Nədəndir ki, çox işlərimiz baş
tutmayır? «Milləti qabağa aparmaq üçün
cəmiyyətlər qururuq. Pis incinerlərin tikdikləri
ev kimi dağılır! Hansı işə baş
qoşub əl atırıq, iş bizdən qaçır
və ya axırda biz də işdən qaçırıq.
Bu nədəndir? Bu barədə mən çox fikir
elədim, amma bir səbəb tapa bilmədim. Axırda
qərar qoydum ki, cəmiyyətlərə yığılan
adamların əhvali-ruhiyyəsini yazım, sonra
hesablayaq görək nə çıxır.
Bəli! Cəmiyyət qurulub, camaat hazır, cəmiyyəti
bina edən zat ayağa qalxıb məramnaməsini
bəyan eyləyir.
«Həzərat! Allah özu şahiddir ki, bu işi
başlamaqda mənim məqsədim yazıq, zəlil
millətimə bir rahi nəçat aramaq, milləti
cəhalət və zillətdən qurtarmaq və
bir nev ilə milləti qabağa aparıb özgələr
ilə həmhüquq və müqavi etməkdir.
Bəsdir bu qədər zillət»... və sairə
o sözlər ki, oxucularımız əzbər
bilirlər.
İndi görək natiqin bu nitqinə qulaq asan adamların
o əsnada ürəklərindən keçən
fikirlər nədir.
Onlardan biri (gözün diriyib natiqin üzünə
və sağ əlinin şahadət barmağını
soxub burnunun sol deşiyinə):
— Bu kişi əvvəlcə üzünü qırxdırırdı.
Görəsən indi nə üçün saqqal
qoyubdur. Bəlkə istəyirlər ki, saqqala salam
versinlər. Yəqin o da millətpərəstlikdəndir...
Bəs nə üçün başını daramır,
bəlkə yazığın heç macalı yoxdur.
Amma çox üzdən danışır. Bir belə
sözü haradan alıb deyir, yəqin gecə sabaha
kimi əzbərləyirmiş. Amma çox oxumuş
adama oxşayır... (bu əsnada eşidir ki, yoldaşları
«əlbəttə» dedilər, bu da bərkdən
deyir; əlbəttə!)..
O b i r i (çox darıxmış görünür.
Oylə bil ki, tikan üstə oturubdur, töz-töz
saata baxır):—Durum gedim... Yox ayıbdır, qoy bir
az da gözləyək, paho, nə uzun danışır,
at getdi, örkən apardı. Rəhmətliyin oğlu
elə bil ki, dilotu yeyibdir. Sən eləsən bunlar
axırda lap zəhləmizi tökəcəkdirlər...
Rəhmətlik uşağı xalqı işdən,
gücdən qoyub dörd saat ac-susuz.... dururam gedim.
Nə ayıblığı var? Bəlkə bayırda
işim var. Bəlkə naxoşum var, çox otura
bilmərəm, deyəsən qurtarır... («Əlbəttə»
eşidir, bu da deyir: Əlbəttə! Və elə
çığırır ki, hamı bunun üzünə
baxır)...
B i r a y r ı s ı (bir əlini çibinə salıb
küsmüş bir ldam kimi oturub özü də
stolun üstündən yeriyən qarışqaya
tamaşa eyləyir) — Vallah, çox qorxuram ki, axırda
pul yığalar... Allah Məşədi Həsənə
insaf versin, qoymadı yolumuz ilə gedək. Hərgah
pul əhvalatı olsa deyərəm adımı
yazsınlar, sonra.... verərəm. Yoxsa indi üç
manat verim çıx-sın getsin, bir dəfəlik
canım qurtarsın?.... əşi üç manatın
üç min dərdi var... («əlbəttə» eşidir,
amma heç dinməyir)...
Bir başqası (bütün vüçudilə
bərqdiqqət olub qulaq asır. Danışılan
sözlərdən xoşu gəldiyini hərdən
başilə etdiyi işarətlə bildirir). — Nə
gözəl sözlər, pəh, pəh, insanın
ruhu ləzzət alır... Yaxşı olardı
ki, hər gün buraya yığıla idik, bu da
bizim üçün danışa idi... Qoy məclis
qurtarsın, gedəcəyəm bunun yanına söhbət
eləməyə, çox ləzzətli adamdır...
əlbəttə, əlbətə!...
Bir özgəsi (başını aşağı
salıb əlindəki karandaş ilə qabağındakı
kağızın üstə bir quş şəkli
çəkibdir. Quşun uzun dimdiyinin uçunda da
bir alma qayırıbdır.)
— Görəsən bunun axırı nə olacaqdır?
O gəlir ki, millət belə oldu, millət elə
oldu. Vallah hamısı yalan-palan sözlərdir.
Mən imanım millət qeydi çəkən yoxdur,
hamısı gələkdir... («əlbəttə»
eşidir, yavaşça bu da bir «əlbəttə»
deyir)....
Bir digəri (bu da başını aşağı
salıb dırnağı ilə stolun üstünü
qazıyır və tez-tez boğazını artdıyır,
dodaqlarını çeynəyir, başını
qaşıyır), Yalan deyirsən məlun! Bilirəm
sənin fikrin nədir, özünü xalqın
gözünə soxmaq istəyirsən, bədzat!
Vallah, qoymayacağam iş görəsən... (natiqin
səsi gəlir). — Millətə qulluqdan başqa,
özkə məqsədim yoxdur! (Yalan deyirsən,
şeytan).
(N a t i q): Bu yolda var qüvvəmlə çalışacağam.
(Vallah, qoymayacağam!)
(Natiq): Pis adamları içimizdən çıxartmaq
— ki onların başçısı sənsən!
(N a t i q): Və bu cürə xeyir iş-lərdə
allah bizim hamımıza tovfiq versin! (Allah sənə
də lənət eləsin!)
Natiq özü (ürəyinda) — Çox yaxşı
danışıram, deyəsən, bir neçəsi
ağlayır. Heyf ki, bəzi sözlərimə
əl çalmırlar və görunur ki, nitqimi kəsmək
istəyirlor... İndi demək olar ki, əvvəlimci
adam oluram və bundan sonra da hər yerdə mənim
adım çəkiləcəkdir... Deyəcəklər
ki, əsil millətpərəst budur... Əşi
doğrudan da, vallah, mən millətpərəstəm:
Axı, bu millət mənim millətimdir, mənim
övladımdır, özləri də çox yaxşı
adamdırlar. Ancaq bunlara başçı lazımdır,
başçı! O vəzifəni də ki, mən
üstumə götürurəm... qərəz görək
nə olur....
İndi hesablayıb görürəm ki, bizim adamlarımızda
xalis niyyət, işə əhəmiyyət vermək,
yəni bu cürə böyuk işin qədrini
anlayıb bilmək kimi xasiyyətlar yoxdur. Onun üçündür
ki, hər işimiz, uşaqların «övcik-övcik»
oyununa bənzəyir... Amma o adamlarda da: qəqsir
yoxdur. Milləti qabağa aparmaq hər yoldan ötənin
işi deyil... Filankəs çox da urusi baş qoyubdur,
o nə bilir ki, milləti qabağa aparmaq nədir!
Bəhmənkəs, çox da namaz qılır, o
nə bilir ki, millət nədir.
1. Nəcib düşüncəli və hissiyatı
təbliğ edən və milləti cəhalət
və zillətdən qurtarmağa çağıran
«Niyyəti-xalis» sərlövhəli məqalə
«Tərəqqi» qəzetinin 1909-cu il 12 avqust tarixli
180-cı nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur.