Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Elmi məqalələr


 

 

Koroğlu haqqında Yaxın Şərq ölkələrində bir sıra dastanlar, hekayələr yazılmışdır. Koroğlu haqqında yüzlərcə qoca nənə öz nəvələrinə nağıl söyləyir, yüzlərcə aşıq məclislərdə oxuyur. Koroğlu xalqın dilində əzbər olmuşdur.

«Mən «Koroğlu» operasını yazarkən hər şeydən əvvəl bütün bunları nəzərdə tutdum və operanı tamamilə Azərbaycan xalq musiqisi və aşıqların qəşəng incəsənəti əsasında qurdum.

Mən «Koroğlu» operası üzərində düz dörd il işlədim. Bu müddətdə öhdəmə düşən böyük və çətin məsuliyyəti bir an belə olsun unutmayırdım. Çünki bunu sovet kompozitoru olan məndən yaşadığımız dövr tələb edirdi. Mən formaca milli və məzmunca sosialist opera yaratmaq uğrunda biliyimi, bacarığımı və enerjimi əsirkəmədim.

İşimin ilk nəticələri aydın oldu. Bu yaxınlarda «Koroğlu» operasına baxış mənə çox fayda verdi. Azərbaycan musiqi xadimləri mənə çox qiymətli və konkret gös tərişlər verdilər.

Mən hazırda operanın son tərtibatı və quruluşunda bütün bu göstərişlərə əməl edirəm. «Koroğlu» operasının doluqanlı, qiymətli sovet xalq operası olacağına şübhə etmirəm.

Azərbaycan incəsənətinə hər gün konkret yardım və rəhbərlik edən Kommunist partiyasının yardım və rəhbərliyi ilə biz «Koroğlu» operasını sosialist sovet incəsənətimizin xəzinəsinə gözəl bir hədiyyə kimi daxil edəcəyik.

 

 


1. Məqalə «Koroğlu» operasının ictimai baxışından sonra yazılmış və «Kommunist» qəzetinin 1937-ci il 12 fevral tarixli nömrəsində çap edilmişdir.


 

 
   © Musigi Dunyasi, 2005