Moskvada Azərbaycan incəsənəti dekadası Azərbaycan xalqının tarixinə, onun formaca milli və məzmunca sosialist mədəniyyəti tarixinə aydın və parlaq səhifələrdən birini yazdı.
Bütün Moskva ictimaiyyətinin ən dərin bir diqqətlə xalqımızın incəsənətinin nailiyyətlərini izlədiyi o unudulmaz günlər dekadanın hər bir iştirakçısının xatirində əbədi olaraq qalacaqdır. Biz—Azərbzycanın yaradıcı işçiləri—Moskvada ikən, hər gün, hər saat öz ordenli respublikamızla min vasitələrlə əlaqədar olduğumuzu və bu əlaqənin bizə ruh yüksəkliyi və inam verdiyini, bizdə yaradıcılıq ilhamı alovlandırdığını hiss edirdik. Mənim üçün, Azərbaycan incəsənəti sahəsində 30 ildən artıq işləmiş olan bir şəxs üçün, tamamilə şübhəsizdir ki, xalqımın incəsənəti heç bir zaman bu qədər parlaq boyalarla parlamamış, dekadaya hazırlıq dövründə və I Moskvada nailiyyətlərimizi nümayiş etdirdiyimiz dövrdə olduğu kimi yüksək bir səviyyəyə çatmamışdı.
Dekadanın müvəffəqiyyəti, hər şeydən əvvəl, partiyamızın Lenin milli siyasətinin müvəffəqiyyətidir ki, bu siyasət Azərbaycan xalqının avamlıq, məhrumiyyət və köləlik qaranlığından yeni, işıqlı və yaradıcı həyaqa çatdırdı.
Dekadanın müvəffəqiyyəti—öz yaradıcılıq nailiyyətləri, öz talantlarının çiçəklənməsi ilə bolşeviklər partiyasına minnətdar olan adamların müvəffəqiyyətidir. Ona biz onunla minnətdarıq ki, Azərbaycan xalqının bu gün öz bəstəkarları, musiqiçiləri, dirijorları, xanəndələri, rəssamları və rejissorları vardır.
Lenin partiyasına biz xalqımızın mədəniyyətinin ümumi yüksəlişi ilə minnətdarıq, çunki bu yüksəliş olmadan incəsənət çiçəklənə bilməzdi.
Azərbaycan incəsənətinin inkişafında böyük rus xalqının mədəniyyəti böyük rol oynamışdır. Onun gözəl, təkmiletdirici təsiri sosialist quruluşu illərində Azərbaycan bəstəkarları, rejissorları, dirijorları və incə-sənətin başqa xadimlərinin yaradıcılığında xüsusən qüvvətli olaraq görünmüşdür. Son illərdə bizim musiqi incəsənətiidə əmələ gəlmiş, «Koroğlu» və «Nərgiz* kimi operaların meydana gəlməsi ilə diqqətəşayan olmuş tarixi yenilik (çox səsliliyin, orkestr və vokal kulturasının inkişafı) burada da bizə qiymətli bir xidmət göstərmiş böyük rus xalqının qardaşlıq yardımının nəticəsidmr.
Moskvada biz «Koroğlu», «Nərgiz», «Şahsənəm» və «Arşın mal alan» kimi 4 musiqi—dramatik əsəri, Azərbaycan Dövlət xorunu, xalq musiqi alətlərinin dövlət orkestrini, rəqs ansamblını və xalq inçəsənətinin bir sıra diqqətəşayan nümunələrini göstərdik.
Xalqımızın əsrlərdən bəri toplamış olduğu ən böyük bədii zinətlər həmin repertuarda göstərilmişdir. Xalq eposu, xalq musiqisinin klassik nümunələri—muğamlar, xalq rəqsinin klassik formaları—bunlar hamısı nəinki xalq yaradıcılığı ustalarının sənətində, Hətta Moskvada göstərilmiş böyük opera əsərlərində də əks etdirilmişdir.
Biz, Azərbaycanın yaradıcı işçiləri, özümüzü xalqımızın etibarını qazanmış, onun incəsənətini nümayiş etdirən yalnız elçiləri hesab edirik. Təbiidir ki, bizlərdən hər birimiz bu etibar ilə fəxr edir və bu etibarı doğrultmaq üçün var qüvvəsini sərf edirdi.
Dekada göstərdi ki, ordenli Sovet Azərbaycanı böyük yaradıcı vəzifələri həll etməyə qabil M. F. Axuidov adına Lenin ordenli Azərbaycan Dövlət Opera və Balet Teatrı və M. Maqomayev adına Dövlət filarmoniyası kimi qüvvətli yaradıcı kollektivlərə malikdir. Bu təşkilatların kollektivində bu gün onlarca ordenli aktyor, rejissor, dirijor və bəstəkar vardır. Bu bədii təşkilatların repertuarında müasir kompozisiya texnikasının bütün silahı ilə silahlanmış, xalqçılıq ruhuna tutulmuş, kütlələrə yaxın və anlaşıqlı olan əsərlər vardır.
