|
Yarım
günlük sәyaһәtim vә yaxud
üsuli cәdid tәlimi nәyә demәzlәr!
1 |
Əgər «bir müəllim» klasın içində
bozbaş yeyə və qabağında diz üstə
oturub yırqalanan uşağa deyə ki: «Lam, əlif,
layi, püş, yufi, zən yuf, layi lam, zəbərli,
layifli, huhu, layəfləhu, nun zəbər, nə,
layəfləhunə» və eyni zamanda o biri uşağa
deyə: «Bər daniyani rəmuzi-agahi» və bozbaşdan
iki qaşıq vurub davam edə:
«Və dəqiqə şünasani hekməthayi ilahi
vazeh və mübərəhən əst» 2
və bunun dalınca bir yoğun papiros qayırıb
uşağın üzünə fısqırda!
Buna üsuli-cədid təlimi deməzlər.
Ağlım kəsir ki, bunu müəllimlərin
hamısı bilirlər.
Və yenə, əgər bir müəllim uşaqları
iki-üç saat klassda saxlaya və tənəffüsə
qoymaya və uşaqlar yorula və yorulub yata və
müəllim uşaqları yuxudan durquzub deyə
ki, gedin, çörək yeyin, sonra gəlin, yenə
dərs deyəcəyəm, ona da üsuli cədid
üzrə təlim deməzlər.
Belə zənn edirəm ki, muəllimlərin bir
çoxu da bunu bilirlər.
Və
əgər bir məktəb ola və o məktəbdə
bir müəllim ola və o müəllimin yanına
bir ayrı müəllim də gələ və
əvvəlki müəllim görə ki, bu tazə
müəllim ondan çox bilir, ona görə xayınlığı
tutub bu müəllimin quyruğunu düymək istəyə
və onun üçün bəhanələr axtara,
amma yaxşı bəhanə tapa bilməyə,
onun üçün ona sataşa və bu tövr
ilə bir «skandal» çıxarda və uşaqalrın
atalarına söyləyə ki, bu tazə müəllim
dinsizdir, özü də şərab içir. Və
məktəbin işinə şuluqluq sala, buna da
heç vaxt üsuli cədid təlimi deməzlər,
bəlkə üsuli şeytan rəftari deyərlər.
Məncə, klasda bozbaş yeyən müəllim,
bu üsuli şeytan rəftarlı müəllimdən
xətasızdır və bir də o ki, deyirlər
məsələn «Qafqaziyada cəhalət» elə
haman cəhalətin ürəyi bax haman bu cürə
rəftardır.
Burada mənim səyahətnaməm tamam olur.
Elə ki, Təbriz «guruldadı», Əmir Bahadır
Cəng başı lovlu yüyürdu Şeyx Fəzlullahın
yanına, şeyx bunu görüb qorxdu və dedi:
ya Əmir! Bu nə pəjmürdə haldır,
əhvalın nə üçün belə pərişandır?
Onda Əmir Cəng əlini qulağının dibinə
qoyub bir Qarabağ şikəstəsi çağırdı
və dedi:
|
Bağda
gülüm sıx-sıxdı
Düşmən vurdu, dost yıxdı.
Belə boynu sınmış Eynüddövlə
—ay Şeyx Fəzlullah
Çürük qoz kimi boş çıxdı.
|
Şeyx həzrətləri bu xəbəri eşidən
kimi qəlbindən bir ah çəkib, o da əlini
qulağının dibinə qoyub, cavabında bu
bayatını oxudu:
|
Mən
aşıq o kəndə də,
Belə o kəndə də bu kəndə də
Səni görüm belin sınaydı,
Səttarxanı əkən dədə.
|
Bu əsnadə bir neçə Tehran qırmızı
saqqalları Əmir ilə şeyxin bu sədalarını
eşidib, yüyürüb gəldilər və
soruşdular ki, aya nə vaqe olubdur və elə
ki, əhvalatdan xəbərdar oldular, həman dəm
onlardan biri əlini qulağının dibinə
qoyub çağırdı:
|
Saraya
bax, saraya,
Sarı köynək saraya,
Bir töz şaha deyin ki,
Lyaxov getsin haraya. |
Lyaxov kənarda durub gəzinirdi. Birdən bu yığıncağı
görüb gəldi ki, dağıtsın, amma əhvalatdan
xəbərdar olub, .əlini qoydu qulağının
dibinə və rusca bu cürə bir şikəstə
çağırdı.
