Keçmişdə köhnə mədrəsələrimizin
cığbığını, bir bucaqda mürküləyən
mollanın, onun çırt çubuğunun və
«Çubi tənbihini» fələqqəni, Gülüstan,
Bustan, Çehil Tuti, Yusif Züleyxa, Cameyi Abbas və
sairlər_ini yada salıb və indiki münəzzəm,
müntəzəm elm oxudan baqaidə məktəblərimizi
görüb, öz-özümə deyirəm ki:
— Pərvərdigara, dərgahına şükür!
Keçmişdə küçələrdə avara
və sərgərdan qalıb, öyrəndikləri
tək bir cürbəcür, pis-pis söyüşlər
olan oğlan uşaqlarımızı yada salıb
indiki çadra başında və kitab qoltu-ğunda
məktəbə yügürən qızlarımızı
görüb öz-özümə deyirəm ki:
— Pərvərdigara, dərgahına şükür!
Keçmişdə minbərə çıxıb,
hənanın nə sayaq yaxılmağından və
insanın nə ets.ə, cünub olduğundan, məscidə
yığılmış adamlarla söhbət edən
mollaları yada salıb və indi minbər başından
əhalini tərəqqi və təkamül yoluna
çağıran axundlarımızı görüb
öz-özümə deyirəm ki:
— Pərvərdigara, dərgahına şükür!
Keçmişdə dev, əcdaha, ilan, qurbağa nağılları
ilə başları dolmuş və dünyadan heç
bir xəbəri olmayan əsna-fımızı yada
salıb, indi onların əllərində müsəlman
qəzeti oxuyub, rus, alman, fransa, ingilis mübahisələrini
eşidib öz-özümə deyirəm ki:
— Pərvərdigara, dərgahına şükür!
Keçmişdə ağlaşmaya getməkdən
başqa bir şey bilməyən və oğlu dərs
oxuyandan sonra ağzını suya çəkən
arvadlarımızı yada salıb, indi qızının
bu klasdan o biri klasa keçməsi üçün
məktəbə yügürüb müəllimlərə
yalvaran arvadlarımızı görüb öz-özümə
deyirəm ki:
— Pərvərdigara, dərgahına şükür!
Keçmişdə boş vaxtını bom-boş
qalan teatrlarımızı və yainki bir neçə
nəfər tamaşaçı ilə üç-dörd
nəfər artistin maatdən xəlvət qısıla-qısıla
və qorxa-qorxa teatra get-məklərini yada salıb
və indi teatrımızın, qoca, cavan, bəy,
hacı, arvad və kişi ilə ağzına qədər
dolmasını görüb, öz-özümə
deyirəm ki:
— Pərvərdigara, dərgkahına şükür!
Keçmişdə əcnəbilərin zor ticarətini
və müsəlmanların hisli-paslı və
içində üç cüt bir tək qoz olan dükanlarını
yada salıb, indi özümüzün böyük-böyük
mağazalarımızı və şirin-şirin
alverə öyrəndiyimizi görüb, öz-özümə
deyirəm ki:
— Pərvərdigara, dərgahına şükür!
Mənə deyəcəklər ki, əh: nə
olsun, indi də köhnə mədrəsələrimiz,
avara və sərgərdan balalarımıza həna
yaxmaq öyrədən mollalarımız, dünyadan
bixəbər əsnafımız, ağlaşmaya
yügürən arvadlarımız, boş teatrımız
və bişurur alş-serişçilərimiz vardır.
Onda cavabında deyərəm ki, o vaxt onlar «var idi»
«bunlar» yox idi, indi «onlar da var, bunlar da var», bir az dəxi
əcəl macal versə görərik ki, «onlar»
yoxdur, «tək bunlar» var. Mən ki buna inanıram,
sən istəsən inanma!
Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili
xüsusunda məsələlər açılıb,
bəzi məhəllələrdə bu barədə
xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib
və təşkilinin təşkilatını sonraya
qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən
ibarət olduğunu oxucularımıza bildirməyi
lazım bildik.
Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır.
