Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

 

Moskvada keçirilmiş Azərbaycan incəsənəti dekadası Lenin partiyasının müdrik rəhbərliyi ilə böyük sosialist vətənimizin bütün xalqlarının inñəsənətinin necə böyük bir qüvvə ilə yüksəldiyini və inkişaf etdiyini parlaq surətdə göstərdi.

Məlum olduğu kimi, bu dekada zamanı Sovet Azərbaycanı bəstəkarlarının Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra yazmış olduqları üç opera («Koroğlu», «Nərgiz» və «Şahsənəm») Qızıl paytaxtın geniş ictimaiyyətinə göstərildi; dekadada iştirak edən və Lenin milli siyasətinin dönmədən həyata keçirilməsi nəticəsində yetişib böyümüş olan 700 nəfərdən artıq ifaçı Sovet Azərbaycanı xalq yaradıcılığının tükənməz sərvətlərini nümayiş etdirdi.

Azərbaycan xalqı partiya və hökumət üzvlərinin, Moskvanın geniş ictimaiyyətinin dekadaya verdikləri yüksək qiyməti dərin təşəkkür və sədaqət duyğuları ilə qarşıladı. Bu qiymət biz Azərbaycan incəsənət işçilərindən ötrü və sənətkarlığımızı yüksəltmək, xalqımızın mədəniyyətini daha da inkişaf etdirmək üçün qüdrətli bir təkan oldu. İncəsənət işçiləri partiya və hökumətin diqqət və qayğısını Azərbaycan incəsənətinin yeni yüksəlişi ilə doğrultmaq üçün yeni qüvvə və energiya ilə işə girişdilər.

Biz bu sahədə necə işləmişik? Bizim, Azərbaycan incəsənət işçiləri qarşısında duran əsas vəzifə əvvəlan, dünya musiqi klassiklərinin ümumi musiqi sərvətlərinin nəzəriyyə və təcrübəsinə yiyələnməkdən, ikincisi, xalq yaradıcılığı formalarının əsaslarını və xüsusiyyətlərini öyrənməkdən ibarət idi. Bəstəkarlardan başlamış xoristə qədər hər birimiz bu ideyanı qavramışdır. Bu məqsədlə respublikanın hər yerində musiqi məktəbləri şəbəkəsi genişlənir. Bircə bunu göstərmək kifayətdir ki, indi Bakıda və rayonlarda olan musiqi məktəblərində 5 min nəfərdən artıq uşaq və yeniyetmə musiqi təhsili alır. Respublikanın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Kirovabadda filarmoniya təşkil etmək təcrübəsindən sonra Naxçıvanda, Stepanakertdə və respublikanın başqa şəhərlərində filarmoniya təşkil edilməsi nəzərdə tutulmuşdur. Əməkdar incəsənət xadimi bəstəkar M. Maqomayev adına Bakı Mərkəzi Filarmoniyasında olduğu kimi, həmin filarmoniyalarda xor ansamblı, xalq rəqslərini inkişaf etdirən rəqs ansamblı, orkestr (simfonik və xalq alətlərindən ibarət) ansamblları olacaqdır. Bütün musiqi məktəblərində xalq musiqisi şöbələri təşkil edilir, həm muğamat, həm də xalq alətlərində notla çalmaq bu şöbələrin proqramına daxil edilir.

Azərbaycanın böyük dramaturqu Mirzə Fətəli Axundovun adını daşıyan Azərbaycan Dövlət Lenin ordenli Opera Bə Balet Teatrı Azərbaycan operasının 30 illiyi münasibətilə yeni operalar hazırlayır və bu ilin əvvəlindən başlayaraq özünün bir sıra köhnə əsərlərini yeniləşdirir va tamaşaya qoyur. Bu mövsümdə sovet bəstəkarı Çiş-konun «Potyomkin zirehlisi», Dzerjinskinin «Sakit Don» operaları böyük müvəffəqiyyətlə göstərilir. Əməkdar incəsənət xadimi, ordenli A. Mailyanın «Səfa» operasının məşqləri üçün hazırlıq görülür. Operanı Sovet Azərbaycanının 19 illiyi (28 aprel) günlərində tamaşaya qoymaq nəzərdə tutulmuşdur.

Gənc bəstəkar Əfrasiyab Bədəlbəyli özünün ilk yaradıcılıq məhsulu olan «Qız qalası» baletini yazıb qurtarmışdır; dekadada iştirak etmiş gənc bəstəkar, ordenli Niyazi Azərbaycanın böyük şairi—anadan olmasının 800 illiyi 1941-ci ildə qeyd ediləcək Nizamiyə həsr edilmiş opera üzərində çalışır. «Koroğlu» operası oktyabr təntənələri günlərində Moskvada Dövlət Böyük Teatrında tamaşaya qdyulmaq üçün hazırlanır.

