Osmanlıda qanuni əsasi...
Otuz illik istibdad, istər osmanlıların özlərinə,
istər bizlərə, istər əcnəbi adamlara
o qədər təsir edib, Osmanlı xüsusunda
fikrimizi o qədər çaşdırıbdır
ki, «Osmanlı və qanuni əsasi» sözlərinin
bir yerdə olması bizə... məzəli görünür
və hətta məntiq (loqika) cəhətincə
də guya xilaf hesab olunur.
Osmanlıda qanuni əsasi...
İngilisdə
qanuni əsasi... Almaniyada qanuni əsasi... Yaponiyada
qanuni əsasi... hətta Rusiyada qanuni əsasi...
Axırı lap İranda da qanuni əsasi... Bir sözlə
bizlərə bir o qədər—hətta nəinki
bir o qədər—lap heç təəccüblü
görünmür. Doğrudan da elədir. Almaniyada
qanuni əsasi, — Məşədi Rüstəmin
papağı,—bu ikinci sözlərə təəccüb
etmədiyimiz kimi əvvəlinçilərə də
etmirik. Amma—Osmanlıda qanuni əsasi — bu ona bənzər
ki, məsələn, Kərbəlayi Hüseynqulunun
furajkası.
Xülasə... Osmanlıda qanuni əsasi!
Adamlar bir-birini görüb soruşurlar: bu nə
olan işdir, sultandan çıxmaya?! Deyirlər ola
bilsin ki, sultan mərhum Müzəffərəddin
şah2
kimi etmək istəyir. Bu çox yaxşı olar,
hərgah sultanın oğlu Məmmədəli şah
kimi eləməyə!
Amma o, eləyə bilməz çünki Osmanlı
camaatına qanuni əsasinin tək bir ucunu göstərmək
kifayətdir, dalını özləri çəkib
çıxardarlar.
Bəli! Əvvəlcə İstambul qəzetələri
belə yazırlar:
«Sayeyi-mərhəmət—vayeyi-xilafət pənahidə
kəmali-rəfahət və səadətlə
yaşamaqda olan Anatolu əhaliləri dövlət
məmureyini—girmanının onlar ilə olan müamileyi
müşfüqanəsindən dolayi təşərrüati—binahayələrinin
xaki-payi-şahanəyə təqdim edib... kefləri
kök və damaqları çağ olduqlarını
bildirir.»
Amma qanuni əsasidən sonra belə yazacaqlar:
«Anatolu vilayətinin əhalisi acından tələf
olmaqdadır. Zalım və rüşvətxor məmurların
zülmü binəvə əhalini çana gətirmişdir.
Arvad-uşaqların ahu-naləsi göyə qalxmışdır.
İstambul bunlara töz bir əlac eləsin»
Təfavot əz koca ta bekoca!3
Hələlik bu sözlər bəsdir. Çünki
qorxuruq ki, birdən sözümüzü geri götürməyə
məcbur olaq. Ancaq burası da məxfi qalmasın
ki, əgər doğrudan da sultan qanuni əsasi versə,
«o surətdə Məmmədəli şahın
sultana bərk acığı tutacağdır.
Osmanlı qanuni əsasisinə inanmaq olarmı,
olmazmı?
Həmin bu məsələ çox adamın fikrinə
gəlir və çox adamın bir çoxu deyir ki,
olmaz və bir qədəri də «olmaz» demək
xoşuna gəlmədiyinə görə deyir: Olar!
İndi baxaq görək olarmı? Olmazmı?
İngilis Osmanlıya dedi ki, Makedoniyada5
islahat lazımdır!
Rusiya da Osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır.
Bu cürə sözlər Osmanlıya giran gəldi.
Bir az fikir elədi və soruşdu: Makedoniya kimin
yeridir?
Dedilər: — Xristiyanların!
Bu cavab Osmanlını bir iki dəfə öskürməyə
məcbur etdi və baxdı gördü ki, bunların
«islahat» sözü özgə bir mənaya işarədir.
Doğrudan
da çox vaxt belə olur ki, lap açıq və
aydın bir sözün başqa bir mənası
olsun. Məsələn: görürsən Kərbəlayi
Cənnət axşam evində oturub arvad-uşağı
ilə bozbaş yeyir. Bir də eşidirlər ki,
darvazadan bir səs gəlir: Kərbəlayi Cənnət!
