Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

 

Kələkbazlar2


Mirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti.

Bədnamulməmalik — Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi?

Qaspadin İvan — Əşi, allah yapon Susimaya3 lənət eləsin ki, məni də, səni də kələyə saldı.

Bədnamülməmalik — Bu sən öl, doğrudur! Səni də məni də kələyə saldı!

Qaspadin İvan — Yaxşı, bəs sənin fikrin nədir?

Bədnamülməmalik — Fikrim?.., Əgər belə olsa, qoyub qaçmaq.

İvan — Yox, mən qaçmaram, amma... sən öləsən, bu saat əhvalım çox yamandır, yenə gəlib, kəsdiriblər qapını, yapışıblar boğazımdan, «ürəyimin dalında bir köpük pu-lum da yoxdur ki», barı saldat zorilə özümü xilas eləyim.

Bədnamülməmalik — Buy, bəs mən səndən bir az borç pul istəyəcək idim, İvan dadaş!

İ v a n — Əşi, sənin də borc istəməkdə heç əvəzin yoxdur! Gözlə, heç kimdən alma, sonra mən verərəm, qoy, görək bircə başımıza nə çarə qılaq (Bu hində bunların yanına ingilis Çon-bol gəlir).

Con-Bol (gülə-gülə)—Hi, quyruğunuz qapı arasında qalıb, ay lotular!

Bədnamülməmalik — Aman günüdür, Çon-bol dadaş, gör bir əlac eləyə bilərsənmi?!

İ v a n —Ey əbləh, elə kələyi sənin başına gətirən Çon-bol deyil idimi? Sənin nökərlərin üzünə ağ olanda, onlara fisinçan pilovu verən bu deyil idimi?

Ç o n - b o l (biç-biç gülür və əllərini çibinə salıb, pul çınqıldadır) — Sən nə bilirsən ki, Bədnamülməmalikin çanını qurtaran da mən olmayaçağam?

Bədnamülməmalik — Bəli?!

Ç o n - b o l—Vallah, sən öl, hələ deyəsən İvana da yaxşı köməyim dəyər!

İ v a n — Görək yenə nə kələyin var?

C o n - b o l — Kələk filan yoxdur, doğru sözdür ki, deyirəm.

İvan (bir az irəli durub)—Axı nə qayıra bilərsən?

Bədnamülməmalik (bir az irəli durub) — Doqrudan danışırsan, yoxsa zarafat eləyirsən?

Con-bol— Yox, zarafat eləmirəm, qulaq asın deyim... Mirzə Ələskəri4 tanıyırsınız?

İvan — Yaxşı tanıyıram!

B ə d n a m ü l m ə m a l i k — Yəni bizim Mirzə Ələsgəri? Elə mən onu bu saat yerdə-göydə axtarıram.

C o n - b o l — Yox, onu sən axtarma, çünki yanına qoymazlar, qoy elə bizdə qalsın. İş burdadır ki, onun sizin yerdə yaxşı nökərləri var. Belədir, belə deyil?

İvan və Bədnam — Belədir, düzdür, doğrudur; amma nə olsun?

C o n - b o l — Bir də sənin yerində mənim və haman bu İvanın bir neçə dəllal və dəlləkləri var. Belədirmi İvan?

B ə d n a m — Belədir, düzdür, doğrudur, amma nə olsun?

C o n - b o l — Ta nə var, nə olacaq, Mirzə Ələsgər onlara deyir ki, nökərlərimə yazaram ki, Bədnamülməmalikin yerində bir qalmaqal salıb, sənin və İvanın orada olan dəllallarını və dəlləklərini xubunca əzsinlər. Onda mən ilə İvan əlbir olub, gələrik sizə və başlarıq sizin camaatı qırmağa ki, nə üçün bizim adamlara sataşırsınız. Onda araya bir vur-çatlasın düşər. Elə ki, vur-çatlasın düşdü, onda sən Bədnamülməmalik bir yanda öz bildiyini elərsən, o İvan da bu yanda öz bildiyini. Mən Çon-bol da bir yanda öz bildiyimi elərəm və habelə Bədnam dadaşın canını qurtararıq. O ki, qaldı sənə, İvan, sən də boğazını üzən adamlara deyərsən ki, balam, hələ bir az gözlə, indi başım bərk qarışıqdır, qoyun sonra danışarıq. Onlar da baxıb görəcəkdirlər ki, doğrudan da sənin başın qarışığdır, əl çəkib duracaqlar, əqliniz nə kəsir?

