|
İran
xәzinәsindә pul yoxdur» qәzetәlәrdәn |
Əmir Bahadır Cənk qapıları bir-birinə
vurub çıxdı və başladı söyləməyə:
— Bəli, gedək pul dilənək!.... Qəribə
işdir bu, vallah, İranın rəiyyəti də
dilənsin, vəziri də!... Amma... zərər
yoxdur, mənə də «Süpəhsalari-külli-qoşuni
İran, vəziri-hərb Əmiri Bahadırı
Çənk» deyərlər ki, bu saat mənim adım
dünyanın hər tərəfində söylənir!
Özünə bu cürə təsəlli verib,
Əmir Bahadır bir qapını döydü, səs
gəldi: kimsən? Cavab verdi ki, «Süpəhsalari-külli-qoşuni
İran, vəziri hərb Əmiri Bahadırı
Cəngəm!». Qapı açılıb daxil oldu
— Barı heç olmasa yarımca milyon versəniz,
bizim işimizi düzəldərsiniz. Haman pul ilə
biz İranı sakit edərik və Siz də gəlib
əvvəlki kimi İranda alış-veriş edib,
on qat mənfəət qazanarsınız.
—Bəs girov nə qoymaq istəyirsiniz?
— Girov?.... Nə girov?...
— Haman o girov ki, şah rus bankına qoyub bir az pul
götürdü.
— Çox gözəl!... Papağımı girov qoyaram!
— Xan, sizin papağınızın qiyməti, ha
özünü öldürə, 15 manatdan yuxarı
olmaz, halbuki yarım milyon pul istəyirsiniz!
— Xeyr!.... Siz məni başa düşmədiniz.
Papaqdan məqsud mənim bu başımdakı papaq
deyil, bəlkə mən «Süpəhsalari külli-qoşuni
İran, vəziri-hərb Əmiri-Bahadırı
Cənkin» namusudur. Yəni əgər sizin pulunuz
geri verilməsə, onda mən gərək binamus
olam və bu papaq ki, bu saat başımdadır, çıxardam
və başı açıq gəzəm. hərçəndi
sizdə başı açıq gəzmək ayıb
deyil, amma bizdə böyük binamusluqdur.
— Yox xan, biz o sövdaya girişə bilmərik!
— Yaxşı, «Süpəhsalari-güllü qoşuni
İran, vəziri hərb Əmiri Bahadırı
Cənk» Sizdən pul istəyir,
— Siz də vermirsiniz?
— Yox, verə bilmərik.
— Yaxşı, İran padşahı ki, ona Zillillah
və Şahənşah Məmaliki Məhruseyi İran
deyirlər, o, «Süpəhsalari külli qoşun
İran, vəziri-hərb Əmiri Bahadırı
Cəngini» göndərib sizdən yarımca milyon
pul istəyir, vermirsiniz?!
— Yox vermirik.
— Di bunda bari bir qədər cib xərcliyi verin...
Məsələn, 300 min!
— Olmaz xan!
— İki yuz min!
— Olmaz!
— Yüz min.
— Olmaz!
— Əşi, zərafət eləmə!
— Yox, bizərafət, olmaz!
— Bir əlini cibinə sal, gör nəyin var?
Cibim yanımda deyil...
— !!?……………………..
— Verdilərmi?
— Bəli verdilər... Bir qəpik də vermədilər.
— Bəs nə tövr olsun?
— Nə tövr olacaq? Sən də, mən də
yığaq görək qızıldan, mızıldan
nəyimiz var aparaq tökək bu kafirlərin qabağına,
soxsunlar gözlərinə, pul versinlər! Ayrı
əlac yoxdur.
— Görəsən bu sərbazın əlində
tüfəng qapının ağzında durub bizi
gözləməkdən məqsədi nədir?
Yoxsa bizi pişiklərdən qorumaq istəyir?
|
İran
xəzindsində sakin olan siçanlar. |
— Əşi, əvvəllər hardan olsa, yenə
İran qərib-qürəbasının ciblərini
iyləyib bir şey tapırdıq, aman indi.... həpçixi!
— Yəni bir az səbr elə.
|
Əmir
Bahadır Cənkin burnu. |
— Gəldim İrana,
Qoydum virana.
— Dedilər ki, bu gecə Səttarxan hücum edəcəkdir.
Sabahadək subaşına getməkdən yoruldum.
— Bir zaman var idi ki, istəyirdim tac alam, amma qorxurdum
ki, başımı əzib beynimi çıxarda.
— O qədər həram yedik ki, axırda ishal azarına
düşdük.
|
Osmanlı
sabiq vəzirlərinin cibləri. |
Bu gunlərdə çapdan tazə çıxmış
«İkinci il» adlı dərs kitabı idarəmizə
yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna
idik. Çünki keçənlərdə, müsəlman
məktəbləri üçün təlim və
tədris kitabları seçmək məqsədilə
Bakı məkatib naziri Şəmsəddinov çənablarının
təhti-sədarəti ilə Bakı müəllimləri
bir neçə şuralar qurmuşlar, burada mövcud,
mətbu və qeyri-mətbu kitablar məclisdən
seçilmiş xüsusi komisyonların ətraflıca
tənqidi sonunda məçlisi ümuminin qərarı
ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan
biri də bu «İkinci il» idi. Komisyon üzvlərindən
biri də biz idik. İştə o surət ilə
biz haman kitabı hələ çap edilməmişkən
tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları
təkmil edilən surətdə, — bütün mövcud
mətbu kitablara tərcih ediləcək dərəcə
gözəl tərtib olduğunu məclisə ərz
etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın
təbindən sonra məktəblərdə qullanmasına
qərar verdi.
