Ülamələrimizdən möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə boylə bir əhvalat nəql etdi:
«Uşaqlığımda xirmən sürürdum,
vələ qoşduğum at həm işini görub
vəli sürürdü, həm də ac olduğuna
görə, hərdən bir ağzını uzadıb
çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma
gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi,
amma, yenə işinə məşğul olub bir
müddət otdan əl çəkdi; lakin qarın
aclığı binəva heyvanı dinc qoymurdu.
Gördüm yenə damınır, ot qapmaq xəyalındadır.
Şallağı əlimə alıb düşdüm
atın canına, vurdum-vurdum; axırda at təngə
gəlib mənə bir cüt təpik atdı: alnımdan
dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar
və yaramı sağaltmağa başladılar.
0 vaxtdan bəri hamin at ilə hörmətlə
dolanmağa məcbur oldum».
Doğrudan da biz bu heyvanları özümüz üçün vasitəyi-məişət edib də, keyfimiz istədiyi yolda işlətdiyimiz kimi, mədəniyyətli yevropalılar dəxi onlardan mədəniyyətcə alçaq olan öz növlərini, yəni insanları özləri üçün heyvan ittixaz edib, onlar ilə heyvan kimi müamilə edirlər.
İnsan mədəniyyətin nə qədər alçaq dərəcəsində olsa da, heyvandan əqilli və fərasətlidir və ona görə də heyvanı özünə tabe və müti edə bilər. Mədəniyyət isə şüur və fərasəti artıran bir şey olduğuna görə mədəniyyətli bir insan üçün mədəniyyətsiz insan heyvan dərəcəsindədir.
Mədəniyyətli ispaniyalılar Amerikanı kəşf edib, mədəniyyətsiz amerikalıları qırıb tələf və yerdə qalanını özünə müti etdilər.
Bu tərəfdən mədəniyyətli ingilislər bütün Amerikanın şimalını əllərinə aldılar. Sonra haman ingilislər — bu növ sürətlə mədəniyyətə üz qoyub, İngilis və Yevropa hökmranlığını rəşadət və mərdanəliklə rədd etməklə müstəqill hökumətlər təşkil etdilər.
Qərəz, butün mədzniyyətsiz yerlər, cəzirələr hamısı mədəniyyətlilərin əlinə keçib, bədbəxt əhalisi də heyvan yerinə işləməlidirlər.
İndi hamal oylə mədəniyyətdən məhrum yerin biri də Fas dövlətidir ki, mədəniyyətli yevropalıların tələsinə düşüb çıxa bilmir. Fas dövləti Afrika qitəsinin şimal-qərbində vaqe olub böyük bir islam dövlətidir; onun adına yevropalılar Marokko deyirlər, müsəlmanlar isə Mərakeş və ya Fas deyirlər.
Ərəb mədəniyyətinin şəşəəli bir zamanında, yəni o vaxt ki, Yevropa mədəniyyətcə əhli-islamdan alçaq idi, haman yuxarıda ərz etdiyimiz hikmət üzrə Fas dövləti öz qonşusu olai İspaniyanı həmişə təhdid və təzyiq altında saxladığı halda, bu gün ispaniyalılar mədəniyyətcə onlardan qabaq olduqlarına görə, Fasın içinə girib müsəlleh və qeyri-müsəlleh surətdə məmləkəti təsxir etmək istəyirlər. Və bu məqsədlərinə nail olmaq üçün Fas əhalisindən hər bir cürə zülm və sitəmləri müzayiqə etmirlər.
Bir kəndli, ağır bir arabanı çəkə bilməyən atın başına, gözünə şappadığı halda, gendən baxanların ata yazığı gəlib, arabaçıya acığı tuduğu kimi, bizim də və hər bir əhli-insafın da ispaniyalıların faslılara qarşı göstərdikləri boş müamiləyi-vəhşiyanədən acığı tutur.
Amma bununla belə, faslıların özünə daha artıq acığımız tutur. Çünki. arabaçının şallağı altında əzilən atın belə bir zülmdən qurtarması, yenə həmin arabaçının özünün və yaxud başqa bir insanın rəhminə, mürüvvətinə bağlıdır.
