— Kəlbəlayi Kərim, sən dur
yuxarıdan otur!
— Yox, Məşədi Cəlil, elə bura yaxşıdır.
— Yox, sən öl olmaz, dur bəri otur!
— Zəhmət çəkmə, Məşədi
Cəlil, vallah mənə bura yaxşıdır.
— Əşi, bircə sən ayağa dur! Birçə
ayağa dur! Belə, di indi bəri otur, helə,
bir az da bəri, bir az da bəri, mən ölüm
bir az da bəri, sən Həsənin canı bir
az da bəri sürüncün! helə bax, indi ürəyim
arxayın oldu.
Həsənbala kişi, sən zəhmət
çək dur bu aşağıdan otur, bura Kərbəlayi
Heydərin yeridir. Bir az da aşağa, bir azca da
aşağa, bir xırda da yanını aşağa
elə atan olsun rəh-mətlik! Yaxşıdır,
daha ordan aşağa yenmə, elə orda otur. Hər
məclisdə gərək bu qayda və qanun olsun,
elə deyil molla Vəli?
Əlbəttə, qayda və qanundan başqa bir
də burda ədalətə rəayət olunur ki,
hamısından vacib odur!
Bizə bela xəbər verirlər ki,
Dövlət dumasının üzvləri arasında
qoçubazlıq əmələ gəldiyinə
görə bəzilərinin fikri vardır ki, orada
bir «Hidayət» məclisi açsınlar ki, hər
bir kəsin vəzifəsini özünə bildirib,
qoçuluğu aradan götürsün.
Yenə, bizə belə xəbər verirlər ki,
İran Məclisi-Millisi neçə vaxtdır ki,
bir kəndirbaz axtarır ki, rus dumasında Pruşkeviç
olan kimi, onların məclisində də bir kəndirbaz
olsun ki, məçlis əhli bidamaq və «iskuçnı»
oturmasınlar.
Yenə bizə xəbər verirlər ki, Qafqaz müsəlmanları
arasında «ittihad» və «ittifaq» qayırmaq üçün,
mücahidlər»imizdən birisi belə qanıbdır
ki, müsəlmanları iki qismə bölüb
şiyə və sünni adlandırmaq azdır,
gərək dörd yerə bölüb, «tazə
müsəlman» və «köhnə müsəlman»lara
da böləsən ki, ittifaq və ittihad işi
lap töz olsun.
İdarədən: qəribə işdir vallah, bir
yeri yamayırsan ayrı yeri yırtılır!
MÜDHİŞ
ETİRAZ2
Bu gün dünyada bir yer yoxdur ki,
oradan iğtişaş sədası, şuriş
səsi gəlməsin. Demək olar ki, yaşadığımız
bu XX əsrdə bütün dünya ümumi bir
qələyan, hərcayi bir həyəcan içində
titrəməkdədir.
Ən mədəni tayfalardan başlamış,
ən vəhşilərə kimi, bu gün hamı
şuriş və iğtişaşa sarılıb
mübarizə edir və bu günə kimi ümumi
sükunəti xələldar edirlər.
Əcəba, bu-şuriş, bu iğtişaş,
bu mübarizə nə üçündür?
Bunlar hamısı çürümüş, köhnəlmiş
əməldən düşmüş qayda və
nizamlara qarşı, qəti bir etirazdır. Görünür
ki, bu XX əsr, keçmiş əsrlər tərəfindən
bərpa edilmiş qayda və nizamlara təhəmmül
eləmir. O qayda və nizamlar bir o qədər köhnəlibdir
ki, yenilənmək və tazələnməyə
meyyal olan həyati-bəşəriyyənin asayiş
və intizamını təmin edəməz.
İştə, o səbəbdəndir ki, hər
tərəfdən etiraz sədaları qalxıb,
artmaqdadır. Bir ovuc köhnəpərəst və
irtiçapəsənəd adamların bu etiraz sədalarını
yatırtmağa qarşı olan təşəbbüsləri,
onlar üçün heç bir müvəffəqiyyət
hasil edəməz. Bu sədalar get-gedə çoxalıb,
artıb, axırda gurultulu bir zərbə ilə
qarşısına rast gələn bütün
mümaniətləri nist və nabud edər. Daha
bu etiraz seli qabağında köh-nəpərəstlik
qayaları sədd olub davam edəməz!...
1. «Qarabağda yer məsələsi» və «Eşitdiyimiz
xəbərlər» sərlövhəli yazılar
«İrşad» qəzetinin 1907-ci il 16 may tarixli 90-cı
nömrəsinin 4-cü səhifəsində «Filankəs»
təxəllüsü ilə dərc olunmuşdur.
2. Köhnəlmiş və çürümüş
qanun və qaydaların aradan götürüləcəyini
aydın görən müəllif öz fikrini
«Müdhiş və etiraz» sərlövhəli
məqaləsində seyləmişdir; bu məqalə
«İrşad» qəzetinin 1907-ci il 17 may tarixli 91
-ci nömrəsinin 2-ci səhifəsində «Ü»
təxəllüsü ilə dərc edilmişdir