Kərbəlayi Cənnət, bir qapıya dur, səni
görmək istəyirlər.
Kərbəlayi Cənnət— bu sözlərin əsil
mənasına müvafiq — qapıya durur ki, onu görsünlər...
Burada Kərbəlayi Cənnəti vurub öldürürlər.
Onda Kərbəlayi Cənnət başa düşür
ki: qapıya dur, səni görsünlər — yəni
gəl səni öldürək, mənasına
imiş.
Osmanlı — Kərbəlayi Cənnət kimi eləmədi.
Yəni bəri başdan anladı ki «Makedoniyada islahat
lazımdır». Yəni Makedoniyanı qopardıb
Osmanlıdan ayırmaq lazımdır.
Osmanlı düşündü: Serbiya qopdu6,
Bolqariya qopdu. Qaradağ qopdu7
, Qafqazın günbatan tərəfi qopdu, Bessarabiya
qopdu. Kirit qopdu, Kıbrıs qopdu, Misir qopmaqdadır.
Ərəbistan qopar-qopmazdır. İndi də Makedoniya
qopsun, bəs nə qalsın? Doğrudan bəs nə
qalsın?
İngilis genə yoldaşı ilə gəldi,
dedi ki, Makedoniyada islahat lazımdır! — Lənət
şeytana!... Deyirsən baba lazım deyil: yer mənim,
mən mənim. Sizə nə? Onda da ortaya «müdaxilə»
məsələsini qoyarlar.
Bəs nə olsun?
Osmanlı bu fikirdə idi ki, birdən gənc türklər
«bizə-qanun əsasi» deyib çığırmağa
başladılar.
Osmanlı bu «qanuni əsasi»ni eşidən kimi dedi:
Ah, tapdım! Makedoniyada «islahat» lazım deyil!—deyib
qanuni əsasi verdi.
İngilis yenə yoldaşı ilə gəldi ki:
Makedoniyada islahat lazımdır!
Osmanlı dedi: Onu mən bilmirəm.
Soruşdular: Bəs kim bilir?
— Dedi — Osmanlının məclisi millisi!
— Necə? Osmanlıda məclisi milli? Yoxsa gənc
türklərdən qorxdun? İstəyirsən qoy
biz gələk onları dağıdaq!
Osmanlı dedi, yox zəhmət çəkməyin.
Dedilər — Ey bivəfa! İstibdadə vəfa etmədin!....
Dedi: — "Canım sözün doğrusu baxıb görürəm
ki, məsələn: budur Sizin qanuni əsasiniz və
məclisi milliniz var, ona görə də heç
kəs sizə demir ki, məsələn: Hindistanda
islahat lazımdır, ya Qafqazda islahat gərəkdir!....
Bu səfər məni bağışlayın.
İndi görək Osmanlıda qanuni əsasi olarmı,
olmazmı? Mən deyirəm olar.
Lap əvvəllərdə bizim idarəmizə Osmanlı qəzetələri gələrdi. Bu qəzetələr bir-birinin üstə qat-qat yığılıb kəndirlə bağlanmış olardı. Osmanlı qəzetələrini görüb biz çox sevinərdik və töz kəndiri qırıb qəzetələri açırdıq ki, görək Osmanlıda nə var, nə yoxdur, görək bizlərdən nə yazırlar, özlərindən nə yazırlar. Gözümzü qəzetənin ora-burasına gəzdirib axtarardıq, axtarardıq, amma nə Osmanlıya dair və nə də bizlərə dair heç bir şey tapmazdıq! Ancaq elə bunu görərdik ki, yazıb «bu gün pək sicaqdır—yoğurt, (qatıq) insanə nəfdir»—«Fransa səfiri dün vapora rakib olaraq, Parisə mütəvəccəhən rəvanə oldu» və sairə beş altı dəfə biz Osmanlı qəzetələrini bu cürə açdıq gördük ki, elə hamanki sözlər yazılıbdır.