Özüna olan zülmü rəf və dəf etməyə heç bir qüdrət yoxdur.
Zira,
əql yoxdur və onun üçün də müdafiə
yolunu bilmir, lakin faslılar heyvan deyildirlər, insandırlar.
İnsan isə əqlə malikdir və o əqli
artırmaq üçun də mədəniyyət
kimi doğru bir yol vardır. Nə üçün
ispaniyalılar fransızlar qilə eyni müamilə
etmirlər və yaxud böyür-böyrə olduğu
Portəgiz2
dövlətilə işi yoxdur. Çünki onlar
ispaniyalılar kimi və daha artıq mədəniyyət
sahibidirlər. Müdafiə yolunu yaxşıca
bilirlər. Faslılar isə hər bir mədəniyyəti
«təkfir», «təlin» kimi boş və çürük
məsələlərə məşğul olub,
əvvəldə olan mədəniyyəti-islamiyyəni
bilmərrə unudub heyvan kimi ömr sürürlər.
Soltanları məmləkətlərinin abadlığıia,
mədəniyyətinə çalışmaq əvəzində
bütün mənhus ömrlərini mütrübbazlığda,
ləhvü-ləəbdə keçirib əqilli
yevropalıların əllərində meymun kimi
oynayırlar. Üləmaları isə dünya
elmlərini küfr hesab edib, o yoldaki fitvaları
ilə yazıq əhalini mədəniyyətdən
kənar edirlər. Məşhur qamusnəvis Şəmsəddin
Sami həzrətləri Fasın maarif və mədəniyyəti
haqqında bir baxınız nə yazır:
Fasda maarifi-cədidəyə şimdiyə qədər
əsla meyl olunmayıb, maarifi-qədiməyi-islamiyyə
dəxi çox tədənni etmişdir. Hər nə
qədər Fasın böyük şəhərlərində
mütəəddid-mədaris var isə də, bunlarda
dəxi ülumi-ədəbiyə və diniyyə
oxunur. Finunə əhəmiyyət verilməz və
təhsil ilə məşğul olanların çoxu
kimiya və nicum kimi ülumi-mohumə həvəsinə
düşub, məmləkətin tərəqqisinə
xidmət edəcək ülumə rəğbat
etmirlər. Məkatibi-ibtidaiyyədə isə (bizim
xaraba qalmış «məktəblərimiz» kimi) yalnız
qurani-kərimin hifzi ilə lövhələr üzərinə
təhriri mötad olub, bununla sibyan (uşaqlar) bir
az ibarə oxumağı və cüzi yazı və
imla öyrənirlər.
Bu məktəblər də şəhər və
qəsəbələrə məxsus olub, qurada (kəndlərdə)
bulunmadığından əhalinin qismi-əzəmi
oxuyub yazmaq nemətindən dəxi məhrum bulunur...
Yevropanın yanı başında olan boylə gözəl
bir məmləkətdə əlyovm nə bir mətbəə
var, nə bir qəzetə çıxır, nə
də bir kitab basılır».
İndi o səbəbə görə də yevropalılar
və əzçümlə bu gün ispaniyalılar
buraya soxulub da döyürlər, əzirlər,
basırlar və bildiklərini eyləyirlər.
İştə faslıların böylə zillət
və fəlakətlərinin ən birinci və
baş səbəbi özlərinin mədəniyyətsizliyi,
yəni ülum və fünuni-cədidədən
kənar olmalarıdır. Başqa səbəbləri
və ispaniyalıların vəhşiyanə zülmlərini
sonra yazarıq.
...Neçə gün bundan əvvəl bir firəng
böyük bir hünər elədi: qırx beş
verst eni olan bir dəryanın bu tərəfindən
hoppanıb o biri tərəfinə düşdü;
yəni quşa oxşayan bir hava gəmisinə minib
dəryanı keçdi. Bu firəng məşhuri-cahan
oldu; özü də bu anda hər gün min manatdan
artıq pul qazanır. Bir tərəfdən şöhrət,
o biri tərəfdən devlət! İndi əgər
bu adam, firəngin xasiyyətində olmaq şərtilə,
bizim müsəlmanlarımızdan olsa idi, haman dəm
bizim qara və paxıl qəlbimiz cuşə gəlib,
haman həmcinsimizə quyular qazımağa başlardıq!
