Şah söz verdi ki, altı günluk sülh olsun.
Amma yalançı çıxdı...
Rus konsulu.
Camaat arasında
Camaat (çığırır) — Ay Avropa,
ay insaf əhli, ay insaniyyətdən dəm vuranlar,
şah bizi qırır, qoymayın!
İngilis səfiri — Əşi, nə danışırsınız.
Belə də iş olarmı, onun nə haqqı
var insan övladını qırsın?
Camaat — A başına dönüm, şah haqqı-maqqı
nə tanıyar. Bizi qırır, qoymayın. Axı
biz də sizin kimi insanıq.
S ə f i r — Həzərat, mən bu saat onun yanına
gedib bir əxtar verim ki, heç dadı da damağından
çıxmasın.
C a m a a t — Balam, allah səndən razı olsun, bizə
əlac elə!
S ə f i r — Bu saat, bu saat (gedir).
Şah hüzurunda
Ş a h — Gərək İranın yarısını
qan dəryasına dəndərəm!
Əmir Bahadır — Qurban olum bu gəlamə!
L y a x o v — Bəli, qorxutmaq, qorxutmaq lazımdır
bu asiyalıları.
S ə f i r (daxil olur) — Şah, allah saxlasın!
Əmir Bahadır — Xoş gördük, a kirvə!
Ş a h — Sağ ol ingilis, əyləş qonaq ol!
S ə f i r — Çox sağ ol, şah!
Ə m i r Bahadır — Nə var, nə yox?
S ə f i r — Hər şey var və heç zad yoxdur...
he-he-he!
Əmir Bahadır — Xa-xa-xa, nə nazik mətləbdir.
S ə f i r — Şah, camaatın hamısını
birdən qırdıracaqsınız, yoxsa yarısını
saxlayacaqsınız?
Ş a h — O mənim qəzəbimə bağlıdır.
İstəsəm hamısını qırdıraram!
Əmir Bahadır — O, şahın öz əmrinə
bağlıdır. Bu gün hökm eyləsə
hamısını öldürdər, istəsə
hamını bağışlar. Bu cür işlər
şahın özünə məxsus işdir. Onu
heç kəs bilməz və heç kəs soruşmaz.
S ə f i r — Xeyr, siz elə güman etməyin ki,
mən şahın xüsusi işlərinə müdaxilə
etmək xəyalındayam. Əstəğfürullah,
ancaq dediyim odur ki... yəni hamısını birdən-birə
qırdırmaqdansa, yarı-yarı bölmək...
Əmir Bahadır — Bəli, başa düşürəm,
nə deyirsiniz. Xeyr, o babətdən arxayın olun!
S ə f i r — Bəli, çünki mənim borcum
gəlib-getmək... Özünüzə məlumdur.
Əmir Bahadır — Xeyr, xeyr, xatircəm olun, başa
düşürəm...
S ə f i r — Xudahafiz!
Əmir Bahadır — Xoş gəldin, sağ ol (nökərə)
Ay gədə, səfirin başmaqlarını cütlə!
İngilis parlamanında
Bir məbus — Yaxşı, bəs nə oldu? O yazıq
iranlıların dad və fəryadına qulaq verən
oldumu? Bu barədə hökumətimiz nə qayırdı?
Vəzir Kirey 2
— Əlbəttə! Bizim səfir şaha şiddətli
bir əxtar göndərib, dövlətimiz naminə
tələb etdi ki, emal və hərəkəti
mərdimazaridən çəkilsin.
Məbuslar — Bərəkallah, sonra?
Ki r e y — Daha sonrası yoxdur, çünki biz İran
işlərinə müdaxilə edə bilmərik.
Məbuslar — Çox yaxşı, indi viçdanımız
əziyyətdən xilas oldu.
Yenə şah hüzurunda
Səfir (tələsik daxil olur) — Sözün
doğrusu, bunun adına həddən artıq zarafat
deyirlər.
Ş a h — Nə olub, nə olub?
Əmir Bahadır — Allah saxlasın kirvə?
S ə f i r (acıqlı) —
Xeyr, saxlamasın!
Ş a h — Baba, in çe zərbo zeng əst. Məgər
mən şah ney... 3
Əmir Bahadır (şaha). Dinmə, dinmə,
bu ingilisdi. Zarafat deyil, qoy görək nə olubdur
(səfirə). Babacan nə olubdur?
S ə f i r — Nə olacaqdır! Sizin yerinizdə
bizim mənafeyimizə toxunulubdur. İsfahan tərəfində
bir ingilisin iki şahi pulu itibdir və bir də yıxılıb
burnu qanayıbdır. Bu saat buna bir tədbir tökün.
