Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 


Şəkidən, Şirvandan, filandan idarəmizə gələn və Osmanlı ilə İran barəsində nə təhər yazı yazmağın «zakaz»ını bildirən kağızlarını oxuyanda, mənim yadıma həmişə bu düşər: «Kərbəlayı Bədəl, bizə bir-iki lüləkəbab bişir, amma gözlə ki, nə quru olsun, nə də sulu, bir də istiotunu bacardıqca az elə, yanına soğan əvəzinə turp qoy, üstünə də bir sumax səp.»

Bu cürə «zakazları» aşpazlara verərlər, halbuki bizim sənətimiz ilə aşpazlığın arasında asiman-zəmin təfavüt var.

 

* * *

Osmanlının Misirdə çıxan «Türk» qəzetəsi deyir ki, Osmanlı millətini oyatmaq üçün bir neçə yaxşı yol var. Bu yollardan biri də odur ki, azadlıq üstündə çalışan (?) Rusiya türkləri (Şəki və Şirvan türkləri də daxildir ha!), Osmanlıdan gəlib keçəndə o yazıqları başa salıb, zalım hökumətin əlindən qurtarılmağa həvəsləndirsinlər.

Dünən, bu sözləri oxuyan kimi, yadıma bu məsəl düşdü ki: «Ölülər elə bilir ki, dirilər halva yeyir».

 

* * *

İki nəfər müsəlman bəyi bir-biri ilə görüşür::

N - b ə y (zahirdə) — Salam əleyküm. F-bəy, keyf, əhvalın, xoş gördük, (ürəyində—Allah səni heç xoş eləməsin, Həmişə xaru zəlil olasan).

F - b ə y (zahirdə) — Br, əleyküməssəlam, xoş vaxtın olsun. Səfa gəldin (ürəyində—yolda qıçın sınıb, kəlməsəydin lap yaxşı olardı; məlun!)

N - b ə y (zahirdə) — Çoxdan bəri səni görmək arzusunda idim, sən də görünərsənmi (ürəyində—Səni yerə basdırım ki, doğru deyirəm, a kişi bəs havaxt öləçəksən?).

F - b ə y (zahirdə) — Görükməkdən nə olsun, tək insanın qəlbində bir-birinə məhəbbəti olsun, elə bunun özü bəsdir (urəyində—Nə tövr görüküm ki, səni görəndə gözüm ağrayır, a sənin gözlərinə ox batsın!)

N - b ə y (zahirdə) — Əlbətdə məhəbbət özgə cürə şeydir onun heç bir şeyə dəxli yoxdur. Amma yenə də sözün doğrusu beş-altı gün səni görməyəndə çox «iskuçni» oluram (ürəyində-—Yəni deyirəm fikrinə də gəlməsin ki, səndən danos yazdırmışam, ha!..).

F - b ə y (zahirdə) — İltifatın artıq olsun; vallah, elə mənim özüm də həmişə yerdən duran kimi, nökərlərdən soruşuram görüm ki, N-bəy nə qayırır, keyfi necədir? Bilmirəm gəlib, sənə deyirlərmi? (ürəyində—Yəni, deyirəm görüm, səndən göndərdiyim donosun əsəri nə tövrdür, naçalnik səni sordurmaz ki, arvad uşağını mələtmirlər ki...). Bəs, niyə atdan düşmürsən? Ədə, Səfiqulu, gəlin bəyin atın dutun; (ürəyində—Əqlin olsa, ötüb gedərsən, mənim də zəhləmi tökməzsən).

N - b ə y (zahirdə) — Yox, kəndə gedirəm, elə dedim at üstə bir səni görüm; (ürəyində—Üzünə də tüpürüm) (zahirdə) hələ ki, salamat qal; (ürəyində—Gör sənin başına nə oyun gətirəcəyəm!).

F-bəy (zahirdə) — Xoş gəldin, bu yaxşı olmadı ki, getdin; (ürəyində—Sən öl, çox yaxşı oldu; get, dalınça bir qara daş getsin, məlun).
   