Bədnamülməmalik — Mən razıyam!

İ v a n — Mən də razıyam!

C o n - b o l — De, buyurun gedək.

(Gedirlər).

   


 —Qırırlar.

— Tərifləyirlər

—Kimi? —Kimi?
—Yəhudiləri. —Stolıpini
—Harda? —Harda?  
—Hər yerdə. — Öz evində
—Qorxuzurlar. —Bərəkəlla deyirlər
— Kimi? —Kimə
— Müsəlmanları. —Kuropatkinə
—Harda? — Harda?
— Hər yerdə. —Öz ürəyində  
—…………. —Buyur, buyur deyirlər
— Qapazlayırlar və qapazlayacaqlar. —Kimə?
— Kimi? —Harda?
— İranlıları. —Cəhənnəmin qapısında
—Harda?  
—Hər yerdə.    

* * *
—Gəldi. —Getdi
—Kim? — Kim?
—Dumanın Bakı vəkili. — Bakı vəkili
— Hardan? —Haraya?
— Tiflisdən. —Tiflisə  

Biz uşaq olanda bizə deyirdilər: «Bala, saldat gəldi, qaç! Saldat gəldi, qaç!» Sonra böyüyüb gördük ki, əşi, elə indi saldatın özünə deyirlər ki: «Ədə, yapon gəldi, qaç! Yapon gəldi, qaç!»6 .

Biz uşaq olanda bizə deyirdilər: «Bala, küçəyə çıxma, cuhud gəlib qanını içər!» Böyüyüb gördük ki, əşi, elə yazıq cuhudların özlərinin qanını içirlərmiş7 .

Biz uşaq olanda bizə deyirdilər: «Ədə, - düz otur «əcnəbi» hərəkəti çıxarma!» Sonra böyuyüb gördük ki, əşi, elə əcnəbilərdən yaxşı hərəkət çıxardan yox imiş, indi hamı istəyir ki, əcnəbi kimi olsun145.

 

Müalicə 8


Bir pərdəli komediyadır. Əhli-məclis: 1) Məşədi M i l l ə t — çoxdan bəri azarlamış bir kişidir, 2) M i r z ə Mücahid — həkimdir, özü də and içir ki, butün təbabət elmini su kimi içibdir. Məclis vaqe olur Məşədi-Millətgildə, Məşədi Millət vayıldayır.

Məşədi Millət — Vay, azara düşən çanım, vay, davasız dərdə giriftar olan bədənim, vay, vay!

Mirzə Mücahid — Nə olub sənə?

Məşədi Millət — Azarlamışam, dərdə düşmüşəm.

Mirzə Mücahid—Nəbzini görüm, azarın nədir? (baxır) Hə, bildim sənin azarın nədir, ancaq qorxma, heç bir şeyin yoxdur.

Məşədi M i l l ə t — Vay, vay!

Mirzə Mücahid — Səhər ertə yerdən duranda könlün bulanmayır ki?

Məşədi Millət — Yox!

