Rus malının İranda baykot olunması təəssüf
ediləcək hadisələrdən biridir. Hər
halda bu işdə müqəssir iranlılar deyildirlər...
Biz burada hökumətimizin politikasını təftiş
və tənqid etmək niyyətində deyilik, çünki
bu politikanın bugünkü nəticəsi haman
politikanın yaxşı yamanını gözəlcə
bildirməkdədir.
Ançaq nə üçün İranda rus malı
baykot olunur da ingilis malı olmayır. Halbuki İngilis
hökuməti dəxi rus hökuməti ilə müvafiq
bir surətdə iş görməkdədirlər.
Bu suala cavab odur ki, durbin olan İngilis hökuməti
bu yolda oylə bir politika intixab etdi ki, İran milləti
tərəfdarı kimi göründü. Rus hökuməti
isə şah tərəfdarı çıxdı.
hər iki hökumətin İranda gördükləri
işlər bizim hamımıza məlumdur. İndi
götürək hər iki hökumətin nimrəsmi
mətbuatını və görək İran işlərinə
dair bu qəzetlər hansı məsləkə xidmət
edirlər. İran məşrutəçilərinin
birinci müzəffəriyyəti və müzəffəriyyət
bədində kəmali-nizam və qayda bərpa olunduğu
xəbərini aləmə bildirən əvvəlcə
ingilis mətbuatı oldu.
Eyni zamanda da «Novoye vremya» qəzetəsinin müxbiri
Tehrandan belə bir teleqraf çəkmiş:
«Bəxtiyarilər və fədailərin dəstələri
kəmali-xəyanət ilə Tehrana soxuldular və
məclisi tutdular.
Bunların başçısı olan supehdar özünü
şah elan etdi, küçələrdə və
meydançalarda şiddətli atışma davam etməkdədir,
hər iki tərəfdən yaralanlar və ölənlər
vardır.
Lyaxov və rus ofiserləri kəmali-mərdanəliklə
qazaq briqadasını müdafiə edirlər. Kapitan
Perebinosov2
Soltanabadda şahı müdafiə edir. Qəzvində
qalmış olan rus qoşununu bilatəxir buraya
göndərməlidir.
Tehran hərci-mərc olubdur. Yevropalılar böyuk
bir təhlukə içindədirlər. Şahın
əhvalı böhranlı və ümidsizdir».
Bu teleqramı çap etdikdən sonra, «Novoye vremya»
özü də bunu əlavə edir:
«Bəs, görünür ki, daha təxir etmək
yeri deyildir... Biz haman sədayi-istimdadı təkrar
edib də, deyirik ki, qoy bu məsələnin həlli
kimə racə isə eşitsin və bunu bilsin
ki, doğrudan da tələsmək lazımdır».
Lakin nə yaxşı oldu ki, hökumət «Novoye
vremya»nın bu qışqırığına qulaq
vermədi və belə bir provokasiyaya məhəlgüzar
olmadı.
Bəxtiyarilərin və fədailərin miskin milləti
müstəbidin çəngalindən qurtarmaq üçün
ölümə getdiklərini bütün aləm
alqışlarla təbrik və təhsin və təqdir
etdiyi halda, «Novoye vremya» bunun adına xəyanət
deyir. İranın təcəddüdü, əhyası
«Novoye vremya»çıları istirahətsiz edir. Guya,
rus mənafeyini gözləmək və kamali-əmnü-əmanda
olan əcnəbilər — ki, onlardan birinin burnu qanamadı,
müdafiə etmək üçün «Novoye vremya»
tələb edir ki, rus qoşunu Tehrana girsin, halbuki
boylə bir təşvin rus dövlətinə xidmət
deyil, xəyanət olduğunu «Novoye vremya» anlamaq
istəmir və belə bir zamanda ki, İranda olan
rus şən və heysiyyətini bərqərar
etmək üçün hökumət öz politikasını
lazım olan yoluna salmağa qeyrət etməlidir.
