|
Yaradıcılığı
|
ORDAN-BURDAN1
Hər kəs istəyir ki, istibdadın
və üsuli keyfi-mayəşanın əməlini
gözü ilə görsün, buyursun gəlsin
bizim Bakıya. Bakıya gələndən sonra,
bilirəm ürəyi qısılaçaqdır,
çünki bu saat Bakı qızmağa başlayıbdır.
Və ürəyi qısılandan sonra durub bayıra
çıxacaqdır və qabağına gələn
adamlardan soruşacaqdır ki, burada sizin gəzməli
yeriniz haradır? Deyəcəklər ki, məsələn,
«pasaj qabağı»2
.0 da o saat gedəcək «pasac qabağına» və
görəcəkdir ki, doğrudan da pasaj qabağında
o qədər adam var ki, «iynə salsan yerə düşməz».
Bir qədər burada gəzib görəçəkdir
ki, xeyr ürəyi lap pis qısılır, çünki
bir tərəfdən Bakının istisi, bir tərəfdən
adamların istisi onu hal təbindən çıxardacaqdır.
Belə olan surətdə onun yadına
düşəcəkdir ki, Bakıda dərya var
və bu dəryanın kənarı var ki, ona uşaqdan
tutmuş böyüyə kimi hamı müsəlmanlar
«naberejni» deyirlər. Gedəcək ora, bir qədər
orada gəzəcəkdir, amma bir qədərdən
sonra baxıb görəçəkdir ki, naberejnini
hökumət qazaqları töylə qayırıb
at saxlayırlar və pis iyi də başa çökübdür
və özü də hiss edəcəkdir ki, günün
hərarəti onun beynini bişirir, bir az da gəzsə,
kic qoyun kimi fırlanmağa başlayacaqdır. İş
belə olanda, qabağına gələn bir allah
bəndəsindən soruşacaqdır ki, ay balam,
bu sizin şəhərinizdə heç ağacdan,
bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin?
Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır
ki, hardadır? Allah bəndəsi cavab verəcəgdir
ki, filan yerdədir.
O
da filan yerə gedib axırda bağı tapacaq. Amma
görəcəkdir ki, qapısı bağlıdır.
Gedəcək o biri qapısına, görəcək
o da bağlıdır. Gedəcək üçüncü
qapıya, görəcək o da bağlıdır.
Soruşaçaq ki, ay camaat bəs, bu bağa hardan
girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər,
deyəcək bəs, bunun bağa nə dəxli
var? Deyəcəklər ki, nə bilək! Deyəcək,
bəs bu bağı şəhər üçün
kim saldırıb? Deyəcəklər ki, şəhər
upravası. Deyəcək bəs şəhər
upravası bağın bağlanmasına nə deyir?
Deyəcəklər ki, heç zad demir. Deyəçəkdir
ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər
ki, çamaatin başı qarışıqdır.
Soruşacaqdır ki, nəyə? Deyəcəklər
ki, öz işlərinə. Soruşacaqdır ki,
bəs, işləri nədir? Deyəcəklər
ki, qara pul güdmək və bir də adam öldürmək.
Onda binəva qərib əhvalatı bilib deyəcəkdir
ki, bəs elə isə, görünür, burada
hökumət əhlinin keyfi kökdür.
BİRİNCİ
ŞADLIQ3
Divani-hərb (voyenni-polevoy sud) qurtardı.
Deməli, bir bu qədər zaman davam edən ədalətsiz
mühakiməyə bu günlərdən belə
xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə
tə'qib edilirdi, əmələ gəlmədi.
Haman məqsəd baş nazir Stolıpinin haman bu
hərb xüsusunda dumada danışdığı
sözlərə görə iğtişaşı
qət edib, məmləkətdə sükunət
bərpa etmək idi. Bu isə baş tutmadı.
Divani-Hərblər yüzlərcə qurbanlar apardı
və dəryalarca qan tökdü, amma məmləkətin
asayişinə zərrəcə nəf' gətirə
bilmədi.
Əsasən divani-hərbi hökumət fəsx
etmədi. Divani-hərb özü-özbaşına
xitampəzir oldu, çünki bu məhkəmənin
davamı aprelin 20-nədək idi. Lakin bunu inkar etmək
olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi
dəxi əsərsiz qalmamışdır. Divani-hərbi
saxlamaq hökumət üçün çətin
bir iş deyildir. Fəqət görünür ki,
hökumət özü dəxi Stolıpinin «müdafiə»sinə,
filanına baxmayaraq, divani-hərbin davamını
dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı
üçün hələ bir tədbir görməyi
lazım bilmədi. Gələcək hələ
mə'lum deyildir, ancaq indi bütün Rusiyadan ötrü
burası şayaniməsərrətdir ki, dəxi
bundan sonra o sür'ətlə icra olunan divani-hərb
mühakimələrində rəva görülən
ədalətsizliklər bir müddət əhalini
dilgir və mütənəfir etməyəcəkdir.
ORDAN-BURDAN
|
Müsəlman kəndlisinin
siyasi söhbəti4
|
— Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?
— Əlbəttə, vəzir böyükdür!
— Yaxşı, indi söz gəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?
— Salar!
— Vəkil də, söz gəlişi, istəsə goburnatı salar, elə dəyilmi?
— Bəli!
—Goburnat da deməli, nəçənliyi salar?
— Bəli!
— Nəçəlnik də pristavı salar?
— Bəli!
Pristav da yüzbaşını salar?
Bəli!
— Yüzbaşı da, deməli bizi salar?
— Bəli!
— Yaxşı, onda deməli, bu gün məsələn, vəzir istəsə vəkildən tutmuş bizə kimi çəmi camaatı tutub qazamata salar da?
Salmağına salar, amma qazamatda bir elə yer olmaz.
— Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur...
1. Bakının «abadlaşmasına» həsr olunmuş
bu felyeton «İrşad» qəzetinin 1907-ci il 22 aprel
tarixli 74-cü nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir. O zamandan 60 il keçmişdir. Bu günkü
Bakı tanınmaz olmuşdur. 182) «Passaj qabağı»—indiki
Caparidze adına güçə, o zaman gəzinti
yeri idi.
2. Divani hərbin ləğvinə həsr edilmiş
«Birinci şadlıq» sərlövhəli yazı
«İrşad» qəzetinin 1907-ci il 24 aprel tarixli
75-ci nömrəsinin 1-ci səhifəsində «Ü»
imzası ilə dərc olunmuşdur.
3. «Müsəlman kəndlisinin siyasi söhbəti»
sərlövhəli yazı «İrşad» qəzetinin
1907-ci il 26 aprel tarixli 77-ci nömrəsinin 4-cü
səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc olunmuşdur. Bu məsələdən
başqa felyetonda üç qeyri məsələdən
də danışılır, onlar ixtisar edilmişdir.
|
|
|
|
|
|