Bəli, doğru deyirlər ki;
Minmə, minmə, minə bilməzsən
Tünddür fələyin atı!
Döymə, döyə bilməzsən, bərkdir
fələyin matı
Dəymə, nə işin var? Görsən bu lütülatı
ki, onsuz da hər əli dinc durmayan salır bunların
boynuna uzun bir çatı.
Yıxma, yıxa bilməzsən, bərkdir
fələyin damı!
Pozma, poza bilməzsən, bərkdir fələyin
namı!
Püf etmə, edə bilməzsən, keçməz
fələyin şamı!
Əl çək sən allah, da bəsdir qoy, işin
görsün bu adamı..
Tökmə, tökə bilməzsən, çıxmaz
fələyin qanı,
Üzmə, üzə bilməzsən, bərkdir
fələyin canı!
Etmə, edə bilməz, heç zad fələyin
qanı.
Bəs deyirdin ki, cəmi aləm mənim əlimdədir,
hanı?
Çəkmə, çəkə bilməzsən,
bərkdir fələyin yayı,
Keçmə, keçə bilməzsən, gendir fələyin
çayı.
Tutma, tuta bilməzsən, çoxdur onlarıi sayı.
Nahaq yerə bağlatma, vallah, bağlada bilməyəçəksən,
Vardır yenə onun tayı.
ORDAN-BURDAN
— Kərbəlayi Məmmədcəfər
salaməleyküm!
— Əleyküməssəlam.
— Hara belə yügürürsən?
— Heç, bu yanda tələsik bir işim var!
—Ya allah!
— Ya allah...
— Xoş gördük!
— Xoş baxtın olsun; (ürəyində-ağzımda
dedim ki, tələsirəm.)
— Səlamətsənmi?
— Allaha şükür səlamətəm, ancaq,
burda məni bərk gözləyirlər!
— Neçə dolanırsan?
— Şəfaətin artıq olsun (ürəyində
əl çəkməyəcək də.)
— Canın başın sağdırmı?
— Çox sağ olasan (a sırtıq oğlu, axı
kişilər orda mənə gözləyirlər).
— Lap səlamətsənmi?
— Şükür olsun allaha! (qəribə qanmaz
kişidir).
Əhvalın necədir?
— Ömrünüzə duaguyam, amma bir az vacib işim
var, çox bərk tələsirəm.
— Onun zərəri yoxdur, hamı elə olur. Keyfin
necədir?
— Keyfin yaxşı olsun! (a nanəcib oğlu nanəcib).
— Bəs, niyə heç görünmürsən?
— Vallah həmişə tələsik işim olur,
bax elə indi bu saat elə vacib tələsik işim
var ki, bir saniyə geciksəm olmaz.
— Həmişə bazarın olsun!
— Allah səndən razı olsun! (bir dəli şeytan
deyir vur beyni dağılsın!).
— Papiros çəkmirsən?
— Çox sağ ol, (məlun!), hələ ki xudahafiz.
Gedirsən? Xudahafiz!
— Kərbəlayi Məmmədçəfər,
harda qamlışdın?
— Əşi, allah mərdumazara lənət eləsin.
Məşədi Səfi məni qoyurdu ki, gələm.
— Pəh, pəh! Xalq səni gözlədi, gözlədi,
axırda gördülər ki, gəlmədin inciyib
çıxıb getdilər.
— Əşi, nə deyirsən?
— Vallah, atamın goru haqqı!
— Buy, sənin evii yıxılsın Məşədi
Səfi! Əşi, bilmirəm sırtıq oğlu
sırtıq, hardan mənə belə əziz çıxıb,
qəribədir, vallah bizim işimiz!
Atalar sözü: Hər görüşə yarım
saat vaxt sərf eləsən, onda gərək ömrümüzün
yarısına qələm çəkək.
1.«Əşar» sərləvhəli tənqidi felyeton
«İrşad» qəzetinin 1907-ci il 14 iyun tarixli
111-ci nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
2.«Məişətimizdən» sərlövhəli
felyeton «İrşad» qəzetinin 1907-ci il 17 iyun
tarixli 113 nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
|