Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

Ümum millətimizin asayış və səlamətliyini gözləyən «Tərəqqi» kimi bir qəzetin mühərriri olduğum üçün «zənbur»çulara çiddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və ekvücud olması lazım kələn millətimizin içinə «qarabağlı», «bakılı» kimi fitnəəngiz mə-sələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyət-xudadadımı millətin tərəqqisi yolunda sərf stməklə xain, həsud və bəxil «zənbur»çuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış ləhvü-ləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində — deyil ev tikdirmək, banklarda pul saxlamaq,— bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq «zənburçu»lar nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli «zənburçu»ların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa «bakılı», «qarabağlı» fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu bir ciddi təklifdir..

   

 

 

Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, caamatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkati-müzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həl və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur.

Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini movcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi yoluna qoymaq uçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyuk işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: Yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşavü nüma verməməlidir ki, əqli-səlimə qalib gəlsinlər.

Biləkis insanın başındakı əql, onun qəlbindəki hissiyyatın üstündə həmişə hökmfərma olmalıdır. Mən demirəm ki, insanın qəlbi hər bir hissiyyatdan məhrum olsun, bəlkə əqil hər hissiyyata faiq gəlməklə onların izharat və iqtizaatını nəzmə salsın.

Təəssüflər olsun ki, biz müsəlmanlarda ələlümum, hissiyyatı daim əqli-səlimə qalib gəlməkdədir.

İstər yaxşı hisslərimiz, istər yaman hisslərimiz bizi əhatə edən şərait içində o qədər nəşvü nüma tapıbdır ki, əqli-fərrə qalib kəlməkdədir.

Doğrudan da bəzimizin rəhmdillik hissi o qədər artıqdır ki, sağ və səlamət bir dilənçinin, yolçunun ahu-zarına ürəyi yanıb pul verir. Lakin əqli bir o qədər nəşvü nüma tapmayıbdır ki, bu dilənçi və yolçuluğun aramızdan götürülməsinə bir çarə tapılsın. Halbuki məsələn, Almaniyada, İngiltərədə bir adam yıxılıb acından ölə, ona bir qəpik verən olmaz. Bununla bərabər hissiyyatlarının başında duran əqli-səlimləri sayəsində deyil sağ-səlamət yolçu, hətta kar, kor, şillərə də pul və çörək qazanmaq yolunu öyrədibdirlər. Bəzimizin büxl və həsəd hissi o qədər nəşvü nüma tapıbdır ki, özgəsinin bir hünər sayəsində qazandığı şöhrət və ehtiramı görüb qəlbi alışır, ona görə də xəyanət və dənaətə qədəm qoyur. Lakin özünün də bir o qədər əqli-səlimi yoxdur ki, bu da başqa bir hünər göstərməklə xalqın məhbubulqülubu olsun. Halbuki Yevropada birisi tərəqqi yolunda bir hünər göstərdikdə, bir digəri də özgə bir hünər göstərməklə qeyrət edir. Bunlardan başqa, lazım olmayan yerlərdə göstərdiyimiz cəsarət və cəsarət lazım olan yerdə ibraz etdiyimiz çəbunluq və bir çox manei-tərəqqi, hərəkat və əmalımız hamısı hissiyyatımızın əqlimizə qalib gəlməsindəndir. Və bu qalibiyyətə də səbəb genə də həqiqi təlim və tərbiyə görmədiyimizdəndir. Hər Halda keçək mətləbə.

Bizim üçün hal-hazırda mətinülqəlb və səlimülqəlb adamlar lazımdır ki, deyil yaxşı-yaman hissiyyatı, bəlkə səlamət əqli sayəsində milləti irəli sürüyüb bu rəzalətdən qurtarmaq yolunda qabağına çıxan sədd və məmaniətləri məhv nabud edə bilsinlər. Yoxsa hal-hazırda, müfsidlər və öz nəfini millətin rəzalətində axtaran alçaqlar sayəsində ölkəmiz o qədər məğşuşudur ki, işlər boylə davam edərsə, gələcəyimiz çox yaman olar.

 

 


1. Feodalizm qalığı olan millətpərəstlik (yerliçilik) «bakılı», «qarabağlı» və sairə fitnəkarlıqla məşğul olanların əleyhinə yönəldilmiş «Zənbur»çulara bir təklif» («Zənbur»—həftəlik satira jurnalı, 1909—1910-cu illərdə Bakıda nəşr olunurdu) sərlövhəli məqalə «Tərəqqi» qəzetinin 1909-cu il 30 avqust tarixli 195-ci nömrəsinin 3-cü səhifəsində «Üzeyir» imzası ilə dərc olunmuşdur.
2. Azərbaycan xalqının maariflənməsinə, tərəqqisinə, rifah halına can yandıran şəxsləri fəaliyyətə çağıran «Ovza»ımız» sərlövhəli məqalə «Tərəqqi» qəzetinin 1909-cu il 4 sentyabr tarixli 200-cü nömrəsinin 2-ci səhifəsində «Üzeyir» imzası ilə dərc olunmuşdur.

 

 
   © Musigi Dunyasi, 2005