Ş a h (öz-özünə) — Nə
tövr eləyim? Doğrudan məclisi bir də
açımmı, açmıyımmı? Məşrutəni
verimmi, verməyimmi? Vallah qəribə işə
düşmüşəm, heç baş açmaq
olmur.
Əmir Bahadır (daxil olur) — Sənə
qurban olum! Buyur bu kağıza qol çək, bu qələm,
bu da mürəkkəb.
Ş a h — O nədir. Nə yazılıbdır?
Əmir Bahadır — Bu dəstixəttdir və içində
də yazdırmışam ki, məşrutə
şəriyyətə xilafdır və məclis
də olmayacaqdır.
Ş a h — Bəs biz vədə vermişik ki, axı
bu günlərdə məclisi açaq, nəinki
bilmərrə bağlayaq.
Əmir Bahadır — Sənə qurban olum, fərman
sənindir, ancaq məclisi əgər bir də açsaq,
nə qədər ki, İranda molla var, yəni İranın
yarısı bir iğtişaş salarlar ki, Təbriz
iğtişaşı onun yanında zərafət
hesab olunar. Əgər mən qocanın bu sözlərinə
inanmırsınızsa (ağzını qapıya
tərəf tutub çağırır), Şeyx
Fəzlullah, ay Şeyx Fəzlullah!
Ş e y x (daxil olur) —Salaməleyküm!
Ə m i r (ona) — Mollaların sözlərin
şaha ərz elə.
Şeyx — Sənə fəda olum! İran əhalisinin
yarısından ibarət olan bütün mollalar
mənim vasitəm ilə hüzuri-alinizdən istirham
edirlər ki, məşrutə verməyəsiniz
və məc-lisi amçayasınız.
Ş a h (qol çəkir) — Siz deyən olsun.
Ə m i r və Ş e y x — Allah mübarək eləsin,
inşaallah (gedirlər).
Ş a h (öz-özünə) Qurtardım.
(Bu əsnada ingilis və rus səfirləri daxil
olub, şah onları qəbul edir.)
İngilis səfiri — Nə tövr oldu?
Ş a h — Nə?
R u s s ə f i r i — Məşrutə əhvalatı
Şa h — Bu gün dəstixəttə qol çəkdim.
Görəsən hava nə tövrdir? Gərək
ki sizin Rusiya indi çox soyuqdur. Amma sizin İngilis2
gərək bir az isti ola.
Səfirlər — Bəli, Rusiya soyuqdur, amma İngilis
istidir. Deməli, inşaallah bu gün sabah məclis
açılar?
Ş a h — Hansı məclis?
Səfirlər — Buyurdunuz ki, qol çəkibsiniz...
Dəsti xətt veribsiz...
Ş a h — Bəli, dəstixəttə qol çəkdim,
amma məclis açılmayacaqdır! Bizim şəriət
elə şeyləri həram buyurubdur. Məşrutə
— donuz əti, məclis, çaxır, bunlar hamısı
bizdə həramdır.
Səfirlər — Mərənd alındığını
zati-aliniz bilirmi?
Ş a h — Xeyr, məgər Mərənd alınıbmı?
Səfirlər — Bəli, Xoy da alınıbdır,
Culfa da, Salmas da, qərəz butün Azərbaycan
əldən gedib3.
Ş a h — Qəribə əhvalat var imiş! Heç
mən bilməmişəm! Daha nə var, nə
yox?
Səfirlər — Əgər məclisi açmasanız,
sizin işləriniz çox xarab olaçaqdır.
Bəlkə bizim İranı təhlükəyə
salarsınız, bizim məsləhətimiz odur ki,
məclisi açıb həm İranı sakit edəsiniz,
həmi də qonşuların iştahasını
artırmayasınız.5
Ş a h — Bəs axı məclis şəriyətçə
həramdır, mollalar qoymaz.
Səfirlər — Əvvəla, Məhəmməd
peyğəmbər heç bir yerdə deməyibdir
ki, məşrutə və məclis haramdır və
saniyən sizin şəriətinizdə var ki, əgər
şərab bir naxoşluğa dər-mandırsa,
o halda şərab naxoş üçün həlaldır.
