|
Yaradıcılığı
|
|
Müəllimlər ictimainə
dair1
|
Təvəqqe eləyirəm ki, bu yazdıqlarımı
elə töz-töz və tələsə-tələsə
oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır
və əgər mümgün olsa, bunu oxuduqda gözlərinizi
bərəldib, ağzınızı köpüklədin.
Ay molla inteligent bilirsən nə var!? Bilmirsən??
Ba! Yazıq sənin halına, ədə, müəllimlər
istəyirlər ki, yenə bir yerə yığılıb
«syözd» qursunlar. Orada millət dərdini danışsınlar,
camaatın diqqətini cəlb eləsinlər, sənin
şöhrətinə toxunsunlar, özləri şöhrət
qazansınlar, hər yerdə tə'rif alsınlar,
səni yaddan çıxartsınlar, sənin kimi
xalqı aldadıb yalançı pəhləvan olsınlar,
məclis qurub iş görsünlər, sənin
kimi tullanıb düşməsinlər. Ədə,
nə durmusan? Töz ol danos ver, yoxsa ki, işin xarabdır!
Töz ol, hökumətə xəbər elə,
yoxsa ki, pəşiman olarsan! Gəncəyə getsələr
qoyma! Tiflisə getsələr qoyma! Bakıya gəlsələr
qoyma! Şəkiyə qaçsalar qoyma! Heç yerə
qoyma, qoyma, qoyma... Əyyam xarab olubdur, qoyma, aləm
aləmi digər olubdur, qoyma. Bax, mən dedim, bundan
sonra özün bil.
|
Öz məişətimizdən
bir drama2
|
İki uşaq:
Hümmətəli — Ədə, Həsən bəy,
gəl mazı-mazı oynayaq.
Həsən bəy — Nədən oynayaq?
Hümmətəli — Lopuxdan oynayaq. Hər gah mən
udsam sənə dörd lopux vurum, hərgah sən
udsan, mənə üç lopux vur.
Həsən bəy — Əh, mən lopuxdan oynamaq
istəmirəm...
Dükançı Hümmətəli — Bəy,
məni tanımırsan? Bahalıq ili siz ilə
qapı-qapıya olmurduqmu?
Həsən bəy (acıqlı) — Adını
de görüm nədir? Artıq zəvzəmə!
Hümmətəli — Vuy, ay Həsən bəy,
nə töz bizi yaddan çıxartdın, uşaqlıqda
səninlə il uzunu bir yerdə oynamırdıqmı?
Yadındadırmı, bir dəfə də anan
Şərəfcahan xanımın mənə acığı
dutdu ha!.
Həsən bəy (yasavullara)-Vurun bu zəvzəy
oğlu zəvzəyi (yasavullar vururlar).
Hümmətəli — Əşi daha niyə vurursunuz?
Qoy adımı deyim dayna! Adə vurmayın, adım
Hümmətəlidir, atamın adı .... yavaş
vur a zalım oğlu—Molla Cəfərdir, dayım
mrıx Səfi, vay gözüm töküldü—ala
itdən məşhurdur...
(Beş ildən sonra, bazarda. Həsən bəy
qilluqdan qovulmuş, əynində köhnə palto
Hümmətəlinin dükanına tərəf
gedir).
Həsən bəy — Salaməleyküm, Hümmətəli!
Hümmətəli — Əleyküməssəlam,
bəy! Ancaq sən allah dükanın qabağını
kəsmə, müştərilər səni görəndə
hürkərlər.
Həsən bəy — Əşi, nə yaman kəmiltifat
olmusan. Di,. elə isə o üç qəpiklik
papirosun birini ver gedirəm. Kəsbər gilə.
Hümmətəli — Buyur! (verir).
H ə s ə n b ə y — Sağ ol, qayıdan baş
üç qəpiyini verərəm.
Hümmətəli (əlini uzadır)—Bəy,
bir o papirosu bura ver!...
Həsən bəy — Neyniyirsən?
Hümmətəli — Sən bircə mənə
ver (alır, qoyur yerinə). Havaxt pulun olsa
gəlib apararsan!
Həsən bəy — Əşi, zarafat eləmə,
bura ver, axşamdan boğazım göynəyir...
H ü m m ə t ə l i —Yox Həsən bəy,
verə bilmərəm, atamın goruna and içmişəm
ki, heç kəsə nisiyə verməyəm.
Bir də məndən sənə əmanət,
heç papiros çəkmə! Vallah... adama çox
zərərdir, nahaq yerə döşünü
tutur, onun əvəzində həmişə adət
elə fındıq ye.
Həsən bəy (gedə-gedə)—Ey bivəfa
dünya (gedir).
Hümmətəli (çırtıq çalıb
oxuyur).
Yadındadır lopux-lopux ay balam.
Mənə vurdun lopux-lopux ay balam. Ay ölləm,
ölləm, gedərəm Elxana...
1.İstehza ilə yazılmış «Müəllimlər
ictimainə dair» felyeton «İrşad» qəzetinin
1907-ci il 17 aprel tarixli 71-ci nömrəsinin 3-cü
səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc olunmuşdur.
2.«Öz məişətimizdən bir danə»
üç səhnəcik «İrşad» qəzetinin
1907-ci il 18 aprel tarixli 72-ci nömrəsinin 4-cü
səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.
|
|
|
|
|
|