|
Yaradıcılığı
|
ORDAN-BURDAN
Hökumət qapısında:
— Karbəlayi Bədəl, görə
bildin?
— Görə bildim.
Nə dedi?
Dedi: «Zavtra»! Ağalar qapısında:
— Məşədi Fərəcullah, ağa evdə
idi?
— Bəli, evdə idi.
— Səni gördü, nə dedi?
— İki dəfə üzümə tüpürdü,
bir dəfə də atamık göruna söydü.
İntelligent qapısında:
— Mahmud əmi, razı oldumu?
— Balam, yox!
— Nə üçun?
Dedi, beş yüz manat ver yazım.
Dövlətli qapısında:
Kərbəlay Müseyib, getmişdin?
Hə, getmişdim.
— Görə bildin?
— Balam, yox: səhər yatmışdı, günorta
çörək yeyirdi, axşam da evdə yox idi.
ORDAN-BURDAN2
Urusca heç zad bilməyən və
müsəlmancadan tək bir «Gülüstan»ın
mətnini oxuyub, mənasını anlamayan rəfiqlərimdən
bir neçəsi məni görüb həmişə
şikayət edirlər və deyirlər ki, biz
çox istəyirik ki, görək Dövlət
dumasında nə olur, nə tövr danışıqlar
olur?
Amma heyf ki, savadımız olmadığına
görə oxuduğumuzu anlamırıq, aya, olmazmı
ki, sən öz «Ordan-burdanında» bir tövr eyləyəsən
ki, Dövlət dumasından bari bizə bir nümunə
göstərəsən.
Deyirəm: Olar;—Nə tövr olar?—Bu tövr olar!
Dövlət duması, sədri-məclis, sağ,
sol, vəzir.
Sədri-məclis—Hə, məclis açıqdır,
indi, hər kəs nə danışacaq danışsın,
ancaq təvəqqə eyləyirəm ki, «at getdi,
örkən apardı» olmasın.
S o l — Hanı o dünən burada mənəm-mənəm
deyib, döşünə döyən vəzir,
buyursun, çıxsın meydana, ona bir-iki sözüm
var.
Vəzir — Mən buradayam; buyur sözünü
de!
S o l — Bircə mənə deyin görüm, bu
xalqı tutub bir-birə kimi qırmaqda sizin məqsədiniz
nədir?
Vəzir — Aranı sakit eləmək istəyirik.
S o l — Aranı sakit eləmək istəyən
oğlan camaatı tutub top ağzına qoymaz.
S a ğ — Bəs nə qayırar?
Sədri-məclis — (sağa) Bircə sən
dinmə!
S o l — Nə qayırar? Bunu qayırar ki, bu gün
məsələn, camaatı çağırıb
soruşar ki, ay adam, ay camaat, sən nə üçün
fərağat oturmayırsan. Onda camaat deyəcəkdir
ki...
S a ğ — «Ərdəbil bir şəhərdir,
hər kəs də öz vəkili!»
S ə d r i - m ə c l i s (sağa) — Təvəqqə
eləyirəm ki, dilxorçuluq eləməyəsiniz
S o l — Xeyr, o sözləri camaat deməyəcəkdir.
Camaat bu sözləri deyəcəkdir ki, bəs
nə tövr fəraqat oturum ki, sən məni
fərağat qoymayırsan.
V ə z i r —Nə qayırıram?
S a ğ — Kim onlara nə qayırır?
Sədri-məclis — Əşi, biriniz danışanda,
biriniz qulaq asın da!
S o l (bərk gülür) — Ha-ha-ha-ha...
Vəzir deyir ki, nə qayırıram?... Əşi,
necə nə qayırırsan ki, xalqın tutub
yerini əlindən alıbsan—bu bir; üstlərinə
xərc qoyubsan bu iki; ağzın açıb, söz
deməyə qoymayırsan—bu üç, başlarına
min cürə «Tənbəki oyunu» açırsan—bu
dörd; xalqın pulunu keyfin gəldiyi yerə
xərcləyirsən—bu beş; keşişləri
yemləyib salıbsan camaatın canına — bu altı;
söyürsən—bu yeddi, döyürsən—bu
səkkiz, öldürürsən—bu doqğuz...
S a ğ — Neçəyədək sayacaqsan?
S ə d r i — məclis — Lənət sənə
şeytan, dayna, balam, sənə nə?
V ə z i r — dinməyin görək ta nə deyir!
Sol —Hələ bircə sən mənim bu sözlərimə
cavab ver, sonra daldan «ucu güləbətinli» sözlər
deyəcəyəm!
V ə z i r — Heç sən anlayırsan ki, nə
deyirsən?
S o l — Mən anladığımı on il bundan
irəli anlamışam, sözün var, söz
danış!
S a ğ (sola) — Bilirsən adama nə qayırarlar?
Sədri-məclis — Təvəqqe eləyirəm
bir-birinizin üstünə igidləşmiyəsiniz!
S o l (sağa) — Sən nə quyruğunu
bulayırsan?
Sədri-məclis — Əşi, elə sözlər
lazım deyil
S a ğ (sola) — Bax, mənim dəli cinim
var ha!...
V ə z i r (sola) — Sən heç bir zad oxuyubsan?
S o l — Yaxşı, bunun mətləbə nə
dəxli var?
V ə z i r — Mən imanım, sən heç hələ
bilməyirsən ki, «hir» nədir, «pir» nədir?
S o l — Təvəqqə eləyirəm ki, o barədə
lap arxayın olasınız və zəhmət
çəkib, mənim sözlərimə cavab verəsiniz!
Sağ — Yaxşı! Bircə de görüm sənin
dediyin nədir?
S o l — Sən kimsən?
Sağ — Mən kim olduğumu sənə bildirərəm!
S o l — Əlindən gələni beş boşqaba
çək!
Vəzir (sola)—Mən də ona sonra layiqli
cavab verərəm.
S o l — Bütün bu camaatın içinə bu
şuluqluğu salan siz sağlar ilə siz vəzirlərsiniz!
S a ğ — Yalançının?
S o l — Olsun!
V ə z i r —Atasına!
Sol — Olsun!
S a ğ — Babasına!
S o l — Olsun!
Vəzir —Min lənət!
S a ğ — İki min lənət!
S o l — Ey olsun, ey olsun!
Sədri-məclis—Balam, indiki belə oldu, tamamdır.
Durun, gedin işinizə, siz ilə danışan
gərək, əvvəlcə «bat-bat» kökü
yesin.
Buyurun, bu da Dövlət dumasının məclisi.
1.«Müsəlmanların halı» sərlövhəli
felyeton «İrşad» qəzetinin 1907-ci il 2 aprel
58-ci nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur. Felyeton ixtisar edilmişdir.
2.Dövlət dumasının fəaliyyətinə
xas olan hərcimərcliyi ifşa və tənqid
edən bu səhnəcik «İrşad» qəzetinin
1907-ci il 4 aprel tarixli 60-cı nömrəsinin 3—4-cü
səhifələrində «Filankəs» təxəllüsü
ilə dərc olunmuşdur.
|
|
|
|
|
|