Tiflis qəzetələrindən məlum olduğu
üzrə doktor Xətisov2
tərəfindən cəmi-çümlətanı
17 nəfər adam cəlb olunubdur ki, bunlar Qafqazda
zemstvoların nə yolda və nə sayaq təşkili
məsələsilə məşğub olub bu barədə
məlumat hazırlasınlar. Kəmali-heyrət
və təəssüf ilə bildiririk ki, o adamların
içində bir nəfər də müsəlman
yoxdur. Bizim «vısşi kurs» qurtarmışlarımızın
ətalət və etinasızlığına təəccüb
edirik. Bu iş onların qulağına kirmir. Halbuki
«zemstvo» çoxdan bəri Qafqazda arzu olunan bir isla-hatdır.
Əvvəlcə hökumət brylə bir imtiyazı
yalnız içəri Rusiya üçün müxtəss
edib ətraf ölgələri bundan məhrum qoymuşdur.
İndi isə, Qafqaz canişini həzrətlərinin
səy və ehtimamı sayəsində Qafqaza dəxi
oylə bir ixtiyar verilmək üzrədir.
Həmin 17 adamın borcu budur ki, zemstvonun Qafqazda
nə sayaq təşkil lazım olduğunu bəyan
və aşikar etsinlər. Yəni oylə bir zemstvo
təşkil olunsun ki, məhəlli şəraitə
müvafiq gəlsin. Əlbəttə, bu gün
içəri Rusiyada olan zemstvonu haman eynilə bizim
Qafqaza keçirtmək olmaz; içəri Rusiyanı
ümumiyyət üzrə bir millət təşkil
edir; halbuki bizim Qafqaz müxtəlif millətlərdən
əmələ gəldiyi üçün, hər
millətin də özünə məxsus şəraiti-məişəti
mövcud olduğundan, oylə bir mühümm işin
icra və tətbiqini ibtidada müzakirə edən
heyətin içindən hər millətin nümayəndəsi
olmalı idi...
Qərəz.., zemstvo nədir? Bu barədə əhaliyə
məlumat vermək lazım olduğundan, o barədə
yazmağa məcburuq.
Zemstvo ondan ibarətdir ki, hər bir uyözdin qanun
tərəfindən ixtiyar verilmiş adamları
(ki o ixtiyar barəsində aşağıda danışılacaqdır)
yığılıb bir cəmiyyət təşkil
edib, öz aralarında qlasnıy seçirlər
ki, hər uyözdin və quberniyanın işlərini
idarə etsinlər.
Deməli, bu zemstvonun əhali üçün o yaxşılığı
vardır ki, əhali bir növ öz-özünü
idarə edir.
Ən əvvəlcə Rusiyada zemstvonun, yəni
əhali nümayəndələrinin ixtiyarı
artıq idi. Zemstvo öz işində sərbəst
idi. Lakin sonradan tazə qanun çıxıb zemstvonun
ixtiyaratı azaldı və hökumət adamlarına
tabe edildi. Bu halda, Rusiyada zemstvo iki cürədir:
Biri uyözd, o biri də quberniya zemstvo idarəsi.
Hər iki zemstvo idarəsi şəhər idarələri
kimi, əvvələn (zemskoye sobraniye) və saniyyən
(zemskaya uprava)dan əmələ gəlir.
Zemskoye sobraniyenin işi qaidə və nizamlar qoymaq,
zemskaya upravanın da işi haman qaida və nizamları
içra və tətbiq etməkdir.
Zemstvo işlərində iştiraka o adamların
haqqı vardır ki, onların əmvali-qeyri-mütəhərrikəsi
ola. Əgər uyözddə sakin olan bir adamın
əmvali-qeyri-mütəhərrikəsi varsa, və
o əmval vergi alınmaq üçün 15 manata3
qədər (əksik olmaz) qiymət olunarsa, o halda
haman adam zemstvo işlərində iştiraka haqlıdır.
İndi iş burasındadır ki, görək,
aya Qafqazdadamı zemstvo işlərində iştirak
etmək üçün boylə bir qaydanı əsas
gətirmək olarmı, olmazmı? Bu məsələ
həmin fovqələzikr 17 adamların işidir
ki, onların içində bir nəfər müsəlman
yoxdur.
Qərəz, bu əmvali-qeyri-mütəhərrikəsi,
yəni ləyaqəti-mülkiyyəsi (imuşestvennıy
senz) olan adam ondan başqa, əvvələn, 25 yaşından
kiçik olmasın və saniyən rus təbəsi
olsun və salisən, bir günah sahibi olmasın.
Bu maddələrə müvafiq olan adam zemstvo seçkilərində
bilavasitə iştiraka haqlıdır. Bəzi adamlar
da vardır ki, bu seçkidə vasitə üzrə
iştirak edə bilərlər. Yəni öz əvəzlərində
vəkil göndərə bilərlər. O adamlarda
ləyaqəti-mülkiyyə olub da, lakin yaşı
25-dən aşağı olan kişi və bir də
arvaddır. Yaşı 25-dən aşağı
olan kişi hər kəsi öz tərəfindən
vəkil edə bilər. Halbuki, həddi-buluğa
çatmamış uşaqlar isə, ləyaqəti
mülkiyyələri olduqları halda, ancaq öz
qanuni vəsi və hamisini vəkil etməyə
haqlıdır. Arvadların vəkilləri isə
ancaq ərləri, ata və qardaşları ola bilər.
