|
Yaradıcılığı
|
ORDAN-BURDAN
|
İttifaq
və ittihad məsələsi1
|
Bakı — Bax budur, mən sizə açıq-açığına
deyirəm: hərgah bizim aramızda «ittihad və
ittifaq» olmasa,—onda, sözün doğrusu, işlərimizin
axırı xarab olacaqdır. Bax, bu bir sözdür
ki, mən sizə dedim və öz borcumdan çıxdım,
indi özünüz bilin!.
Gəncə — Əvvəla, allah sənin atana rəhmət
etsin. Və saniyən, sənin dediyin sözlər
bir belə həqiqətdir ki, hərgah bir kəs
durub, onun əksinə danışsa—nə deyim,
onda gərək sözsüz, hekətsiz namərdliyi
boynuna götürə. Mən də bunu deyirəm.
Qarabağ — Bax, bu siz eləsiniz, mənim də fikrim,
zikrim, gündüz axşamadək elə bu idi.
Ancaq, sezün doğrusu, qorxurdum deyəm, məni
qınayasınız.
Tiflis — hərgah əlinizə çıraq alıb,
bütün dünyanı gəzəsiniz—bir nəfər
adam tapmazsınız ki, desin ittifaq və itihad pisdir!
Ş ə k i — Doğrudur!
Dərbənd — Düzdür!
İ r ə v a n — Ey milləti-biçarə! Daha,
sən nə vaxta kimi öz hali pərişaninə
bəsirət nəzəri salıb, nifaq və ziddiyyətdən
tökülən atəşi covr və zülmi
görməyəcəksən!?
Ordubad—Barakallah, sən öl!
S a l y a n — haqq sözə kim nə deyər.
Q u b a — heç kim.
Bu hamısı pərdənin bir üzüdür.
İndi baxaq pərdənin o biri üzünə.
Bakı — İttifaq, ittihad — bunlar hamısı boş
sözdür. Pəh! Mən işimi, gücümü
töküm ki, bəli millətin halı pərişandır,
xeyr, yalan sözdür. Hərgah mən millətəmsə
mənim keyfim çox kökdür. Yerdə qalanın
canı çıxsın! Mənə nə?
G ə n c ə — Doğrudur, ittifaq və ittihad yaxşı
söz və yaxşı da işdir. Amma adam gərək
bir işi tutanda, dalını da mülahizə eləsin.
Hərgah bu ittifaq və ittihadın dalı-sı
müəllimlər ictimai olaçaqsa, onda, sözün
doğrusu, mən əlimi yuyub çıxıram
qırağa, bu cürə ittifaq ittihaddansa, farağat
oturmaq min pay yaxşıdır.
Qarabağ — Bir yerdə ki, cəmi rəiyyətlərin
«atası» olan bəyin sözünə bir qara qəpik
qiymət qoyan olmıya və bir yerdəki baqqal
durub bəy hüzurunda «reç» deyə və bir
yerdə ki, eşşəksürənin birisi bəy
ilə bərabər saat gəzdirə, elə yerdə
ittifaq və ittihaddan danışmaqdansa, bir girvənkə
simiçkə alıb, çırtlamaq yüz dəfə
yaxşıdır.
Tiflis — Mən də deyirəm ki, ittifaq və ittihad
yaxşı şeydir. Amma, di gəl ki, görək
hökumət nə deyir. Vallah, mən mərc gələrəm
ki, hərgah biz də durub xalq kimi ittihad və ittifaq
qayırsaq, bir də nişan və midal görüncə
qulaqlarımızın dibini görərik və
halbuki cəmi vur tutduğumuz elə bir nişan
üçündür.
Ş ə k i — İttifaq, yəni birləşmək
deyilmi? Canım, mən birləşmirəm də!
Ş a m a x ı — Bu məsələdə «böyük»
sözünə baxan heç vaxt pəşiman olmaz.
İrəvan və Naxçıvan — İttifaq və
ittihad, bunlar hamısı lotu-lotu sözüdür.
Təvəqqe edirəm ki, öz işinizdə olasınız.
Ordubad — Barakallah, sən öl!
Salyan — Haqq sözə kim nə deyər?
Q u b a — Heç kim.
ORDAN-BURDAN
Dövlət dumasını bağladılar...
«Molla Nəsrəddin» jurnalını da bağladılar...
D-vlət dumasını bağlayan hökumət
oldu...
«Molla Nəsrəddin»i də bağlayan hökumət
oldu...
Ançaq təfavüt burasındadır ki, Dövlət
dumasını bağladılar, padşah əmri
ilə, amma, «Molla Nəsrəddin» jurnalını—danos
ilə...
Bəli, alimi-məşhur olan qədim Molla Nəsrəddini
dəxi müstəbid və müstəbidlər
xadimləri haqq və haqqaniyyəti üstündə
sevməyib, o qədər incitdilər ki, yazıq
axırda özünü dəliliyə vurdu....
«Molla Nəsrəddin»in bir o qədər «siyasi töhməti»
yox idi ki, hökumət əhlinin xatirinə dəyə
və onu da «müzürr məsləkinə görə»
bağlaya idi. Xeyr! «Molla Nəsrəddin»in rus hökuməti
ilə bir o qədər işi yox idi. Bəlkə
onun işi «bizim öz hökumətimiz ilə idi».
Yəni «Molla Nəsrəddin» haqq söz danışırdı.
Və haqq və həqiqət acı olduğuna
görə biz həmişə «şirni» yeməyə
öyrənmiş «hökumətimiz»in xoşuna
gəlmədi və gəlməyən surətdə
«Hökumət» hökumətə danos verib, haqq
və həqiqət ağzını yumdurdu...
Lakin yumdura bildimi?
Bu özgə məsələdir. Bunu, get cəmaatdan
xəbər al, desin!
1. Tənqidi səpkidə yazılmış «İttifaq
və ittihad məsələsi» sərlövhəli
felyeton «İrşad» qəzetinin 1907-ci il 10 iyun
tarixli 108-ci nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
2. «Molla Nəsrəddin» və «Telefon ilə söhbət»
sərlövhəli yazılar «İrşad» qəzetinin
1907-ci il 12 iyun tarixli 109-cu nömrəsinin 3-cü
səhifəsində «Filankəs» təxəllüsü
ilə çap edilmişdir. Yazıdan bir xəbər
(«Durnovun bicliyi») ixtisar edilmişdir.
|
|
|