Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 



 

1

Həmin bu inqilab sözünün İran işlərinə dair istemal olunacaq məqamı əsil bu günkü gündur ki, bütün Tehran millət mücahidləri əlinə keçib istibdad, İranın o qoca istibdadı gurultu ilə kögündən qoparılır. İran hətta Osmanli kimi məmləkətlərdə millətin birdən-birə təcdndi-həyat etməsi inqilabsız, yəni qanlı inqilabsız baş tut-mazdı və tutmadı da. Buna şahid həmən qansız inqilablardır ki, əvvəlcə İranda, sonra Osmanlıda baş verib də nikbinləri sevindirdi; lakin inqilabı anlamayan və qansız inqilablara inanmayan şəxsləri daim düşündürməkdə və şübhələr içində buraxmaqda idi ki, İranda iyun və İstambulda 31 mart faciələri vüqu olub nikbinləri məyus etməklə bərabər bədbinləri də şübhədən çıxartdı.

31 mart hadisəsindən sonra Osmanlıda yenidən əsil inqilab vaqe olub, doğrudan da istibdad məhv edildi.

Bu gün isə həmən əsil inqilab İranda baş verməkdədir. Odur ki, bu inqilabın nəticəsinə də kəmali etimad ilə inanmaq olar.

Ajans teleqraflarından qabaq bu gün idarəmizə və xüsusi adamlara teleqramlar gəlib, millət mücahidlərinin Tehranda vaqe olmuş fəth və zəfəri-qəhrəmanələrini bizə bildirmişdir ki, bunun sonunda Ajans teleqrafları yetişib Tehranın mücahidlər əlində olduğunu və şahın əcnəbi səfarətlərinin birinə qaçmaq fikrini bizə bildirdi.

Əvət, bir bu qədər inadlılıq göstərib də, təcdidi-həyat etmək arzusunda olan millətin yoluna sədd çəkməklə on milyonluq bir camaatı müstəbid əli altında əzmək istəyən Şah, bu gün özünə bir təriqi-nicat axtarır; pənah arayır. Bütün istibdad tərəfdarları bildilər ki, böylə bir gün də varmış. Ehtimal öz məsuliyyətlərinin ağır olduğunu indi hiss etməyə başladılar və nə eləyim, necə eləyim deyə qalıbdırlar.

Alınan teleqramlardan ən fərəhamiz, ümmidbəxş xəbər orasıdır ki, millət qoşunu bir çox adamların gözlədiyi kimi, qarət və bu kimi rəzil hərəkətlərdən kənar olub, asudəliyi üçün çalışdığı, yolunda çanını fəda etdiyi millətin asayışını gözləyib, zəbt və təsxir etdikləri yerlərdə nizam və qayda bərpa edirlər; o səbəbdəndir ki, əhali böyük bir şadlıqla öz nacilərini alqışlayırlar.

Məşrutəçilərin Tehranda bir külliyyə müzəffər olduqları artıq şübhəsizdir. Çünki teleqramlardan anlaşıldığına görə şahı qoruyanlar, yalnız bir qazaqlarmış. De-məli, sərbaz filan deyilən ünsür olduqca fürsəti fövt etməyib məşrutəçilərə tərəf keçibdirlər. Qəyur müçahidlər Tehrana daxil olub da, yalnız bir qazaqlar ilə müharibə-dədirlər. Digər teleqramdan görünür ki, qazaqların dəxi bir hissəsi məşrutəçilərin tərəfinə keçibdir, deməli, yerdə qalanlar dəxi ya məhv olub gediblər, ya təslim olarlar.

Yenə teleqramda bir işarə vardır ki, İngilis səfarəti yanında bərk atışma var idi.

Bundan aşikardır ki, müstəbid başçılarından kim imişsə, ən zorbası İngilis səfarətində gizlənmək istəyirmiş. Mücahidlər isə buna mane olmağı lazım görüb şiddətli atışma vüqu bulubdur. Heyf ki, teleqrafın burası açıq deyil və İngilis səfarətinə qaçmaq istəyənin kim olduğunu bu gün bilmədik.

 

2


Dünən və bu günə qədər İranın gələcək günlərinə arxayınca və nikbinanə bir nəzərlə baxmaq çox çətin idi. Bəxtiyarilərin ağır hərəkəti, süpəhdarın tərəddüdü, digər tərəfdən isə Osmanlının Krid məsələsinə məşğul olub da qonşusu İrandan sərfnəzər etməsi, rus qoşununun İran torpağına girməsi, Təbrizin «tətil işqalı», bunlar hamısı İranın bu yaxın gələcəyinə qarşı qara pərdə şəkilində görünüb mavərada nə olduğunu göstərmirdi. Lakin bu iki günün həvadisi haman qara pərdəni dəf etdi. İran işlərinin üzünə gün doğan kimi oldu.