Əvvəlcə öz xətamızı təshih
edəlim.
Bugünkü qəzetələrdən kəmali-məsərrət
ilə bildik ki, həmin 17 adamın içinə
iki müsəlman daxildir ki, onlardan biri İbrahim
bəy Vəkilov4,
o biri də Hüseyn bəy Minəsazovdur5
Dünənki nömrədəki məqaləmdə
15 min manat əvəzinə 15 manat yazılıbdır,
yəni zemstvo işlərində iştirakı
haqlı olmaq üçün ləyaqəti-mülkiyyə
lazımdır və o mülgün də qiyməti
15 min manatdan az olmamalıdır.
Hər uyözdin seçkiləri olmalıdır.
Bu seçicilərin siyahisini uyözd idarələri
(uprava) tərtib edib qubernatora təqdim edir. Qubernatorlar
isə qlasnılar seçkisinə bir ay qalmış
bu siyahini elan edir. Seçki isə, qur ə ilə
məxvi surətdə icra olunur. Qlasnıları
3 ilin müddətinə seçirlər. Hər 3
ildən sonra hər uyözdə zemstvo seçki
ictimaları dəvət olunub, təkrar seçkiyə
başlayırlar.
Bu gün Rusiyada mövcud zemstvo qanununa görə,
ləyaqəti-mülkiyyələri 15 min manat olmayıb
da, fəqət 1500 manatdan az olmayan adamlar zemski qlasnı
seçkisində bilavasitə iştirak edə bilməzlər.
Onlar öz aralarında vəkillər seçərlər
və o vəkillər də onların əvəzinə
rəy verərlər. Bu vəkilləri seçmək
işində Həmin xırda mülkədarlardan
iki cürə ictima yığılır.
Əvvəlinci ictima xüsusi nəsil bəd nəsil
bəylərdən (potemotvenin dvroyanlardan) təşkil
olunub bəylər rəisinii (predvoditel dvoryanstva)
təhti-sədarətində əqd olunur. İkinci
ictima isə, sair əhalidən (yəni poçetnı
qrajdanlardan) əmələ gəlib, şəhər
idarəsi rəisinin təhti-sədarətində
vaqe olur. Hər ictimadan o qədər vəkil seçilir
ki, hər vəkil 15 min manatlıq ləyaqəti-mülkiyyəyə
müvafiq olsun.
Elə ki, bu vəkillər və 15 min manatlıq
ləyaqəti-mülkiyyəsi olan mülkədarlar
yığılıb onlar bir cəmiyyət təşkil
edirlər ki, bunun adına «zemstvolar intixab cəmiyyəti»
deyilir. Bu cəmiyyətlər dəxi 2 cürədir:
Bunlardan biri bəylərdən əmələ gəlib,
bəylər rəisinin təhti-sədarətində
olaraq, öz aralarında qlasnı seçirlər,
o biri cəmiyyət isə sair sinifdən olub şəhər
idarəsi rəisi sədarətilə seçki icra
edirlər.
Kənd camaatları içindən də qlasnılar
seçmək üçün kənd yığıncaqları
qurulub, hər yığıncaqdan bir nəfər
qlasnı seçilir.
Bu qayda ilə seçilmiş qlasnılar, hər
uyözddə bir zemstvo məclisi qururlar (zemskoye
sobraniye). Uyözd zemstvo məclisində uyözd
bəylər rəisi sədarət edir. Zemstvo məclisi
ildə tək bircə dəfə yığılıb,
10 günlük ictimada zemstvoya dair işlərin
müzakirə və həlil lə məşğul
olur.
Zemstvo məclisinin qərardadlarını icra və
tətbiq etməklə bərabər, zemstvo mülk
və malına nəzarət yetirmək üçün
qlasnılar içindən bir (zemstvo idarəsi) intixab
olunur. Həmin bu qayda ilə uyözdlərdə
zemstvo məclisi qurulan kimi, quberniyalarda da o sayaq məclislər
qurulub, hər məclis öz quberniyasının
işlərinə baxır.
Zemstvo nə, məclislərinin işi nədir?
Zemstvo məclislərinin iş görmək ixtiyarı,
heyf olsun ki, məhdud edilir və bundan başqa hökumətə
tabe olunubdur. Hər halda əhalinin rəfahhal və
asayışla yaşamağına bais olacaq bir çox
tədabir və binagüzarlıqlar həmin məclisin
doğruluq və ciddiyyət ilə işi görməsindən
asılıdır.
Zemstvo məclislərinin işi bunlardan ibarətdir:
1) Zemstvo təhti-nəzarətində olan yolları,
yol tikililərinin təmir və islahı, məsələn,
quberniyada və ya uyözddə mövcud yollar xarabdır,
ya yoxdur, çaylar körpüsüzdür; zemstvo
məclisinin borçu bunların hamısını
düzəltməkdir.
