Keçən səfər müəllimlər barəsində
işarə edib tərbiyəyi-ətfaldan bəhs
açdıq. Doğrudan da uşaq tərbiyəsi
çətin bir əmrdir. Uşağı nə
tövr tərbiyə etsək, o tərbiyəyə
görə də adam olar.
Bilümum uşaq xeylağı məktəbə
girmədən qabaq öz valideyninin təhti-tərbiyəsində
qalır. Valideynin öz övladına qarşı
qəlbində bəslədiyi məhəbbət
təbiidir ki, ata-ananı evladın birinci xeyirxahı
cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə
qədər asan isə, xeyir gətirmək və
şərri dəf etmək bir o qədər çətindir.
Evladı xeyir yolda tərbiyə etmək üçün
tərbiyənin yolunu da bilmək lazımdır.
Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək
mümkündür. Yəni bütün ömürlərini
uşaq tərbiyəsinə sərf etmiş olan
əazim pedaqoqların tərbiyə haqqındakı
mülahizat və təklifatından layiqincə
xəbərdar olmalıdır. Bizim başımıza
gələn bunca fəlakətlərin hamısına
bais əksəriyyətimizin elmsiz və tərbiyəsizliyidir.
Bu barədə möhtərəm Firidunbəy Köçərli2cənabları
şirin dilli məqalələrlə tərbiyə
və təlimi-nisvanın lüzum və vücubunu
qəzetəmiz səhifəsində vazeh surətdə
bəyan buyurublardır. İş bundədır
ki, məktəbə qoyulan uşaqlarımızın
əksəri tərbiyə görmədiyinə
görə onları təhti-təlim və tərbiyəyə
alan müəllim əfəndinin işi müşkül,
daha ağır və binaən əleyh məsuliyyəti
daha artıq olur.
Bu ağır sənətə qədəm qoyan
müəllim əfəndi bunların hamısını
əvvəlcə mülahizəyə almalıdır.
Müəllimliyi özü üçün Sibir
əzabı3
bilən müəllim, yaxşıdır özünü
bu sənətdən kənar etməklə zəhmətdən
və cavabdehlikdən qartarsın... Qəlbində
tərbiyə və təlimə heç bir şövq
və həvəs yoxsa, heç bu işə girməsin
və bu sənəti əhl adamlara tərk ilə
başqa bir kəsbi-ruzi vasitəsi axtarsın.
Hal-hazırda müəllimə ehtiyacımız
çoxdursa da, lakin bu ehtiyac bir o qədər şiddətli
deyildir ki, yaxşı müəllim intixabına
məcal qalmasın. Və bir də maarif işinə
əyri baxmağa məcbur edilmiş əhalini bu
işə alışdırmaq üçün müəllim
seçkisində böyük diqqət lazımdır.
Xalq ürkməsin və məktəb camaata mənfəət
verməklə onları şövq və həvəsləndirsin.
Bu halda müəllim hazırlamaq üçün
hökumət tərəfindən açılmış
məktəb Qori seminariyası ilə Yerevan seminariyalarıdır4.
Bu seminariyalardan çıxan müəllimlər,
baxüsus Qori seminariyasından, müəllimlik
sənətini yaxşıca bilirlər. Tədris
və tərbiyə işlərini də müəllimlik
nizamlarına müvafiq icra edir. Lakin bu seminariya-ların
müsəlman mərkəzlərinə yaxın
olmaması buradan çıxan müəllimlərin
əvvəl dəfələrdə camaata biganə
görünmələrinə səbəb verir.
Çox danışırdılar ki, Qoridəki se-minariyanın
müsəlman şöbəsi Bakıya və ya
Tiflisə, yaxud Şamaxıya köçürüləcəkdir.
Lakin bu danışıqdan hələ ki bir şey
çıxmadı, görünür ki, bu məsələnin
də dalına düşən olmayıbdır.
Əgər haman seminariyanın şöbəsi,
heç olmasa Tiflisə də gətirilsə və
orada türk dili dərslərinin proqramı tovsi
edilsə söz yoxdur ki, müəllim sarıdan
böyük arxayınlıq olar.
Bu halda camaat pulu ilə müəllim yetişdirməyə
xidmət edən məktəblərimizdən isə
yalnız bir Bakıda olan «Saadət» məktəbini5
bilirik. Gəncədə dəxi «Saadət»ə
bənzər bir ruhani məktəbi vardır. Lakin
o məktəbin işləri ilə mətəəssüf
bir o qədər aşinalığımız olmadığına
görə, ondan bir söz deyə bilmərik. Məgərinki
keçən günlərdə bizim qəzetədə
haman mədrəsənin proqramı nəşr və
elan olunmuşdu. O proqram bizə çox naqis göründü.
«Saadət» məktəbi isə gələcək
üçün çox böyük ümidlər
verir. Bu məktəbə əhalimizin iki əl ilə
yapışması vacibdir. Çünki bu məktəbdə
təhsil edən uşaqların hər yerə yolu
açıqdır.
