İndiyə qədər hamı buna müntəzir
idi ki, görsünlər, hökumət dumanın,
yəni millət məbuslarının çağırılmasına
razı olub da nə məramnamə hazırlayıbdır?
Parlamenti, yəni məclisi-məbusanı olan dövlətlərdə
qaydadır ki, məclis güşad edildikdən
sonra hökumət idareyi-məmləkət haqqında
öz məramnaməsini açıb məbuslara
bəyan edir. Məbuslar dəxi həman məramnaməni
öz xüsusi məramnamələrinə vuruşdurub,
müvafiq olmasa onu tənqid edər və bununla
bərabər hökumətə ki, vüzəra
heyətindən ibarətdir, ədəmi-etimadını
göstərir. O surətdə vüzəra heyəti
istefa verib əvəzində digər bir heyət
təşkil olunar.
Bizim hökumət yəni vüzəra heyəti
dəxi öz məramnaməsini hazırlayıb
duma əhlinə elan etməyə amadə idi. Bu
məramnamə bir çox əhəmiyyəti haiz
olduğuna görə, kəmali-intizar ilə gözlənir
idi.
Əcnəbi və Rusiya qəzetləri müxbirləri
vüzəra heyətinin orasına-burasına dolanıb,
məramnamənin məzmununu tez bilmək istəyirdilər
və eşidib bildiklərini qəzetələrdə
yazıb, bu barədə cürəbəcürə
xəbərlər intişar edirdilər.
Axır
ki, mart ayının altısında, vüzəra
heyəti məramnaməsinin bütün məzmun
və məali cümləyə məlum oldu. O gün
baş vəzir Stolıpin hökumət məramnaməsini
məbuslara elan etdi.
Bu məramnamədə və ya bəyannamədə
hökumət ümuri-məmləkətdə nə
növ iş görəcəyini və nə təriqilə
gedəcəyini bəyan edib, məclisi-məbusani
dəxi özü üçün köməkçi
çağırır.
Hökumətin həmai bəyannaməsi, söz
yoxdur ki, köhnə tərzi-idarəni bərpa
edən «məramnamələr» kimi olmayıb, əhali
tələbatına dəxi doğrusu, iqtizayi-zəmanəyə
bir qədər müvafiqdir. Bu bəyannamədə
deyilir ki, hökumətin, millət məclisi açmağa
razı olduqda, fikri məmləkətin asayiş
və islahatına səy etməkdir və bu asayiş
və islahatı hökumət öz anladığı
kimi təriqələr və vasitələr ilə
hüsulə gətirnək istəyir və bu barədə
məclisi-məbusan ilə əlbir olmağı
təklif edir.
Bəyannamənin özü əhəmiyyətli
olduğuna görə dumanın ahillərinin buna
dair nə çavab verəcəyi dəxi bir o qədər
əhəmiyyətli idi. Hamı gözləyirdi
ki, duma hökumətin təklif etdiyi təriq və
vasitələrə artıq məhəlgüzar
olmayıb, həman dəm onu tənqidə çalışaçaq.
Lakin oylə olmadı: Dumanın əksəriyyəti
ki, «sol» tərəfindən ibarətdir, həman
halda çavab verməkdən özünü gözlədi
və bəyannamə qurtardıqdan sonra oylə
bir etinalı söz deməyib, sair işlərin
müzakirəsinə keçdi və ümumiyyətcə,
bu xüsusda özünü əvvəlinci dumadan
da «sağraq» tutdu. İnqilabçı görünən
dumanın bu hərəkəti hamını heyran
qoyursa da, yenə böyük bir təsəlli verir.
Çünki bunu isbat edir ki, millət məbusları
öz vəzifələrini layiqincə anlayıb,
bu tez zamanda dağılmaq istəmirlər və
məmləkətin nəcatı üçün
baqi qalıb, taktika il dolanmaq və bu yol ilə öz
məramlarını yeritmək arzusundadırlar.
Görək, işin axırı necə olacaqdır!
Hamıya məlumdur ki, müsəlmanların içində
bu cürə bir qayda vardır.
