Xəbər çıxdı ki, Osmanlıda qanuni
əsasi verildi. Əlbəttə, heç kəs
inanmadı.
Tanışlarımdan birisi deyir ki, «Tərəqqi»ni
alıb, gördüm ki, başdan «Osmanlıda qanuni
əsasi» yazılıbdır. Deyir: mən heç
oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır.
Amma sonra gördüm: Xeyr! Kitab elanı deyilmiş,
bəlkə əsli qanuni əsasi elani idi.
Bu xəbər Osmanlının düşmənlərinə
artıq təsir etmədi. Onlar güldülər
və özlərini arxayın etdilər ki, bu bir
boş sözdür ki, bu gün yazıb, sabah deyəcəklər
ki, balam, yalan imiş, elə şey yoxdur.
Sabah oldu, yalan olmadı, bürsügün oldu, yalan
olmadı. Bəlkə getdikcə bu xəbər
doğrulaşıb hamını inandırmağa
başladı..
Osmanlı düşmənləri bir qədər
bikef oldular, sonra ümid elədilər ki, yəqin
bu qanuni əsasidən sonra necə ki, qaydadır
qırğınlar, filanlar başlar. Yevropada bir
bəha-nə tapıb Osmanlının içinə
girib, beş-altı qapaz vurar və deyər ki; siz
nəsiniz, qanuni əsasi nədir?
Düşmənlər
gördülər ki, qırğın da olmadı.
Təəccüb elədilər ki, aya bəs bunların
xuliqanları, qara dəstələri, qırğın
həvəskarlıları yoxdurmu? Gördülər
ki, yoxdur. Çox bikef oldular. Hətta istədilər
ki, bir dəstə xuliqan tərtib edib göndərsinlər!
Amma baxdılar ki, ondan da kar olmayacaqdır. Dedilər:
görək qoşun nə qayıracaq. Güman
elədilər ki, qoşun qanun əsasini qəbul
etməyib camaatı gülləbaran edəcəkdir.
Bir də gördülər ki, qurana and içdi ki,
qanuni əsasini mühafizə etsinlər! Zabitlər,
jandarmalar qanuni əsasi haqqında nitqlər söyləməyə
başladılar...
Düşmənlər lap bikef oldular və bu iş
onlara çox giran gəldi, dedilər:
Bir görün, dünən can verirdi, bu gün
hamıdan səlamət oldu. Bari bir qədər
qan da tökülmədi ki, yenə bizim üçün
bir təskinlik olaydı.
Və başladılar ağlamağa. Bunların
səsinə o qədər adam gəldi. Təəccüb
elədi, dedi: Nə üçün ağlayırsınız?
Dedilər ki, Osmanlıda qanuni əsasi olubdur.
Buna lap təəccüb edib dedi ki, canım, siz
gərək sevinəsiniz ki, Osmanlıda qanuni əsasi
olmuşdur.
Dedilər: Nə üçün?
Dedi: Bəs Siz həmişə deyirsiniz ki, qanuni
əsasi məmləkəti xarab edər, milləti
məhv edər!
Dedilər: Ey binəva! Bər əks, qanuni əsasi
milləti dirildər, əzəmətə mindirər.
Dedi: Bəs yaxşı, siz ki, özünüzə
vətənpərəst deyirsiniz, bəs nə üçün
qoymursunuz ki, öz vətəninizdə də qanuni
əsasi olub, millət dirilə və əzəmətə
minə?!
Onlar buna bir söz demədilər, ançaq başlarını
aşağı salıb daha bərk ağlamağa
başladılar. Çünki bir tərəfdən
də yalanları aşkar oldu.
Əmir Bahadırı-Cəng və Şeyx Fəzlullah3
Şah pəncərənin qabağında oturub
fikir edirdi və bığını bururdu. Əmir
Bahadırı-Cəng də aşağıda əyləşmişdi.
Bu
haman o zaman idi ki, məclisin dağılmağına
və cahangirxanların, mələgəlmütəgəlimeynlərin
də boğulmağına bir iki gün qalmışdı.
