|
Yaradıcılığı
|
«Müəllimlər ictimai camaat məktəblərinin
müdiri «Narodnıé inspektor»unun cavabdəhəndəliyi
ilə onun təhti-sədarətində olmalıdır.
Sədr nə vaxt istəsə məclisi bağlaya
bilər, habelə də üzvlərinin hansını
istəsə məclisdən kənar edə bilər.
İctimai 7 gündən artıq ola bilməz. Məclisə
ancaq bircə inspektora tabe olan rayon müəllimləri
cəlb ola bilər, bundan başqa heç bir kəs
məclisə buraxılmaz. Məçlisdə təlimdən
qeyri Heç müzakirə ola bilməz. İctimai
edənlərin nə səsləri ola bilər,
nə də qərarnamələri.
İnspektor (syezdə yığılmış
müəllimlərə)—Xub, «isyözd»mizi başlayaq.
Amma necə ki, sizə məlumdur hər bir məclisdə
bir başçı adam, yəni bir sədr olmalıdır.
Sədr kim olsun?... Bu məsələni (əlini
uzadır Peterburqa tərəf) ministr cənabları
özü həll eləyibdir. (Döşünə
döyüb çığırır) Sədr
mənəm! İndi mən ki, sizin inspektorunuzam
və bir də sədrinizəm məclisi açdım,
təvəqqe eləyirəm ki, qapıları bərk
bağlayıb, oturasınız danışaq, ancaq
qabaqca bircə məni arxayın eləyin görüm,
içinizdə yad adam yoxdur ki?
Müəllimlər — Xeyr, yad adam yoxdur. Tək bir
özümüzük!
İnspektor — Dürüst baxın, yoxsa, sonra işin
içindən xəta çıxar!
Müəllimlər — Vallah, heç kəs yoxdur,
tək özümüzük.
İnspektor — «Vallah» dediyinizə inana bilmirəm.
Çünki siz «tazə müsəlmanlardan»sınız,
allaha inanmırsınız, düzünü deyin
görüm, burada yad adam yoxdur ki?
M ü ə l l i m l ə r — Hərgah inanmırsınız,
durun zəhmət çəkib baxın, cəmi cümlətanı
üç cüt bir tək adamıq! (kənara)
Utanmasa durub baxar!
İnspektor — Sözün doğrusu, durub baxacağam,
çünki mən ministrdən qorxuram, sonra xata
çıxar (durub baxır, görür ki, yad
adam yoxdur).
Müəllimlər — Hə, gördün ki, «biz
tazə müsəlmanlar» hamıdan artıq allaha
inanırıq?
İnspektor (utanır) — Əşi, nə
bilim, deyirlər ki, «tazə müsəlmanlar» allaha,
peyğəmbərə inanmırlar, görünür
ki, sizin üstünüzə böhtan atırmışlar...
Ançaq bunun syözdə dəxli yoxdur. Öz sözümüzü
danışaq.
Müəllimlərdən biri — Cənab inspektor,
izn verin bir söz deyim.
İnspektor — Balam, bu gün olmaz, allah qoysa sabah danışarsan.
Çünki indi gecdir, məclisi bağlayıram,
durun gedin və sabah bir az tözdən gəlin danışaq.
Müəllimlər (gedə-gedə) — Bəli!
Bu gün belə iş getdi! Görək sabah nə
olacaq...
İnspektor — Məclisi açıram, indi hər
kəsin nə sözü var danışa bilər.
Allaha şükür, azadlıq verilibdir, siyasi,
iqtisadi, ictimai məsələlərdən səvayı
hər nə istəsəniz məktəb barəsində
söyləyə bilərsiniz. Buyurun!
Müəllimlərdən biri — Biz müsəlman
millətinin maarif cəhətincə geridə qalmağımıza
səbəb...
İnspektor — Yavaş görüm, hansı müsəlman
millətini deyirsən?
Müəllim — Mən Rusiya müsəlman millətini
deyirəm. Necə?