İndi də sizin İran naxoşdur və bunun
dərmanı məşrutədir. Ona görə
biz əminik ki, şəriət buna yol verər.
Ş a h — Görünür ki, siz bizim şəriəti
də əzbərləyibsiniz. Siz avropalılar çox
qoçaqsınız. Xub, əmr edərəm ki,
o dəstixətti camaata bildirməsinlər (səfirlər
gedirlər)
Əmir Bahadır (daxil olur) — Sənə qurban olum
kafirlər nə deyirdilər?
Ş a h — Deyirlər ki, məclisi açasan, mən
də baxıram ki, açmasaq onlar bizi lap tənkə
gətirəcəklər.
Ə m i r (fikir edir və sonra bir qədər
bərkdən deyir) — Görək kim kimi aldadacaqdır!
— deyib əyilir və şahın qulağına
sözlər pıçıldayır.
Ş a h (bir az fikirdən sonra) — Xub, buyurunuz
fərman yazılsın və məşrutənin
verilməyəçəyi elan olunsun.
Küçədə əhali:
— Ta bər səre-kar in həpəndəst
İran hələ ləng, ləng, ləngəst.
|
İcmali-siyasi
vә yaxud Yevropanın һalı
6 |
İngilis — Mən Osmanlı ilə dostam, Rusiya
gərək mənim sözümə baxa, çünki
mənimlə aşnadır.
Fransa aşnamdan arxayınam. Bəli, Almaniya çox
igidləşibdir! Amma mən ondan qorxmayacağam!
Yaxşı anlayıram, Avstriyanın fikrini! Amma
görək axırda kim peş-man olacaqdır!...
A, bəzzat Bolqariya!?... Yazıq Serbiya, yazıq Qaradağ,
adamın onlara rəhmi gəlir...
Fransa — Mən Osmanlı ilə dostam... Bəli, belə
işlərdə aşnam İngilis çox xoşuma
gəlir, Almaniya məni qorxutmaq istəyir, qorxmaram,
amma bərəkallah Rusiyaya, özünü yaxşı
aparır. Mənimlə də aşnadır, zəhləm
gedir mənim bu Avstriyadan, Bolqariyanı da tovladı,
hələ utanmaz da məndən kömək umur.
Amma gərək, o Serbiyaya, Qaradağa bir balaca kömək
eliyək, uşaqdırlar.
Rusiya — Yox, indi mən Osmanlı ilə dostam. İngilis,
Fransa kimi adamlar mənimlə aşnadır! Amma
hər halda., Almaniya... xatalı adamdır! Hm! Bolqariya
yaxşı gələkbaz çıxdı, amma
bizim o uşaqların, yəni Serbiya ilə Qaradağın
əhvalı yaxşı olmadı. Amma hər halda,
Avstriya ilə dalaşmaram.
Almaniya — Osmanlı ilə dostam... bain həmə
Avstriya mənim aşnamdır. Bolqariyanın bicliyinə
o nə qayırsın? Serbiya ilə Qaradağa məsləhət
görürəm ki, dinc otursun. İngilis elə
bilir ki, mən ona düşmənəm (yəni
deyir səndən qorxuram), yəqin indi Fransanın
məndən zəhləsi gedir, amma qorxur. Rusiya
— heç! İtaliya bizə soyuq baxır, görəsən
o nə üçün?
İtaliya — Osmanlı ilə dostam, hərçəndi
Avstriya ilə aşnayıq, amma zəhləmi tökür.
Almaniya aşnam olsa da xoşuma gəlmir, vallah İngilislə
Fransa və Rusiya bunlardan yaxşıdır! Əslinə
baxsan, Avstriya və Bolqariyadan sonra mən də gərək
Qaradağı ciliyə idim. Amma onda onların tayı
olardım, istəmirəm, istəmirəm!