Sərdar əsəd və süpəhdar həzrətləri rus və ingilis nümayəndələri ilə bir çox danışıqdan sonra hər bir tərəddüd və istər-istəməzliyi kənara atıb qəti bir surətdə Tehran üzərinə yeridilər.

Yeriyib də Tehranı aldılar. Və ümdə burasıdır ki, əcnəbi müdaxiləsinə səbəb ola biləcək hər bir vüquatı bərtərəf etməklə boylə ağır, müşkül və məsuliyyətli işdə böyük bir tədbir və məharət sahibi olduqalrını bilirdilər.

Şübhəsiz demək olar ki, şahın bütün ümidi öz qazaqlarına, sərbazlarına deyil, məhz əcnəbi müdaxiləsinə idi. Şah və tərəfdarları bu fikirdə idilər ki, millət qoşununun hərəkətləri əcnəbi müdaxiləsinə müntəcc olub o surətdə də heç olmasa İran bədbəxtliyinin məsuliyyətinin yarısı onların üzərinə olacaqdır.

Lakin bu qüsur əmələ gəlmədi. İstər Peterburq, istər London mühafilində bunu iqrar etdilər ki, millətin şaha qarşı elan və icra etdiyi müharibə əcnəbilərin hayatını heç bir təhlükəyə düçar etməyir. Rus hökuməti dəxi öz sözü üstündə durub feli müdaxilədən çəkindi.

İndi bugünkü teleqramlardan anlaşıldığına görə İranın ürəyi olan Tehran və binaən əleyh... bütün İran millət əlindədir. Bir iş qalıbdırsa o da şahı ələ gətirib lazım olan şərtləri ona qəbul etdirməkdir. O şərtlərin də nədən ibarət olduğu hələlik müəyyən surətdə ancaq bir süpəhdar ilə sərdara məlumdur. Hər halda bu iki möhtərəmin bu günlərdə göstərdikləri hünər və məharət onların gələcəkdə xoşbəxtliyinə və hər kəsin məmnuniyyətinə səbəb olacaq işlər gərəcəklərini təmin edir.

 

3


İran millət qoşunu Tehranı alıb da, orada icra etdiyi hərəkati-aqilanə və mütədəbbiranələri və İstambulu alan Osmanlı hərəkət ordusunun gördükləri gözəl işləri yada salır. Lakin bütün bu qanlı müsadimələrin səbəbi-yeganəsi olan Məhəmmədəli isə, öz güllənüması, yəni həmkarı olan Əbdülhəmidin yerişini yerimədi.

Yerimədiyinə səbəb başqa bir şey olmayıb, bəlkə özünün Əbdülhəmiddən on qat sabiük-əql olduğudur.

Məhəmmədəlidən ola bilsin ki, daha artıq cinayətlər içra etdirmiş olan Əbdülhəmid başdan ayağa qədər ağır günahlar içində olduğunu nəzərə ala-ala yenə də öz millətinə təslim olunmağı və öz həyatını millətin ixtiyarına tapşırmağı, özgə dövlətlər himayəsinə iltica etməyə tərcih verdi.

Halbuki Əbdülhəmid millət tərəfindən öldürülməyəcəyindən heç də əmin deyildi. Məhəmmədəlinin bu yolda Əbdülhəmidi təqlid etməməyinə yeni səbəb ola bilər: Ya ola canının qorxusu və millətin mərdliyinə inanması və yainki öz millətinə qarşı qəlbində bəslədiyi nifrət, bu barədə təfsilata girişməyə ehtiyaç yoxdur. Hər halda Məhəmmədəlinin qəlbi böyük və alicənab adamlara məxsus hissiyyyati-aliyədən bilmərrə boş olduğu təbəyyün etdi. Bu adamda zərrəcə də olsa padşahlıq sifəti yox imiş.

Bugünkü teleqramlardan anlaşıldığına görə, millət qoşununun Tehranın içini şah tərəfdarlarından təmizləmək vəzifəsi hələ qurtarmayıbsa da, artıq qurtarmaq üzrə-dir. Millət qoşununa müqavimət edən Lyaxov qazaqlarının bəqiyyə-tüsseyfidir. Onlar isə zatən, özlərini qoruyurlar. Əgər bu gün Lyaxov təslim edildiyi surətdə, canı salamatda qalmasına əmin olsa, haman dəm təslimi-silah edər.

O səbəbdəndir ki, bəzi ruslar Lyaxovun təslimi bödində sağ qalıb-qalmayacağını bilmək üçün süpehdar və sərdardan bu barədə xəbər bilibdirlər. Bunlar isə, cümlə mərdlərə mənsub bir tərzilə cavab veribdirlər ki, nəinki Lyaxovun özü, bəlkə onun qazaqları belə silah yerə qoyub da müqavimətdən əl çəksələr sağ qalacaqları şübhəsizdir.