İnspektor — Nahaq yerə sən elə sözlər
danışırsan, Rusiyada müsəlman milləti
olarmı? Rusiyada ancaq rus milləti ola bilər. Və
bir də axı «millət» sözünün bura
nə dəxli var? Sən gərək məktəbdon
səvayı ayrı söz danışmayasan.
M ü ə l l i m (bilmir nə desin) — Məktəb
məsələsi lap vacib məsələlərin
biridir...
İnspektor (birdən)—Töz ol, otur aşağa!
Müəllim (təəccüblə)—Nə
üçün, cənab inspektor?
İnspektor (lap arxayın) — Çünki mənim
keyfim belə istəyir, ixtiyar sahibiyəm, istəsəm
səni buradan qovaram da! Qoy indi də özgəsi
danışsın.
Bir - özgə müəllim (durub danışır)
— Bizim hamıdan geridə qalıb mədəniyyət
və mərifətdən məhrum olmağımıza
səbəb məktəblərimizin azlığıdır.
Ona görə bizə vacibdir ki, səy edib....,
İnspektor — Mənə də vaçibdir səy
edib sənə deyəm ki, daha artıq müşərrəf
eləmə!... Dilotu yeməmisən ha! Bir-iki söz
dedin bəsdir, Qoy elə olsun ki, hamı danışa
bilsin. Otur!
Bir ayrı müəllim — Bizi hamı məzəmmət
eləyir ki, biz bir vəhşi və qanıb-qandırmaz
bir tayfayıq. Mənim buna heç bir sözüm
yoxdur, amma, əgər insaf məqamına gəlib,
işin əslini axtarasan...
İnspektor — Qurtardın?
Müəllim — Xeyr, hələ tazə başlayıram.
İnspektor — Ancaq uzun eləmə.
Müəllim — Bəli, əgər işin əslini
axtarasan, onda hər bir sahibi-vicdanə məlum olar
ki, burada məzəmmətə layiq biz dəyilik,
bəlkə hökumətin özüdür ki,
bizi...
İnspektor (acıqlı)—hərgah bu saat
buradan itilib, bayıra çıxmasan iki nəfər
qaradavoy çağırıb deyərəm ki, səni
aparıb qazamata soxsunlar.
Müəllim — Qaradavoylara zəhmət vermək
yaxşı deyil, mən özüm bayıra çıxaram
(çıxır).
İnspektor (onun dalınca) — hərgah bu gedənin
axırı anarxist olmasa mənə hər nə
desəniz deyin. Bu cürəni işkolda saxlamaq
olmaz. Gərək qovam getsin dərdinə!
Müəllimlərdən biri — İzn versəniz
mən də danışım!
İnspektor — Yavaş, hələ bir az acığım
soyusun, yoxsa bu saat elə bilirəm ki, dünya başıma
hərlənir (açığı soyuyandan sonra).
Danış görək, amma töz qurtar, füzul-luq
eləmə!
Müəllim — Siz bu məclisi açandan özünüz
buyurdunuz ki, allaha şükür azadlıq verilibdir...
İnspektor — Xub, bu cürə sözlərin məktəb
məsələsinə nə dəxli var?
Müəllim — Bir az iltifat eləsəniz, görərsiniz
ki, çox dəxli var.
İnspektor — Təvəqqe eləyirəm ki, mənimlə
o çürə zarafatları eləməyəsən!
Danışırsan məktəbdən danış,
danışmırsan otur yerə. Daha «köhnə
yorğan içi sökmə».
Müəllimlərdən bir neçəsi — Qospadin
insgpektor, bu olmadı ki!...
Sair müəllimlər — Yox, qospadin inspektor, bu cürə
syözd olmaz ki, sən başlamısan. Buna polisxana
deyərlər.
İnspektor (acıqlı) — Aha! Bunt eləmək
istəyirsiniz?
Müəllimlər-— İnsafın olsun, ay inspektor,
məyər buna bunt deyərlər?
İnspektor — Məktəbdən səvayı hər
nə danışsanız hamısı bunt və
iğtişaşa dəlalətdir!