İştə haman kitab, komisyon göstərdiyi
nöqsanların təkmili ilə çap edilib satılmaqdadır.
Bütün müəllim arkadaşlarımızı
bu kitab ilə aşina etmək üçün onun
haqqında bir neçə söz yazmağı lazım
bildik.
«İkinci il» məkatibi, ibtidaiyənin ikinci şöbəsində
və məkatibi-edadiyyənin ibtidai siniflərində
oxumaq üçün tərtib edilibdir.
Bu kitabın sair mövcud kitablara tərcih və
təfəvüqünü aşikar və aydın
göstərmək üçün mövcud kitabların
nöqsanlarını bir-bir tedad və tözkar
etmək lazım idi.
Lakin qəzetəmizin həcmi buna müsaid olmadığından
yalnız burasını ixtar edəlim ki, «İkinci
il»in aşağıda göstərdiyimiz mükəmməliyyəsi
mövcud dərs kitablarının heç birində
yoxdur.
Pedaqoqların məlumu olduğu üzrə hər
bir dərs kitabında, havi olduğu dərslərin
müəyyən bir üsul ilə bir-birinin ardınca
düzəlməsi iqtizaati pedaqojiyyədən biridir.
O üsul isə müxtəlifdir. Lakin hamısından
yaxşısı məşhur pedaqoq Uşinski3
qəbul və təklif etdiyi üsuldur ki, buna «Dərslərin
üsuli-təbii üzrə düzəlməsi»
demək olar.
Bu üsul, uşağın təvəllüdündən
sonra öz mühitini nə yol ilə tanımağa
başladığını təqlid edər kimi
bir üsuldur ki, bu səbəbdən də ona «təbii»
sifəti vermək caiz görünür. Uşaq
təvəllüdündən sonra əvvəlçə
ən yaxın şeyləri, yəni ev, eşiyi,
həyəti və bunlarda olan məxluqatı tanımağa
başlayır, sonra bilik dairəsi getdikcə tovsi
edilməyə başlayır.
İşdə Uşinski kimi pedaqoqlar da lazım
bilmişlər ki, uşağın təlim və
tədrisi də haman «yaxından uzağa» və
«məlumdan qeyri-məluma» getmək üsulu ilə
olsun və özləri tərtib etdikləri kitablarda
da dərslər bu üsul ilə düzəlmişdir.
«İkinci il»in müəllifləri də bu üsulu
tamamilə qəbul edib, dərsləri o üsuli
təbii üzrə düzmüşlər, odur
ki, birinci dərsləri məktəb və məktəb
şeylərinə dair olub və sonra evə, külfətə,
ev heyvanlarına, quşlarına, həyətə,
sonra bağa, bostana və ondan sonra meşəyə
və çöl heyvanlarına, sonra cücülərə,
sürünən heyvanlara dairdir. Axırda dörd
fəslin tərifi, bu fəsillərdə görülən
işlər və s. sonra yazı dərsləri
və sonunda lüğətdir.
Söz yoxdur ki, yuxarıda zikr olunmuş şeylər
quru bir tedad və təzkardan ibarət olmayıb,
bəlkə gözəl söhbətlər və
hekayələr şəklində yazılıb.
Hər hekayənin axırında da orada zikr edilmiş
şeylərin adları tedad olunubdur. Unutmayalım
ki, hər bir dərs, yazıb oxumağı öyrətməkdən
başqa, bir də uşaqların tərbiyəsinə
xidmət etməlidir. Tərbiyəedici dərs isə
heç bir vaxt quru öyüd-nəsihətdən
ibarət olmamalıdır. Bəlkə, elə bir
keyfiyyət halında yazılmalıdır ki, uşaq
özü o keyfiyyətdən nəyin yaxşı
və nəyin pis olduğunu anlasın. «İkinci
il»də olan dərslər də tamamilə bu qaydaya
riayət olunmuşdur. Xüsusiyyətə gəldikdə
«İkinci il» tərbiyə işlərində uşaqların
həmi qəlbini, həm ağlını və
həm də zövqünü tərbiyə edəçək
dərslər intixab etmişdir. Məsələn,
hekayələr vardır ki, uşaqlarda riqqəti-qəlb,
sədaqət, məhəbbət və bu kimi hissilərin
tərbiyəsinə xidmət edir. Məsələn,
yoldaşlıq, pinti uşaq, növbətlə
məktəbə getmək və s. bəzi hekayə
və söhbətlər var ki, uşaqların biliyini
artırıb, ağlını tərbiyə edir.