O paxtlarda şəhərin bütün işləri hökumətin məmurlarının əlində idi, o idi ki, şəhərin, məsələn, maarif işi küçə-bazarın təmiratı, xəstəxanalar, su gətirtmək üçün şə-hərdə araba hərəkəti və ümumiyyətlə şəhər avadanlığı hökumət məmuru əlində olub, bunların heç birində əhalinin iştirakı olmazdı. Lakin Qərb məmləkətlərinin şəhərlə-rində olan qaydaya imtisalən Rusiya şəhərlərində da 1892-ci ildən etibarən şəhər idarələri təkfir olunmağa başladı. İndi o zamandan bəridir ki, hər bir şəhərimizdə şəhər idarələrinin mocib olduğunu və bu idarələrin şəhər avadanlığı və məmurluğu üçün nə qədər kömək etdiklərini öz gözümüz ilə görməkdən başqa bütün vücudumuzla hiss etməkdəyik. Şəhərimizin hər bir mədaxilatı, şəhər idarəsini təşkil edən, öz seçilmişlərimizin əlində olub, onların məsləhət və silahdidi şəhərin hər bir cəhətincə abadanlığına sərf edilməkdədir. Hökumət isə, bu işlərə nəzər yetirib, şəhər idarəsinin qərardadlarını təsdiq edir. Əlbəttə, şəhər idarələrinin, əvvəla, sərbəst iş görməkdə bir o qədər də əli açıq deyildir və saniyən keçmiş işlərində də bəzi sıxıntılar vardır. Lakin bunlar başqa məsələdir. Hər halda şəhərlərimizin abadanlıq işi şəhər əhlinin öz iştirakı ilə icra edilməkdədir.
Bəs kənd işlərimizin abadanlıq işlərinə kim baxır?
Məsələn, kəndlərdə məktəblər açmağa, yollar salmağa, çaylardan körpülər saldırmağa, xəstəxanalar tikdirməyə, su gətirməyə, yağmurluğa və quraqlığa qarşı tədbirlər görməyə və bir çox sair işlərə kim baxır?
İçəri Rusiyada bu cürə işlərə zemstvo idarələri baxır, zemstvo idarələri yuxarıda qiyas üçün zikr etdiyimiz şəhər idarələrinin eynidir, ümumiyyətlə təfavüt bundadır ki, şəhər idarəsi yalnız bir şəhər, zemstvo isə bütün uyezd və bütün quberniyanın işləri ilə məşğuldur. Zemstvo idarələri dəxi şəhər idarələri kimi, uyezd və ya ğuberniya əha-lisindən seçilmiş adamlardan təşkil olunduğu üçün bayaq saydığımız işlərin hamısı uyezd və ya quberniya əhalisinin öz iştirakı ilə əmələ gəlir, şübhəsizdir ki, bu sayədə tamam uyezd və quberniyanın məmurluğu və abadanlığı, tezliklə əmələ gəlir.
Lakin Qafqazda hələ zemstvo idarələri yoxdur. Bu idarələrin Qafqazda da lüzumu xüsusunda bir çox danışıb və çalışanlar oldu. İndi görünür ki, Qafqazda zemstvo idarəsinin lüzumu hökumət tərəfindən də iqrar edilib bu yaxınlarda ölkəmizdə zemstvo idarələri qurulması üçün lazım olan bəzi hazırlıqlara başlanmaqdadır.
Məsələ qəti surətdə həll olunandan sonra Qafqaz müsəlmanlarını belə mühüm olan idarələrdə kəmalınca iştirakə və istifadəyə hazırlamaq üçün zemstvo işlərinə yaxşı; bələd olan yazıçılarımızın məqalələri ilə əhalimizi qəzetəmiz vasitəsilə işlərdən xəbərdar etməyə çalışacayıq. Sayca sair millətlərdən çox olan Qafqaz və baxüsus Zaqafqaz müsəlmanlarının zemstvo işlərinə mükəmməl surətdə hazır olmaqları fərz və vacibdir.
1. Müəllifin Azərbaycan xalqının
tərəqqisinə inandığını bildirən
bu yazı «Yeni iqbal» qəzetinin 1915-ci il 11 sentyabr
tarixli 115-ci nömrəsində «Filankəs» təxəllüsü
ilə dərc edilmişdir.
2.«Zemstvo Haqqında» sərlövhəli məqalə
«Yeni iqbal» qəzetinin 1915-ci il 14 sentyabr tarixli 117-ci
nömrəsinin 2-ci səhifəsində «Üzeyir»
imzası ilə dərc edilmişdir.