Sonra, Rəşid bəy cənabları yazırlar ki, «bizim əqidəmizə görə məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət, məlzəmə fəqərəsini əcnəbi dilinə asan təriq ilə aşna olmaq fəqərəsilə heç qarışdırmamalıdır. Çünki əcnəbi dilinə aşna olmaq fəqərəsi bilik və qanacaq kəsb eləmək deyildir». Anlamıram ki, Rəşid bəy əfəndi bu sözləri kimə deyir; məncə bu sözlər Rəşid bəy əfəndinin özünə aid olmalıdır. Çünki üsuli-təbii ilə əcnəbi dili öyrənmək fəqərəsilə ibtidai məktəblərində nə oxunması lüzumunu qarışdıran Rəşid bəy əfəndinin özüdür ki, mənim də etirazımın əsası bu maddədir. Mən bəhs açdım ki, rus dilini üsuli təbii ilə tədris etmək lazımdır. Rəşid bəy əfəndi isə, bu məsələni ana dili məsələsilə bərabər məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət məlzəmə fəqərəsilə qarışdırıb, «təbii üsuli-təlim» sərlövhəsi altında yazdığı məqalənin məzmununa başqa bir rəng veribdir. Və «üsuli-təbii» məsələsinə lüzumsuz «haşiyələr» əlavəsilə əsil məsələdən çox uzaq düşübdür. Zatən burasını Rəşid bəy əfəndi özü də iqrar edir ki, axırda deyir: «İndi sədədə gələlim». Sədədə qayıdıb da Rəşid bəy əfəndi üsuli-təbii haqqında yazır:
«Təbii üsul təlim sayəsində əcnəbi lisanına aşna olmaq və bu vəsilə ilə məlumat və mərifət kəsb eləmək qaydasına didaktika qanunları yol vermir».
Diqqət buyurulsun: Rəşid bəy əfəndi yenə də: «əcnəbi lisanına aşna olmaq fəqərəsilə məlumat və mərifət kəsb etmək məsələsini qarışdırıb əsil məsələni başqalaşdırır. Halbuki yuxarıda özü tənbih edir ki, «bizim əqidəmizdə məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət məlzəmə fəqərəsini əcnəbi dilinə asan təriq ilə aşna olmaq fəqərəsilə heç qarışdırmamalıdır». Amma Rəşid bəy əfəndi özu öz əqidəsinə etina etməyib qarışdırır. Bilmirəm ki, böylə əqidəsizliyi Rəşid bəy əfəndi nasıl rəva görür. Sonra Rəşid bəy əfəndi burada didaktikadan bəhs açır və o fənndən bir neçə qaydalar zikr edib deyir ki: «didaktikanın işbu qanunlarına təşəbbüsən ən əvvəlcə ana dili təlim və tədris olmamış və I dildə məlumati əvvəliyə kəsb olunmamış, əcnəbi dilinin təlim və tədrisinə keçmək xilaf təbiətdir».
Əvvəla Rəşid bəy əfəndiyə ərz olsun ki, bu sözləri didaktika deyil, ümumi pedaqogika deyir və bu sözləri də,— keçən dəfə ərz etdiyim üzrə,—nəinki pedaqoqlar, hətta hökumət əhli belə iqrar və etirafa məçbur olub, məktəblərdə əvvəl sənələrdə ana dili tədrisinə yol veribdir. Bunun məsələyə dəxli yoxdur. Didaktika isə pedaqoji fənnin bir qismi olub onun vəzifəsi öyrətmək sənətinə aiddir.
İndi bu öyrədiləcək şey rus dilimi, ana dilimi, quş dilimi, çəkməçilikmi, papaqçılıqmı, hesabmı, şəriətmi, hər nə olur olsun, didaktikaya borc deyildir. Bundan başqa, bu dilləri, sənətləri, əməlləri üsuli-tərcümə iləmi, üsuli-təbiiləmi, hər növ üsul ilə olursa olsun öyrədə bilərsən, onun didaktikaya heç bir dəxli yoxdur; ancaq didaktika səndən tələb edir ki, bu öyrədilən şeyi intixab etdiyin bir üsul ilə öyrədən zaman, bu qaydalara əməl et, yəni:
1) uşağa aşna olan şeylərdən başlayıb biganə olduğu şeylərə keç.