Müəllimlər hamısı bir yerdə
(çırtıq çalıb oxuyurlar).
Gəlin gedək məktəbə,
Ay bəri bax, bəri bax!
İnspektor (başı lovlu yügürür
telefonun ağzına və tələsik general qubernatoru
çağırıb deyir ki,) — Vaşe prevosxoditelvstvo!
Tezcə ol bura 100 nəfər qazaq göndər.
Uçitellər bunt eləyib, «marselyoz» oxuyurlar. Bir
az keçsə bu evi dağıdacaqlar; töz ol
ki, hökumət əldən getdi.
ORDAN-BURDAN2
Qarabağ zəriflərindən
birisi mənimlə söhbət edərkən həmişə
belə deyərdi: Hər kəs ki meydana çıxıb
deyir ki, mən millətpərəstəm və
döşünə döyür ki, milləti irəli
apa-rıram, bil ki, bu sözü ya yalandan deyir, ya
da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu
bilmək istəsən, get lap əvvəl onun öz
ev-eşiyinə bax. Əgər gördün ki,
bunun öz ev-eşiyində bir səliqə, bir
qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da
milləti irəli apara bilər. Yox əgər gördün
ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına
vur, deyinən ki, qələt eləyirsən, səndən
millət irəli aparan ola bilməz.
Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır.
İndi keçək İran dövlət dumasına və dünən Tehrandan gəlmiş bir rəfiqimin sözünə qulaq asıb, görək oranın işləri necədir.
Sədri-məclis — Təbrizdən xəbər gəlibdir, camaat şurişi getdikcə artıb və hökumət əhli qaçıb gizlənibdir.
....A ğ a — Bu şurişin nə səbəb qalxmasını və nədən bir bu qədər artmasını və nə üçün hökumət əhlinin qaçmasını....
... x a n — Hərgah biz istəyirik, hər tərəfdən gələn bu şuriş sədalarinı kəsib...
...mülk — O kəslər ki. bu hürriyyət və azadlıq yolunda camaata mümaniət edir və o kəslər ki...
...D ö v l ə — Mən bu saat istəyirəm ki, cənaban vəzirlərə burada bir sual verəm. Cənaban vəzirlər...
... Səltənə — Bunlar hamısı keçəndən sonra mən heç qana bilmirəm ki, aya Təbriz əhli durub şurişi salmaqda....
... Ü l ə m a — Çün hər bir şeyin əsli və kökü və hər bir hadisənin əsas və binövrəsi....
... M ə m a l i k — Mənim təsəvvürümə görə burada mətləbi iki qismə təqsim etmək lazımdır. Əvvəla, bir qismi budur ki.
Sədri-məclis — Vəziri-daxiliyyənin sözlərinə görə bu şurişin əsil vüquinə səbəb....
... Ü m ə r a — Bəs, indi görək bizim vəzifəmiz...
...Tüccar — ... onun hamısını ələ gətirmək üçün....
... K i r a m-—.... Təbrizdən, Həmədana, Həmədandan Qəzvinə, Qəzvindən Gilana çəkilib....
...Mərdüm — .... dörd dəfə, beş dəfə təkrar söyləmək.
...Üdəba — .... gətirdilər. Və gətirəndən sonra da ortaya nəql edib...
Sədri-məçlis — .... və onun cavabı bu oldu ki, mənim heç bir şeydən....
... A ğ a — ... dedim bəs, hara qaçırsan? Gördüm, başını buluyur ki,....
...Mülk — ... üstündən də su içmişəm. hər kəs hər nə bacarır eləsin. Eləməsə...
... Dövlə — ... Allah ona rəhmət eləsin...
...Ü m ə r a — ... ingilislərin ağzı nədir ki, ondan sonra.-..
...S a h i b — ... dörd nəfər zənan xaylağı aparıbdırlar, bir sürü qoyun. Altı nəfər uşaq...
S ə d r i - m ə c l is — ... hərgah razı dəyilsə...