Azərbaycan hökumətinin qərarı ilə yaxın zamanlarda təşkil edilmiş musiqili komediya teatrı böyük aktivlik göstərir. Onun repertuarına «Arşın mal alan», «Ər və arvad», «Məşədi İbad» («O olmasın, bu olsun»), «Evli ikən subay», «Beş manatlıq gəlin» musiqili komediyaları, habelə Avropa müəlliflərinin musiqili komediyaları daxil edilmişdir. Musiqili komediyaların geniş zəhmətkeş kütlələri arasında qazandığı müvəffəqiyyət respublikamızın şəhər teatrları (Kirovabad, Naxçıvan vəbaşqaları) yanında musiqili komediyalar təşkil etmək luzumunu qarşıya qoyur.

Bütün bu işlərlə bərabər, SSRİ xalq artisti, Azəbaycan SSR Baş Sovetinin deputatı, ordenli Bülbülün başçılıq etdiyi elmi-öyrənmə musiqi kabineti xalq yara-dıcılığını öyrənmək sahəsində öz işini dərinləşdirir və genişləndirir. Azərbaycanın musiqiçilərinə kömək etmək üçün mərkəzdən bir sıra musiqiçi və rejissor çağırılmışdır. Misal üçün «Potyomkin zirehlisi» operasını Moskvadan çağırılmış rejissor Frid tamaşaya qoymuş-dur. Azərbaycan Dövlət Filarmoniyasında qış mövsumündə* simfonik konsertləri diricor Anosov idarə edir, operanın dirijorları Tsveyfel və Traximoviçdir. Musiqili komediyanın diricoru Laxovitskidir.

Musiqi cəbhəsinin rəhbərliyinə keçən yeni, gənc kadrlar qarşılarında duran vəzifələri sürətlə mənimsəyir, öz siyasi və texniki biliklərini təkmilləşdirir və özləri coşğun bir entuziast kimi yeni, talantlı musiqiçilər yetişdirmək üzərində çalışırlar. Əməkdar incəsənət xadimi bəstəkar—dirijor Səid Rüstəmov Azərbaycan Dövlət Filarmoniyası yanında xalq alətləri orkestrinin rəhbəri vəzifəsinə, Q. Salahov yenə həmin filarmoniyada xor kollektivinin dirijoru vəzifəsinə, Çingiz Hacıbəyov Azərbaycan Radio Komitəsi orkestrinin dirijoru vəzifəsinə, ordenli Əşrəf Həsənov operanın baş dirijoru vəzifəsinə irəli çəkilmişdir və i. a. Talantlı gənclərin bir hissəsi (bəstəkarlardan Qarayev, Hacıyev, Bağırov, Quliyev və başqaları) öz biliklərini təkmilləşdirmək üçün Moskvaya göndərilmişdir. Gənc bəstəkarlardan Karnitskaya, Dobruşkes, Burşteyn və başqaları bəstəkarlıq sahəsində yüksəlir və böyük musiqiçilik aktivliyi göstərirlər. Azərbaycan Dövlət Konservatoriyasında yüzlərlə gənc istedadlı musiqiçi yetişir.

Bunlarla bərabər, musiqi cəbhəsində bir sıra nöqsanlar da vardır ki, bunlar gələcək yüksəlişə mane ola bilər. İfaçı, xüsusən oxuyan kadrları hazırlmaq işi hələdə Bakı Konservatoriyasının zəif cəhətidir. Bu vəziyyət bizi Azərbaycan Dövlət Konservatoriyasının bütün işinə, xüsusən oxuyan kadrların sayının artmasına və oxuma kulturasının yüksəlməsinə ciddi diqqət verməyə məcbur edir.

Sovet Azərbaycanının musiqi incəsənəti xalq yaradıcılığı əsasında yüksəlir və inkişaf edir. Xalq yaradıcılığı isə məlum olduğu kimi, lad sisteminə əsaslanır. Musiqinin lad sistemi əsasında inkişaf etməsi isə SSRİ xalqlarının musiqi kulturasına bir çox yenilik verəcəkdir.

Böyük Oktyabr Sosialist inqilabının yetişdirməsi olan Aprel sosialist inqilabı günlərinədək Azərbaycan xalqının musiqi mədəniyyətinin genişləndirilməsi üçün heç bir imkan və şərait olmamışdır. Bu sahədə əldə etdiyimiz qələbələr yalnız Sovet hakimiyyəti illərinə aiddir.

Azərbaycan bolşevikləri və keniş xalq kütlələri sosialist quruluşunun bütün sahələrində olduğu kimi, incəsənət və musiqi mədəniyyəti sahəsində də dünya tarixi əhəmiyyəti olan qələbələrlə ÜİK(b)P-nin XVIII qurultayını qarşılayır.

 

 


1. Məqalə «Kommunist» qəzetinin 1939-cu il 5 fevral tarixli nömrəsində çap olunmuşdur. Burada kiçik ixtisarlarla verilir.


 

 

 
   © Musigi Dunyasi, 2005