Şah soruşdu: Bəs nə tör edək ki,
istibdadı saxlayaq?
Əmir Bahadırı-Cəng cavab verdi: — Müctəhidləri
görmək lazımdır.
Şah yenə soruşdu: — Müctəhidlər
nə qayıra bilərlər?
Əmir cavab verdi: — Hərkah müçtəhidlər
bir dəfə desələr ki, məşrutə
şəriətə görə haramdır — bütün
İran məşrutədən əl çəgər.
Şah dedi: — Bəs nə tör müctəhidləri
bu işə vadar etmək olar?
Bu halda Əmir Bahadır Cəng «Faust» operasından
Mefestofelin, yəni İblisin bu sözlərini oxudu:
«Dünyada bütün bəni növi bəşər
Müqəddəs büt olan pul üçün
əlləşər»
Şah qandı ki, vəzir nəyə işarə
edir və töz onun cibini qızıl ilə doldurub,
dedi ki, di durma töz ol!
Əmir Bahadır qızılları çibinə
doldurub, otaqdan çıxdı və düz Şeyx
Fəzlullahın yanına getdi.
Tehran müctəhidi Şeyx Fəzlullah fisincanpilovu
yeyib və çayını içib qəlyan çəkməyə
məşğul idi.
Xəbər verdilər ki, Əmir Bahadır Cəng
onun görüşünə gəlibdir. Müctəhid
ayağa durdu və dedi: Buyursun.
Əmir Bahadır Cəng içəri daxil oldu. Əvvəlcə
salamlaşıb sonra bir qədər durdular. Sonra
şeyx oturmağı təklif etdi. Əmir Bahadır
oturdu. Şeyx onu gözləyib özü də
oturdu. Bu surətdə Əmir Bahadır təzim
üçün yerindən qalxdı, sonra oturdu. O
halda şeyx də təzim üçün bir qədər
durdu, sonra oturdu. İndi Əmir Bahadır durdu, sonra
oturdu. Ona müqabil şeyx durdu, sonra oturdu. Qərəz,
bunlar tərazının gözləri kimi biri qalxır,
biri enib, axırda müsavi oldular.
Əmir soruşdu: — Ağanın əhvalı necədir?
Şeyx baş əyib ərəbcə beş altı
söz söylədi və o da Əmirin əhvalını
soruşdu.
Əmir cavab verdi. ki: Lillahil həmd, yaxşıyam,
ancaq dövlətin dərdi, mənim canımı
bərk sıxır. Camaat şahı tovlayıb
hökuməti əlinə alıbdır. Şah
da gendən baxa-baxa qalıbdır.
Şeyx başa düşmədi ki, Əmir nə
deyir. Amma yenə ona bir cavab vermək üçün
söylədi ki: — Bəli, madam ki, insan anadan təvəllüd
elədi, onun başı olar şah və qalan əzaları
da rəiyyət. Məgərinki gözlər və
ruh — yəni, gözlər olar vəzir, ruh isə
ruhanilərdən ibarətdir və ərəbcə
bir neçə söz söylədi.
Əmir soruşdu: — Ağa siz ki, bütün aləmi
islamın böyüyü, rəisi ruhanisisiniz və
bütün aləmi islam — istər Hindistanda olsun,
istər Əfqanıstanda olsun — sizin sözləri-nizə
gərək müti olsunlar (bu yerdə şeyx əlini
saqqalına aparıb bir dəfə seyqəl çəkdi)
— Aya siz məşrutəyə nə nəzərlə
baxırsınız?
Şeyx əmr etdi ki, çay gətirsinlər və
qəlyanı tazalasınlar. Ondan sonra üzünü
Əmirə tutub dedi:
— Məşrutə əsli ərəb sözüdür.
Özü də məful babindən gəlir. Məsələn:
Şərətə, şərətu, şərətunə
və hüvə, şaritunə, vələm məşrutunə!!