Bizim opera teatrının və filarmoniyanın perspektivində formaça milli və məzmunca sosialist incəsənətin daha da inkişaf etməsi üçün indiyə qədər görünməmiş bö-yük imkanlar vardır. Dekada göstərdi ki, sosialist quruluşu illəri xalq yaradıcılığı inkişafına da böyük təsir göstərmişdir. Bizim bacarıqlı improvizatorların— aşıqların repertuarında Sovet Azərbaycanının xoşbəxt, şən həyatını, ölməz Leninin, əsrimizin ən böyüksənədi olan Sovet Konstitusiyasını, Sovet patriotizmini, şanlı Qızıl Ordunu və s. tərənnüm edən əsərlər vardır. Təbiidir ki, son illərdə xalq rəqsi sahəsində də əhəmiyyətli dəyişikliklər olmuşdur.
Ruh yüksəkliyi və aydınlıq ehtizazı, sabahkı qalibiyyətə möhkəm inamı, mənəvi billurluğu, alicənablığı, şücaət və qəhrəmanlığı tərənnüm etmək həmişə Azərbaycan xalqı yaradıcılığına xas olmuşdur. Lakin Azərbaycan xalqının bu xassəsi onun incəsənətində indiki kimi mükəmməl və parlaq əks etdirilməmişdir.
Biz bəstəkarlar Azərbaycan xalqının bugünkü mahnılarında şadlıq və təntənə motivləri, yeni incəsənəq yaratmağa ilhamverici yeni həyat motivləri duyuruq.
Azərbaycanın yaradıcı işçiləri böyük şərəfə nail olmuşlar. Mənim üçün və Azərbaycan incəsənətinin hər bir işçisi üçün Moskva görüşləri həyatımızda ən böyük və sevincli bir hadisədir. Yaradıcılıq fəaliyyətimin 30 ilini Azərbaycan incəsənətinə verərək mən indi özümü, partiya və hökumətin mənə layiq bildikləri böyük mükafat-dan sonra, yaradıcılıq fəaliyyəti üçün yenidən anadan gəlmiş hiss edirəm.
Bizim inçəsənətimizə verilən diqqət, bizim yaradıçı işçilərimizin aldıqları böyük mükafat üzərimizə bir çox vəzifələr qoyur. Azərbaycan incəsənətinin inkişafın-da biz ən yaxın zamanda yeni kəskin bir yüksəliş əldə etməliyik.
Bunun üçün bizdə ən əlverişli şərait və bütün imkanlar vardır.
Lovğalıq bolşeviklərə müxtəs deyildir. Azərbaycanın teatr-bədii təşkilatlarında işləyən partiyalı və partiyasız bolşeviklər bundan bütün zəruri olan nəticələri çıxarmalıdır.
Dekadanın müvəffəqiyyətləri Azərbaycanın bədii təşkilatlarının və yaradıcı xadimlərinin fəaliyyətindəki- iddi nöqsanları bizdən pərdələməməlidir. Ən əvvəl biz, bəstəkarlar, özümüzə qarşı tələbkar və tənqidi yanaşmalıyıq. Azərbaycan xalqı bizdən müasir Sovet tematikasına dair yeni opera və simfonik əsərlər gözləyir. Dövrümüz bizdən yeni kütləvi-mahnılar və rəqslər tələb edir. Bu tələbi biz hər necə olursa-olsun yerinə yetirməliyik.
Bizim bədii təşkilatlarımız qarşısında duran birinci dərəcəli vəzifələr: Azərbaycanda xor və orkestr kulturasını, solo ifaçılarını yeni təkmilləşdirilmiş əsasda daha da inkişaf etdirməkdən, bizim səhnə kulturamızı yüksəltməkdən, yeni bəstəkarlar, xanəndələr, dirijorlar və rejissorlar kadrı tərbiyə etməkdən ibarətdir. Partiya və hökumətin diqqət və qayğısı ilə əhatə olunmuş, öz xalqının xoşbəxtliyi və sevincindən ilham almış Azərbaycanın yaradıcı işçiləri formaca milli və məzmunca sosialist olan Azərbaycan incəsənətinin daima təkmilləşməsi, yeni ucalıqlara yüksəlməsi və yenn qalibiyyətlər qazanması üçün var qüvvə ilə çalışmalıdırlar.
1. Məqalə «Azərbaycan sovetləri» jurnalının
1938-ci il 3—4-cü nömrələrində dərc
edilmişdir.