Avstriya — Təəccüb işdir vallah, hamının
gözünə bir tikan olub batmışam. Osmanlıya
acığım tutmur, amma nahaq məndən inciyir...
A kişilər vallah, tallah, Bolqariyanı mən
öyrətmədim! Yaxşı bu İngilisin,
Fransanın, Rusiyanın dediyi yəni nədir? Mən
öz haqqımı almalı idim? Xeyr, səhv eləyirlər,
mən onlardan qorxmuram (Almaniya mənimlə aşnadır),
qoy Serbiya və Qaradağ o qədər mənə
hürsünlər ki, lap boğazları yırtılsın...
Serbiya və Qaradağ — Ax, ax! İngilisin gücü
bizdə olaydı, onda Avstriya görərdi ki, biz
də bizik. Amma heyif ki, allah dəvəyə qanad
verməyib. Vallah əgər İngilis, Fransa, Rusiya,
bizə kömək eləməsələr, biz
də dinc durmayaçayıq. Osmanlı ilə dostuq.
Bolqariya — Mən öz haqqımı aldım! Xalq
nə üçün bir bu qədər çığır-bağır
eləyir? Sən bir Rusiyaya bax, o da qaşqabağını
sallayıb. Amma öz aramızdır, xalq elə
bilir ki, məni Avstriya başdan çıxartmışdır.
Halbuki heç yazığın xəbəri yoxdur.
Osmanlının yerinə olsam, bir gün çıxıb
deyərəm ki, səninki səndə, mənimki
məndə, vəssəlam və səs-küy
də aradan götürülər. Amma o da məndən
pul qopartmaq istəyir. Görünür ki, dalaşacayıq.
Osmanlı — Vay səni məşrutə! hamını
mənimlə dost elədin. Tək bir bu Bolqariya
ilə Avstriya namərd çıxdılar. Amma onlar
da cəzasız qalmazlar. Ancaq, bir qədər vaxt
istər, qoy hələ mən bir içimi düzəldim,
sonra çölümü düzəltmək asandır.
1.İmperializm dövlətlərinin İranın
daxili işlərinə qatışdıqlarını
ifşa edən «İran işləri» sərlövhəli
felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 21 noyabr
tarixli 108-ci nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur.
2. Burada — İngiltərə mənasında işlədilmişdir.
3. Mərənd, Xoy, Culfa, Salmas — Cənubi Azərbaycan
şəhərlərinin İran inqilabçılarının
əllərinə keçdiyinə işarədir.
4.İranın mürəkkəbləşmiş
daxili vəziyyətindən istifadə edərək
İngiltərə və çar Rusiyasından başqa
Amerika Birləşmiş Ştatları və Almaniya
da özlərinə imtiyazlar almağa çalışırdılar.
Burada «qonşuların iştahası» buna işarədir.
5. Ta bər səre-gar in həpəngəst, İran
hələ ləng, ləngk, ləngəst — farscadır,
tərcüməsi: Nə qədər ki, bu axmaq
iş başındadır, İran hələ axsayacaq,
axsayacaq, yenə axsayacaq.
6. Birinci dünya müharibəsi ərəfəsində
Balkan yarımadasındakı vəziyyət imperialist
Avropa dövlətləri arasında ciddi bir çəkişmə
törətmişdir. Onlar hürriyyət, milli-azadlıq
pərdəsi altında Türkiyəni parçalayırdılar.
Almaniyaya arxalanan Avstriya öz təcavüzkarlığını
balkanlarda xüsusilə göstərirdi. Həqiqi
azadlıqdan uzaq olan bu hiyləgərliyin məqsədi
Serbiya, Makedoniya, Bosna, Qaradağ kimi vilayətləri
imperialist pəncələrinə keçirmək
idi. Balkanlarda yaranmış ciddi vəziyyətə
həsr edilmiş «İctimai-siyasi və yaxud Avropanın
halı» sərlövhəli felyeton «Tərəqqi»
qəzetinin 25 noyabr 1908-ci il tarixli 111-ci nömrəsinin
3-cü səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.
|
|
|