Qazaq məsələsi bitdikdən sonra mücahidlərin ən böyük işi məmləkətin tərz idarəsini təyin edib, ona müvafiq surətdə bir şah seçməkdir. Bu mühüm məsələnin nə tərəfə mail bir surətdə həll olunacağını indinən bilmək çətindir: çünki bu xüsusda hələ ki heç bir məlumat yoxdur. Yalnız xüsusi müxbiriimzin teleqramından anlaşıldığına görə onu bildik ki, Qacar nəslindən ən qədimlisi olan Möəzzidüssəltənə, naibüssəltənə təyin olunmaqla bərabər, sərdari əsəd daxiliyyə və süpehdar hərbiyyə vəziri təyin olunubdurlar.

Hər halda bu gün İranın iqbalı oylə bir müdəbbir və müqtədir adamların əlindədir ki, məmləkətin gələcəyindən əmin olmağa hər kəs haqlıdır.

 

4

Bu gündən belə iran əhli öz milliyyətləri ilə iftixarə haqlıdırlar. İran əhli XX əsrin səsinə səs verməklə, öz mürdə olmadığını isbat etdi.

Cahıl mollaların dünya malına olan hirs və təməindən dolayı avam mütəəssiblərin himayəti-cahilanəsi sayəsində təxt-səltənətdə qərar tuta bilmiş olan müstəbid gurultu ilə yerə düşdü.

Onunla bərabər əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş olan çürük əqidələr dəxi puç olub getdi.

Bu gündən belə İranda təşəkkül etmiş olan yeni hökumətin vəzifəsi ən ağır vəzifələrdəndir.

Lakin bu vəzifə yalnız vəzifəyi icraiyyədən ibarət olacağından, ondan daha böyük vəzifə ki, qanunsazlıqdır, məclisin öhdəsində olub, məmləkətin tərəqqi və rifah halına hökumdən artıq məçlis məsul olacaqdır. İranın zavallı birinci məclisi doğrudur öz vücudu ilə İran üçün böyük bir təsəlli idi. Amma iş görməklikdə bir o qədər fəal deyil idi. Çünki əvvələn haman məclisin iş görməsinə qarşı şah və həşəratı tərəfindən mümaniətlər ibraz olunurdu. Bundan başqa, məçlis əhlinin bir çoxu dəxi öz vəzifələrini dürüst başa düşməmişdilər, amma bu gün İranda əsil məşrutənin nədən ibarət olduğunu bilməyən adamlar varsa da, onların idarəyi-ümuri-məmləkətə heç bir dəxl və təsərrüfləri yoxdur.

Deməli, bu məclisə seçiləcəyi zənn olunan zəvatın hər biri öz və özgə təcrübələrilə idarəyi-məşrutənin nədən ibarət olduğunu layiqincə bilirlər.

Məclis ilə hökumətin ən birinci və ən mühüm vəzifələri isə məmləkəti sakit etdikdən sonra əhali arasında ülum və maarifi — XX əsrin təqazasına müvafiq surətdə böyük bir sürətlə müntəşir və təmim etməkdir. Xalq mütəməddin olduqdan sonra öz-özüiü rifah-hal ilə dolandırmaq yolunu gözləyə bilər.

Bu günlərdə isə süpehdar və sərdariəsədin borcu qanuni əsasiyə qəlbən sadiq olan, olduqca zor və müntəzəm bir qüvvə əldə saxlamaqdır ki, bundan sonra üz verə bilən hər bir təcəvüzati-irticayiyyəni bidayətincə məhv və nabud etmək mümkün olsun.

Bəli! İran tarixində qızıl xətt ilə yazılmağa şayan olan bu vəqaedən dolayı növpərəst və insandust olan bütün aləm İran əhlini səmimi qəlb ilə təbrik edib, İranın qəyür mücahidlərinə mütəşəkkildirlər.

 

 


 

1.İran inqilabının gedişini bütün dəqiqliyi ilə izləyən Üzeyir Hacıbəyov 1909-cu ilin iyulunda istibdada yeni bir zərbə vurulduğu bir zamanda «İranda inqilab» və qsİran inqilabı» sərlövhəli bir-birinin ardınca dörd məqalə yazmışdı. Bunlar «Üzeyir» imzası ilə «Tərəqqi» qəzetin 1909-cu il 2 iyul tarixli 146-cı nömrəsinin 2-ci səhifəsində (1-ci məqalə), 3 iyul tarixli 147-ci nömrəsinin 2-ci səhifəsində (2-ci məqalə), 5 iyul tarixli 148-ci nömrəsinin 3-cü səhifəsində (3-cü məqalə) və 6 iyul tarixli 149-cu nemrəsinin 2-ci səhifəsində (4-cü məqalə) dərc olunmuşdur.


 

 
   © Musigi Dunyasi, 2005