Böyük rus demokratı Çernışevski
demişdir ki, gözəl— həyatın özüdür,
sənətin ən kamil nümunələri ancaq
həyatın in'ikasıdır. Bu müddəanın
doğru olduğunu Böyük Vətən müharibəsi
bir daha əyani şəkildə təsdiq etdi. Bizim
sovet incəsənətinin bu illər ərzində
yaratdığı ən yaxşı əsərlər
müharibə zamanı sovet adamının göstərdiyi
bütün gözəl keyfiyyətlərin bədii
in'ikasından ibarətdir.
Leninin illər uzunu xalqımıza aşıladığı
keyfiyyətlərdən biri qardaşlıq və
qarşılıqlı yardım hissidir. Həyatverici
sovet vətənpərvərliyi hər cür milli
ədavəti rədd edir. Vətəni sevmək
— sovet torpağının hər bir qarışını
özününkü hesab etmək və həyatını
əsirgəmədən onu qorumaq deməkdir.
Sovet xalqının böyük rəşadəti
qardaşlığın, ümumxalq birliyinin rəşadətidir.
Həyatımızın bu diqqətəşayan
xüsusiyyəti sovet incəsənətində
öz həqiqi əksini tapmışdır. Düşmən
Tereki keçərək Araqva və Kür vadilərinə
soxulmağa can atarkən Zaqafqaziya xalqları düşməni
dəf etmək üçün sarsılmaz qətiyyətlə
birləşdilər. İndi Zaqafqaziya xalqlarının
nümayəndələri başqa sahədə
— mübarizəmizin ideoloji silahı olan incəsənət
sahəsində geri qalmamaq üçün bir-birinə
kömək etmək niyyəti ilə yenidən
doğma Tbilisiyə toplaşmışlar. Azərbaycanlı
və gürcü erməni incəsənətini
asanlıqla duyur və qiymətləndirir. Zaqafqaziyanın
bütün xalqlarına eyni dərəcədə
yaxın olan mahnılar və epik dastanlar çoxdur.
Azərbaycan, Gürcüstan və Ermənistan bəstəkarlarının
yaradıcılığında ümumi bir ruh, ifadə
formalarına ümumi nöqteyi-nəzər vardır.
Mən Zaqafqaziya respublikalarının sovet musiqisi
dekadasından çox şey gözləyirəm.
Dekada böyuk və səmərəli işə
yekun vuracaqdır. Cəsarətlə demək olar
ki, Azərbaycanda, Gürcustanda və Ermənistanda
heç vaxt belə qısa müddət içərisində
bu qədər dəyərli, yüksək bədii
keyfiyyətli əsər yaradılmamışdır.
Lakin dekadanın gələcək üçün
əhəmiyyəti daha böyükdür. Üç
respublikanın hər birinin incəsənətində
yeniliyə, sənətkarlığın zirvələrinə
yiyələnməyə, orijinal ifadə vasitələri
tapmağa cəsarətlə səy göstərildiyi
hiss olunur. Bir-birimizdən öyrənək! — indi
artıq çıxara biləcəyimiz birinci nəticə
bundan ibarətdir.
1. Məqalə «Bakinski raboci» qəzetinin 1944-cü
il 21 dekabr tarixli nömrəsində, habelə «Muzıka
Sovetskoqo Azerbaycana v dni Oteçestvennoy voynı» məcmuəsində
dərc olunmuşdur. Rus dilindən tərcümədir.