2) Zemstvo poçtası təşkil edib saxlamaq, əlbəttə,
poçta pul kimi müxabirat və mürasilat üçün
böyük bir vasitə olduğundan, nə qədər
müntəzəm olsa, bir o qədər əhali
üçün yaxşıdır.
3) Fəqir-füqarəyə himayət, yəni
cəmiyyəti-xeyriyyələr açmaq və saxlamaqla
və ya özgə qanunu pullarla əhalinin fəqir
və biçizlərini himayə etmək, indiki halda
buraxmamaq.
4) Camaatın səhhət və afiyətinə
çalışmaq. Bu gün xolera gəldi, durub
xoleranı gözləməmək, bəlkə
oylə möhlük mərəzlərin uyözddə
və ya quberniyaya sirayətinə yol verməmək;
məavinəti-tibbiyyə işini, yəni həkimlər,
mərizxanalar və davaxanalar saxlamaq işini vəsi
bir surətə salmaq, mal və heyvanat naxoşluqlarını
rəf və dəf etmək.
5) Maarif işi — yəni sənət; peşə;
mülk və maldarlıq məktəbləri çox
açdırıaq və tədris təlimini müntəzəm
bir hala salmaq, əhalini mumkün mərtəbə
maarifləndirmək.
6) Asayış və abadanlıq — əhalinin mal
və mülk hüququnu gözləmək, təmirat
işlərinə nəzər yetirmək, evləri,
meşələri yanğınlardan gözləmək
və bunun üçün bütün lazım olan
tədbirlərə təvəssül etmək və
bunlarla bərabər zemstvonun böyük haqqı
odur ki, zemstvonun təhti-idarəsində olan yerlər,
işlər üçün smeta, yəni məxaric
və modaxil dəftəri düzəltmək və
öz ixtiyarı ilə lazım olan yerlərə
pul sərf etmak.
Bu ixtiyarlarda uyözd və quberniya zemstvo məclisləri
bərabər olmaqla belə, quberniya zemstvosunun bir
ixtiyarı da budur ki, əvvələn, əhalinin
ehtiyacatı və mənafeyi xüsuanda hökumətə
təqdimat verə bilər.
Və saniyən, sığorta etdirmək, borcları
əhali ehtiyacatına müvafiq surətdə təqsim
etmək, yarmarka və ya bazar açaq, əhaliyə
dəymiş zərərə nırx (taksa) qoymaq
kimi işlərə də ixtiyarı vardır.
Ancaq zemstvo hökumətə tabe olduğuna görə
onun hər bir qərardadını qubernator təsdiq
etməlidir. Qubernatorun ixtiyarı vardır ki, qərardadları
təsdiq etməsin. Zemstvoların əməllərinə
şikayət etsin, təhti-məhakiməyə
aldırsın.
Mühümm işlərdə zemstvo ilə qubernatorun
münaqişəsinin həlli Dövlət duması,
Senat, Vəzirlər Şurası kimi ali məclislərdən
asılı qalır.
1. Zemstvo—1864-cü ildə qəbul edilmiş qanun
əsasında (zemstvo islahı) çar Rusiyasının
mərkəz quberniyalarında yaradılmış
yerli əhalinin özünü idarəetmə üsul-idarəsi
idi. V. İ. Lenin zemstvonu xarakterizə edərək
yazmışdır: «Zemstvo konstitusiyanın bir parçasıdır.
Tutaq ki, belədir! Lakin bu elə bir konstitusiya parçasıdır
ki, onun vasitəsilə Rusiya «cəmiyyətini» konstitusiyadan
uzaq-laşdırmışlar. Bu, nisbətən
məhz elə çox əhəmiyyətsiz bir mövqedir
ki, mütləqiyyət başlıca mövqeləri
öz əlində saxlamaq və siyasi islahat tələb
edənləri bir-birindən ayır-maq və uzaqlaşdırmaq
məqsədilə bu mövqeyi artmaqda olan demokratizmə
güzəşt etmişdir». «Zemstvo nədir?» sərlevhəli
məqalə «Tərəqqi» qəzetinin 1909-cu il
16 iyul tarixli 158 və 17 iyul 159-cu nömrələrinin
2-ci səhifələrində «Üzeyir» imzası
ilə dərc olunmuşdur.
2. Doktor Xətisov —o zaman Zaqafqaziyada tanınmış
mülkədar və burjua-demokrat əqidəli ictimai
xadim idi.
3. Burada səhv gedib — 15 min olmalıdır.
4.İbrahim bəy Vəkilov — Tbilisidə yaşayan
ali savadlı maarifpərvər içtimai xadim idi.
Bir zaman Tbilisi «Xeyriyyə cəmiyyətinin» sədri
idi.
5. Hüseyn bəy Minəsazov — əvvəllər
Tbilisidə, sonralar isə Bakıda yaşayan, maarifçi
və ictimai xadim idi. Dövrü mətbuatda fəal
iştirak edirdi.
|
|
|