... İ k r a m — ... getsin Rusiyaya baxsın görsün...
... Məmalik — ... atası Şümür ilə baş-başa yatsın....
Ku-o-o-o-o- bilmək olmaz. Ku-o-o-o-o- atası evdə yox idi. Ku-o-o-o- vəziri-xariciyə uzanmışdı. Ku-o-o-o- teleqraf gəldi, Ku-o-o-o- rüşvətxor imiş, ku-o-o-o- ... ku-o-e-o- ...
Qəzetə müxbiri yoldaşın a—Mən ölüm, heç bir şey qana bildin?
Yoldaşı — Atasının korunu kaftar eşələsin yalan deyənin, əgər bir söz də başa düşdümsə!
M ü x b i r — Bunlara deməlidir ki, ay yazıqlar, əvvəl siz bu məclisi nizam və qaydaya salın, ondan sonra İranı düzəldin. Elə deyilmi, sən mənim canım?!
Yoldaşı — Vuy, bunu kim danar ki, rəhmətliyin oğlu.
Sabir əfəndiyə
Məktubunuzu oxudum. Sözləriniz haqdır... Bizim borcumuzdur ki, bu adam öldürməyi müsəlman içində aradan götürmək üçün əlimizdən gələni müzayiqə eləməyək.
Mən müzayiqə eləmirəm və müzayiqə eləmədiyim üçündür ki, «birisi»lərə deyirdim və deyirəm:
Nə üçün xalqı qızışdırırsan? Tutalım ki, sənin keyfin gəlib və damağın da çox sazdır. Daha durub xalqın rahatlığını niyə pozmaq istəyirsən? Məgər sənin bütun mü-səlman camaatı ilə qəsdin-qərəzin var ki, onları iki yerə bölüb birinə «köhnə» və birinə «tazə» deyirsən və özün də «köhnələrə» tərəfdar çıxıb, «tazə»lərin üstünə qızışdı-rırsan? Yox, əgər «tazə» şey sənin xoşuna gəlmirsə, bəs, nə üçün həmişə «tazə» dirilik»dən dəm vurusan? Öz keyfin istəyən köhnə, nimdaş, paslanmış və kiflənmiş bir şey tapa bilmədinmi?
Bəs, cənab Sabir əfəndi, mənim «birisi»lərə dediyim söz budur. Özü də zarafat və duzsuz məzəlilik deyil, bəlkə siz arzu elədiyiniz niyyətə bir yol göstərməkdir.
Eşidirəm, Sizə deyirlər ki, «Filankəs» elə deməsin, mən də belə deməyim.
Burada bir şey yadıma düşdü.
Mən Haşım bəy Vəzirovun məktəbində oxuyan zaman bizim bir dələduz yoldaşımız var idi ki, heç kəsə dinclik verməyib, sənəti hər kəsi bizləmək idi. Bunun üstündə uşaqlar bəzi vaxt ona söyərdilər. O da başlayıb, uşaqlara ikiqat söyərdi. Haşım bəy ona tənbeh edib deyərdi ki, adə nə üçün söyüş söyürsən? O da cavab verərdi ki, onlar söyməsinlər, sonra mən də söyməyim.
İndi sizə «idarədən» verilən cavab haman dələduz uşağın cavabındandır.
1.Müəllimlər arasında genişlənən
demokratik hərəkatın qabağını
almaq məqsədilə çar hökumətinin
maarif naziri «İznnamə» şəklində əmr
vermişdir.
2.İki məsələyə həsr edimliş
bu yazı «İrşad» qəzetinin 1907-ci il 22
may tarixli nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur. «Sabir əfəndiyə» cavab «Birisi»
ilə aparılan (bax: «İrşad», 1907-ci il 9
may ą 85) mübahisənin davamıdır. Yazıçı
Haşım bəy Vəzirov vaxtı ilə Şuşada
məktəb direktoru idi; Üzeyir Hacıbəyov
ilk təhsilini bu məktəbdə almışdır.
|
|
|