O ki, qaldı müəllimə yetişdirəcək
məktəblərə, bu yolda əhalimizə bir
növ kömək edən bir məktəb varsa,
o da Bakıda Tağıyev cənablarının
təsis etdiyi «Aleksandrin» «Ünas məktəbi»dir6.
Lakin bu məktəbin kursu çox balacadır.
Və saniyən bu məktəb bahalıq cəhəticə
bir adamın orada qız oxutmağına imkan verməyir.
Əgər bu məktəbin də kursu ayrılıb
və özü də hər kəsin qüdrətinə
müvafiq bir içrətlə uşaq qəbul edərsə,
o halda muəllimə sarıdan da bir növ arxayınlıq
ola bilər. Lakin «hərgah» və «əgər» ilə
iş getməz. Bu fikirləri qüvvədən
felə gətirmək üçün la-zımdır
bu işlərin dalına düşmək gərək
və illa işlərimi bu növ ilə qalsa tərəqqimiz
çox çətindir.
Zemstvo məsələsinin (qoy urusca deyim) — «vajnılığını»
biz hələ başa düşmürük. Axı
bir baş ki, onun içi təkfir, təlin, fitnə,
fəsad, şeytanlıq, büxl, həsəd, mənəmlik
və bu kimi şeylərin iğvası ilə dolu
ola və yainki bilmərrə boş ola — o başdan
nə ummaq?
Qərəz zemstvo məsələsi bir məsələdir
ki, əgər onu biz də özümüzə,
öz ehtiyacımıza yarayan bir surətdə həll
eləsək əvvəla, məktəblərimiz
artar, saniyrn, yollarımız rahlanar, hər il minlərcə
qoyun, qaramal və yüzlərcə adam aparan çaylarımıza
körpü saldıra bilərik, salisən, hər
kəsə, hər kəndliyə lazım olan su
verilər ki, ta bir də insafsız mirabların
çüvarların, bəylərin bərəkətindən
xalqın taxılı yanıb ac qalamsınlar. Rabiən,
içimizə ya heyvanlarımızın içinə
bir azar filan düşərsə töz qabağın
kəsmək olar. Qərəz zemstvodan çox mənfəət
almaq olar.
İndi, bu gün ermənilər, gürcülər
haman məsələnin üstünə düşüb
çox şirin-şirin həll eləməyə
məşğuldurlar. Əlbəttə, erməni
yuristi bu məsələyə ermənilərin
ehtiyacatı nəzərilə baxacaq, gürcülər
də həmçinin gürcü ehtihacatı nəzərilə.
İndi görünür ki, bunlardan başqa «vişşi
obrazovaniya» alanlarımız yoxdur.
Bəs bizim ehtiyacatımız nəzərilə
kim baxsın və bu gözəl nemətdən
məhrum olmağımıza razı olmasın?
Heç kim yoxdur... Biarlığımıza salıb
dinməz-söyləməz oturmuşuq. Genə
bir cürə işlərdə üzümüzü
ağardan və haqqımızın paybəşik
olmasına namus millisi yol verməyənlərimiz
var idisə, o da Əhməd bəy idi8.
Onu vətəndən qaçırtdılar... Əhməd
bəydən keçəndən sonra doktor Qara bəy
Qarabəyov idi9.
Onu da vətəndən qaçırtdılar. Bunlardan
başqa, Əlimərdən bəy Topçibaşev10
idi, onu da vətəndən qaçırtdılar.
Bunlardan savayı doktor Nəriman Nərimanov idi11,
onu da qazamata saldırıb bir bölük külfətini
ac qoydurdular.
İndi böyük arsızlıq burasıdır
ki, millətimizin qeydin çəkən və bu gün
üçün bizə hər bir şeydən lazım
olan o millət namusu çəkənlərimizin vətəndən
iraq düşmələrinə təəssüflər
etmək əvəzinə — hələ dallarınca
da daş atırıq... De, buyursun, içimizdən
biri çıxıb onların birini versin! Onların
burada olmağı şəxsi mənfəətin
millət mənfəətinə tərcih verənlərin
xoşuna gəlmirdi. Çox əcəb, indi onlar
yoxdur, meydan da boşdur və meydana atılmağın
çox yaxşı məqamı və hünər
göstərmək həngamıdır.
İndi haman o «riyasət» fikrində olanlar buyursunlar
meydana.
Gələn gəlsin, gedən getsin.
Buyur meydana, bismillah!
Bizdəcə gendən tamaşaçıyıq,
əgər meydana atılanlar doğrudan da millət
mənfəətinə bir iş gerə bilsələr,
onlara qiymət qoymayan xaindir.
Yoxsa əlindən başından bir iş gəlməyə-gəlməyə
iş bilənlərə daş atmaq — sizi inandırıram
ki, heç bir hünər deyil!...
