|
Yaradıcılığı
|
— Salaməleyküm!
— Əleyküməssəlam, sabahın xeyir olsun!
— Sənin də gözün aydın olsun.
— Necə?
— Axtarıbdırlar.
— Va, hanısını?
— Hə, hamısını!
—Çox gözəl, bəs nə tapıbdırlar.
Kimi Sibirə göndərirlər, hansını
boğazından asacaqdırlar. Bir tez-nəql elə
görüm, əşi, səni xeyir xəbər
olasan.
—Balam... Utanıram deməyə, heç zad tapmayıblar...
— Mən ölüm?
— Sən öl!
— Hə, bu olmadı ki... bəs kimi tutublar?
— Yenə heç kəsi... Sonra tutsalar da bir saatdan
sonra buraxarlar...
— Yox, aşna, bu olmadı... Mən belə demirdim...
— Neyləmək? Bu səfər belə oldu. Allah
qoysa, gələn səfər özgə cürə
olar...
(Bir az fikirdən sonra) — Mən ölüm
məni tovlamırsan ki?
(Tələsik) -Bu, bu sən öl, arxayın
ol, bu nə sözdür, tovlasam, mən gərək
namərd olam.
— Xudahafiz.
ORDAN-BURDAN1
Rusiyada hürriyyəti-mətbuat
qatıq eyməsinin ağzı kimi getdikcə daralır.
Qəzetə yazıçıları daha bilmirlər
ki, nə yazsınlar, yəni nə tövr yazsınlar
ki, nə qəzetələri bağlansın, nə
iştiraf versinlər, nə də ki, gedib qazamatda
yatsınlar.
Bu binəvalər gündüz axşama kimi qələm
əllərində, qabaqlarında bir parça kağız
gözlərini bir nöqtəyə zilləyib,
başlarına gələn fikirləri əvvəlcə
özləri öz senzorları əlinə verib,
bir-bir keçirlər və bunların hamısını
xilafi-senzur bilib, nihadi-qəlbdən dərin bir ah
çəkməkdən başqa heç bir çarə
görmürlər!
Yazıq mühərrirlər!
Bu bədbəxt müsəlman mühərrirləri
ki, bir deyil, iki, üç, dörd, beş senzorlar
qabağında «passavat» eləməyə məcburdurlar!
Binəva mühərrir, qələmi ələ
götürüb deyir: Qoy siyasi bir məsələdən
yazım—bir qədər yazır və sonra yazdığını
oxuyub, öz-özünə məzəmmət eləyir
ki, nə qayırdığındır, rəhmətliyin
oğlu, arvad-uşağından əl çəkməmisən
ha!
Götürüb cırır, deyir nə eləmək,
qoy, aləmi-islam dövlətlərindən yazım—yazır—bir
də görür ki, xeyr, sultan, İran padşahını
hamısın bir-biri ilə qatışdırıbdır
ki, sən öləsən, köhnəpərəst
müsəlmanlar oxusalar elə çığırarlar
ki, onun səsini Peterburqda, İstambulda da və hələ
desən Tehranda da eşidərlər...
Görür ki, bu məqalə də baş tutmadı,
götürür atır kənara.
Deyir canım qoy, öz məişətimizdəncə
yazım... Yazır: idareyi-ruhaniyyələrimizin
pozğunluğu...
Dayanır. Görür ki, mətləbin dalısı
çox xatalıdır. Bir ah çəkib yazır:
«Arvad məsələsi» və haman saat üstündən
bir qələm çəkib yazır: «Qoçubazlıq»
və tez onun da üstündən bir qələm
çəkib yazır: «Murdar hərəkətlərimiz»
və tez onun da üstündən bir qələm
çızıb dayanır və görür ki,
daha öldürsən də başına özgə
fikir girmir. Mühərrir qələmi yerə qoyur
və kağızları da zibil səbətinə
töküb, durur ayağa və bir-iki dəfə
ora bura gəzişib deyir:
«Bir dəli şeytan deyir get sovdagər ol!».
1. Çarizm zamanı mətbuatın təqib olunduğunu
bildirən bu yazı «İrşad» qəzetinin
1907-ci il 13 iyun tarixli 110-cu nömrəsinin 3-cü
səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.
|
|
|