|
Yaradıcılığı
|
Hökumət (minnət gözləmək səsilə)—Hə,
lotu gördün? Yenə səni çağırdım,
yığdım Petrburqa, yaxşı elədimmi?
D u m a — Yaxşı elədin, ancaq təvəqqe
edirəm ki, mənə minnət qoymayasan.
Hökumət (guya inciyib) — Hə! Sözünə
bax, mən ölüm. Di gəl bundan sonra xalqa yaxşılıq
elə!
D u m a — Sən bizi ondan ötrü yığdın
ki, çünki dalın....
Hökumət (öz-özünə) — Tazadan
işə düşmədim?! (dumaya) Yaxşı,
indi sənin sözün nədir?
D u m a — Sözüm odur ki, helə irəli otur hesab
çəkək.
Hökumət (öz-özünə) — Bu nə
kələk idi, a başınıza dönüm!
(dumaya) Balam, nə hesab?
Du m a — Necə nə hesab? Bəs bizi şoraba qoymağa
çağırmısan?
Hökumət — Yox əşi, bir gəlin məni
də döyün, vallah zərrə qədər
sizdən qorxmuram.
Duma — Əlbəttə, sən bir igid oğlansan,
sənin yaxşı voyenni polojeniyaların var, ondan
«voyenni polevoy sudların2var,
qərəz çox zirəksən. Ancaq bunların
hələ mətləbə dəxli yoxdur. Sən
bir gəl əvvəl hesabımızı çəkək,
sonra igidliyindən dəm vurarsan.
Hökumət — Ağzına bax, mən ölüm,
uşaqcıq!
Mən yekəlikdə kişi durub sizə hesab verəcəyəm.
Duma — Uşaqcığıq, ya hər nəyik—sən
yığmısan, amma hər halda biz hesab dərsini
cox yaxşı bilirik, arxayın ol, bizi aldada bilməzsən.
Hökumət (öz-özün)—Lənət
sənə kor şeytan, dayha, bu nə qələt
idi ki, mən elədim; təki, əvvəlki dumanı
mən hex qovmayaydım. (Dumaya) Balam, axı
vallah, billah, siz hələ mən biləni bilmirsiniz.
Mənim ayağım biləni sizin başınız
bilmir, nahaq yerə mənə də, özünüzə
də zəhmət verməyin, hesab nədir, zad
nədir, qoy mən bildiyimi eləyim, siz də deyin
ki, bəli, dürüst buyurursunuz, sən deyəndir!.
D u m a (baş barmağını şəhadət
ilə orta barmağının arasından çıxardıb
deyir)—Ala! Yaxşı zurna çalırsan, amma
heyif ki, səsi çıxmır! Təvəqqe eləyirik
ki, əngəl elə-məyəsən. Qurtar! Bizə
hesab ver görək.
Hökumət — Adə, vallah dinc oturun, yoxsa, and olsun
o Fon-Plevenin3goruna,
o Trepovun4 qəbrinə, o Pobedonosstevin baş daşına
ki, durub sizi qovaram.
Duma — Bilirsən nə var, aşna, biz qovulmaqdan,
filandan qorxan adam deyilik və sənə də bunu
deyirik ki, bax, əvvəlinci duma səninlə ancaq
güləşməyə hazırlaşırdı
ki, sən nahaq yerə onu qovdun, sonra da min cürə
biclik edib bizi çağırdın. Amma özün
görürsən ki, bicliyin baş tutmadı. Çünki
biz gələn kimi yapışdıq sənin qollarından,
əgər bizi də qovub, üçüncü
duma çağırsan, inan ki, o da gəlib yapışacaqdır
xırp sənin boğazından, özün də
qalacaqsan udquna-udquna. Ona görə elə yaxşısı
budur ki, heç oyan-buyan eləməyib, oturasan yerə
və biz soruşaq, sən də cavab verəsən.