Zəmani ki, bir məmləkətdə məşrutə
elan olundu, haman saət o yerin adamları bir məclisdə
təcəmmö edərlər və təcəmmöün
də bir neçə qaydası vardır ki, əvvəl
ruhanilər, bəd əyan, sonra büzürgan və
biləxərə tüccarlar cərgə-cərgə
düzülüb dövlət işlərindən
söhbət edərlər və çox gözəl
sözlər danışarlar və deyərlər
ki, heç bir kafirin ixtiyarı yoxdur ki, bila məşrutə
İran torpağında bir işə iqdam etsin.
Əmir Cəng yenə soruşdu: — Aya məşrutə
dini islamə müqayirdir, ya nə?
Şeyx cavab verdi: — Xeyr, müqayir dəyildir.
Əmir Bahadır başını aşağı
saldı və əlini cibinə uzadıb, dedi: —
Aya padşah əmr versə ki, məşrutə
olmasın, o surətdə ona nə deyərlər?
Şeyx cavab verdi: — O surətdə şah xilafi şəriət
iş görmüş olar.
Əmir Bahadır şeyxin üzünə baxıb
və dəsmal çıxartmaq bəhanəsilə
cibində olan pulları çıxartdı...
Zər və simin sədayi-mübarəki şeyxin
səmi müqəddəslərinə əks əndaz
olan kimi üzü təğyir tapıb dedi: — Əmma!...
Əmir Bahadır rəyində güldu və dedi:
— Boş damarın əlimdədir lotu. İndi bu
saat səni tərsinə danışdıracağam!
Bərkdən dedi: — Buyurdunuz ki, «əmma» — və
yaxşı oturmaq bəhanəsilə qurçalanıb
çiblərini tərpətdi, qızılın
səsi aşkar eşidildi.
Şeyx dedi: — Bəli, əmma... əmma!
Bir də bir məsləhət var! Məsələn,
əgər biz baxaq görək ki, şah istəyir
məşrutə olmasın, o surətdə bir məsləhət
qurmaq lazımdır.
Əmir Bahadır Cəng tez əlini cibinə salıb
dedi:
— Şah sizə bir balaça hədiyyə göndərmişdir.
İndi yadıma düşdü! Və əlini
çibinə salıb qızılları ortaya çıxartdı.
..On dəqiqədən sonra Şeyx Fəzlullah Əmir
Bahadırı yola salıb belə deyir: — Məşrutə
də var, məşrutə də var. Məsələn,
o məşrutə ki, bu saat kafirlər qurublar, bizim
üçün qətiyyən haramdır. Ona binaən,
həmin məçlis ki, kafirlərin məşrutəsinə
təqliddir, biz müsəlmanlardan ötrü it
əti kimi haramdır?!
Əmir Bahadır arxayın olub çıxdı.
Və gəlib şahı dəxi arxayın etdi.
Sabahı günü Tehranda top səsi eşidilirdi.
1. Türkiyədə qanuni-əsası verilməsinə
qarşı irticaçı qüvvələrin (o
cümlədən Avropa imperialist dövlətlərinin)
münasibətini ifşa edən bu yazı «Tərəqqi»
qəzetinin 1908-ci il 21 avqust tarixli 34-cü nömrəsinin
3-cü səhifəsində «Filankəs» imzası
ilə dərc edilmişdir. Məqalə müəllifi
belə qənaətə gəlmişdi ki, əgər
sultan Türkiyəsində konsti-tusiyaya fərman
verilərsə, demokratik hüquqlar bərpa edilərsə,
onda türk xalqı azadlıq uğrunda mübarizəni
daha da gücləndirər. «Tərəqqi» qəzetinin
1908-ci il 15 iyun tarixli 9-cu nömrəsinin 4-cü
səhifəsinə bax.
2.İrticaçı, satqın ruhanilərin çirkin
hərəkətlərinə həsr edilmiş
«İran ixtişaşına dair» sərlövhəli
felyeton «Tərəqqi» qəzetinin 1908-ci il 27 avqust
tarixli 38-ci nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
olunmuşdur.
3.Şeyx Fəzlüllah — Məmmədəli şahın
tərəfdarı, satqın, irticaçı Mazandaran
müctəhidi; məşrutə zamanı istibdadçılara
kömək edirdi.