Məsələn, birisi durub, bir söz deyəndə
ki, filan iş belədir, o birisi cavab verər ki,
yalançının özünə lənət!
Əgər əvvəlinci desə ki, olsun, bil ki,
yalançı deyil, yox deməsə və acığı
dutsa, bil ki, yalançıdır.
İndi hökumət and içir ki, Rusiyada açlıq-maclıq
yoxdur və heç bir kəs də qızılı
satıb, çörəyə vermir. Qəzetələr
dəxi hökumətin doğruluğunu bilmək
üçün deyirlər ki, yalançı belə-belə
olsun. Amma hökumət bu «belə-belə»yə
razı olmur və bu sözə bərk acığı
tutub qəzetləri sudxanaya çəkir.
Qoy, hökumət elə bir ucdan adamları sudxanaya
çəkməkdə olsun, biz də baxaq, görək
dünyanın axırı hara çıxır.
O səfər, əzoncümlə, mən özüm
də yazmışdım. İtaliya münəccimlərinin
deməyinə görə, beş-altı gündən
sonra dünyanın axırıdır, görünür
ki, bu xəbər çox adamlara bərk əsər
eləyibdir. Ona görə yamanca əl-ayağa
düşübdürlər. Firəngistanın
«Maten» qəzetəsi camaatın bu cürə əl-ayağa
düşməyini görüb İtaliya münəccimlərindən
xəbər alıbdır ki, doğrudanmı, siz
deyirsiniz ki, bir neçə gündən sonra dünyanın
axırıdır.»
İtaliya münəccimlərindən cavab gəlibdir
ki, «Hansı palas?...»
Yəni bu söz yalandır və bu səs-küyü
salan da yalançıdır.
İndi ki, yalan deməyə qaldı, qoyun, bir yalan
da mən deyim belə rəvayət eləyirlər
ki, Qarabağda Yevlax stansiyası ilə Şuşa
şəhərinin arasında ki, cəmisi bir qarış
yoldur, bu yaxınlarda dəmiryol çəkəcəkdirlər.
Əslinə baxsan, bu xəbər doğrudur. Amma
bu xəbər bildir, inişil, keçən il və
hətta on il bundan irəli də deyiləmyinə
görə, mən hələ, güman eləyirəm
ki, yalandır.
İndi də bir söz deyirəm ki, doğru olsun:
Erməni «Mşaq» qəzetəsinin3
əhli-insaf olan bir yazıçısı var idi,
bu binəvanı bu günlərdə öldürübdürlər.
İndi «daşnaqsütun» firqəsi4deyir
ki, ey camaat, o kişini biz öldürməmişik.
İdarədən: Soğan yeməmisən, için
niyə göynəyir?`
1.Birinci Dövlət dumasının qovulmasını
nəzərə alan ikinci duma hökumət məramnaməsinin
əleyhinə birdən birə çıxmadı.
Dumanın bu hərəkətini taktika hesab edən
«Hökumət bəyannaməsi və duma» sərlövhəli
məqalə «İrşad» qəzetinin 1907--ci il
13 mart tarixli 43-cü nömrəsinin 2--ci səhifəsində
«Üzeyir» imzası ilə çap olunmuşdur.
2.İctimai xəstəlik olan yalançılığı,
fitnəkarlığı, şeytançılığı
və çar məmurları tərəfindən
«erməni-müsəlman» münaqişəsini süni
olaraq yaratmaq siyasətini ifşa edən bu felyeton
«İrşad» qəzetinin 1907-ci il 13 mart tarixli 43-cü
nömrəsinin 3—4-cü səhifəsində «Filankəs»
təxəllüsü ilə çap edimlişdir.
Felyeton cüzi ixtisar edilmişdir.
3.«Mşaq»—qaragüruhçu, qatı millətcilər
qəzeti, 1872—1920-ci illərdə Tiflisdə erməni
dilində nəşr olunurdu.
4. Daşnaqsütun—(«İttifaq»)—erməni burcuamillətci,
əksinqilabi partiyadır, XIX əsrin 90-cı illərində
yaradılmışdır.