Əsas səhifə

Bəstəkar və şəxsiyyət

Ömür salnaməsi

Genealogiya »

Yaradıcılığı »

Fotoqalereya

Videoteka

Fonoteka

Ədəbiyyat »

Ü.Hacıbəyova ithaf »

Ü.Hacıbəyova dair »

 
 
 
 Rus variantı
Ingilis variantı
 
Saytın xəritəsi
 

Yaradıcılığı


 

 

İndi öz sənətinə əhəmiyyət verən və öz ana dilini sevən müəllim baxsın görsün ki, bu məsələ nə qədər mühüm bir məsələdir. Bu məsələni mövqeyi-müzakirəyə qoymaqdan mənim məqsədim rus dilinin yaxşı öyrənilməsini axtarmaq deyil, nə qədər ki, öz ana dilimizin xarab olmasına ağlamaq və o xarabalığa qarşı bir əlac tapmaqdır.

Lakin Rəşid bəy əfəndilər və ola bilsin ki, qeyriləri dəxi mənə deyirlər ki, rus dilinin tərcümə vasitəsilə tədris edilməsi maarif işinə heç bir ziyan vurmur, bəlkə dəxi də kömək edir. İndi mən də bu gün öz dediyimi isbata çalışaçağam.

Rəşid bəy əfəndi üsuli-təbiinin nədən ibarət olduğunu bildirmək üçün günlərin bir günü şagirdlər qabağında «yumurtlayan» bir müəllimi yanına salıb onun dərsini bizə ;tərif etdi. Bu səbəbdən də «Filankəs»1 dəxi üsuli-tərcümə ilə rus dərsi verən bir müəllimin dərsini bizə göstərdi.

Lakin mən bu məsələdə tərəfkirlik etmək istəmirəm və çünki mənim aradığım həqiqətdən başqa özgə bir şey deyildir. Ona görə deyirəm ki; üsuli-təbii müəllimin «yumurtlamağından» ibarət olmadığı kimi, əsil üsuli-tərcümə dəxi «Filankəs» cənabları tərif etdiyi müəllimin dərsindən ibarət deyildir.

Əsil üsuli-tərcümə tələb edir ki, əçnəbi bir lisan öyrədilən zaman nə öyrənilən dil və nə də öyrətməyə vasitə olan dil xarab edilməsin, yəni hər iki dilin sərf və nəhv qəvaidinə və hər bir xüsusiyyətinə rayət olunsun. Məsələn, rusça deyilir ki, «uçenik sidit», yəni «şagird oturubdur»; daha məsəl: «ptiçka sidit na dereve». Bu çümlənin ləfzən mənası «Filankəs» cavabları yazdığı kimi belə olur:

Ptiçka—quşcuğaz; sidit—oturubdur; na—üstündə; dereve—ağacın; daha doğrusu, ağacda. Daha bir misal:

«Malçik sidit na loşadi»—ləfzən mənası:

Malçik—uşaq; sidit—oturubdur; na—üstündə; loşadi— atın.

Məlumdur ki, bizim dilimizdə «oturmaq» ləfzi yalnız insanların bardaş qurub və ya diz çöküb bir vəziyyət almasını bildirir. Quş isə bardaş qurmaz və diz də çökməz, binaən əleyh oturmaz; o səbəbdəndir dilimiz quş üçün «qonmaq» ləfzi icad edibdir.

İnsanın qıçlarını atın belinə keçirib də, elə bir vəziyyət almasına da bizim dilimiz «minmək» adı qoyubdur.

Amma rus dilində minməyə də, qonmağa da və oturmağa da «sidet» deyilir ki, bunun əsil mənası bizim dilcə oturmaqdır.

Buna görə də, quş ağacın üstündə oturubdur, demək, türk dilinin səhhəti nöqteyi-nəzərincə səhvdir.

Uşaq atın üstündə oturubdur və yaxud: Kərbəlayı Səlim atın üstündə oturubdur demək dəxi türkcə deyildir.

Bu səbəbə görə də əsil üsuli-tərcümə ilə dərs verən müəllim uşaqlara əxtar etməlidir ki, əvvəlki mətləbi türkcə: quş ağaca qonubdur və ikincisini də: uşaq ata minibdir və «uçenik sidit» çümləsini də şagird oturubdur—deyə tərcümə etməlidir.

Daha bir-iki misal:

Rusca deyilir: «Mı stali çitat kniqu». Bunun ləfzən mənası belədir: Biz durduq oxumaq kitabı. Bu sözlərin ləfzən mənasını öyrətməklə bərabər türkcə nə tövr demək lazım olduğunu da uşaqlara öyrətməlidir, yəni «Biz durduq kitab oxumağa», yaxud «Biz kitab oxumağa başladıq».

Söz yoxdur ki, rusca bir çox cümlələr də vardır ki, onların tərcüməsi lap başqadır. Lakin mən onları axtarıb yazmağı daha lazım bilmirəm. Burası hər bir müəllimə məlum və aşikardır. Mənim burada zikr etdiklərim ən adi və asanlardır ki, mən qəsdən onları götürmüşəm.

