|
Əlfitnətü
naümmətü lənulla ey qəzəha
1 |
Fitnə yatıbdır, allah lənət eləsin
onu oyadana. Nə gözəl söz və nə
gözəl qarğış.
Bu gün, aramızda fitnəyə — provakasiya və
fitnəçiyə də pravakator deyirlər.
Çox heyiflər olsun ki, bizim içimiz belə fitnəçi
və pravakatorlardan təmiz deyildir və biz indiyə
qədər, ara qarışdıran və bu gələklə
«bulanlıq suda balıq tutmaq» istəyən adamlara
səbr eləyirik və hətta, o cürə fitnəçilərin
sözlərinə inanıb onlara tovlanırıq
və əllərində oyun-oyuncaq oluruq.
Hər bir fitnəçinin əlində bir alət
olur.
Rus
fitnəçiləri yəhudiləri qırdırıb,
mal və dövlətlərini qarət etmək
üçün padşahın adını aləti-fitnə
qayırıb, «ay yəhudilər padşahı istəmirlər»
deyib safdərun rusları əqva edirdilər. Və
yazıq yəhudilərin üstünə qısqırdırdılar.
Aya bizim fitnəçi və pravakatorların aləti
fitnəsi nədir?
Bizim fitnəçilərin də aləti fitnəsi—dindir.
Fitnəçilərin hayasızlıqlarına bax
ki, dini aləti-fitnə və fəsad qayırıb
əfradi millət arasına nifaq və şəqaq
salırlar. Və biz də bu cürə həyasızlığa
səbr və təhəmmül edirik. Əcəba
bu fitnəçilərin məqsədi nədir?
Bu fitnəçilərin məqsədi iki şeydir:
ya qərəzi-şəxsi, və yainki: «ay camaat
mən də varam!»
Yəni nədən isə xoşuna gəlməyən
bir adamı xalq nəzərindən salmaq və yainki
özünü meydana atıb «yalançı pəhləvanlıq
etmək» məqsədi-xəbisanəsliə bu müfəttin
və pravakatorlar meydana atılıb sadəlövh
və safdərun müsəlmanları tovlayırlar
və iş güclərindən qoyurlar.
Bu adamlığa layiq olmayan fitnəçilər
deyirlər ki, biz dini-islami qoruyuruq.
Bu cürə alçaqlara deyilməlidir ki, qoysanızmı
ki, bu yazıq çamaat öz iş gücünə,
öz kəsb-karına məşğul olsun?! Nə
üçün bu yazıq millət bir qədəm
qabağa qoyanda iki qədəm geri çəkilsin?...
Amma camaatımız içində də o qədər
safdərun və sadəlövhlər var ki, işi
təhqiq etməmiş hər bir fitnə və
fəsad sözlərə inanırlar və özlərini
də pravakatorların əlində oyun-oyunçaq
qayırırlar... Çox təəssüflər
olsun!... Xalq nə hayda, biz nə hayda!... tfu...
Bir zaman var idi ki, biz qəzetəmizdə yazırdıq:
Türkiyə hökuməti — müstəbidə
ilə dolanır, ondan millətə bir mənfəət
yoxdur. Allah o istibdadı yox eləsin.
Bizim bu sözlərimiz bir çox adamların xoşuna
gəlmirdi. O adamlar bizdən küsürdülər
və deyirdilər: əşi ayıb deyilmi, Türkiyə
haqqında belə nalayıq sözlər deyirsiniz.
Amma... indi bu gün, o bizdən küsüb bizi məzəmmət
eləyən adamlardan heç bir səs-səmir çıxmır.
Görünür ki, bizdən xəcalət çəkirlər.
Çünki bizə etdikləri töhmətlər
geri qayıdıbdır.
İndi bu gün Türkiyədə heç bir hakimin
ixtiyarı yoxdur ki, əhalidən birinə bilaməhkəmə
bir çırtma vursun.
Amma İranda, Salar adında bir hökumət qulduru
camaatı qoyun sürüsünə döndərib,
özü də qəssab olubdur. Onu orda parçalayır,
bunu burda boğazlayır. Kişi olsun, arvad olsun,
uşaq olsun, hamısını qırdırır
və heç kəs də buna bir söz demir. Çünki
o quldur, qeyri-məsuldur, yəni heç kəsin qabağında
cavabdəhəndə deyildir. Amma əgər İranda
məşrutə olsaydı, Salar kimi quldurları
camaat içinə buraxmazdılar.
İtaliyanın Kalabre adlı vilayətində zəlzələ
oldu, minlərcə adamlar qırıldı. O əhvalat
bütün mədəni aləmi məyus və
mükəddər etdi. Zərərdidələr
üçün hər yerdə ianələr yığılmağa
başladı.
İranda da Salar kimi quldurlar minlərcə adamları
qırdılar, qırırlar və daha qıracaqlar.
Amma bu əhvalat heç kəsin qulağına girmir,
halbuki, italyanlar da adam-dılar, iranlılar da....
hələ bundan əlavə, zəlzələnin
qabağını kəsmək mümkün deyildir,
amma salarların ağzına bir şapalaq vurub cilovunu
çəkmək çox asandır.
Rusiya — bir məmləkətdir ki, orada Dövlət
duması var amma əzbərayi ehtiyat Dövlət
dumasının içində də bir Pruşkeviç
vardır.3
Türkiyə — bir dövlətdir ki, orada dünən
hökumət millətin boynuna minmişdi, sonra da
millət hökumətin boynuna mindi. Amma bu gün
qərar qoyublar ki, daha heç kəs heç kəsin
boynuna minməsin.
Avstriya — bir dövlətdir ki, oranın hökuməti
iki tikəni birdən udur. Amma heyif ki, boğazında
qalır.
İran — cəmahiri-müttəfiqə surətində
dolanan bir məmləkətdir. İçində
10—15 dənə cürbəcür padşahları
var hər padşahın əlində 5—6 qoşun
və yainki qoyun var. Əhalisi yoxdur.
1. Fitnəçiliyi damğalayan «Əlfitnətü
naümmətü lənulla, ey qəzəha» sərlövhəli
yazı «Tərəqqi» qəzetinin 1908-ci il 19 dekabr
tarixli 131-ci nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
2.İran irticaçılarının gücləndiyi
və məşrutəçilərə divan tutulduğu
bir zamanda yazılmış və İran Salar hökumətinin
azğınlığını ifşa edən
bu yazı «Tərəqqi» qəzetinin 1908-ci il 26
dekabr tarixli 136-cı nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
3. Pruşkeviç Vladimir Mitrofanoviç (1870—1920)
— Bessarabiya mülkədarı, II—III—IV Dövlət
dumalarının deputatı, ən irticaçı
sağların lideri, qaraguruh-monarxist təşkilatı
olan «Rus xalq ittifaqı»nın «ilhamçısı»,
Oktyabr inqilabından sonra Sovet hakimiyyətinə
qarşı əksinqilabı mübarizənin fəal
iştirakçısı idi.