Loğman həkimdən soruşdular ki, ədəbi
kimdən öyrəndin?
Dedi: Bakının işkol uşaqlarından.
Dedilər: — Nə tövr?
Dedi: — Təfsilə ehtiyac yoxdur.
İsgəndəri Zülqərneyndən xəbər
aldılar ki, cəsarət və şücaəti
kimdən öyrəndin?
Dedi: Nəvvab Hynüddövlə ilə Sərdari
Nüsrət Rəhim xandan.
Dedilər: Nə tövr?
Dedi: Onların yerinə utandığımdan.
Hatəmi-Taidən2
birisi soruşdu ki, bu səxavət və kəraməti
kimdən öyrəndin?
Dedi: Bakının bəzi milyonçu hacılarından.
Dedilər: Nə tövr?
Dedi: — Əhvalat uzundur.
Firdovsi əleyhi-rəhmədən soruşdular ki,
şeir yazmağı kimdən öyrəndin?
Dedi: — Müsəlmanların indiki mütəşairlərindən.
Dedilər: Nə tövr?
Dedi: Mən də onlar kimi ləğviyyat yazmadım.
Bir müsəlman uşağından soruşdular
ki, bu qədər söyüşü kimdən
öyrəndin?
Dedi: Hamısını dədəmdən.
Dedilər: Nə tövr?
Dedi: — O mənə söydükcə mən də
əzbərlədim.
Dünyada olan bütün diri məxluqatın
(hətta bəzi nəbatatın da) bir qüvvəyi-tədafüəsi
vardır. Yəni bir karastısı var ki, onunla
düşməni dəf eləyir. Məsələn:
Şirin və bəbir kimi heyvanalrın qüvveyi-tədafüəsi
iti dişləri və dırnaqlarıdır. Arının
və bəzi cücülərin qüvveyi-tədafüəsi
tikanlarıdır.
Quşların qüvveyi-tədafüəsi iti dimdikləridir.
Bəzi nəbatat var ki, onların qüvveyi-tədafüəsi
hiss və zəhərli bir qoxudur.
İndi gələk adamlara.
Adamlar, müxtəlif firqələrə bölündükləri
üçün onların müxtəlif də qüvveyi-tədafüələri
vardır.
Qoçular firqəsinin qüvveyi-tədafüəsi
afserski tapançadır.
Həqiqi yazıçıların qüvveyi-tədafüəsi
— qələmdir.
Yalançı yazıçıların qüvveyi-tədafüəsi
— söyüşdür.
Dövlətlilərin qüvveyi-tədafüəsi
— puldur.
Aya bəs mollanümalər firqəsinin qüvveyi-tədafüəsi
nədir? Rəvayət eləyirlər ki, onların
quvveyi-tədafüəsi «təkfirdir?»
«Təkfir» — təbil babindən əmələ
gələn bir sözdür.
İndi baxaq görək aya bu, «təkfir» nə
tövr karastıdır?
Hamıya məlumdur ki, bomba adamı parça-parça
edir.
Güllə — adamı deşir.
Xəncər — kəsir.
Qələm — biabır edir.
Söyüş — incidir.
Pul — Sibirə göndərir.
Bəs təkfir nə qayırır? Rəvayət
edirlər ki, təkfir insanı kafir edir.
Amma heyif ki, mən bunu başa düşə bilmirəm.
Necə yəni insanı kafir edir?
— Əvvəla hansı insanı? Urusu, yoxsa müsəlmanı?
— Ehtimal var ki, müsəlmanı, çünki urus
onsuz da kafirdir.
Bəs hansı müsəlmanı?
— Əgər dinindən dönən müsəlmanı,
— onda təkfirin lüzumu yoxdur, çünki dinindən
dönən aşkar deyir ki, mən kafirəm.
— Bəs elə olan surətdə aya dinindən dönməyən
bir müsəlmanı nə tövr kafir etmək
olar?
Mən burasını yaxşıca anlayıram ki,
bir molla bir kafiri müsəlman edə bilər.
Amma burasını heç qana bilmirəm ki, molla
müsəlmanı kafir etsin!
Çunki müsəlmanı kafir eləmək — misyonerlərin
işidir. Bu bir.
İkinciyə qalan yerdə — allah-taala Məhəmməd
Əleyhissəlamı göndərdi ki, kafirləri
müsəlman etsin, Məhəmməd Əleyhissalam
dəxi etdi.
Aya bəs Mollanümalərə kim tapşırdı
ki, Məhəmməd Əleyhissəlam müsəlman
edən adamları kafir eləsinlər?
Sözün doğrusu, bu məsələdə
lap mat qalmışam.
İsraqa gün «Tərəqqi»də oxuyuram ki müctəhid
Ağa Həsən, müçtəhid Ağa Kərim
və Mir Haşım car çağırtdırıbdırlar
ki, hər kəs məşrutəçilərə
çörək versə və avadanlıq gətirsə
təkfir olunaçaqdır.
Yenə də irəlidə oxumuşdum ki, müctəhid
Şeyx Fəzlüllah elan edibdir ki, məşrutə
istəyən müsəlmanlar kafirdirlər.
Və təkfirin qorxusundan da heç bir kəs dörd
gün Təbrizə azuqə göndərməyibdir.
Bundan belə məlum olur ki, doğrudan da təkfir
haman mollaların qüveyi-tədafüəsidir.
Xub, bəs o Təbrizi "bu Rəmazanəl-mübarəkdə
dörd gün ac qoyan müsəlmanlar nədən
qorxublar? Təkfirdən?
Yenə başa düşmürəm.
Qoy müctəhid Mirzə Həsən desin ki: «Filankəs»
kafirdir. Çünki Təbriz aclarına çörək
gətiribdir.
Aya görək onda mən «Filankəs»in dili lailahəilləllah
tutmazmı?
O mənə deyir ki, səni təkfir etdim. Sən
kafirsən.
Mən də baxıb görürəm ki, onun sözünə
mənim nə zahirim kafir oldu və nə də
batinim. Xub, mən təkfirdən nə üçün
qorxum? Və ac müsəlmanları da rəməzan
günündə çörəksiz qoyum?
Xülasə! Həqiqi molla müsəlmanı kafir
eləməz. Kafiri müsəlman edər. O birilərinə
də heç kəs bu ixtiyarı verməyib. O surətdə
deməli, təkfir, yəni üfürmək.
Elə isə qoy üfürsünlər!
1. «Kimdən nə soruşdular» sərlövhəli
felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 6 oktyabr
tarixli 69-cu nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
2. Ratəmi Tai (miladi 605-ci ildə vəfat etmişdir)
— ərəblərin səxavətli tarixi şəxsiyyətlərindəndir.
Onun şairliyi, qoçaqlığı və səxavətliliyi
haqqında rəvayətlər ədəbiyyatda,
o cümlədən Rüseyn Vaiz Kaşifinin məşhur
«Anvari Süxeyli» məcmuəsində özünə
geniş yer tapmışdır.
3.Özünün məntiqliyi ilə fərqlənən
bu felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 9 oktyabr
72-ci nömrəsinin 4-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir. Burada adları çəkilən Ağa
Həsən, Ağa Kərim, Mir Haşım, Mirzə
Həsən, Şeyx Fəzlullah İran inqilabına
qarşı fəal təbliğat aparan irticaçı
ruhanilərdəndir.