Qərəz, əsil tərcümə üsuli, uşaq anlamaq cəhətincə o nəhvilədir!

İndi baxaq görək bu üsulun yamanlığı və yaxşılığınədir? Biz görürük ki, bu günə üsuli tədrisdə uşağın qulağı bir danə rus sözü eşidirsə, on dana öz dilinin sözünü eşidir. Zatən bu üsul ilə uşaq rus dili deyil, öz dilini öyrənir, bilir ki, məsələn, türkcə: «quş ağacda oturubdur»— demək olmaz və sairə. Öyrənilən çətin dil isə uşağın nəzə-rində bir o qədər əhəmiyyət qazanmır.

Bu üsul ilə uşaq öyrənilən dilin iki gəlməsini bir-birinə yanaşdırıb, ən asan bir cümlə də tərtib etməyə qadir olmaz, Çünki öz dilinin rus dilindən nə qədər fərqli ol-duğunu düşündükdən sonra əli, ayağı boşalar.

Uşağa deyirsən ki, «on ne mojet çitat» və sonra ləfzən tərcümə edirsən. On—o; ne mojet — bacarmır; çitat—oxumaq.

Və sonra deyirsən ki: Bu gəlməni türkcə nə tövr deməlidir? Uşaq cavab verir ki: O oxumaq bacarmayır. halbuki bunun mənası belə deyildir, çünki o oxumaq bacarmayır, yəni o tamam bisavadlar və halon ki, «on ne mojet çitat» oxuya bilmir mənasınadır.

Pedaqogika nöqeyi-nəzərinçə bu üsuli tədris naməqbul bir üsuldur. Çünki uşağa bir zamanda əcnəbi bir dili öyrədib, öz ana dilinin də filasofiyasının təlim etmək yaramaz. Uşaq çaşar, karıxar, korlaşar.

Bundan başqa, pedaqogika və didaktika tələb edirlər ki, dərs əsnasında uşaq dərsdə ciddi surətdə iştirak etsin (aktivnoye uçastiye), yəni uşağın həm əqli işləsin və Həm də hissiyyatı nəşvi-nüma etsin, uşaq fəaliyyət göstərsin, uşaqda iqtidar əmələ gəlsin (samostoyatelvnost), dərs uşağı həvəsə gətirsin, onun üçün şirin görünsün, elə olmasın ki, uşaq dinməz-söyləməz oturub müəllimin qulaq taqqıldadan ya yuxu gətirən, ya əsnətdirən sözlərinə qulaq asmaqdan . başqa heç bir həvəs, şövq, fəaliyyət, ciddiyyət göstərməsin (passivnoye uçastiye) və axırda da hər bir həvəsdən düşüb dərsdən zəhləsi getsin. Halbuki üsuli tərcümədə uşağın təlim və təəllüm işində heç bir ciddi iştirakı olmayır, müəllim uşağa deyir ki: «Uçenik çitaet kniqu», mənası: «Şagird oxuyur kitabı»—yəni (türkcəsi)—şagird kitab oxuyur.. Deməli, müəllim dərsi halva qayırıb qoyur uşağın ağzına, uşaq da udur. Onun iştirakı ancaq halva alıb udmaqdır. Halbuki şagird özü tikəni çeyniyib halva halına salmalı və sonra udmalıdır. Sən uşağa «uçenik»in mənasını şagird və yaxud şagirdin mənası «uçenik» olduğunu özün demə, sən dərsi elə bir yola sal ki, uşaq özü «uçenik»in şagird olduğunu kəşf etsin. «Çitayet»in—oxuyur mənasına olduğunu dəxi uşaq özü kəşf etsin. Kəşf etsin ki, əqli, xəyali, dərrakəsi, tərbiyə tapsın və bu kəşfiyyatından dolayı uşaq özündə iqtidar hiss etsin. Dərsə qalib gəldiyini duysun ki, şövqü-həvəsi dəxi artsın; Yoxsa, sən uşağa, «ya»— mən; «idu» — gedirəm dedikdə, uşağa nə tərbiyə verərsən? Uşağın aciz olduğunu bildirib evini yıxarsan.

Tərcümə üsulunun bir yaxşı tərəfi var ki, bu üsul va-sitəsilə uşaq öz dilini daha yaxşı öyrənir, lakin rus dərsi deməkdən bizim məqsədimiz, hansı dili öyrətməkdir?

Və bir də tərcümə üsulunun haman o yaxşı tərəfi eyni zamanda çox qorxulu bir tərəfdir. Çünki əsil tərcümə üsu-lilə dərs demək üçün müəllim öz ana dilini, o dilin qəvaidi sərfiyə və nəhviyyəsini və dilin hər bir xüsusiyyətini mükəmməl bir surətdə bilməlidir.