Sonra belə qərar qoyduq ki, daha bir də zəhmət çəkib vəqtimizi zay edib Osmanlı qəzetələrini oxumayaq. Bu qərarə binaən idarəmizə Osmanlı qəzetələri gələn kimi götürüb kəndirli, filanlı atardıq zibil səbətinə; iqtisad elminə dara olan şəxslər bizə məsləhət görürdülər ki, bu qəzetələri zibil yeşiyinə atınca aparaq və bazarda kağız əvəzinə dükançılara sataq. Bizi inandırırdılar ki, bu cürə eləsək yaxşı pul qazanarıq.
Lakin biz bu alış-verişi, arzu edənlərə tərk edib, dedik ki, vəqtimiz yoxdur.
Qərəz Osmanlıda qanun əsasi verildi və hürriyyət elan mətbuat oldu...
Dünən idarəmizə «Tərcüman həqiqət» adlı İstambul qəzetəsi gəldi. Biz bunu görər-görməz tavuq cücələri çörək qırığının üstünə yüyürən kimi qəzetənin üstünə yüyürdük və başladıq basabas salmağa, bir tərəfdən yayın istisi, bir törəfdən adamların nəfəsi — tər tökə-tökə, ac qurd kimi tamahla qəzetəni oxumağa başladıq və nə gördük — İstambul qəzetəsinin içində «Hürriyyət, ədalət, müsavat, uxuvvət» sözləri və bir də haman sözlər ki, bu gün qəzetəmizdə götürüb yazmışıq, təvəqqe edirik ki, oxuyasınız.
Xülasə ki, — hürriyyətə inanmayan kafirdir.
1. V. İ. Leninin dediyi kimi «...Rusiyadakı 1905-ci
il hərəkatı Asiyanı qəti oyatmışdı.
Orta əsr durğunluğu şəraitində cəhalət
içində boğulan yüz milyonlarla məzlum
əhali ayılıb yeni həyata və insan üçün
ən ibtidai hüquqlar uğrunda mübarizəyə,
demokratiya uğrunda mübarizəyə qoşulmuşdur...»
(V. İ. Lenin. Əsərləri, 19-cu cild, səh.
72). Mili azadlıq hərəkatı 1908-ci ildə
Sultan Əbdülhəmid Türkiyəsində də
alovlanırdı. Yeri gəlmişkən qeyd etmək
lazımdır ki, ilk devrdə bu hərəkatda
milli burjuaziya, xüsusən gənc türkləri
birləşdirən «İttihad və tərəqqi»,
«Etilaf və tərəqqi» təşkilatları
əsas rol oynayırdı. İnqilabi hərəkatın
genişlənəcəyindən qorxuya düşmüş
sultan hökuməti 1908-ci ildə qanuni əsası
(Konstitusiya) bərpa etmək haqqında fərman
verməyə məcbur olmuşdu. Azərbaycanın
qabaqcıl adamları, gənc türklər hərəkatının
sırf burcua xarakteri daşıdığına
baxmayaraq, bu hərəkatı alqışlamışlar
və onun gedişini böyük maraqla izləmişlər.
Bunu o dövrün mətbuatında dərc olunan
məqalələr (o cumlədən Üzeyir Hacıbəyovun
felyetonları, səhnəcikləri, yazıları)
sübut edir. Bu məqalə «Tərəqqi» qəzetinin
1908-ci il 15 iyul tarixli 9-cu nömrəsinin 4-cü
səhifəsində də «Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.
2. Müzəffərəddin şah — Qacar sülaləsindən
sonuncu şah olan Məmmədəli şahın
atasıdır.
3. Təfavot əz koça ta bekoça—farscadır.
yəni: onunla bunun arasındakı təfavüta
bax!
4. Sultan Əbdülhəmid Türkiyəsinin xarici
və daxili vəziyyəticdən bəhs edən
bu yazı «Tərəqqi» qəzetin 1908-ci il 16 iyul
tarixli 10-cu nömrəsinin 3—4 səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
5, 6, 7. Keçmişdə Türkiyənin ərazisi
olmuş, Balkan yarımadasında yerləşmiş
Makedoniya, Serbiya, Qaradağ (Çernoqoriya) vilayətləri
indi Yuqoslaviya Federativ Respublikasına daxildir.
8. Məqalə «Tərəqqi» qəzetinin 1908-ci
il 20 iyul tarixli 13-cü nömrəsinin 3-cü səhifəsində
«Filankəs» təxəllüsü ilə dərc
edilmişdir.
|
|
|