlar və çalanlar ansamblı, akrobatik
rəqslər ifadə edən Mardaketli (Qarabağ)
Arustomyan və Qriqoryan, oxuyan Mehrəliyeva Fatma (Quba),
Nuxalı rəqqasə Suğra Urfan qızı,
10 yaşlı oynayan Sabir Hüseynov (Kirovabad), bakılı
şair İsmixan və onlarca başqaları xüsusilə
qeyd edilməlidir.
Ümumittifaq Kənd Təsərrüfatı sərgisində
iştirak etmək üçün jüri tərəfindən
seçilmiş olimpiada iştirlkçıları
Moskvaya gedənə kimi Bakıda qalaçaq və
respublikamızın ən yaxşı recissorlarının,
artistlərinin və incəsənət ustalarının
rəhbərliyi altında ciddi surətdə hazırlaşacaqlar.
Yaxşı və ciddi hazırlıqdan sonra iyul
ayının axırlarında onlar Qızıl Moskvaya
gedəcək və Azərbaycan xalq yaradıcılığının
ən xarakterik nümunələrini nümayiş
etdirəcəklər.
Azərbaycan xalqı öz mahnılarında və
musiqisində həyatımızın xoşbəxtliyini
və sevincini, xalqımızın partiyaya və
hökumətə olan hədsiz sədaqət və
məhəbbətini tərənnüm edir.
1. Məqalə «Gənc işçi» qəzetinin
1939-cu il, 27 iyun tarixli nömrəsində çap
olunmuşdur.