Əcəba, biz müəllimlər öz ana dilimizi mükəmməl bilirikmi? Biz yazıqlar hankı məktəbdə öz dilimizi oxumuşuq? Mən müəllimin, ana dilində yazılmış olan bu məqaləsi dil çəhətincə başdan ayağa fahş-xəta və səhvlər ilə dolu deyilmi? Biz müəllimlərin yüzdə doxsanı tərcümə üsulilə dərs verdikdə «Filankəs»in yazdığı kimi dərs vermirlərmi? Və dilimizin içinə cürbəcür yanlış sözlər qatıb ana dilimizi xarab etmirlərmi?



 

Müəllim Əli cənablarına 2


Əfəndim, məqalələrinizdə başdan ayağa qədər zərrəcə məntiq yoxdur. Əvvəlcə «üsuli-təbiin»in əcnəbi bir dili öyrənmək üçün «ən təbii və ən asanraq olduğunu» özünüz iqrar edirsiniz. Sonra «üsuli-təbiini» pisləyib məktəbləri-mizdə (öz təcrübəniz göstərdiyi üzrə) yaramaz olduğunu isbata çalışırsınız. Axırda da hər iki üsulun tətbiqini müəllimin özü yaxşı bilər və bu yolda danışmaq müəllimin haqqına təcavüzkar — məalində sözlər deyib ən başda özünüz «əhəmm» adlandırdığınız məsələnin üstünü örtmək istəyirsiniz. Görünür ki, məqalənin axırını yazdıqda, başda nə yazmış olduğunuzu xatirinizdən çıxardırsınız. Bədə əz cümlə yazırsınız ki, «üsuli-təbii» o halda yarar ki, uşaq öyrəndiyi dildən başqa özgə dil öyrənməsin.

Xeyr! Üsuli-təbii hər yerdə və hər halda yarar. Ancaq bəzi halda verəcək olduğu səmərin töz bir zamanda verər, bəzi halda da həmin səməri kec zamanda verər. Məsələn, mən yapon dilini üsuli-təbii ilə Bakı şəhərində 2—3 il ərzində öyrənərsəm, həmin dili həmin üsul ilə Yaponiyanın özündə 5—6 aya qədər öyrənərəm.

Əcəba, bu iş bunu isbat edirmi ki, həmin yapon dilini mən tərcümə üsulilə 2—3 il ərzində, məsələn, bir il və ya il yarımda öyrənərəm, elə olan surətdə bəs nə üçün 7—8 il fars və ərəbcə tərcümə üsulilə dərs alan tələbələr, ən asan bir çümləni fars və ərəbcə seyləmək üçün dörd saat hıqqanırlar?!

Buyurursuz ki, uşaq əcnəbi dilindən üsuli-təbii vasitəsilə öyrənmiş birinci sözü derd tərəfdən əsən bu yellərin (yəni ana dilinin) qabağında xatırını saxlaya bilərmi? Rəfiqim, sizin bu sözləriniz üsuli-tərçüməni müdafiə Deyildir. Bəlkə həmin üsuli-təbii vasitəsilə öyrənilmiş sözləri xatirində saxlaya bilməzsə üsuli-tərcümə ilə tədris edilmiş sözləri bilkülliyə unudar.

Səbəbini qabaqda ərz etmişəm, görünür ki, elə mühüm yerlərə diqqət yetirmək istəməyibsiniz. Təkrar ərz edirəm, ancaq əvvəlcə bu bir-iki sözü deyirəm ki, həqiqət aranılan yerdə ifrat və təhfrid lazım deyildir. Siz baltanı dibin-Dən vurursunuz, sizin o sözlərinizdən bu çıxır ki, heç dil öyrənmək lazım deyildir. Çünki dörd tərəfdən əsən yellər (ana dili) mümaniət göstərirmiş. Bu isə müqair həqiqətdir.

Allah-taala insanı o qədər zəif yaratmayıbdır ki, bir dildən başqa xatirində özgə bir dil saxlaya bilməsin. Halbuki beş-altı dil bilən adamlar çoxdur. Mən özüm və mən ilə bərabər 20-yə qədər yoldaşım seminariyanın axırıncı klasında olarkən gürcü məktəbində gündə üç saat rus dili öyrənib də başqa zamanları öz evlərində ana dilinin seyli içində keçirən gürcü uşaqlarına üsuli-təbii ilə bir il dərs verib də, bir ildən sonra bu uşaqların öz fikirlərini ifadə edəcək qədər rusca danışa bilmələrini görüb, zəhmətimizin yaxşı səmər verdiyindən dolayı şad və xoş-hal olduq.


1. Burada Üzeyir Hacıbəyov özünə istinad edir; çünki «Filankəs» onun özünün təxəllüsü idi.
2.Əli bəy Hüseynzadə — müəllim, ictimai xadim, qatı turkpərəst idi; sonralar Türkiyəyə köçüb getmişdir.

 

 

 

 
   © Musigi Dunyasi, 2005