Məsələn, kitab kağız və s. və
bəzi hekayələr var ki, uşaqlarda gözəl
zövq və rus təbiri ilə (vkus) tərbiyə
edir ki, burasına indiyə qədər diqqət
yetirən bir müəllif olmayıbdır. Məsələn,
«Bizim ev» hekayəsi gözəl bir evin nümunəyi
timsalını göstərir, planı dəxi çəkilmişdir.
Kitabın dilinə gəlincə, demək olar ki,
rus və ya farsdan götürülmüş üsuli
ifadə və ifadeyi gəlamdan tamamilə azad olub
da sırf türk dilinə məxsus qayda ilə
yazılmış kitab yalnız həmin bu «İkinci
il»dir. Halbuki mövcud kitablar bir çox yerlərində
türk dilini xarab edib, uşaqları və müəllimləri
qarıxdırdığı məlumdur. Yazısına
gəlincə, o dəxi böyük bir tədbir
və təhsinə layiq surətdə yazılıb,
çox asanlıqla oxunur. Çünki gəlmə
nasıl tələffüz olunursa, elə də
yazılıbdır və çünki tələffüz,
türk dilinə məxsus bir qaydaya görə olmalıdır,
— ona görə haman qayda da tamamilə saxlanıbdır
və bununla qələt tələffüzümüz
də təshih olunubdur. O qayda isə Osmanlı üdəbalərindən
Nəcib Asim bəyin bu sözləri ilə bəyan
edilibdir ki, həmin sözlər «İkinci il»in üst
yarpağında bir təraz (deviz) şəklində
yazılmışdır. «Türkcədə gözəl
bir hal vardır ki, haman heç bir lisanda bulunmaz. O
da lisanda bulunan ahəngdir. Yəni türkcədə
bir gəlmənin ilk heçası nasıl bir səs
ilə başlarsa, ondan sonra gələn hecalar da
ona uyğun olur. Məsələn, ilk hecanın
səsi incə isə, ortakıların da səsi
incə, qalın isə, qalın olur.»
Gəlmələri cocuqlar dürüst və asanlıqla
oxumaq üçün «İkinci il»in müəllifləri
bir də bəzi türk gəlmələrində
zəbər əvəzinə «ə» və zir əvəzinə
«i» yazmağı lazım gö-rübdürlər.
Məsələn, «gözəl», «öyrənəcək»,
«bir», «sənin», «ortasında» və s. Söz yoxdur
ki, bu cürə yazı töz və asan oxunar,
lakin, bütün kitabda çox az təsadüf olunan
ərəb və fars gəlmələri təqyir
edilməmişdir. Bu kitabda bir çox türk gəlmələri
idxal olunubdur ki, o gəlmələr məətəəssüf
unudulub ərəbcə və ya farsca ilə əvəz
edilməkdədir. Məsələn, kirvə, hənək,
qaksımaq və s.
Kitab müsəvvərdir. Şəkilləri çox
aydındır və şayani diqqət burasıdır
ki, bir çox şəkilləri əsil Qafqaz kəndli
məişətini təsvir edir ki, o biri kitablarda
bu yoxdur.
Kitabın əvvəlinci hissəsi böyük
və ikinci hissəsi də bir qədər xırda,
lakin çox aydın hüruf ilə düzülübdür.
Axırda kitabda təsadüf edilən çətin
əcnəbi və ya türk sözlərinin lüğəti
vardır.
Biz bu kitabı məktəblərimiz üçün
təkid ilə tövsiyyə edib, ümidvarıq
ki, müəllim arkadaşlarımız bununla töz
istifadəyə çalışarlar. Çünki
bu cürə kitab bizim bu halımızda göydəndüşmə
bir şeydir.
1.İranın ağır maliyyə vəziyyətinə
həsr edilmiş bu felyeton «Tərəqqi» qəzetinin
1908-ci il 17 avqust tarixli 31-ci nömrəsinin 3-cü
səhifəsində «Filankəs» imzası ilə
dərc olunmuşdur. Burada ixtisarla verilir.
2. «Tənqidat» sərlövhəsilə verilmiş
bu məqalə Azərbaycan məktəblərində
oxunmağa tövsiyyə edilən «İkinci il»
kitabının mündərəcəsinə həsr
edilmişdir. Məqalə «Tərəqqi» qəzetinin
1908-ci il 19 avqust tarixli 32-ci nömrəsinin 3—4-cü
səhifələrində «Üzeyir» imzası ilə
dərc edilmişdir.
3.Uşinski Konstantin Dmitriyeviç (1824—1870) — görkəmli
rus pedaqoqu. Tərtib etdiyi pedaqoji mündərəcəsini
əsasən xəlqilik (yəni vətənə
məhəbbət ruhunda tərbiyə, tükənməz
xalq qüvvəsinə inam, maarif məsələlərini
həll etməkdə özünün hüquqa
malik olması və s.) təşkil edir. SSRİ
Xalq Komissarları Şurasının 1945-ci il qərarı
ilə, pedaqoji sahədə xüsusilə fərqlənmiş
müəllim və elmi işçilərə Uşinski
adına medal verilməsi təsdiq edilmişdir.