Mollalarımız deyərdi ki, bu adam babıdır
və özünün də arvadı ondan boşdur.
Mollaların müridləri deyərdi ki, bu adam şeytandır
və özünün də qətli halaldır.
İnteligentlərimiz deyərdi ki, bu adamı buradan
qovmaq lazımdır. Çünki şehrətin
hamısını bu qazanır və onlara bir şey
qalmır və əgər bu adam cavan olsa idi, onda
da cavanlarımız onu məsxərəyə qoyub
deyərlərdi ki, bəh-bəh millət qabağa
getdi. Kişi qəribə hünər qayırdı,
heç ermənilər cürət edib havaya qalxmırlar,
amma bu gəlib ki, havada uçuram... (halbuki kişi
uçubdur!).
Və bunların da hamısının səbəbi
odur ki, millətpərəstlik, iftixari-milli kimi ali
və nəcib hisslər hələ bizim qəlbimizdə
yer tapmayıbdır. Çünki qəlbimiz də
başqa hisslərlə doludur və hələ
«vakansiya» yoxdur...
Amma firənglər haman hünər sahibini bu gün
özləri üçün fəxri-millətlərinin
ən böyüyü hesab edib, onun şərəfinə
minlərcə qonaqlıqlar, bayramlar, şadlıq
etdilər, əcnəbilər dəxi firənglərə
həsəd və qibtə edirlər; firəng millətini
təbrik edirlər ki, böylə adamlar meydana çıxarır.
İndi pərdənin o biri tərəfinə baxaq:
həmin bu firəngböy bir hünərindən
naşi özgələrini sevindirdiyi kimi, özüdəcə
sevinib bütün əfradi-millətini rəisi-cumhurdan,
ministrdən tutmuş, axır hammala kimi öz külfəti
bilib çox da şad və xoşbəxtdir ki, bu
külfətini öz hünəri ilə başı
uca elədi!
O, təvaze göstərmir çünki təvaze—qayırma,
qəlp, saxta bir şeydir. O haman adamlığında
qalıbdır, ondan ötəri bir hammalın təbriki
vəzirlərin təbrikindən daha əziz və
daha şərəfdir...
Amma bu adam bizim müsəlmanlarımızdan olsa
idi — paho! Onun səmtinəmi durmaq olarmı! Özünü
çəgərdi ərşi-fərşə və
hamıya xoruz quyuya baxan kimi baxardı; müsəlmanları
bəyənməzdi. Özü də həmişə
rusca danışardı; sağ və salamat gözlərinə
çeşmək taxardı, başına panama papağı
qoyardı, yayın isti günü qaloş geyərdi,
yanına gəlmək, eləmək istəyənləri
4 saat qapıda ayaq üstə saxladardı və
onun istirahətini pozan adamlara da xeyli acığı
tutardı. Amma digər tərəfdən hörmət
sahibi olardı. Çünki həmişə zahiri
«bazburuda» məğlub olan müsəlmanlar ondan
çəkinib nə babı deyərdilər, nə
şeytan və nə də ki, məsxərəyə
qoyardılar... heyf!..
1. Zəif, geridə qalmış Mərakeşi
müstəmləkə etmək məqsədilə
müharibəyə başlamış İspaniya
imperialistlərinin təcavüzkarlığını
ifşa edən və onun səbəbini aydınlaşdıran
«İspaniya-fas müharibəsi» sərlövhəli
məqalə «Tərəqqi» qəzetinin 1909-cu il
22 iyul tarixli 163-cü nömrəsinin 2-ci səhifəsində
«Üzeyir» imzası ilə dərc olunmuşdur.
2. Portəgiz—yəni Portuqaliya.
3. Həqiqi millət qayğısını, dərin
insanlıq məhəbbətini təbliğ edən
bu yazı «Tərəqqi» qəzetinin 1909-cu il 4 avqust
173-cü nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə çap
olunmuşdur.