Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

ORDAN-BURDAN

 

Müəllimlər ictimainə dair1

Təvəqqe eləyirəm ki, bu yazdıqlarımı elə töz-töz və tələsə-tələsə oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır və əgər mümgün olsa, bunu oxuduqda gözlərinizi bərəldib, ağzınızı köpüklədin.

Ay molla inteligent bilirsən nə var!? Bilmirsən?? Ba! Yazıq sənin halına, ədə, müəllimlər istəyirlər ki, yenə bir yerə yığılıb «syözd» qursunlar. Orada millət dərdini danışsınlar, camaatın diqqətini cəlb eləsinlər, sənin şöhrətinə toxunsunlar, özləri şöhrət qazansınlar, hər yerdə tə'rif alsınlar, səni yaddan çıxartsınlar, sənin kimi xalqı aldadıb yalançı pəhləvan olsınlar, məclis qurub iş görsünlər, sənin kimi tullanıb düşməsinlər. Ədə, nə durmusan? Töz ol danos ver, yoxsa ki, işin xarabdır! Töz ol, hökumətə xəbər elə, yoxsa ki, pəşiman olarsan! Gəncəyə getsələr qoyma! Tiflisə getsələr qoyma! Bakıya gəlsələr qoyma! Şəkiyə qaçsalar qoyma! Heç yerə qoyma, qoyma, qoyma... Əyyam xarab olubdur, qoyma, aləm aləmi digər olubdur, qoyma. Bax, mən dedim, bundan sonra özün bil.
   

ORDAN-BURDAN

 

Öz məişətimizdən bir drama2

 

Əvvəlinci məclis.

İki uşaq:

Hümmətəli — Ədə, Həsən bəy, gəl mazı-mazı oynayaq.

Həsən bəy — Nədən oynayaq?

Hümmətəli — Lopuxdan oynayaq. Hər gah mən udsam sənə dörd lopux vurum, hərgah sən udsan, mənə üç lopux vur.

Həsən bəy — Əh, mən lopuxdan oynamaq istəmirəm...

 

* * *

İkinci məclis (polisxana).

Dükançı Hümmətəli — Bəy, məni tanımırsan? Bahalıq ili siz ilə qapı-qapıya olmurduqmu?

Həsən bəy (acıqlı) — Adını de görüm nədir? Artıq zəvzəmə!

Hümmətəli — Vuy, ay Həsən bəy, nə töz bizi yaddan çıxartdın, uşaqlıqda səninlə il uzunu bir yerdə oynamırdıqmı? Yadındadırmı, bir dəfə də anan Şərəfcahan xanımın mənə acığı dutdu ha!.

Həsən bəy (yasavullara)-Vurun bu zəvzəy oğlu zəvzəyi (yasavullar vururlar).

Hümmətəli — Əşi daha niyə vurursunuz? Qoy adımı deyim dayna! Adə vurmayın, adım Hümmətəlidir, atamın adı .... yavaş vur a zalım oğlu—Molla Cəfərdir, dayım mrıx Səfi, vay gözüm töküldü—ala itdən məşhurdur...

 

(pərdə düşür)

 

* * *

Üçüncü məclis

(Beş ildən sonra, bazarda. Həsən bəy qilluqdan qovulmuş, əynində köhnə palto Hümmətəlinin dükanına tərəf gedir).

Həsən bəy — Salaməleyküm, Hümmətəli!

Hümmətəli — Əleyküməssəlam, bəy! Ancaq sən allah dükanın qabağını kəsmə, müştərilər səni görəndə hürkərlər.

Həsən bəy — Əşi, nə yaman kəmiltifat olmusan. Di,. elə isə o üç qəpiklik papirosun birini ver gedirəm. Kəsbər gilə.

Hümmətəli — Buyur! (verir).

H ə s ə n b ə y — Sağ ol, qayıdan baş üç qəpiyini verərəm.

Hümmətəli (əlini uzadır)—Bəy, bir o papirosu bura ver!...

Həsən bəy — Neyniyirsən?

Hümmətəli — Sən bircə mənə ver (alır, qoyur yerinə). Havaxt pulun olsa gəlib apararsan!

Həsən bəy — Əşi, zarafat eləmə, bura ver, axşamdan boğazım göynəyir...

H ü m m ə t ə l i —Yox Həsən bəy, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisiyə verməyəm. Bir də məndən sənə əmanət, heç papiros çəkmə! Vallah... adama çox zərərdir, nahaq yerə döşünü tutur, onun əvəzində həmişə adət elə fındıq ye.

Həsən bəy (gedə-gedə)—Ey bivəfa dünya (gedir).

Hümmətəli (çırtıq çalıb oxuyur).

Yadındadır lopux-lopux ay balam.

Mənə vurdun lopux-lopux ay balam. Ay ölləm, ölləm, gedərəm Elxana...

 

(Pərdə düşür).


1.İstehza ilə yazılmış «Müəllimlər ictimainə dair» felyeton «İrşad» qəzetinin 1907-ci il 17 aprel tarixli 71-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur.
2.«Öz məişətimizdən bir danə» üç səhnəcik «İrşad» qəzetinin 1907-ci il 18 aprel tarixli 72-ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.


 
   © Musigi Dunyasi, 2005