Hökumət (bilmir nə qayırsın, gah
ah çəkir, gah zaylanır və öz başına
döyür)—Evin yıxılsın fələk,
bu nə kələk idi ki, məni saldın? Bu nə
iş idi mənim başıma gətirdin (bu əsnada,
«əsli rus» adamlarından Pruşkeviç meydana
çıxıb, dumaya tərəf qışqırır),
əşi, siz nə çox hırt-hırt edirsiniz,
hökumət doğru deyir də nə karasınız
ki, gəlib ondan hesab çəkirsiniz? Hesaba qalsa
mən sizdən min cür hesab istərəm. Hələ
bir deyin görüm, qaradavoy Qançlovu kim öldürübdür?
Hökumət (sevinir)—Hə, bərəkallah,
sən öl, bax bu mənim işimi tikdi, ha qoçum
Pruşkeviç!
Duma (Pruşkeviçə)—Sən nə hədyan
eləyirsən? Pravakator oğlu pravakator! İtil
bu saat buradan—sürün!
Pruşkeviç — Məni qovursunuz? Məni?
Duma — Rədd ol, sürün burdan xuliqan belindən
gəlmiş! İtil! (Pruşkeviçi itələyib,
hökumət bikef olur və öz-özünə
deyir:)
Hökumət — Heç nə, işlər xarab oldu,
kələk baş tutmadı, indi mən nə qayırım.
Paxırlar açılacaq.
Qovum — vay!
Qovmayım — vay!
Hesab verim — vay!
Verməyim — vay!
Çay, Dunay, Uxay.
May, cuhud, voyenni polevoy sud...
Bu yaxınlarda dumadan bəzi qəvanin və tənzimata dair bir islahat gözləmək hələ çətindir; çünki duma qanunsuz bir müəssisə mövqeyini hələ işğal edəməyibdir.
Söz yoxdur ki, üzvlər məhəllərdən seçilib Peterburqa tərəf getdikləri zaman, birinci dəfə yığılıb da qanunsuz bir heyət təşkil edəcəklərinə əmin idilər; onlar özlərini həmin seçildikləri gündən qanun və tənzimat yapacaq bir işçi bilib, bu niyyət ilə də seçilmişdilər; lakin, baş vəzir Stolıpin kabinəsinin dumaya qarşı ittixaz etdiyi rəftar və göstərdiyi münasibət bunu aşkar etdi ki, duma özünə nə tövr baxacaqsa baxsın, amma hökumət isə onun qanunsuz bir müəssisə olduğuna hələ bu tezlik ilə inanmaq istəməyir.
Orası məlumdur ki, hökumət şurişə gəlmiş olan məmləkəti təskin etmək üçün «dinməyin, sizin üçün məclisi-məbusan açacağam», dedikdə, şübhəsiz, həmin məclisi-məbusanın qanunsuz bir müəssicə olacağını dəxi bildirirdi və onsuz da elə, bu hər kəsə məlum idi. Lakin görünür ki, hökumət bir cür vədə verib də, özgə cürə ifa etmək fikrində imiş, yəni indiyə qədər yalnız bir özünə müxtəss bildiyi qanunsazlığı bu tələsiklə məclisi-məbusana tərk edib, kənara çəkilmək niyyətindən uzaq imiş. Firqə və partiyalar arasında ümumiyyətcə böyük bir həmrəylik ilə məşhur olan birinci duma əvvəlinci günü hökumətə öz mevqe və vəzifəsini göstərib həman vəzifəni ifadə də sabitqədəm olacağını qəti nümayişlərilə elan etdi. Hökumət bunun üstündə onu qovdu və qovub da ümidini ikinci dumanın «sözü yatan» olacağına bağladı və bu ümidin hüsulu üçün birinci intixab nizamlarını təqyir edib, seçki işində verilmiş olan bir para ixtiyarları təbdil etdi; yəni o surətə salmaq istədi ki, intixabatın nəticəsində ikinci dumanın üzvləri əksərən «əsil rus» adamlarından və yaxud ittilaat və məlumati-siyasiləri az olan «bitərəflər»dən olsun; lakin hökumət aldandı, çünki o cürə adamlar Rusiyada çox az tapıldı. Amma bainhəmə hökumət belə bir sifət göstərir ki, guya öz aldanmasına inanmaq istəməyir. Bu səbəbə görə də duma üzvlərini siyasətcə bir şey başa düşməyib, qanmaz olmaqlıqda zəmm edir və bununla dəxi o tərəfə işarə etmək istəyir ki, belə, qanmaz və qanacaqsız dumadan qanunsuz bir müəssisə ola bilməz; ona görə bu cür dumanın işi ançaq vəzirlər tərəfindən sazlanan qanunları bilamübahisə və müzakirə təsdiq etmək olmalıdır.