|
Ya
persidskiy ataman,
Başım rusiyyət, ayağım Tehran,
Gör! Bir Təbrizi saxlaya bilmədiz,
Ax tı svoloç Rəhim xan!
|
Tamam üç gün bunlar yas saxlayıb, qara geydilər
və çoxlu şikəstə dedilər. Axırı
gördülər ki, Mərənddən bir teleqram
gəlibdir. Hamısı yığıldılar
Əmir Cəngin başına və dedilər: Sən
allah töz oxu, görək nə yazılıbdır.
Bəlkə bir qədər təskinlik ola. Əmir
Cəng teleqramı açıb oxudu və gördülər
ki, Şüca Nizamın oğlu tərəfindən
yazılıbdır!
|
Obamızdır
dalı dağın,
İnək göndərdim onu sağın.
|
Burada Əmir Bahadır soruşdu ki, inək gəlib
çıxıbdırmı? Dedilər xeyr, hələ
bir dalısını oxu! Əmir dalısını
oxudu:
|
Belə
evimizdə bir bomba partladı,
Dədəm oldu darbadağın.
|
Ravi and içir ki, burada camaatın arasına bir
şivən düşdü, bir vur çatlasın
qalxdı ki, qulaq tutulmağa gəlirdi. Hər kəs
teleqrafxanaya yüyürüb tanış və
aşnalarına tel vurdular ki, onların adına
heç bir pasılka göndərilməsin. Çünki
kağızın dalında yazılmışdı
ki, bomba pasılkanın içindən çıxmışdır.
Sonra Əmir Cəng «handan-hana» özünə gəlib
ağlaya-ağlaya bir teleqram yazdı və göndərdi
ki, Mərənddə Şüca Nizamın qəbri
üstə oxusunlar. Teleqram belə idi:
|
Dəryada
gəmim qaldı,
Biçmədim, zəmim qaldı.
Yoldaşların ora bura qaçdı, sən
də ki, öldün,
Bəs mənim kimim qaldı...
|
Aşıq deyir: Qəzetə müxbirlərindən
birisi İran işlərinə çox yaxşı
bələd olan bir adam ilə danışıb
deyibdir ki, İrandan ağlın nə kəsir?
İrana yaxşı bələd olan adam əvvəlçə
başını bulayıb, sonra əlini qulağının
dibinə qoyub, müxbirə belə cavab verib:
|
Dəvəyə
mindim xoruldadı.
Yola çıxdım yorulmadı.
Əgər işlər belə getsə,
Onda İran guruldadı. |
Aşıq bisavad olduğuna görə mən qol
qoydum.
1.Azərbaycan məktəblərində dərs
keyfiyyətini yaxşılatmağı təbliğ
edən «Yarım günlük səyahətim, yaxud
üsuli-cədid təlimi nəyə deməzlər»
sərlövhəli yazı «Tərəqqi» qəzetinin
1908-ci il 29 oktyabr tarixli 88-ci nömrəsinin 3-cü
səhifəsində dərc edilmişdir.
2. Bər danayani rəmuzi agahi və dəqiqə
şünasani hökməthayi ilahi vazeh və mübarəhən
əst—farscadır, tərcüməsi: Ən incəlikləri
başa düşən alimlərə və ilahi
fəlsəfənin xırdalıqlarını qanlanlara
aydın və aşikardır.
3. Səttarxanın başçılıq etdiyi İran
inqilabının gedişi Üzeyir Hacıbəyovun
daimi diqqət mərkəzində olmuşdur. Üsyançılara
rəğbət bəsləyən Hacıbəyov
hər dürlü bədayi üsuldan istifadə
edir və öz rəyini aydın surətdə
oxucuya çatdırırdı. Bunu «İrana dair
aşıq nağılı» sərlövhəli
felyetonun misalında da görmək olar. Felyeton «Tərəqqi»
qəzetinin 1908-ci il 31 oktyabr tarixli 90-cı nömrəsinin
3-cü səhifəsində «Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.