FƏXR ETMƏLİYİZMİ, MƏYUS OLMALIYIZMI?2


Misirdə nəşr olunan «Türk» qəzetəsi, «Əhalimizi oyandıracaq bir-iki yol» sərlövhəsi və «Xorasani» imzasilə yazmış olduğu məqalə xüsusəsində Osmanlı millətinin istibdad təsirilə aludəyi xabi-ğəflət olduğundan bəhs edərək, oyandırılması üçün yollar göstərir və o yollardan biri olmaq zənnilə, biz Rusiya müsəlmanları ilə İran müsəlmanlarının bu barədə bözli himmət etmələrini ummayır.

«Türk» məqaləsinin başında deyir ki: «Əhalimizi (yəni Osmanlı əhalisini) oyandırmaqdan muradım, onları oxudub, öyrətməklə zehinlərini açmaq demək deyildir. Onun nə qədər lazım olduğunu əhalimiz çoxdan anladı.

«Oyandırmaqdan məqsədim: 1) Osmanlı istiqlalının həmən qaib olmaq təhlükəsinə yanaşdığı;

2) din və millətin qədrini, şanını pək alçaq bir dərəcəyə endirməyə kimlərin çalışdığı;

3) içimizdə bulunan və bizə hökm edən düşmənə həddini bildirmək üçün həmən işə başlamaq fərz olduğu;

İştə, bunu və bunun kimi şeyləri məmləkətimizin içlərindəki əhaliyə anladıb, gözlərini açaçaq, əqillərini başdarına gətirəcək yollar bulmalıdır».

Bu yolların nədən ibarət olduğunu bəyandan sonra «Türk» bu sözlər ilə xətmi-kəlam edir: «Bu şeyləri, (yəni hökuməti göydən düşmüş bir şey bilib də zülmlərinə tab etmək və onun əlində kor alət olub, xəfiyyəlik və casusluğa razı olmağın fənalığını) anlatmaq və bildirmək üçün qərb tərəfindən gələcək irşadlar pək zor ilə əhaliyə yetişir. Biz irşadnamələrimizi Vətənimizin içindəki xalqa yetişdirmək üçün şu son vaxtlarda hürriyyət qazanmış olan iranlı və rusiyalı müsəlman qardaşlarımızın yardımlarını diləməliyiz.

Əçəmistan3 və Qara dənizin Rusiya əlində olan yerlərindən məmləkətimizə bir neçə müsəlman gəlib getməkdədir. Xalqımıza, şu zalim və inadçı hökumətə qarşı bir-ləşib, səbatilə davranmaları yolunu göstərməkdə bizə yardım edəcəklərini umarız».

Mən əvvəl bu sətrləri oxuduqda, özümü qoltuğumun altına qarpız qoyulmuş kimi hiss etdim; amma bir qədər fikirdən sonra... Hər kəs məni görsə idi, elə bilərdi ki, başım ağrıyır, ya dişim.

İranlılar ilə işim yoxdur; qoy «Türk» onlardan hər nə umacaqsa, umsun; haqqı var, çünki o kişilər doğrudan da öz əhli-zələmələri ilə mübarizəyə qalxıb, hürriyyət qazandılar və ona görə «Zalim və inadçı hökumətə qarşı birləşib, səbat ilə davranmaq yolunu» bilirlər.

Amma biz, biz Rusiya müsəlmanları, biz Qara dəniz sakinləri, biz qafqazlılar, yəni biz, biz Qafqaz müsəlmanları, sözün doğrusu, nə hürriyyət qazanmışıq, nə də hökumət ilə güləşməyin təhərini bilirik. Bizdən bu cürə şeylər ummaqdansa, bacarıb, özgə bir «doğru yol» aramaq min pay nəfli olar.