Nahaq yerə atılıb düşməyin ki, durduğunuz
yerdə biabr olarsınız..... Və bir də
heç fəramuş eləmiyəsiniz ki, camaat nə
qədər cahil olsa, genə də onu əldə
karastı və alət eləmək olmaz. Yoxsa birdən
işdir camaat ayılar, sonra içindən xata çıxar.
Məhəmmədəli ilə Əbdülhəmidin
əhvalatı12camaatın
gücünü sizə göstərmədimi? Siz
bu camaatın xeyri üçün sədaqət ilə
çalışanlrı kənar edib sonra «riyasət»
hirsi ilə camaatın başında dəlləklik
eləmək istəyirsiniz. Bu yaxşı iş
deyil, sonra pəşiman olarsınız. Əgər
əlinizdən bir xeyir iş gəlirsə, buyurun
meydana. Çox yaxşı vaxt və illa bacarıq
yoxdursa, dinməz oturmaq məsləhətdir.
Müsahibim razı oldu və şübhədən
azad olduğuna görə çox sevindi.
1. Maariflənməyə, azərbaycanlı uşaqların
təhsilinə və müəllim kadrları hazırlanmasına
həsr edilmiş «Xəbərdarlıq» sərlövhəli
üçüncü (b a x: «Tərəqqi» qəzeti
1909-cu il, ¹ 170 və 182) məqalə «Tərəqqi»
qəzetinin 1909-cu il 20 avqust tarixli 187-ci nömrəsinin
2-ci səhifəsində «Üzeyir» imzası ilə
dərc edilmişdir.
2. Firidun bəy Qöçərli (1863—1920) — görkəmli
maarifpərvər, yazıçı, «Azərbaycan
ədəbiyyatı tarixi» kitabının müəllifi,
Qori seminariyasının müəllimi olmuşdur.
3. O zaman hökumət orqanları tərəfindən
inqilabçılara, siyasi məhbuslara və cinayətkarlara
qarşı görülən şiddətli tədbirlərdən
biri də Sibirə sürgün etmək idi ki, bu
da böyük əziyyətə düçar etmək
demək idi.
4. O zaman çar hökuməti bütün Qafqaz
əhalisindən müəllim kadrı yetişdirmək
üçün cəmi iki müəllimlər seminariyası
açmışdı ki, bunlardan biri Qoridə (Gürcüstanda),
o biri isə Yerevanda (Ermənistanda) idi.
5. «Səadət məktəbi» — Bakıda ictimaiyyətin
maddi yardımı ilə açılmış orta
məktəb idi ki, burada bütün fənnlər
Azərbaycan dilində keçirilirdi. Bununla yanaşı,
müdavimlər rus və fars dillərində dərin
bilik alırdılar.
6.Aleksandra adına «Ünas məktəbi» — Bakıda
XX əsrin əvvəllərində Azərbaycan
qızları üçün təşkil edilmiş
internat məktəbi idi. Məktəb Bakı milyonçusu
hacı Zeynalabdin Tağıyevin maddi yardımı
ilə təsis edilmişdi, oxumaq pullu idi.
7. Azərbaycanlı ziyalıların arasındakı
intriqabazlığı, paxıllığı,
fitnəkarlığı və bu kimi çirkin halları
ifşa edən «Zemstvo məsələsi» sərlövhəli
məqalə «Tərəqqi» qəzetinin 1909-cu il
27 avqust tarixli 193-cü nömrəsinin 3-cu səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
8.Əhməd bəy Ağayev — burjua əqidəli
içtimai xadim, «Tərəqqi» qəzetinin redaktoru
idi. O zaman Üzeyir Hacıbəyov Əhməd bəy
Ağayevin, həmçinin Qara bəy Qarabəyovun
və Əlimərdan bəy Topçubaşovun reaksion
əqidələrini müəyyən etməmişdi.
9.Doktor Qara bəy Qarabəyov — ilk addımlarında
inqilabi hərəkata müsbət yanaşan xırda
burjua əqidəli ictimai xadim idi. Sonralar əksinqilabi
cəbhəyə keçmiş və reaksion mövqe
tutmuşdur.
10.Əlimərdan bəy Topçubaşov — xırda
burjua əqidəli ictimai xadim idi. Sonralar əksinqilabçılar
cəbhəsinə keçmiş və hakim istismarçı
siniflərin mənafeyini müdafiə etmişdir.
11. Nəriman Nərimanov (1871 — 1925) — 1909-cu il mart
ayında polis tərəfindən həbsə alınmış
və yeddi ay Metex həbsxanasında (Tbilisi şəhərində)
saxlandıqdan sonra Həştərxana sürgün
edilmişdir.
12. Məmmədəli (İran şahı) və
Əbdülhəmidin (Türkiyə sultanı) istibdadına
qarşı inqilabi hərəkata işarədir.
|
|
|