Şuşa uyezdinin Ağdam və Xan kəndi adlı
kəndlərindən yazıb, orada olan pristavların
əməllərindən şikayət eləyirlər
ki, bəli, aldığı şeyi geri vermir.
İdarədən: heç görün dəxli var!
Necə yəni aldığı şeyi geri vermir?
Yaxşı, bəs, deməli pristav dəlidir ki,
məsələn, Kərbəlayi Bünyadqulunun
4 arşın bir palazını alıb sonra desin
ki, a balam, ala verim özünə, yazıqsan? Onu
eşidən-bilən nə deyər?
Qarsdan2
yazırlar ki, burada bir qədər pul yığılıb
bir müsəlmana verildi ki, apar bunu Gəncə
məktəbinə ver, amma müsəlman aparıb
verməyibdir.
İdarədən: Nə olsun? Burada nə təəccüblü
iş var?... müsəlmandır, pulu qoyub cibinə
və həlbət ağlına bir şey gəlibdir
ki, aparıb yerinə verməyib, yoxsa nahaq yerə
durduğu yerdə eləməyib ki!
Yenə Qarsdan yazırlar ki, daha burada müsəlman
qalmadı ki, mal və mülkündən əl
çəkib Osmanlıya getməsin.
İdarədən: Çünki Osmanlıda yel əsib
qoz tökülübdür, indi gedəndə görərlər.
Duma üzvlərinin Rusiyada qurulmuş divani-hərblər
barəsində hökumətə qarşı idareyi-lisan
etməsinə cavab olaraq, baş vəzir Stolıpin
çənabları uzun bir nitq söylədi, hərçənd
belə danışırlar ki, baş vəzirin
bir nitqi onun hazırcavablığına dəlalət
edəməz, çünki bu nitq ən qabaqlarda hazırlanıb,
əzbər edilmiş idi. Amma hər halda Stolıpin
bu nitqi söyləyib də özünün həm
natiqi-bəliq və həm də köhnə bir
politikan olduğunu isbat etdi. Vəxta ki, duma üzvləri
hüzura çıxıb divani-hərb qaydalarını
pisləməyə başladılar. Stolıpin onlara
rəddiyyə etmədi. Bəlkə, onların
sözlə müvafiq olduğunu anlatdı. O dedi
ki, mən mahir bir yurist ilə mübahisəyə
girib divani-hərb xüsusunda danışa bilmərəm,
çünki bizim ikimizin də isbat edəcəyi
bir şey olaçaqdır ki, o da divani-hərbin pisliyindən
və onun fəsxi lüzumundan ibarətdir.
Stolıpin bəhs etməyir, mütləq divani-hərb
tərəfdarı deyildir. Lakin divani-hərb məhkəməsinə
hökm etmək ondan ötrü ağızda bir
söz deyib, sonra əməl etməmək adi bir
şeydir. Bainhəmə Stolıpin özünü
heç itirməyir. Divani-hərbləri pisləyir.
Ancaq hər yerdə qurulmasına əmr edir və
bunu da onunla bəyan edir ki, bəli nə etməli
idim, bir vaxt baxıb - görürəm ki, dövlətin
əsasları titrəyib, daha bir az uçmağa
qəribdir. Ona görə bu təhlükəni,
yəni dövlət təhlükəsini divani-hərb
vasitələrilə dəf etməyə məcbur
oluram; bu çürə sözlərə səthi
bir nəzərlə baxılsa, səhih görünər,
lakin görək əslində də səhihdirmi,
yöxmu?
Stolıpin deyir ki, divani-hərblər qurmağa
hökumət məçbur oldu, əgər bir kəs
ondan sual etsə idi ki, nə üçün hökumət
bu işə məcbur oldu? Zənn edirəm ki, baş
vəzir kəmal amadəki ilə çavab verərdi
ki, məmləkətdə nizamsızlıq törəmişdi
və bu sözü deyib də xəta etməzdi,
çünki bu həqiqətdir; fəqət ona bu
sual dəxi verilsə idi ki, nə üçün
məmləkətdə nizamsızlıq törənmişdi,—mən
bilmirəm ki, Stolıpin cənabları nə cavab
verərdi; amma bizim özümüzə o cavab,
o həqiqi cavab aşikardır. Hamıya məlumdur
ki, məmləkətdə nizamsızlığın
törənməsinə səbəb Rusiyada idarəyi-mütləqiyyənin
davamıdır və bunun bu çürümüş
və «dəbdən» düşmüş idarənin
davamına səbəb dəxi stolıpinlərin
özləri və öz havavü həvəsləridir.
Stolıpinin sözlə-rindən bu məna anlaşılır
ki, idareyi-mütləqiyyəyə qarşı etiraz
olunmasa idi, divani-hərblər dəxi qurulmazdı;
biz isə deyirik ki: Bu doğrudur, amma nə eyləmək
ki, idareyi-mütləqiyyənin siqlətinə əhlinin
dəxi tab edəçək qədər qüvvəti
və səbri yoxdur; halbuki hamısından gözəl
burası idi ki, əgər həqiqi qanuni-əsasi
verilib qayda üzrə idareyi-məşrutə bərpa
olunsa idi, həm çamaat üçün səadət
olardı, həm nizamsızlıqlar olmazdı və
buna görə də divani-hərblərin dəxi
qurulmağı lazım gəlməzdi...
1. Bir neçə məsələyə həsr
edilmiş bu felyeton «İrşad» qəzetinin 1907-ci
il 21 mart tarixli 49-cu nömrəsinin 3—4-cü səhifələrində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur. Burada felyeton ixtisarla verilmişdir.
2. Qars — Türkiyə şəhəridir. O zamanlar
Rusiya ərazisinə daxil idi.
3.İnqilabi hərəkatı boğmaq və «asayişi
qaydaya salmaq» məqsədilə çar hökuməti
ölkədə divanihərblər qurmuşdur.
Bu məsələyə həsr edilmiş «Stolıpin
və divani-hərb» sərlövhəli məqalə
«İrşad» qəzetinin 1907-ci il. 22 mart tarixli 50-ci
nömrəsinin 2-ci səhifəsində «Üzeyir»
imzası ilə çap olunmuşdur.