M. Mücahid — Gərək bulanmasın... Axşam çay içəndən sonra qusmağın tutmur ki?

M. Millət —Heç çay içə bilirəm ki, vay!..

M. Müçahid — Gərək içə bilməyəsən... Hə, ürəyin xiyar istəməyirmi?

M. M i l l ə t —İstəyir!

M. Mücahid — Gərək istəsin. Durduğun yerdə gözün qaralırmı?

M. M i l l ə t — Bəli, qaralır!

M. Mücahid — Bəs, gərək qaralsın... Badımçan dolmasilə aran neçədir?

M. Millət — Adını çəkmə, qusaram!

M. Mücahid — Gərək qusasan... Gündə neçə dəfə ayaq-yoluna gedirsən?

M. Millət — Heç ayaq yoluna getmirəm!

M. Mücahid — Gərək getməyəsən... Mənim rəhmətlik, atamı tanıyırdın?

M. Millət — Yaxşı tanıyırdım...

M. Mücahid — Gərək yaxşı tanıyasan... Həbbi-səlatin versəm içərsənmi?

M. M i l l ə t—İçə bilmərəm!

M. M ü c a h i d — Gərək içə bilməyəsən... Başın altına qoyduğun nədir?

M. M i l l ə t — Pul kisəsidir...

M. Mücahid — Gərək pul kisəsi olsun... Balıq yağının içinə bir az şəgər töküb, içinə tüpürsəm ağzına ala bilərsənmi?

M. M i l l ə t — Yox, iyrənərəm!

M.Mücahid — Gərək iyrənəsən... O kisənin içindəki puldan mənə verə bilərsənmi?

M. Millət — Götür, yarısı sənin olsun!

M. Mücahid — Gərək yarısı mənim olsun (pulu götürəndən sonra). Azarlının yanıda həkimin çox oturmağı yaxşı deyil. Gedirəm, xudahafiz, amma heç qorxma, bir neçə gündən sonra ayağa durarsan (gedir).

Məşədi Millət — Ay, başım töküldü, ay, qarnım çatladı, ay, qıçlarım sındı, ay, gözlərim çıxdı, ay beynim burnumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim!!

 

(Pərdə salınır).



1. «Kələkbazlar» sərlövhəli felyeton «İrşad» qəzetinin 1907-ci il 18 mart tarixli 47-ci nömrəsinin 4-cü səifəsində «Filankəs» təxəllüsü ilə dərc olunmuşdur.
Həmin illərdə çar Rusiyası və İngiltərə razılığa gələrək İranı iki təsir dairəsinə bölmüşdülər. Felyeton müəllifi günün siyasi məsələləri ilə qəzet oxucularını xəbərdar etmək üçün üç dövətin—rus-yapon müharibəsində məğlub olmuş Rusiya (İvan), daxilindəki inqilab hərəkatından qorxuya düşmüş İran (Bədnamülməmalik) və Yaxın Şərqdə hiyləgər siyasət aparan İngiltərənin (Conbol), münasibətlərini köstərir. İnkiltərənin həm Rusiyaya, həm İrana kələk gəldiyini aydınlaşdırır.
2. Susima—Koreya boğazında yerləşmiş bir qrutt adaların adıdır. Bu adalar yaxınlığında 1905-ci ilin mayında Rusiya və Yaponiya hərbi donanmaları arasında ciddi vuruşma olmuş və nəticədə çar Rusiyasının donanması məğlub edilmişdir.
3. Mirzə Ələsgər—İnkiltərə imperializminə satılmış Qacar sülaləsindən birini təmsil edir.
4. Bir neçə məsələdən bəhs edən bu felyeton «İrşad» qəzetinin 1907-ci il 20 mart tarixli 48-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir. Yazı cüzi ixtisarla verilir.
5.Çar Rusiyası qoşunlarının rus-yapon müharibəsində məğlub olunmasına işarədir.
6.Çar Rusiyasında fitnəkarlıq nəticəsində yəhudilərin qırğınına işarədir.
7. «Əcnəbiliyə» uymuş şəxslərə istehzadır.
8. Səhnəcikdə Azərbaycan zəhmətkeşlərinin (Məşədi Millət) rifah halı göstərilir və onları həyasızcasına soyub yeyən, yalançı millətpərəstlər ifşa olunur.

 

 
   © Musigi Dunyasi, 2005