Lakin duma vəzirlərin bu biəsas sözlərinə cavab verə bilməyəcək qədər çahil olmadığına görə, hökumət ancaq başını bulayıb çiynini atmağa məcbur olur. Məlumdur ya, əgər dumanın üzvləri siyasətcə cahildirlərsə, bütün təqsir hökumətin özündədir, çünki özü qəsdlə sədlər qurub əqilli və müttəle şəxslərin dumaya daxil olmaq yolunu kəsdi.
Bundan masəva, hökumətin dumanı əsassız sözlərlə zəmm etməkdə haqlı olmadığına bir dəlil burasıdır ki, duma özü kəndisinin bəzi əhəmm məsələlərdə filhəqiqə bir o qədər əhəmiyyətli olmadığını etiraf edərək, hökumətə təklif edir ki, haman məsələlərin müzakirə və tədqiqi üçün təşkil olunmuş xüsusi komisyonlara kənardan əhəmiyyətli və bilikli adamlar çağrılsın. Lakin hökumət buna qəti surətdə razı olmayıb, bu cürə şeyi «xilafi-qanun» hesab edir.
Xeyr, kim nə deyir desin; amma birçə orası doğrudur ki, hökumət bu fikrə heç razı olmaq istəməyir ki, məçlisi-məbusan qanunsuz bir müəssisə olmalı və icraat işləri isə, məsuliyyət ilə bərabər hökumətə vagüzar edilməlidir.
Odur ki, indi duma hələ öz qanunsızlıq mövqeyini işğal etməyibdir; ona görə də bu tezlikdə ehtiyacati-məmləkətə müvafiq bir qanun yazıb tətbiq edilməsini gözləməkdən isə, dumanın qovulmasına müntəzir olmaq daha dürüstdür.
1. «Hökumət və duma» bir pərdəli səhnəcik
«İrşad» qəzetinin 1907-ci il 6 aprel tarixli
62-ci nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir
2. «Voenno-polevoy suda» — divani-hərb məhkəməsi;
burjuaziya ölkələrində fövqəladə
vəziyyət yaradılanda bu cür məhkəmələr
təşkil olunurdu; bu məhkəmələrin
hökmu çox vaxt qəti olub, inqilabi və milli-azadlığa
qarşı çevrilirdi.
3. Pleve Vyaçeslav Konstantinoviç (1846—1904) çar
Rusiyasının dövlət xadimi, irticaçı,
1902—1904cü illərdə daxili işlər naziri
və jandarma şefi idi. 1904-cü il iyulun 15-də
eser E. Sazonov tərəfindən öldürülmüşdür.
4. Trepov Dmitriy Fyodoroviç (1855—1906)—Rusiya inqilabının
qəddar düşməni, qaragüruh qırğınlarının
təşəbbüsçüsü, 1896—1904cü
illərdə Moskva ober-polismesteri, 1905-ci ildə
Peterburq general-qubernatoru idi.
5.İkinci Dövlət dumasının vəziyyətinə
və çar hökumətinin hiyləkər siyasətilə
həsr edilmiş «Dumanın halı» sərlövhəli
məqalə «İrşad» qəzetinin 1907-ci il
8 aprel tarixli 63-cü nömrəsinin 2-ci səhifəsində
«Ü» imzası ilə dərc olunmuşdur.
|
|
|
|
|
|