2) uşaq gözü ilə dərk etdiyi şeylərdən başlayıb, xəyal ilə dərk olunan şeylərə keç.
3) sadə və bir eczalı şeylərdən başlayıb murəkkəb və çox eczalı şeylərə keç və i.a.
Əcəba, bu qaydalardan görünürmü ki, məsələn, rus dilini tərcümə vasitəsilə öyrətmək lazımdır? Burasını dəxi nəzərə almalıdır ki, didaktikanın ümdə qanunlarından biri də budur: uşağa aşna olmayan bir sözu uşaq bilmədiyi başqa bir sözlə qandırmaq olmaz.
Halbuki tərçümə üsulunda bir çox rus sözləri tərcümə edilir ki, heç onun mənasını da uşaq anlamır. Bu barədə sonra danışacayıq. Rəşid bəy əfəndi davam edib deyir ki: Tazə dil açmış bir səbiyə (yəni uşağa) üsuli-təbii ilə əcnəbi dilini öyrətmək fizioloji və psixoloji (daha doğrusu, pedaqoji deməlidir), nöqteyi-nəzərincə yaramaz.
Əcəba, Rəşid bəydən kim, təvəqqe edir ki, tazə dil açmış səbiyə əçnəbi dili eyrətsin? Neçin Rəşid bəy yersiz yerə bu çür mətləbi buraya soxur və yenə məsələni qarışdırır? Rəşid bəy əfəndi deyir ki, «tazə dil açmış» səbiyə usuli-təbii ilə əcnəbi dil öyrətmək olmaz. Mən deyirəm ki: tazə dil açmış uşağa nəinki üsuli-təbii ilə, hətta üsulitərcümə ilə və heç bir üsul ilə əcnəbi dil öyrətmək yaramaz.
Buna əqli-səlim ilə bərabər pedaqoji ki, fizioloji və psixoloji də bu yolda onun şöbələri hesab olunur, yol vermir.
Məqaləsinin axırında Rəşid bəy əfəndinin əcnəbi dillərinə guya acığı tutub deyir: «Əcnəbi lisanları bizi təmiz batırdı, elmdən, mədəniyyətdən geri saldı...».
Amma Rəşid bəyin bu sözlərindən səmimiyyət qoxusu gəlmir, çünki Rəşid bəyin bir tərəfdən acığı tutur, digər tərəfdən də məqaləsinin başdan aşağı qəliz və çox az is-temal olunan ərəb və sair sözlərlə doldurub çətinləşdirir.
Sonra yenə Rəşid bəy əfəndi «Üsuli-təbii» sərlövhəsi altında bir məqalə yazıb, bizim məktəblərimizin ki, onları məktəb adlandırmaq da günahdır, pisliyindən bəhs edir. Əcəba, bunun üsuli-təbiyəyə nə dəxli vardır? Bu yol ilə üsuli-təbiinin yolunu bədnam eyləmək caizdirmi? həmin məqaləsinin sərlövhəsini Rəşid bəy əfəndi «Köhnə məktəblərimiz» deyə yazsa idi, daha yaxşı olmazdımı? Xülasə, Rəşid bəy əfəndi məsələni qarışdırdı və boylə əhəmiyyətli məsələyə diqqət yetirmək istəyənləri də ehtimal, çaşdırdı. Meydani müzakirəyə qoyduğum məsələ Rəşid bəy əfəndinin «haşiyə»ləri arasında itməmək üçün keçən səfər yazdığımın xülasəsini burada zikrə məcburəm.
Mən yazmışdım ki, bir neçə il bundan
əvvəl, o zaman ki, hökumətin ruslaşdırma
politikası hər yerə hökmfərman idi, hökumət
üsuli-təbii tədrisini həmin politikaya alət
edib, qeyri-rus məktəblərində rus dilinin
həmin üsul ilə tədrisini məcbur etmişdi.