Doğrudur, dövləti mətbuatımız olan Rusiyada budur, neçə ildir ki, inqilab davam etməkdədir. Bu inqilabı törədən Rusiya hökumətilə Rusiya əhalisidir. Biz, biz müsəlmanlar dəxi Rusiya əhalisindən hesab olunuruq; lakin bu heç vaxt ona dəlil ola bilməz ki, biz də inqilabda iştirak edib hökumət ilə çəkişirik; çünki həqiqət meydandadır.. Biz müsəlmanlar bu Rusiya inqilabında yalnız bir tamaşaçıyıq, özümüz də nə tövr tamaşaçı (buf, sirk, fars janrı), it boğuşması, qoç döyüşməsi kimi mənzərələrə tamaşaçı olduğumuz şövq ilə bu inqilaba da elə tamaşaçı olsa idik, barı dərd yarı idi. Amma dərd yarı deyil, bütündür; çünki həvəssiz, könülsüz, maraqsız, etinasız, ruhsuz tamaşaçıyık; nə camaat qəhrəmanlarının fədakarlıqları qəlbimizdə bir təzərö, nə hökumət məmurlarının rəftari-zülmkaranəsi ürəyimizdə bir tənəffür hissi oyatmayır. Halbuki onların da, bunların da çalışmaları bizim də hürriyyət və ədəm hürriyyətimiz üçündür. Fədakarlara bir dəfə də olsun əl çalmadığımız kimi, zalimlərə qarşı heç bir etirazda bulunmamışıq; bəs bundan sonra bizdən nə ummalı? Heç nə! Çünki «qurdu» «çoban»; «çobanı» «alim»; «alimi» «nadan»; «nadanı» da «divanə» və «divanəni» «qəhrəman» hesab edən bir tayfadan, hələlik, heç bir şey ummamaq hamısından məsləhətdir.

İndi keçəlim bizim, biz Qafqaz müsəlmanlarının İran və Osmanlı hökumətlərinə dair münasibatımıza: Biz hökuməti, hökumət ərbablarını göydən enmiş bir şey hesab etdiyimizə görə və bu zənnimiz sahəsində öz hökumətimizdən öz başımıza gələn bəlaları görmədiyimiz surətdə təbiidir ki, İran və Osmanlı hökumətlərinin də musəlman qardaşlarımızın gətirdikləri cövr və zülmü və bundan naşi, hər iki məmləkətin getdikcə inqirazə yanaşdığını görməyirik.

Bundan maəda, artıq söz danışmağımız lazım deyil; hər halda görünür ki, «Türk»... «İrşad»ın bu keçən nömrələrini hələ oxumayıb; oxumayıbdır ki, Qara dəniz kənarlarından, yəni Qafqazda sakin müsəlman qardaşlarından həmiyyət diləyir.

Və o səbəbdəndir ki, biz də, bizim çamaatımızdan umulan bu şərafətə özümüzü bilkülliyə layiq bilməyib fəxr etməyirik. Ançaq vardıqca məyus və mükəddər olub, «Türk»lərə deyirik: Bizdən vaz keçiniz və öz millətinizi oyatmağa doğru bir yol arayınız, çünki: «Xofte ra xofte key konəd bidar»4


1.Üç məsələni özündə birləşdirən bu felyeton «İrşad» qəzetinin 1907--ci il 1 aprel tarixli 57--ci nömrəsinin 4-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur. Müəllifin öz fikrini, dünyagörüşünü və müşahidə etdiyi hadisələri sadə formada (xüsusilə səhnəciklərdə) və aydın dil ilə oxucuya çatdırmaq bacarığı diqqəti cəlb edir.
2. «Fəxr etməlyizmi, məyus olmalıyızmı?» sərlövhəli məqalə «İrşad» qəzetinin 1907-ci il 2 aprel tarixli 58-ci nömrəsinin 1—2-ci səhifələrində «Ü» imzası ilə dərc olunmuşdur.
3.Əcəmistan—əcəmlərin (yəni ərəb olmayanların) yaşadıqları yer, ölkə. Bu ad ərəblər tərəfindən xüsusilə iranlılara verilmişdir.
4. Xoftera-xofte key koned bidar—farscadır, Sədidən alınmışdır. Tərcüməsi: Yuxuya getmiş yuxuda olanı oyada bilərmi?


 
   © Musigi Dunyasi, 2005