Əmir Bahadır — Paho! Bu saat əmr yazaram İsfahan
qubernatoruna ki, həmin pulu itmiş ingilisə əhalidən
yüz o qədər pul alıb versin və o burnu
qanıyanın da yıxıl-mağı əvəzinə
həmin yıxıldığı yerin sahibini iki
il həbsə salsın, bəsdirmi?
S ə f i r — Yaxşıdır... (mülayim səslə).
Bəs eşitdim ki, məşrutə vermək istəyirsiniz?
Əmir Bahadır — Bəli, verəcəyik!
S ə f i r — Nə vaxt?
Əmir Bahadır — Nə vaxt şah lazım bilsə.
S ə f i r — İndi vermirsiniz?
Əmir Bahadır — Xeyr, indi olmaz!
S ə f i r — Nə üçün?
Əmir Bahadır — Çünki bizim şəraitdə
məşrutə-qəşrutə net rabatay. Və
bir də bu bizim daxili işimizdir.
S ə f i r — Əlbəttə, mənim müdaxiləyə
heç bir haqqım yoxdur, xudahafiz!
Axırıncı komediya
Yenə şah hüzurunda
S ə f i r — Təbrizdə bütün adamlar və
bütün əcnəbilər qorxurlar ki, aclıq
davası düşsun. Atlılarınıza əmr
edin ki, bir neçə gün möhlət versinlər
ki, şəhərə azuqə getsin. Əmir Bahadır
— Xeyr, elə iş mümkün deyildir.
S ə f i r — Onda sözün doğrusu Təbrizə
qoşun göndərəcəyik, bizdən inciməyin.
Əmir Bahadır — Bəs onda...
Ş a h — Vallah mən bunların işini heç
başa düşmurəm!
L y a x o v — Zərər yoxdur, 6 gün mehlət verərik.
S ə f i r — Doğrudan?
Lyaxov — Doğrudan (meyitini görüm).
S ə f i r — Onda gedim deyim ki, qoşun gəlməsin.
Xudahafiz!
Əmir Bahadır — Xudahafiz, (acıqlı),
başıma daş salasan! Elə bizim çalışdığımız
odur ki, Təbriz acından qırılıb təslim
olsun. Bu da deyir ki, möhlət verin azuqə gəlsin!
Ay yazıq!
Lyaxov — Bəli, Təbrizə azuqə gəlsin,
onlar da yeyib qızsınlar, ondan sora gəl tazadan
dava eylə.
Əmir Bahadır — Mən burda şəhəri
mühasirə elətdirib, aclıq qorxusu ilə
şəhər alıram, bu da gəlibdir ki, onlara
möhlət ver. Guya ki, oyun oynayırıq, «siçan
yolu» ver deyir!
Ş a h — Vallah mən bunların işlərini
heç başa düşmürəm!..
Bir neçə gündən sonra
Ş a h (iztirab ilə) — Bəs diyerlər
ki, Təbrizə rus qoşunu gəlir.
Əmir Bahadır — Bəli, gəlir!
Ş a h — Bəs nə tövr olsun?
ƏmirBahadır — Nə təfavütü vardır?
Təbriz bizim deyildi ki, məncə, rus qoşunu
məşrutəçilərdən min pay yaxşıdır.
Ş a h — Axı bəs... onlar gəlib İranı
alarlar...
Əmir Bahadır — Bəli, alarlar.
Ş a h — Bəs, onda biz...
Əmir Bahadır və Lyaxov — Onda (çırtı
vururlar), onda...
Biya berəvim əzin vilayət məno to.
Şah xodra be «baq» əndaz!
Şah xodra be «baq» əndaz! 4
1.İrandakı vəziyyətə həsr olunmuş
bu səhnəcik (daha doğrusu komediya növləri)
«Tərəqqi» qəzetinin 1909-cu il 13 aprel tarixli
76 (nömrə səhv getmişdir, əslində
77 olmalıdır) nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
2. Kirey—o zaman İngiltərə xarici işlər
naziri idi.
3. Baba, inçe zərbo zəng əst, məgər
mən şah... nə...— farscadır, tərcüməsi:
Əşi, bu nə vur-ha-vurdu. Məgər mən
şaham, ya yox?
4. Biya bərəvim əzin velayət mən o to.
Şah xodra be «bağ» əndaz? Şah xodra be «bağ»
əndaz! — farscadır, tərcüməsi: Gəl
mənimlə bu vilayətdən gedək. Şah,
özünü «bağa» at!