Çünki hər kəsə və hökumətə
dəxi məlumdur ki, tərcümə üsulu
lazım olan qaydalarla icra edildiyi halda, bir o qədər
öyrədilən dilin öyrənilməsinə
kömək etmir. Nə qədər ki, ana dilinin
daha dürüst, daha mükəmməl öyrənilməsini
təmin edir. Madam ki, ana dilinin dürüst və
mükəmməl surətdə öyrənilməsinə
— rus dili vasitəsilə deyil, öz dilimiz vasitəsilə
bir yol tapdıq, yəni ibtidai vəzarət məktəblərində
əvvəlinci sənələr və öz milli
məktəblərimizdə də bütün məktəb
kursu ana dili tədrisinə müvəffəq olduq,
o halda həmin məktəblərimizdə rus dili
tədrisindən muradımız həmin dili öyrətmək
isə, — onu — mən deyirəm ki, — üsuli-təbii
ilə tədris etməlidir. Burasını dəxi
Rəşid bəy xatırından çıxartmasın
ki, istər ibtidai milli, istər ibtidai vəzarət
məktəblərində rus dili tazə dil açan
uşaqlara deyil, ikinci şöbədən başlanıb
9—10 yaşında uşaqlara tədris olunur. Və
bu dərsi həmin uşaqlara asan etmək və
dərslərdən də məqsədlərimizə
kömək edən faydalar almaq üçün üsuli-təbii
tədrisini ixtiyar etməlidir. Çünki tərcümə
çətindir, ağırdır və dil öyrətmək
nöqteyi-nəzərincə də faydasızdır.
Gələn səfər üsuli-tərcümə
haqqında yazıb burasını da iqtidarım
qədər isbatə çalışacağam.
Burada balaca bir müqəddəməyə ehtiyac vardır: məktəb, təlim, tədris və bu kimi məsələlərin qəzetə stünunda müzakirəsi hal-hazırımızda ən mühüm məsələlərdən biridir,—desəm heç kəs etiraz etməz, zənn edirəm. Çünki hər kəsə məlumdur ki, bu gün bizim camaat maarifə olan ehtiyacını artıq anlayıbdır. Buna dəlil, məktəblərimizin günü-gündən artması və açılan məktəblərin də uşaqlar ilə dolmasıdır. Məktəb məsələsinə camaatımız böyük əhəmiyyət verməyə başlayıbdır.
Zira, məktəbsizliyin zərər və ziyanını düşünüb də elm və biliyin hər bir barədə insan üçün xeyir və nəf olduğuna etiqad etməkdədirlər. İndi biz müəllimlərin də mənəvi borcu camaatımızın bu etiqadını bərkitmək və bu etiqadın da eyni həqiqət olduğunu onlara aşikar etməkdir. Camaatımız məktəbi elm və bilik yeri hesab edib də oradan haqlı olaraq xeyir-mənfəət gözləyir; o xeyir və mənfəətisə camaat balalarının məktəbdə təhsil edəcəkləri ülum və fünundan asılıdır və o ülum və finununun da uşaqlara pis və yaxşı təlim və tədrisi müəllimlərin əlində olub onların əql və insaflarına bağlıdır. Əql və insaf isə elə məsuliyyətli və mühüm bir əmrdə iqtizahi-hal və zamana görə araya düşən müşkül məsələlərin müzakirə və həllini tələb edir. İndi haman məsələlərdən biri məktəblərimizdə rus dili təlimidir. Rus dilinin məktəblərimizdə oxunması lüzumu, məncə, həll edilmiş bir məsələdir. Bu barədə danışmaq artıqdır. Məsələ rus dilinin hansı üsul ilə tədris edilməsi xüsusundadır.
Müəllim öz millətinə və millətin dilinə nə qədər aşiq olsa da, millət balaları üçün öyrənilməsi lazım olan əcnəbi bir dilin təlim və tərbiyəsində müqəddəs sənəti əmr etdiyi qəvaid və qəvanini tətbiq və içrayə məçburdur; çünki bu qəvaid və qəvaninə rayət olunmadığı halda, tək bir əcnəbi dilin təlimi naqis qalmır, bəlkə onunla bərabər uşaqların təlimi də naqis olub, dərslər düz yolundan çıxır. Müşkülat hasil olur. Bu isə, uşaqlara sui-təsir edir; uşaqlar məşhur təbir ilə korşalır və sair dərslərə dəxi ziyan vurulur.
Balalarımız üçün öyrənilməsi lazım olan rus dilinin tərçümə üsulilə tədris edilməsi isə maarif işinə uç böyük zərər vurur:
Əvvəla, rus dili öyrənilmir və saniyən, uşaqlar korşalır və salisən, ana dilimizə bir çox yalan, yanlış və dilimizə yaraşmayan təbirlər girib bu növlə öz ana dilimiz dəxi xarab olur.
|
|
|