«Novoye vremya» qəzetəsi bu yolda hökumətə
lazım olan kömək əvəzində daha da
hökuməti Ümumrusiya mənafeyi üçün
müzürr bir yola sapdırmağa çalışır...
Bir neçə gün bundan irəli «əlahəzrət»,
qədri-qüdrət Məhəmmədəli şah
Qaçar ruhəna fədah adlanan, amma bu gün rus
demişkən, prosto Meşədi Məhəmmədəli
deyilən İran sabit şahı Məhəmmədəli
mirzə küsübdür!
Küsübdür ki, nə üçün onu taxtdan
yerə saldılar. Halbuki həmin Məhəmmədəli
mirzə öz millətinə bir çox... zülmlər
etmişdir!
Ravi belə rəvayət eyləyir ki, bir dəfə
rus səfarətxanasının yanından keçirdim.
Gördüm ki, otaqların birisindən həzin-həzin
səslər gəlir. Bir qədər qulas verib bu
cürə sözlər eşitdim:
— Mən sənə demədimmi ki, millət ilə
sülh elə!
— Yalançıya allah lənət eləsin! Sən
demədinmi ki, məclisi topa tut!
— Əşi, zərər yoxdur, sən padşah
olma, oğlun olsun, özgəsi deyil, ha!
— Vallah, əslinə baxsan, heç bu iş pis olmadı...
Bax, bizim bu xaraba qalmış torpaqda sənin zərrəcə
də hörmətin qalmamışdı. Amma indi
get Rusiyaya, gör sənə nə hörmət
eyləyəcəkdirlər!
— Axı, mən burada istədiyimi eyləyirdim. Görüm
Rusiyyətdə də oylə şeylər mənim
üçün mümkün olarmı?
— Yaxşı, sənin burada istədiyin, ayıb
olmasın, isti yer... yəni belə bu cürə
ürək açan şeylər deyilmidi? Əgər
sən Rusiyyətdə haman istədiklərin yuz
dəfə ondan yaxşısını tapmasan, onda
əmr elə sənin cəlladın mənim...
yox, amma indi çəlladın yoxdur... Onda mən
namərdəm! A gözəl Fitilbörk!4
Ey yerin behişti! Qurtar bizi bu cəhənnəmdən!
Oranın küçələri o qədər təmizdir
ki, qatıq töküb yalamaq olar.
Amma bunun küçəsində bir qədər yağış
yağsa, gərək hammal dalına alıb minib
keçəsən. Oranın küçələrində
gözəllər — gözəl-gözəl madamlar
— mislil huri, qəşəng-qəşəng oğlanlar
— kəmisli qılman! Amma buraların küçələrində
sürü-sürü hammallar...
— Amma hayıf ki, mən yaxşı rusca bilmirəm!
— Amma mən yaxşı bilirəm!
— Adama nə deyir?
— Çelovek!
— İtə nə deyir?— Sabaka!
— Gedirəm, nə tövr deyir?
— Baydom!
— Gəlirəm?
— O da baydom.
— Onda sən məndən çox bilirsən!
Sonra nə danışıblarsa ravi eşidə
bilməyibdir.
1. «İran və Novoye vremya» adlı siyasi məqalə
«Tərəqqi» qəzetinin 1909-cu il 7 iyul tarixli 150-ci
nömrəsinin 2-ci səhifəsində «Üzeyir»
imzası ilə çap olunmuşdur, V. İ. Lenin
«Balkanlardakı vəziyyət və İrandakı
hadisələr» adlı məqaləsində (Əsərləri
15-ci cild, səh. 225 — 226) «Novoye vremya» qəzetinin
tutduğu mövqeyi qəti surətdə pisləmişdi.
2. Kapitan Perebinosov — o zaman Soltanabadda yerləşdirilmiş
çar qoşun dəstəsinin komandiri idi.
3. Məmmədəli şahın taxtdan salınmasına
və İrandan qovulmasına həsr edilmiş bu
felyeton «Tərəqqi» qəzetinin 1909-cu il 7 iyul
tarixli 150-ci nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
4. Fitilbörk — Peterburq deməkdir.